QOBUSTAN TÜRMƏSİNİN 2 ƏMƏKDAŞI ÖLÜB
Tarix: 10-07-2012, 12:39 |
Çap et
ONLAR YOL QƏZASINA DÜŞÜBLƏR
Ədliyyə Nazirliyi Penitensiar xidməti Qobustan həbsxanasının 2 əməkdaşının yol qəzasına düşərək ölməsi barədə məlumat yayıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Qobustan qəsəbəsində yerləşən Həbsxananın baş nəzarətçisi vəzifəsində çalışan ədliyyə baş giziri Fərzəliyev Becan Rəsul oğlu və Penitensiar xidmətin Mühafizə alayının 15-ci atıcı bölüyünün qarovul rəisi vəzifəsində çalışan ədliyyə baş çavuşu Rzayev Şirzad Yasər oğlu iyulun 9-da xidmətdən sonra yaşadıqları ünvana gedərkən saat 19.00 radələrində Ələt-Astara magistral yolunun 33-cü kilometrliyində avtomobil qəzasına düşərək vəfat ediblər. Hadisə R.B.Fərzəliyevin idarə etdiyi 10 MN 443 dövlət nömrə nişanlı “QAZ-3110” markalı şəxsi avtomobilinin “KaMAZ” markalı yük maşını ilə toqquşması nəticəsində baş verib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.