AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib .....                     Ermənistanı yeni müharibəyə hazırlayırlar .....                     SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? .....                     İranın bayraq əndişəsi .....                     Azərbaycana qarşı sistemli PLAN .....                     Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... .....                     Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib .....                     Kremldən İrəvana sərt xəbərdarlıq .....                     Tramp Çinin mövqeyini gücləndirir .....                     Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur .....                     AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb .....                     Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı .....                     Bu mövsüm cəzalandırılan hakimlər .....                     Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir .....                     Dövlət qurumu 20 mənzil alır .....                     "Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR .....                     Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar .....                     Köçəryanın HƏBSİ GÜNDƏMDƏ .....                     “Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” .....                     Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı .....                     Rusiya dərin böhran içində və: .....                     Məktəbdə distant oxumaq olar, .....                     Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... .....                     Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib .....                     Çin dünyaya hakim olmaq istəyir, .....                     Erməni qısqanclığı: .....                     “Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” .....                     Gələn həftə İrana hücumlar bərpa oluna bilər .....                     “Mən rus deyiləm, yarı azərbaycanlıyam” .....                     Sürücülər cərimələrdən beziblər .....                     Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib .....                     “Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı .....                     İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? .....                     Jurnalist Sabir Məmmədovun anası vəfat edib .....                     Ərazilər ələ keçirildi .....                     Məşhur kardioloq Baş həkim təyin edilib .....                     Tıxacın kökü haradadır? .....                     Susuzluqdan yansam belə... .....                     Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                 

Təmtəraqlı reklam arxasındakı gizli həqiqətlər - Femina fırıldaqları
Tarix: 27-10-2016, 11:28 | Çap et
Təmtəraqlı reklam arxasındakı gizli həqiqətlər
Azərbaycanda xəz-dəri satışı ilə məşğul olan azsayda firma olsa da, onların bəzilərinin doğru-düzgün işləmədikləri də aydınlaşmaq üzrədir. Bu bazarda önəmli yerlərdən birini tutan В«FeminaВ» isə işlərinin gedişatında lap В«gülВ» vurub. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı ortaya çıxan məlumatlarda vurğulanır ki, firmanın Bakıya gətirdiyi və müştərilərinə Yunanıstan, İtaliya, hətta Kanada malı kimi təqdim etdiyi xəz-dərilərin əslində Çindən gətirildiyi üzə çıxıb. Müştərilərin bir çoxu artıq mətbuata və rəsmi qurumlara üz tutaraq, onlara Avropa malı adı altında baha qiymətə satılmış məhsulların Çində istehsal olunduğu səbəbindən aldadıldıqlarından şikayətçi düşüblər. Tələbləri də budur ki, dəymiş zərər ödənilsin.

Qiymət fırıldağı və köçkün statusundan sui istifadə

“FeminaВ»nın sahibi o qədər irəli gedib ki, hətta onlardan mal alan şəxsləri ələ salmaqdan da çəkinmir. Məsələn, qiyməti 4-5 min manat olan xəz-dərinin İtaliya, Yunanıstan və ya Kanada malı olduğu deyilsə də, içində Çin istehsalı olduğu yazılmış В«birkaВ»sı göz çıxarır. Qeyd edək ki, В«FeminaВ»nın firma mağazası В«SədərəkВ» Ticarət Mərkəzində yerləşir və satışa çıxardıqları malların ən ucuzu 4500 manatdır. Lakin dükana yaxınlaşıb mal almaq istədikdə qiymətlər dəyişməyə başlayır. Məsələn, 4500 manatlıq xəz paltodan 2000 manat endirim edib, müştərini cəlb etməyə çalışırlar. Sonradan bu rəqəm daha 500 manat aşağı salınır. Əgər alıcı almadan çıxıb gedərsə, qapıdaca ona 1400 manatlıq bir təklif gəlir. İndi sual olunur: Kanada və ya Yunanıstanda istehsal olunmuş xəz-dəri palto necə olur ki, Bakıda 1400 manata satılır? Hərçənd istehsalçı ölkənin özündə qiymətlər 2000 avrodan başlayır.
В«FeminaВ» müştərilərinin bir qismini В«SədərəkВ»də barmağına dolasa da, bir qismini də filialı olan В«MonikaВ» mağazasında ələ keçirməyə çalışır. Alıcıların bəziləri iddia edirlər ki, В«MonikaВ»da satılan xəz-dəri məhsullarının böyük əksəriyyəti geyinilmiş və ya ikinci əl mallardır. Elə qiymətləri də xeyli aşağıdır. В«FeminaВ»nın sahibi Salman Mirzalıyevdir. Onunla bağlı ilginc məlumat ondan ibarətdir ki, firmanın rəhbəri ermənilər tərəfindən işğal olunmuş rayonlarımızdan birindəndir. Mənbə bildirir: В«Böyük maddi imkanlarına baxmayaraq, Mirzalıyev cənabları məcburi köçkün statusundan yararlanaraq, müavinət belə alır. В«FeminaВ»nın sahibi hətta körpələr evinin otaqlarını da zəbt edərək, orada yaşayırВ».
Onu da qeyd edək ki, bir müddət öncə “Youtube”də yayımlanan bir video demək olar ki, bütün dünyada səs-küyə səbəb oldu. Çində qeydə alınan görüntülərdə müxtəlif heyvanların zorla yuvalarından çıxarılaraq xüsusi müəyyən edilmiş cərəyana verildiyi əks olunub. Bir sıra beynəlxalq heyvanların hüquqlarını müdafiə təşkilatları Çində baş verən vəhşiliyin əleyhinə çıxararaq aksiya keçiriblər. Təşkilat üzvləri heyvanların ən qəddar formada öldürülməsini kəskin şəkildə qınayaraq bunun insanlığa yaraşmadığını deyiblər. Araşdırmalar zamanı müəyyən edilib ki, qəddarcasına öldürülən heyvanların dərisi ölkədə fəaliyyət göstərən ayrı-ayrı fabriklərə satılır. Həmin müəssisələrdə istehsal prosesinə daxil edilən heyvan dərilərindən müxtəlif xəz və dəri geyimləri hazırlanır. Bu gün Azərbaycanda da bir neçə böyük xəz-dəri dükanı fəaliyyət göstərir.

Saxta xəz geyimi ilə bağlı qəribə tendensiya…

Onlardan bəh-bəhlə reklam olunanlarından biri də haqqında söhbət açdığımız “Sədərək” Ticarət Mərkəzində yerləşən “Femina” xəz-dəri qalereyasıdır. İlk baxışdan cəlbedici təklif və satış qiymətləri ilə müştərilərin diqqətini çəkən “Femina”da satılan məhsullar sən demə, keyfiyyətli deyilmiş. Bildirək ki, havaların soyuq keçməsi qadınların xəz geyimlərinə olan marağını artırır. Qiyməti kasıb adamların cibi ilə uyğun gəlməyən geyimləri daha çox varlı şəxslər alır. Ancaq onlar aldıqları məhsulun saxta olub-olmadığının fərqində deyillər. Çünki imkanlı adamlar bahalı geyim geyməyə öyrəncəlidirlər. Və heç vaxt aldıqları məhsulu yoxlatdırmaq barədə fikirləşmirlər. Ümumiyyətlə, son dönəmlər saxta xəz geyimi ilə bağlı qəribə tendensiya müşahidə edilir. Bu malların çoxu Çin Xalq Respublikasından idxal olunsa da, üzərlərinə başqa ölkələrin emblemini yapışdırıb satışa çıxarırlar. Vətəndaş isə aldığı məhsulun Çin istehsalı olmasından xəbərsizdir. Saxta etiketlər sayəsində istehlakçılar təmiz malıaşkarlamaqda çətinlik çəkirlər. Təkcə Azərbaycanda yox, dünyanın demək olar ki, əksər ölkəsində Çin istehsalı olan malların satışı geniş yayılıb. Dünya bazarı Çin malları ilə dolub-daşır. Xəz-dəri məmulatlarına tələbatın böyük olduğunu görən bəzi işbazlar bundan istifadə edərək vətəndaşları aldadırlar. Necə ki, “Femina” xəz-dəri qalereyasının rəhbərliyi bunu həyata keçirir. Aldığımız məlumatlara görə, Yunanıstan istehsalı kimi alıcılara təqdim edilən “Femina” xəz-dəri geyimləri, əslində, Çində istehsal olunur. Burda satılan geyimlərin ən ucuzunun qiyməti 3-4 min manatdan başlayır. Qalereyada hətta 40-50 min manata satışa çıxarılan xəzlər də var ki, onların tərkibi keyfiyyətli deyil.

“Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır?

Öyrəndik ki, “Femina”nın idxal etdiyi məhsullara çürümə əleyhinə xüsusi kimyəvi maddələr qatılır ki, bu da xəzi, həmçinin dərini bir il müddətində ilk vəziyyətindəki kimi şux saxlayır. Bir il tamam olandan sonra isə “şuba”ların tükü tökülməyə və daxili hissəsində fəsadlar yaranmağa başlayır. “Femina”nın fəaliyyəti ilə yaxından maraqlanan şəxsin dediyinə görə, burda satışa çıxarılan bütün məhsullar Çindən gətirilir. Reklamda deyilən məsələlərin hamısı yalandır. Buna baxmayaraq, qalereyada çalışan şəxslər müştərilərə satdığı malların yüz faiz orijinal olduğunu bildirirlər. Başqa sözlə desək, geyim dükanının rəhbərliyi müştəriləri aldadır. Məlumata əsasən, fəaliyyətə başladığı ilk gündən istehlakçıların hüquqlarını pozan “Femina” bu yolla milyonlarla manat gəlir əldə edib. “Femina”nın reklamı güclü olduğundan vətəndaşlar burda satılan məhsulların keyfiyyətsiz ola biləcəyinə inanmırlar. Acı həqiqət isə budur ki, xəz-dəri qalereyasında təmiz məhsul satılmır.

Qalereyanın reklam xarakterli çağırışlarına aldanmayın!

Vurğulamaq istəyirik ki, “Femina” rəsmi “facebook” səhifəsində “Biz xəz-dəri bazarında bir lider olaraq, 21 illik təcrübəmizlə fəaliyyətimizi yüksək səviyyədə davam etdiririk. Bütun bu illər ərzində müştərilərimizə yüksək keyfiyyətli məhsullar təklif etməklə onlar arasında böyük nüfuz qazanmışıq. “Femina” Avropanın aparıcı xəz brendləri ilə apardığı sıx əməkdaşlıq nəticəsində İtaliya və Yunanıstanda hər il təşkil edilən xəz-dəri sərgilərinə xüsusi dəvət alır. Bu sərgilərdə nümayiş olunan ən son dəbə uyğun xəz geyimləri ilə daim öz kolleksiyasını yeniləyir və sizə təqdim edir” cümlələri yazılıb. Biz vətəndaşlarımızı xəbərdar edirik ki, qalereyanın reklam xarakterli çağırışlarına aldanmasınlar. Çünki burda satılan məhsullar keyfiyyətli deyil və tərkibində zərərli maddələr olduğundan insan orqanizmi üçün təhlükə yaradır. Araşdırmalar nəticəsində o da məlum oldu ki, “Femina”nın arxasında güclü qüvvələr dayanıb. İddialara inansaq, xəz-dəri qalereyasını yüksək vəzifəli şəxslərdən biri himayə edir. Və elə buna görə də Standartlaşdırma Metrologiya və Patent Üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və digər aidiyyəti qurumların əməkdaşları burda yoxlama aparmırlar. Fəaliyyətinə heç bir dövlət orqanı tərəfindən müdaxilə olunmayan “Femina” Çin mallarını camaata İtaliya və Yunanıstan istehsalı adı ilə sırıyaraq külli miqdarda xeyir götürür. Bunun əvəzində isə dövlət büdcəsinə çox cüzi vergi keçirir. Vergilər Nazirliyindən, Dövlət Gömrük Komitəsindən və yuxarıda adını hallandırdığımız digər qurumların rəhbərlərindən xahiş edirik ki, qalereyanın ölkəyə idxal etdiyi təhlükəli məhsulların qarşısını alsınlar. İnanmaq istərdik ki, rəsmi qurumlar xahişimizi nəzərə alıb “Femina”ya qarşı hərəkətə keçəcəklər. Yazıda adı çəkilən şirkət və şəxslərin münasibətini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL hava şəraiti ilə əlaqədar təxirə salınmış Naxçıvan reyslərini bərpa edib - DİQQƏT
Bu gün, 10:39
Ermənistanı yeni müharibəyə hazırlayırlar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:36
SAT imtahanlarında şok iddialar: saxtakarlıq harada baş verir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:35
İranın bayraq əndişəsi - AXI NİYƏ?..
Bu gün, 08:25
Azərbaycana qarşı sistemli PLAN - GƏLİŞMƏ
Bu gün, 08:21
Köçəryan seçki ilə bağlı əmlak bəyannaməsində Xankəndindəki mənzilini də təqdim etdi... -Növbəti həyasızlıq...
Bu gün, 08:19
Vüsal Aslanov hökumətin şəhərsalma siyasətini bir cümlə ilə kəskin tənqid edib - Natiq Cəfərli
Bu gün, 08:16
Kremldən İrəvana sərt xəbərdarlıq – 5 milyard dollarlıq təhlükə sizi gözləyir
Bu gün, 08:11
Tramp Çinin mövqeyini gücləndirir - Səbəblər
Bu gün, 08:07
Dünyanın gələcəyi qlobal cənub ölkələrinə məxsusdur - Qalibaf
Bu gün, 08:04
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
Dünən, 18:02
Şəhid mayor Vüsal Vəliyevin xatirəsi 263 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiramla anıldı - FOTO
Dünən, 14:45
Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI
Dünən, 14:00
Hindlilər Ermənistanda 8 gündür aksiya keçirir - Video
Dünən, 13:53
Dövlət qurumu 20 mənzil alır – 2 MİLYONLUQ TENDER
Dünən, 13:19
"Qarabağ" isveçli hücumçunu TRANSFER EDİR - Danışıqlar son mərhələdə
Dünən, 13:15
Rusların əfsanəvi əməliyyatını təkrarlamağa çalışdılar - Tunel çökdü, ölənlər var
Dünən, 12:57
Köçəryanın HƏBSİ GÜNDƏMDƏ – Azərbaycana təhvil verilə bilər?
Dünən, 12:53
“Azərbaycan 100 minlik silahları ilə bizim milyonluq silahlarımızı 3 günə məhv etdi” - Sarkisyan
Dünən, 12:33
Mətanət İsgəndərlinin bacısı evindən oğurluq edən şəxsi tapdı
Dünən, 12:31
Rusiya dərin böhran içində və: - "müharibə iqtisadiyyatı"nın əzabı
Dünən, 12:27
Məktəbdə distant oxumaq olar, universitetdə yox?
Dünən, 12:03
Pensiya 300, minimum əməkhaqqı 450, dövlətdən on milyonlarla manat oğurlayan məmurun əməkhaqqı 10–15 min... - Qanun qarşısında isə BƏRABƏRİK...
Dünən, 11:53
Faiq Ələkbərli İstanbulda beynəlxalq konqresdə məruzə edib - FOTO
Dünən, 11:47
Çin dünyaya hakim olmaq istəyir, ABŞ qarşılıq verməlidir
Dünən, 11:41
Erməni qısqanclığı: - Rusiya bizə və Azərbaycana niyə fərqli yanaşır?
Dünən, 11:35
“Donbasın təhvili sülh deyil, Ukrayna üçün strateji tələdir” - ŞƏRH
Dünən, 11:19
Gələn həftə İrana hücumlar bərpa oluna bilər – NYT
Dünən, 11:17
“Mən rus deyiləm, yarı azərbaycanlıyam” - Video
Dünən, 11:12
Sürücülər cərimələrdən beziblər - Ermənistan qəzeti
Dünən, 11:06
Dövlət Komitəsi “Artsax” sözünə görə QHT-ni cərimələyib
Dünən, 10:58
“Milyarderlər ittifaqı” bu dəfə Paşinyana qarşı - TƏFƏRRÜAT
Dünən, 10:54
İcra başçısına “stop” qoyulub: Siyəzəndə nə baş verir? - İLGİNC FAKT
Dünən, 10:44
Jurnalist Sabir Məmmədovun anası vəfat edib
Dünən, 10:41
Ərazilər ələ keçirildi - Ruslar bu mövqelərdə irəliləyir
Dünən, 10:26
Məşhur kardioloq Baş həkim təyin edilib - ƏMR
Dünən, 10:21
Tıxacın kökü haradadır? - AKTUAL
Dünən, 10:19
Susuzluqdan yansam belə... - NARAZILIQ VAR...
Dünən, 10:16
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Dünən, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Dünən, 10:04
Azərbaycan nefti bahalaşıb
Dünən, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Dünən, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Dünən, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Dünən, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Dünən, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Dünən, 09:35
Ağzını açdı və... - REPLİKA
Dünən, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Dünən, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Dünən, 08:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru