Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər .....                     Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi .....                     Azərbaycan nefti bahalaşıb .....                     Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir .....                     Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir .....                     Müştərinin sifarişini OĞURLADILAR VƏ... .....                     Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... .....                     Dəymiş ziyanı tam ödəmək istəmirlər... .....                     Ağzını açdı və... .....                     Məşhurluq artıq zəhmətlə qazanılmır: .....                     İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” .....                     4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir .....                     Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? .....                     Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? .....                     Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır .....                     Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi .....                     Starmer könüllü olaraq istefa verə bilər .....                     Məqsədimiz bu idi və Putin bacarmadı .....                     Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... .....                     "Bizi adam yerinə qoymurlar..." .....                     Binəqədidə sakinlər buna görə narazılıq edir... .....                     ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq .....                     Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? .....                     Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir .....                     İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb .....                     Formatın süqutu: Rusiya nəyə ümid edir? .....                     Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır .....                     “ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” .....                     Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” .....                     Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... .....                     “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” .....                     İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu .....                     "Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ .....                     Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? .....                     ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır .....                     Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək .....                     Bağçalara elektron sənəd qəbulu dayandırılır .....                     Xoşqədəmin əri Doğuşdan şok ETİRAF .....                     Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək .....                     ADY-dən 258 min manatlıq tender .....                 

MƏDƏNİYYƏTDƏN UZAQ MƏDƏNİYYƏT NAZİRLİYİ
Tarix: 25-10-2011, 16:49 | Çap et
MƏDƏNİYYƏTDƏN UZAQ MƏDƏNİYYƏT NAZİRLİYİ

DAHİLƏRİN MƏZARLARI FƏXRİ XİYABANDAN GÖTÜRÜLÜR

Son 15 ildə Mədəniyyət Nazirliyi Azərbaycan mədəniyyətinə elə sarsıdıcı zərbələr vurub ki, onu bərpa etmək heç zaman mümkün olmayacaq. ölkədə total şəkildə kitabxanalar, muzeylər, maddi mədəniyyət abidələrinin qoruq yerləri, musiqi məktəbləri ləğv edilib. Bu sırada sabiq nazir Polad Bülbüloğlunun rolu qat-qat çoxdur. İndi də bu estafeti Əbülfəs Qarayev davam etdirir. Heç bir musiqi savadı olmayan, səs diapozunu səhnə üçün yaramayan, teatr səhnəsi üçün utandırıcı səviyyəsi olan adamlara "əməkdar" və "xalq" artisti fəxri adlarının verilməsi doğrudan da milli mədəniyyətimizə qarşı sarsıdıcı ağır zərbələrin vurulması deməkdir.

Milli mədəniyyəmizə diletant münasibətlərin anatomiyası

Dahi Üzeyir Bəy Hacıbəyli Azərbaycanda türk mədəniyyətinin inkişafı yönündə dörd pilləli təhsil strukturunu yaratmışdı. Yəni musiqi sahəsində ibtidai, orta, texnikum və konservatoriya üzrə pilləli təhsil almaqla bu mərhələni keçən şəxs sonda sənət adamı sayıla bilərdi. Bu isə 18 illik təhsil demək idi. Həmin müddətdə milli sənət adamı olaraq yetişmək çox ağır sahə hesab olunurdu. Bu gün fəxrlə öyündüyümüz Azərbaycan milli mədəniyyətinin dahiləri məhz həmin məktəbi keçmişlər. Fikrət Əmirov, Qara Qarayev, Səid Rüstəmov, Cahangir Cahangirov, Rauf Hacıyev, Süleyman Ələsgərov, Tofiq Quliyev, Arif Məlikov, Rəşid Behbudov, Müslüm Maqomayev, Şövkət Ələkbərova, Sara Qədimova və digərlərinin sənət yolu beləcə inkişaf etmişdir.

İndi baxaq görək bugünkü "sənət adamları" adlandırılan zümrə hansı məktəbi, mərhələləri keçmişlər. Milli mədəniyyətimizə utanc gətirən faktlar ondan ibarətdir ki, səs diapozunu heç bir standarta uyğun olmayan Faiq Ağayev, Aygün Kazımova, Səməd Səmədov və digərlərinə səxavətlə əməkdar və xalq artisti fəxri adaları verilməkdədir. Belə çıxır ki, zəmanəmizin "nəhəng sənət adamları" olan bu kəslər milli musiqi və ifaçılıq sənətimizin korifeylərindən heç də geri qalmırlar. Hətta onlardan xeyli irəli gediblər. Bu bəlaların mənşəyini araşdırdıqda bəlli olur ki, Mədəniyyət Nazirliyində milli mədəniyyətimizi dərindən bilən bir nəfər də olsa peşəkar kadr yoxdur. Elə Əbülfəs Qarayevin özünü götürək. Keçmiş komsomol funksioneri olan bu şəxs, sən demə, uzun müddət quşçuluq və toyuqçuluq sahəsi üzrə sabiq baş nazirin müavini Abbas Abbasovun yanında yetişmiş mütəxəssislərdən biridir. Ə.Qarayev bu sahənin kadrı olduğu üçün milli mədəniyyətimizə də münasibəti komsomol və quşçuluq təsərrüfatı anlamında yanaşır. Məhz Ə.Qarayev nazir kürsüsünə yiyələndikdən sonra milli rəssamlıq məktəbimizin dahilərindən biri və Şərqdə ilk peşəkar karikatura rəssamı Əzim Əzimzadənin, sonra isə böyük dramaturq Cəfər Cabbarlının ev muzeylərini yerindən sökdürüb. İndi sırada digər görkəmli mədəniyyət xadimlərimizin ev muzeylərinin dağıdılması üçün xüsusi hazırlıqlar görülməkdədir. Bu proses beləcə davam edərsə, sabah üzeyir Hacıbəyli, Niyazi, Rəşid Behbudov və Müslüm Maqomayevin Fəxri Xiyabandan məzarları götürüləcək və onların yerinə "üç badam, bir qoz" manıslarının orada nə vaxtsa dəfn olunmaları üçün yer ayrılacaq. çünki nazir Əbülfəs Qarayevin təfəkkürünün standartı bundan ibarətdir. Elə tetar, kino, rəssamlıq, xalq sənəti sahələri də indiki musiqi ifaçılığı manısların səviyyəsinə endirilib. çünki mədəniyyətmizə bunca diletantcasına yanaşılması çağdaş mədəni inkişaf doktrinası hesab olunur.

Üzeyir Bəyə və digər korifeylərə hücumların arxasında dayanan hədəflər

1920-ci illərdə Sovetlər Birliyi qurulduqdan sonra, bütün zamanların ən dahi bəstəkarı, milli mədəniyyətimizin simvolu üzeyir Bəy Hacıbəyliyə qarşı dərin köklərə bağlı olan antitürk təfəkkürünün daşıyıcısı olanların mənəvi varisləri bu gün də hər fürsətdə həmin mövqedə dururlar. 1923-cü ildə üzeyir Bəyin yazmış olduğu "Azərbaycan xalq musiqisinin əsasları" kimi akademik əsərin nəşri hələ də yasaq olunmaqdadır. Ancaq Mədəniyyət Nazirliyi milli mədəniyyətimizə heç bir aidiyyəti olmayan və sabahın makulaturasına çevrilən kitabların nəşri ilə məşğuldur.

Üzeyir Bəy Hacıbəyli, Müslüm Maqomayev, Əfrasiyab Bədəlbəyli, Soltan Hacıbəyli, Fikrət Əmirov, Niyazi, Qara Qarayev, Rauf Hacıyev, Cövdət Hacıyev, Arif Məlikov, Süleyman Ələsgərov, Cahangir Cahangirov və digər korifey bəstəkarlarımızın əsərlərini nəşr etdirmək Mədəniyyət Nazirliyi tərəfindən yasaq olunub. Belə bir siyasətdən ilham alan Tünzalə Ağayeva kimi birisi Asəf Zeynallının "ölkəm" romansının, Nadir Qafarzadə kimi savadsızın, heç bir səs diapozunu olmayan zövqsüzün birisi Cahangir Cahangirovun "Füzuli" kantatasının başına elə oyun açdılar ki, bu iki dahi musiqi əsərinin müəlliflərinin ruhlarını təhqir etdiklərinin fərqinə belə varmadılar.

Bir zamanlar Nizami küçəsində "Tiflis" adlı zirzəmi restoranda axşamlar erməni Bokanın "üç badam, bir qoz" tüfeyli mahnılarının müşayiətçisi olmuş Səməd Səmədova bu gün mədəniyyət nazirinin təqdimatı ilə "xalq artisti" fəxri adı verilib. Halbuki bu ada layiq olmaq üçün mütləq fitri istedada, böyük səs diapazonuna, musiqi savadına malik olanlara xüsusi komissiyanın rəyi nəticəsində təqdimatlar verilirdi. İndiki halda Mədəniyyət Nazirliyinin tərkibində belə bir standart demək olar ki, yoxdur. üzeyir Bəyin yaratmış olduğu bu milli məktəb beləcə nazirlik tərəfindən dağıdılıb. Bu siyasəti ermənilərin Qarabağı işğalından daha qəddar hesab etmək lazımdır. İşğal olunmuş torpaqları nə vaxtsa azad etmək mümkündür, dağılmış iqtisadiyyatı bərpa etmək heç zaman problem ola bilməz. İtirilmiş mənəviyyatı, məhv edilmiş mədəniyyəti isə özünə qaytarmaq heç zaman mümkün olmayacaq. Mədəniyyət Nazirliyinin günahları elə bu addımlarla müşayiət olunur. 1995-ci il dekabr ayının 18-də mərhum prezident Heydər Əliyevin bircə çəpəki baxışı ilə erməni müğənnisi Filipp Kirkorovun Bakıdakı konserti ləğv edildiyi halda, nazir Əbülfəs Qarayevin fəal dəstəyilə Kirkorovun Heydər Əliyev adına Sarayda konserti təşkil edildi.

Dahi üzeyir Bəy ermənilərin Azərbaycan milli mədəniyyətini bayağılaşdırmaq üçün doktor İhonessyanın rəhbərliyi ilə yaratdığı şəbəkəni öz sağlığında dağıtsa da, bu gün Mədəniyyət Nazirliyi ermənilərin bu siyasətini bərpa etmək üçün iri addımlarla irəliləməkdədir. Konservatoriyanın ikiyə bölünməsi elə buna bariz nümunədir. ömrü boyu toylarda ionika çalan, tar üzrə təhsil almış istedadsız Siyavuş Kərimi uydurma "Milli Konservatoriya"ya rektor təyin olunmaqla yanaşı, hətta professor adını belə daşıyır. Əslində üzeyir Bəy milli və dünya musiqisi təhsilini bir tədris müəssiəsində birləşdirməklə bunun sintezini ortaya qoymuşdu. Yəni bizim milli musiqi mədəniyyətimizi dünya standartlarına uyğunlaşdırmaq başlıca strategiya hesab olunurdu. İndi üzeyir Bəyin qurmuş olduğu bu mədəniyyət siyasətindən heç bir əsər-əlamət qalmayıb. çünki Mədəniyyət Nazirliyində çalışan bir çoxlarının təfəkkürü həmin səviyyədə deyil.

Mədəniyyətmizin problemləri

Hər hansı bir sahənin dövlət və xalq anlamında uzlaşan tarixi dəyərlərinin inkişaf yolu onun özümlü xarakteri ilə müşahidə olunur. Bu günə kimi teatr, musiqi, rəssamlıq, bədii toxuma, xalq sənəti sahəsində milli siyasət doktrinamız olmayıb. Təkcə milli musiqi sahəsində üzeyir Bəyin "Azərbaycan xalq musiqisinin əsasları" əsəri mövcuddur. Digər sahələrdə isə hələ də "sovet mədəniyyəti" anlayışı hökm sürməkdədir. çünki mədəniyyətimizin başında Əbülfəs Qarayev kimi keçmiş komsomol funksioneri durur. Buna görə də milli mədəniyyət siyasəti yoxdur.

Ölkədə milli mədəniyyət siyasətini inkişaf etdirmək üçün xüsusi araşdırma mərkəzi olmalıdır. Ya da mədəniyyətin müxtəlif sahələrində çalışan mütəxəssisləri bu işə cəlb etməklə ciddi şəkildə buna nail olmaq mümkündür. Nazir Əbülfəs Qarayev isə milli mədəniyyətə təmir-tikinti, istehsalat obyekti kimi yanaşır. Adicə musiqi məktəblərində dərs deyən müəllimlərin maaşları heç onların bir həftəlik dolanşığına yetmir. Mədəniyyət evləri və klubların əksəriyyəti nəinki bərbad vəziyyətdədir, onları gərəksiz əmlak kimi hətta hərraca çıxarıb satırlar da. Son 15 ildə ləğv edilən klubların, kitabxanaların, digər mədəniyyət ocaqlarının ümumi dəyəri 40 milyard dollardan da çoxdur. Gözə kül üfürmək üçün bir neçə mədəniyyət ocağını təmir etmək heç də mədəniyyət siyasəti kimi başa düşülməməlidir.

***

Ölkənin mədəni həyatından milyonlarla insanın xəbər tutması üçün şəhərdə adicə xüsusi elan və ya reklam şəbəkələri belə ləğv edilib. Hansısa rəssamın, peşəkar musiqi kollektivinin konsertindən insanlar bu aksiya bitdikdən sonra xəbər tuturlar. Ancaq mədəniyyət adına bayağı olan nələr varsa, bu barədə ən azından bir ay öncə uzun-uzadı şit reklamlar hamının zəhləsini tökür. Bu azmış kimi, bütün bunlar elə təlqin olunur ki, şit musiqi siyasəti əsl sənətdir. çünki bu reklamlarda "xalq artist"lərinə geniş yer verilib.

Mədəniyyət Nazirliyi ən azından televiziya kanallarının hamısı ilə təmas quraraq peşəkar sənət adamlarının mədəniyyətlə bağlı baxışlarını cəmiyyətə təqdim etmələri üçün imkan yarada bilər. Bax, bu siyasəti də istənilən anda Mədəniyyət Nazirliyi bayağılaşdıracaq. çünki o qədər savadsız, istedadsız adamlara "xalq", "əməkdar" artist adları verilib ki, hamı onları "ağıl dəryası" kimi qəbul etmək məcburiyyətində qalıb.

Milli mədəniyyətimizin inkişaf etməsi üçün keçmişin və bu günün mədəni sintezinin, dualizminin semantikasını, dünyada baş verən mədəni prosesləri incələyib onun milli mədəniyyətimizlə çulğalaşan imkanlarını dəyərləndirməklə inkişaf etmək barəsində düşünməliyik. Bax bu prosesə qarşı ən böyük dirəniş elə Mədəniyyət Nazirliyinin özündən gələcək. çünki burada başda Əbülfəs Qarayev olmaqla hamı Səməd Səmədov, Faiq Ağayev, Aygün Kazımova, Nadir Qafarzadə kimi düşünür. Uzuc və bayağı sənət onlar üçün böyük mədəniyyət kimi qavranılır. çünki mədəniyyət bu manısların oxuduqları mahnıların ömrü qədərdir. Mədəniyyətdən uzaq mədəni siyasətin faciəsini Azərbaycan türkü tarixdə bunca belə ağır dövrü yaşamayıb.

