Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib .....                     Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? .....                     TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR .....                     "RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" .....                     Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır .....                     Vardanyanın arvadına kim dəstək verəcək? .....                     “Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” .....                     300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı .....                     Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! .....                     ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? .....                     “3+3” formatı yenidən gündəmdə .....                     Öncə arvadını, sonra özünü bıçaqladı .....                     Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək .....                     Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb .....                     SKSP-nın rezidentinə yeni direktor gəlib .....                     İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... .....                     “TuranBank”da yeni təyinat .....                     Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb .....                     Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR .....                     Ruslar erməni güllərini TANIDILAR... .....                     Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı .....                     Quzu əti bahalaşıb: .....                     Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır .....                     Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi .....                     Evdən dişədək kredit: .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” .....                     Bu film Azərbaycana .....                     Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar .....                     Müştəridən “Kontakt Home”a ETİRAZ .....                     Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi .....                     Nəriman Həsənzadənin vəziyyəti ağırdır .....                     Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? .....                     Zakir Quliyevdən şübhəli anlaşma .....                     ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var .....                     Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? .....                     "Toylara o dəbi ilk dəfə mən gətirdim" .....                     Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi .....                     Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı .....                     İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? .....                 

Yumurta davasının pərdəarxası... - İlginc İDDİALAR
Tarix: 21-12-2016, 12:13 | Çap et
Yumurta davasının pərdəarxası...
Türkiyədə toyuq, yumurta istehsalı ilə məşğul olan "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin payçıları arasında erməni əsilli şəxsin olması və şirkətin Azərbaycana yumurta yollaması haqda bilgilər gündəmin əsas müzakirə mövzularından birinə çevrilib.

İşdə tanınmış hüquqşünas Aslan İsmaylovun adı da hallandığından, musavat.com-un müxbiri onun özünə müraciət edib.

A.İsmayılov bildirib ki, məsələnin bu şəkildə gündəmə gətirilməsi "Xəmsə” restoranının sahibi Mürvət Həsənovun maraqlarına uyğundur: "Bu ilin may ayında Türkiyədə tanıdığım çox nüfuzlu bir şəxs bir iş adamını qəbul edib bacardığım köməkliyi göstərməmi xahiş etdi. Az sonra Bakıda "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin sahiblərindən biri Ömür Oralla görüşdük. Ö.Oral xahiş etdi ki, onun Bakıda olmasını kimsəyə deməyim, bu, onun həyatı üçün təhlükəli ola bilər. Ömür Oralla görüşdə məlum oldu ki, sahibi olduğu şirkət "Siyəzən Broyler” ASC-yə göndərdiyi yumurtaların əvəzi olaraq 1 milyona yaxın ABŞ dollarını ala bilmir. Təxminən 3 ay sənədlərlə mükəmməl tanış olduqdan sonra Sumqayıt İnzibati-İqtisad məhkəməsinə "Siyəzən Broyler” ASC-dən satılmış mallara görə əsas borc üzrə, icranın gecikdirilməsinə görə dəbbə pulu, malın alınmasından imtinaya görə cərimə, ödənişin gecikdirilməsinə görə faizlər üzrə – cəmi 7 milyon 199 min 068,03 ABŞ dolların "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin xeyrinə tutulması iddiası ilə müraciət etdik. Məhkəmədə bəlli oldu ki, "Siyəzən Broyler” ASC-nin "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nə 3 milyon 800 min ABŞ dolları civarında borcu olub və borc son sentinə qədər özünü türk şirkətinin nümayəndəsi kimi təqdim edən Mürvət Həsənov adlı şəxsə ödənilib”.

Tanınmış hüquqşünas, Mürvət Həsənovun Ömür Oralla kirvə olduğunu və onun etibarından sui-istifadə etdiyinin bundan sonra bəlli olduğunu açıqlayıb: "Bu barədə Ömür Oralla danışdıqda bilindi ki, həqiqətən onlar Azərbaycana göndərdikləri malların ödənişinin təmin edilməsi üçün Mürvət Həsənova hər yumurta üçün bir sent veriblər və müəyyən müddət də bu qaydada işləyiblər. 2015-ci ildən bəri borc 3 milyon 800 min ABŞ dollarına çatıb. Mürvət Həsənovun xahişlərinə baxmayaraq, onlar yumurta göndərməyi dayandırıb pulun tam ödənilməsini tələb ediblər.

Mürvət Həsənov onlara bildirib ki, "Siyəzən Broyler” ASC borcunu ödəməkdən imtina edir və sahibləri hakimiyyətin ən üst qatında olduğundan borcun ödənilməsi sual altındadır. İşlədikləri müddət Mürvət Həsənov daim onlara qayğı göstərdiyindən, özünün Azərbaycanda ən dürüst iş adamı olduğuna inandırdığından onlar Ömür Oralla kirvə də olublar. Buna görə də Ömür Oral Mürvət Həsənovun dediklərinə heç bir şübhə etməyib, ancaq pullarını tələb etməkdə israrlı olub. Bu müddət ərzində Mürvət Həsənov Ömür Orala, özünün Azərbaycanda çox ciddi nüfuz sahibi olduğundan, borcların qaytarılmasına çalışacağını bildirib. Bir müddət Mürvət Həsənov onlara təxminən 2 milyon dollar göndərib, qalan borcun isə ödənilməsinin mümkünsüz olduğunu bildirib.

Ömür Oral borclarını tələb etmək üçün Bakıya gələcəyini bildirdikdə Mürvət Həsənov ona Bakıya gəlməsinin onun üçün təhlükəli olduğunu, ödədiyi pulun isə güclə öz nüfuzu, oğru dünyasının adamları ilə zorla təmin etdiyini, Azərbaycanın mafiya qanunları ilə idarə edildiyini bildirib. Ömür Oral məhz onun bu sözlərinə inanaraq mənim yanıma gələndə deyirdi ki, təhlükəsizliyi baxımından Bakıda olmasının kimsənin bilməsini istəmir. Əslində isə Ömür Oralın həyatı üçün Bakıda heç bir təhlükə olmayıb. Mürvət Həsənovun ona yalan danışmaqla yerdə qalan puldan imtina etməsinə nail olmaq istəyib. Yalanının üstü açılandan sonra isə Ömür Oralın sahibi olduğu şirkətdə erməni əsilli Türkiyə vətəndaşının payçı olmasını mətbuata ötürüb”.

A.İsmayılov deyir ki, bunları biləndən sonra "Siyəzən Broyler” ASC-ni təmsil edən şəxslərlə anlaşıblar ki, onlara qarşı heç bir irad yoxdur, ancaq onlar bu barədə rəsmi strukturlara ödəniş sənədlərini təqdim etsinlər: "Belə də oldu. Həmin şəxslər Azərbaycan Respublikası Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə müraciət etdilər. Bundan dərhal sonra Mürvət Həsənov Türkiyəyə getdi, Ömür Orala müraciət edərək borcu tam ödəyəcəyini, buna görə istənilən yerdə və vaxtda onunla görüşüb problemləri həll etməyə, borcu tam qaytarmağa hazır olduğunu bildirdi. Ömür Oral isə baş verənlərdən sonra ona heç inanmadığını və ancaq vəkilinin yanında görüşə biləcəyini dedi. Ona çatdırmışdı ki, sən dələduzsan, mənə Azərbaycan hökumət rəhbərliyi adından yalandan hədə-qorxu gəlmisən, faktiki isə pulu sən mənimsəmisən. Mürvət Bakıya qaydandan sonra bir xeyli ziyalıların vasitəsi ilə mənə müraciət etdi ki, bu işdən geri çəkilim. Çəkilmədim. 2016-c il noyabrın ortalarında Ömür Oralla məni Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində dindirdilər. İfadə veriləndən sonra bizi Mürvət Həsənovla üzləşdirəcəklərini bildirdilər.

Sonradan Baş Prokurorluğunun Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsində üzləşdirilməyə çağırıldı. Həmin idarənin qarşısında Mürvət Həsənov bizi ağlaya-ağlaya qarşıladı. Yalvarırdı ki, mənim evimi yıxıb məhv etməyin, pulu qısa zamanda son qəpiyinə qədər ödəyəcəyəm. Ona dedik ki, gedək ifadə verək, pulu ver, biz sənə kömək üçün əlimizdən gələni edəcəyik. Dəfələrlə danışıldıqdan sonra, Ömür Oral bacardığı qədər borclarından keçdi və son olaraq qərara alındı ki, Mürvət Həsənov mənimsədiyi 1 milyon 467 min dolları ödəməlidir. Müstəntiq Tural Aslanovun yanında olan bu söhbət zamanı belə qərara alındı ki, birgə gedib həmin məbləğə borc müqaviləsi imzalayırıq. Son olaraq mənim ofisimdə Mürvət Həsənov göz yaşları tökərək borcu 1 milyon 300 min ABŞ dollarına qədər endirdi və bu barədə videoçəkiliş aparılmaqla Ömür Oralın yanında borc müqaviləsi imzalandı. Həmin videonu da təqdim edirəm.

Bu müddət ərzində onun hansı cildlərə girməsi məni, cürbəcür insanlar görmüş birisini də dəhşətə gətirmişdi.

Mürvət Həsənov özü şəxsən mənə "Aslan müəllim, siz Azərbaycanda tək kişisiniz, sizin üçün mən canımdan belə keçməyə hazıram” deyə-deyə, söz arası "Aslan müəllim, mən sizə 200 min verəcəm, siz bu işdən keçin, mən Ömürlə olan problemi özüm həll edəcəm”, təklifini də edirdi. Baxışlarımı görən kimi "bax, buna görə hamı sizinlə hesablaşır”, deyə dərhal düzəliş edirdi. Sonradan mənim adımı mətbuatda "200 min alıb ermənini müdafiə edir”, şəklində çəkməsi də təsadüfi deyil. Bu adamın xisləti budur. Bundan sonra kimləri üstümə salmadı ki, mən ona 300 min ABŞ dollar verirəm, bu işdən vaz keçsin. Bu təkliflərə uyub müraciət edən hörmət etdiyim şəxslər belə oldu. Öz şəriki Mamed adlı şəxslə Türkiyəyə gedib Ömür Oralı şantaj etdi, vergi orqanlarına müraciətlər imzaladı. Bundan sonra rəsmi strukturlara "Aslan İsmayılov Ömür Oraldan 200 min alıb problemin həll olunmasına əngəl törədir” kimi iddialar ortaya atdı. Çox böyük nüfuz sahiblərindən biri də mənə "Aslan müəllim, Ömür verdiyi 200 mini Mürvət də sizə ödəməyə hazırdır", dedikdə artıq məcbur olub həmin dəqiqə Ömürə zəng edib dediklərini təkrarladım. Ömür Oral elə həmin an "o sözü deyən kişi ilə məni üzləşdirin", cavabından sonra həmin şəxs bir iki günə problemin həll olunacağını bildirdi.

Məlumat üçün deyim ki, "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi” öz mükəmməl işi ilə Türkiyədə ən böyük yumurta istehsal edən şirkətdir, Azərbaycandan başqa 14 ölkəyə də mal ixrac edir. Bu problemdən sonra 2015-ci ilin iyun ayından Azərbaycanla əməkdaşlığı kəsiblər. Adıçəkilən şirkətin ermənilərə məxsus olması isə daha maraqlı söhbətdir. Bunu Mürvət Həsənov heç vaxt bilə bilməzdi. Məhz kirvə olduqlarına görə Ömür Oral özü Mürvətə demişdi ki, şirkətdə ermənilərə məxsus 5 faiz pay olub, həmin payı faktiki olaraq ermənidən alsalar da, rəsmiləşdirə bilmirlər. Mürvət Həsənov hamıdan yaxşı bilir ki, pay sahibi Raffi Bozaçiyan 3 ilə yaxındır ki, İstanbulun Amerikan xəstəxanasında koma vəziyyətində aparata qoşulu olduğundan nə özü, formal olaraq sağ olduğundan nə də vərəsələri rəsmiləşdirə bilmir. Erməni məsələsinin bu şəkildə ortaya atılması murdarlıqdır. Həmin erməni Raffi Bozaçiyanla Mürvət Həsənovun özü birbaşa işbirliyində olub. Raffi Bozaçiyan Mürvət Həsənova qızıl saat bağışlayıb. 10 ildir ki, Mürvət Həsənov bu şirkətin Azərbaycanda satdığı hər yumurtadan 1 sent alıb. Həmin pulları alanda şirkətin Raffi Bozaçiyan adlı payçısı olduğunu da bilirdi. Nə baş verir – pul alanda olur, borcları qaytaranda erməni məsələsi üzə çıxır?”

A.İsmayılov M.Həsənovun ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı Akif Çovdarovla əlaqələrinin olduğunu da bildirib: "Mürvət Həsənovun 12 kirvəsi olub. Həmin şəxslərin hər biri MTN-dən keçib, başlarına oyunlar gətirilib. 3 iş adamı var ki, Mürvət Həsənovun əli ilə MTN-ə aparılıblar, birindən 300, o birindən 500, digərindən isə 1 milyon alıblar. Bu haqda məlumatlıyam. Akif Çovdarovun ödladlarının toyu onun "Xəmsə” restoranında olub, bağ evlərində baş tutan nəvələrinin ad günlərində "Xəmsə”nin ofisiantları xidmət göstərib, yeməklər "Xəmsə”də bişirilərək həmin məclislərə aparılıb. Mən hüquq mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, bu məsələlər də araşdırılsın. Mürvət Həsənov "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının üzünə duran şəxsdir”.

A.İsmayılov bildirib ki, heç bir şantaj, təzyiq onu "Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirketi”nin müdafiəsindən döndərə bilməz.
musavat.com








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp Kobaxidzeyə məktubunda ABŞ-Gürcüstan əməkdaşlığının möhkəmləndirilməsini dəstəkləyib
Dünən, 20:12
Ağsu bazarında QOÇULUQ EDƏN KİMDİR? - NARAZILIQ VAR...
Dünən, 16:47
TERRORDAN SONRA İLK: Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə hava əlaqəsini BƏRPA EDİR - AÇIQLANDI
Dünən, 16:19
"RUSİYA ŞOVİNİZMDƏN ƏL ÇƏKMƏLİDİR, ƏVVƏLKİ AZƏRBAYCAN DEYİLİK" - "ABŞ-nin ikinci hədəfi qabardılmır..."
Dünən, 16:16
Mingəçevir ŞİH ekskavator, yolsüpürən maşın, avtosəbət, otbiçən alır – 720 min xərcləmək istəyir
Dünən, 16:09
Vardanyanın arvadına kim dəstək verəcək? - KİV
Dünən, 16:07
“Studiyada elə düz-qoş edirlər ki, çaş-baş qalırsan” - Aşıq Namiq Fərhadoğlu
Dünən, 16:05
300 manatlıq borc üstündə dəhşət: Oğul doğma anasını bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 16:02
Nizami rayonunda nizam yoxdur... RƏSMƏN XAOSDUR! - BU NƏDİ BELƏ?
Dünən, 15:56
ABŞ- İran gərginliyi: Azərbaycanı nə gözləyir? - ŞƏRH
Dünən, 15:51
“3+3” formatı yenidən gündəmdə - Lavrov açıqladı
Dünən, 15:49
Öncə arvadını, sonra özünü bıçaqladı - İkisi də sağdır
Dünən, 15:44
Ermənistan artıq bu məhsulları AB-yə ixrac edəcək
Dünən, 15:15
Ukraynanın yeni Nazirlər Kabinetində nazirliklərin sayı 15-dən 17-yə çatıb
Dünən, 15:11
SKSP-nın rezidentinə yeni direktor gəlib - ƏMR
Dünən, 15:07
İcra başçısı ADSEA rəhbərliyini GÜNAHKAR ÇIXARDI... - Əziyyət çəkən isə sakinlərdir...
Dünən, 14:57
“TuranBank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 14:54
Vüsalə Əlizadə "İncə səhər" proqramı ilə yollarını ayırıb
Dünən, 14:47
Toy və yas mərasimində KÜTLƏVİ ZƏHƏRLƏNMƏLƏR – Məclisdəki faciənin məsuliyyətini kim daşıyır?
Dünən, 14:41
Ruslar erməni güllərini TANIDILAR... - FIRILDAQ baş tutmadı...
Dünən, 14:36
Hacıqabuldan İrəvana satış edən şirkətlə bağlı MARAQLI DETALLAR
Dünən, 13:38
Quzu əti bahalaşıb: - Qiymətlər 25 manata çatır
Dünən, 13:28
Culfada barəsində cinayət işi başlanan sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır - TƏFƏRRÜAT
Dünən, 13:02
Qoşqar Təhməzli AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin etdi - BUNDAN SONRA...
Dünən, 12:50
Evdən dişədək kredit: - Alıcı və satıcı üçün riskli gələcək
Dünən, 12:48
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:43
“Döyülə-döyülə arvad olmaq”: Zorakılığı legitimləşdirənlərin “qalxanı” - AKTUAL
Dünən, 12:33
Bu film Azərbaycana milyardlar QAZANDIRA bilər
Dünən, 12:31
Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoruna ağır ittihamlar - "Tomoqrafiya bazarı"ndan tutmuş "ailə podratı"na qədər...
Dünən, 12:24
Müştəridən “Kontakt Home”a ETİRAZ - “Qızıl zəmanətlə məhsul almışam, amma…”
Dünən, 12:20
Ədalətsiz 907-ci düzəliş uğrunda mübarizə: Amerika siyasəti və erməni lobbisi - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 12:07
Nəriman Həsənzadənin vəziyyəti ağırdır
Dünən, 12:01
Cəlilov köhnə komanda ilə NİYƏ YOLA GETMİR? - Naxçıvanda kadr islahatları, yoxsa kadrsız idarəçilik…
Dünən, 11:55
Zakir Quliyevdən şübhəli anlaşma – Müqavilə Əfəndi İsmiyevin hansı şirkəti ilə bağlanır
Dünən, 11:36
ABŞ-ın son həftədə hücumlarında 38 nəfər ölüb, 400-dən çox yaralı var - İran Səhiyyə Nazirliyi
Dünən, 11:22
Azərbaycanın milyonlar qazanacağı liman və şəhər niyə bombalandı? - GƏLİŞMƏ
Dünən, 11:19
"Toylara o dəbi ilk dəfə mən gətirdim" - Mətanət İsgəndərli
Dünən, 11:06
Sələmə pul istədi, imtina aldı, mübahisə qanla bitdi - MƏHKƏMƏ
Dünən, 10:57
Günay Malikqızı işdən ayrılmasının səbəbini açıqladı - "...mənim üçün çətin idi"
Dünən, 10:51
İstefalar Ceyhun Cəlilovu BİTİRƏCƏKMİ? - İLGİNC
Dünən, 10:45
"Arzum"un cinayət işində ifadə verən şahid: “Hadisə zamanı “TikTok”da canlı yayımda paylaşım etmişdim” - TƏFƏRRÜAT
Dünən, 10:36
SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
Dünən, 10:35
Rusiyanın gələcəyi və dünya nizamı haqqında: -“Bu, ən vacib sualdır”
Dünən, 10:18
“Biz İran üzərində güclü bir qələbə qazanırıq”
Dünən, 10:16
Bakı Sağlamlıq Mərkəzi "Azəri Med" şirkəti ilə 5 milyonluq müqavilə bağlayıb
Dünən, 10:12
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
Dünən, 10:03
Rusiya bazarı Ermənistan üçün bağlanır - 600 milyon dollar da batır
Dünən, 09:58
Sərxoş vəziyyətdə 154 baş qoyun oğurlayan şəxs anlaqsız sayıldı – MƏHKƏMƏ
Dünən, 09:53
"Babala TV"nin təsisçisi Oğuzhan Uğur saxlanılıb - "TRT Haber"
Dünən, 09:43
“ARKOZ” Holdinq Babək sakinlərini BOĞAZA YIĞIB... - NARAZILIQ VAR...
Dünən, 09:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru