İNTİHAR EDƏN ŞƏXS ARDNŞ-NİN İŞÇİSİ İMİŞ
Tarix: 7-07-2012, 13:59 |
Çap et
ONUN MEYİTİ SUDAN ÇIXARILIB
Daxili İşlər Nazirliyi Bakıda 52 yaşlı kişinin intiharı ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumat görə, hadisə iyulun 6-da Nəriman Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin "Bulla-56" özülündə baş verib.
Orada işləyən Zahid Səlimov özünü dənizə atıb. Z. Səlimovun meyiti sudan çıxarılıb.