Ənvər BÖRÜSOY










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tramp-Cinpin görüşü və: Ukrayna üçün iki xoş xəbər - ŞƏRH
Bu gün, 10:05
Dövlət TV-də əhaliyə “Kalaşnikov” dərsi keçirildi - VİDEO
Bu gün, 10:04
Azərbaycan nefti bahalaşıb
Bu gün, 09:59
Zirvə görüşünün uğurları Türk dünyasının əlaqəqlərini daha da möhkəmlədir - İsrafil Kərimovun yazısı
Bu gün, 09:54
Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilir - MƏQALƏ
Bu gün, 09:53
Müştərinin sifarişini OĞURLADILAR VƏ... - FOTOFAKT
Bu gün, 09:50
Abunəçiyə hər addımda KƏF GƏLİRLƏR... - BU DA FAKT
Bu gün, 09:45
Dəymiş ziyanı tam ödəmək istəmirlər... - AXI NİYƏ?
Bu gün, 09:35
Ağzını açdı və... - REPLİKA
Bu gün, 09:24
Məşhurluq artıq zəhmətlə qazanılmır: - Ani şöhrətin görünməyən təhlükələri…
Bu gün, 09:19
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:22
4 ayda ÜDM 0,2% artdı: bu, zəif göstəricidir - NƏ ETMƏLİ?
Bu gün, 08:21
Dollar güclənir, neft bahalaşır, bazar dalğalanır: Azərbaycanı nə gözləyir? - AKTUAL
Bu gün, 08:19
Paşinyandan 28 may ANONSU: Mesaj kimədir? - GƏLİŞMƏ
Bu gün, 08:17
Tramp İranı təslim olmağa məcbur edə biləcəyinə inanır
Bu gün, 08:14
Qarabağda 41 milyonluq layihə məmur şirkətinə verildi - BU NƏDİ BELƏ?
Bu gün, 08:12
Starmer könüllü olaraq istefa verə bilər - "Telegraph"
Bu gün, 07:12
Məqsədimiz bu idi və Putin bacarmadı - Şolts
Bu gün, 07:08
Şikayət etmək qadağandır... etsən də xeyri yoxdur... - NARAZILIQ VAR...
Bu gün, 06:52
"Bizi adam yerinə qoymurlar..." - ETİRAZ VAR!
Bu gün, 06:37
Binəqədidə sakinlər buna görə narazılıq edir... - MÜRACİƏT
Bu gün, 05:48
ABŞ kartellərlə əlaqəli Meksika məmurlarını terrorçu kimi tanıyacaq - NYT
Bu gün, 05:42
Talıbovun kadrını Budaqov HİMAYƏ EDİR? - İLGİNC FAKTLAR
Bu gün, 05:35
Elmi işçi ilə qardaşı oğlu vətəndaşın pulunu vermir - GİLEY
Bu gün, 05:12
İtaliya ordusunun minaaxtaran gəmiləri Hörmüz boğazına doğru yola çıxıb - KİV
Bu gün, 05:05
Formatın süqutu: Rusiya nəyə ümid edir? - AKTUAL
Bu gün, 05:03
Rusiya-Ukrayna savaşında həlak olan azərbaycanlıların məzarına “şəhid” sözü yazılmamalıdır - ETİRAZ
Bu gün, 05:02
“ “Avroviziya”-da qalib gələnlər orada-burada, restoranlarda pul qazanırlar, bu yarışmada iştirak etməməliyik” - ÇAĞIRIŞ
Bu gün, 04:59
Ermənistan: müxalifət milyonçu, hakimiyyət “dilənçi” - ARAŞDIRMA
Bu gün, 04:56
Köçəryan özünü tam olaraq Putinin vassalı hesab edir... - GƏLİŞMƏ
Bu gün, 04:54
“Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər” - ÇÜNKİ...
Bu gün, 04:50
İcra Hakimiyyətinin 213 min manatlıq "alış-veriş"i ləğv olundu - BUNA GÖRƏ
Bu gün, 04:48
"Azərlotereya"nın sahibi "Demirören"in KİRLİ DOSYESİ - Ofşor mülklər, qarşılıqsız çeklər və HƏBS SSENARİSİ
Bu gün, 04:46
Qazancımızı basıb yeyirik, yoxsa qazancımız ancaq YEMƏYƏ ÇATIR? - "Bu rəqəm Afrika ölkələrinə yaxındır..."
Bu gün, 04:29
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır - "The New York Times"
Bu gün, 04:19
Agentlik Neftçalada 20 ədəd mənzilin alınmasına 1,9 milyon manat xərcləyəcək
Dünən, 17:41
Bağçalara elektron sənəd qəbulu dayandırılır - Səbəb
Dünən, 17:40
Xoşqədəmin əri Doğuşdan şok ETİRAF - "Münasib olmayan yerlərimdən bıçaqlanmışam, kişi belə..."
Dünən, 17:02
Rasim Balayevin yerinə sədr bu tarixdə seçiləcək
Dünən, 16:59
ADY-dən 258 min manatlıq tender - Saqqız, kəkliklotu, mixək alır
Dünən, 16:58
“ATƏT-in Minsk qrupu diplomatiya tarixində uğursuz…” - deputat
Dünən, 16:56
114 nömrəli avtobusun bitməyən problemləri... – Niyə tədbir görülmür?
Dünən, 16:51
Qısqanc arvadını döyən kişiyə elektron qolbaq taxıldı
Dünən, 16:14
Azərbaycana qarşı vuruşan erməni general Almaniyada öldü - Ermənistan mediası
Dünən, 16:07
62 milyon manatlıq mal satan “Giltex” 770 MİN MANAT ZƏRƏR AÇIQLADI - TƏFƏRRÜAT
Dünən, 16:06
Tikinti şirkəti ilə sakin arasında GƏRGİNLİK - Yasamalda gərgin məhkəmə işi
Dünən, 16:00
Gürcüstanda qəzada ölən azərbaycanlıların sayı 8-ə çatdı
Dünən, 15:57
Bakıxanov qəsəbəsində ağaclar kəsilib? - Hacı Rasim Nəbiyevin qanunsuz obyekt tikintisi….
Dünən, 15:38
Alim Qasımov "Eurovision"a gedə bilər? - Xalq artistindən açıqlama
Dünən, 15:21
Tramp İranın nüvə proqramının 20 il müddətinə dayandırılmasına razıdır
Dünən, 15:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru