BAKIDA YANĞIN YANĞIN DALINCA
Tarix: 6-07-2012, 12:50 |
Çap et
BİR BİNA VƏ BİR KLİNİKA YANDI
Bakıda çox mərtəbəli yaşayış binasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda onaltımərtəbəli yaşayış binasının 4-cü mərtəbəsinin pilləkən qəfəsində elektrik paylayıcısı yanıb.
Yanğın zamanı binanın 4 nəfər sakini, o cümlədən 3 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib, mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
***
Bakıda özəl klinikada yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən klinikada ümumi sahəsi 100 kv.m olan laboratoriyanın bir otağında 8 kv.m sahədə asma tavan və 2 kv.m sahədə rəf yanıb. Otaqda olan kondisioner yüksək temperaturdan əriyib.
Laboratoriyanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.