Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? .....                     "Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" .....                     ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi .....                     İranın Keşm və Xark adalarında partlayışlar baş verib .....                     Messi dahidir... .....                     Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi .....                     "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" .....                     Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq .....                     İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək .....                     "MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb .....                     Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq .....                     Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! .....                     "Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... .....                     Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... .....                     Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! .....                     Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... .....                     Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ .....                     Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... .....                     Binəqədidə maklerlər “at oynadır”... .....                     Azərbaycanda TORPAQ DAVASI... .....                     SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? .....                     Ermənistanda küçə mübarizəsi mütləq olacaq .....                     Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? .....                     Azərbaycanda hakim özü-özünə etiraz etdi .....                     Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib .....                     Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir .....                     AZAL Qars şəhərinə uçuşlara başlayır .....                     Xaçınçay su anbarında çimmək tamamilə qadağandır .....                     "Restoran biznesi mənlik olmadı" .....                     Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? .....                     Bakıda məşhur restoranın ətrafında QALMAQAL .....                     Xanəndənin atası yol qəzasında öldü .....                     “Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub .....                     “Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub .....                     Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb .....                     Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub .....                     Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? .....                     Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır .....                     "Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? .....                     Biləsuvarda əmi qardaşı oğlunu vurdu, .....                 

Hansı iri məmurların pulları kəsiləcək və holdinqlərinin qapısından “qıfıl asılacaq”? - Nazirlərin şirkətlərinə müdhiş “2016 təhlükəsi”
Tarix: 3-04-2015, 11:48 | Çap et
Hansı iri məmurların pulları kəsiləcək və holdinqlərinin qapısından “qıfıl asılacaq”?
“Unikal”ın dünənki sayında da xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov srağagün maraqlı açıqlamalarla çıxış edib. O bildirib ki, Azərbaycanda kəskin devalvasiya gözlənilmir.

“Lakin xarici bazarlarda baş verə biləcək hadisələr, xüsusilə neftin qiymətinin kəskin aşağı düşəcəyi halda, manat buna adaptasiya olacaq. Bu gün əksər iri maliyyə institutlarının neftin qiyməti ilə bağlı proqnozları 50-55 dollardır. Neftin hazırkı qiymətləri də uzun müddətdir ki, bu zonada hərəkət edir. Bizim də cari il üzrə neftin qiyməti ilə bağlı hesablamalarımız 50-55 dollar civarındadır", - deyə AMB rəhbəri əlavə edib. E.Rüstəmov qeyd edib ki, gələn ilin dövlət büdcəsində neftin baza qiyməti "50 dollara hesablanacaq".
Neftin baza qiymətinin 50 dollardan hesablanması o deməkdir ki, hökumət gələn il investisiya layihələrini də əhəmiyyətli şəkildə azaldacaq. Bu isə bəzi oliqarxların sahib olduqları və ya himayə etdikləri “biznes imperiyalarının” ciddi problemlərlə üzləşəcək. Məsələ burasındadır ki, büdcədən həyata keçirilən, Dövlət Neft Fondunun hesabına reallaşdırılan əksər investisiya layihələri məhz, bəzi oliqarxların nəzarətindəki şirkətlər vasitəsi ilə aparılır. Bir sözlə, müəyyən iri məmurlar neft pulları hesabına investisiya layihələrini həyata keçirməklə özləri üçün ciddi gəlir qaynaqları formalaşdırıblar.
Məlumdur ki, dövlət investisiya layihələri tenderlə həyata keçirilməli olsa da, bu, Azərbaycan reallığında formal prosesdir. Dövlət Satınalmaları Agentliyi Dövlət Neft Fondunun maliyyələşdirdiyi layihələrlə bağlı tender elanlarını öz internet səhifəsində yerləşdirmir. Bu da tenderlərin əslində, formal xarakter daşıdığını göstərir. Bəzi oliqarxlar öz təsir imkanlarını işə salaraq nəzarətlərindəki şirkətlər üçün iri layihələri asanlıqla ələ keçirə bilirlər.
Ümumiyyətlə, hər il Azərbaycanın dövlət büdcəsi təsdiq ediləndə müzakirə olunan əsas məsələ investisiya layihələrinin nəzərəçarpan dərəcədə böyük payı olur. Bu da məhz milyardlarla manatın hər il böyük bir hissəsinin oliqarx şirkətlərinə yönəldilməsi ilə izah edilir. Layihələrin icrası zamanı korrupsiya baş alıb gedir, hər hansı investisiya layihəsi rahatlıqla şişirdilir və bu, müəyyən iri məmurlara fantastik gəlirlər əldə etmək imkanı qazandırır.
Amma gələn ilin büdcəsində neftin baza qiymətinin 50 dollar civarında müəyyənləşməsi fərqli mənzərə yarada bilər. Yəni büdcədən və Dövlət Neft Fondunun ehtiyatlarından maliyyələşən iri investisiya layihələrinin də azaldılması qaçılmaza çevriləcək ki, bu da bir çox oliqarxların həmin layihələr vasitəsilə kifayət qədər böyük məbləğlərdə pullara sahib olması imkanını məhdudlaşdıracaq.
Belədə istisna edilmir ki, bəzi iri məmurların nəzarətində, birbaşa, yaxud dolayısı yolla himayəsində olan şirkətlərin bir çoxları 2016-cı il boyunca bağlanmaq təhlükəsi ilə üz-üzə qalsın. Yəni öz fəaliyyətini sadəcə olaraq, büdcədən və ya Dövlət Neft Fondundan maliyyələşdirilən investisiya layihələrini həyata keçirməklə davam etdirən müəyyən oliqarx şirkətlərinin gələn il sonu ola bilər.
Hələ qəzetimizin ötən saylarında qeyd etmişdik ki, ölkənin bəzi iri məmurlarına məxsus şirkətlərdə maaş problemi yaranıb. Hətta bir çox oliqarxlara məxsus müəssisələrdə az qala iki aya yaxındır əmək haqların ödənilməməsi və ya gecikdirilməsi müşahidə olunur.
Verilən məlumatlara görə, yaranmış vəziyyət iki səbəblə izah edilir. Bunlardan biri neftin qiymətinin kəskin ucuzlaşması və nəticədə ölkəyə maliyyə axınının azalması, bunun da sonucunda bir çox iri məmurların şirkətlərinin həyata keçirməyə hazırlaşdıqları və yaxud başladıqları dövlət investisiya layihələrin təxirə salınması, ya da həmin layihələrin büdcəsinə yenidən baxılaraq azalmalara gedilməsidir. Başqa bir səbəb isə manatın dollara nisbətən ucuzlaşması göstərilir, bildirilir ki, manatın devalvasiyası ölkədə qiymət artımı ilə yanaşı, bir sıra başqa problemlər də yaradıb. Belə ki, manatın devalvasiyasından öncə udulan tender layihələri ilə bağlı ciddi problem yaranıb. Buna səbəb manatın devalvasiyasından sonra bir sıra tender layihələrinin dəyərinin dəyişməsinə baxmayaraq, əvvəlki öhdəliklərin yerinə yetirilməsinin tələb edilməsidir. Bu isə oliqarxlar arasında ciddi narazılığa səbəb olub. Onlar tenderlərin öhdəlikləri ilə bağlı məsələlərə yenidən baxılmasını tələb edirlər.
Hazırda maaş problemi ilə üzləşən, bu problemi işçiləri ixtisara salmaqla, onların əmək haqlarını azaldaraq və ya yubadaraq aradan qaldırmağa çalışan bəzi məmur şirkətlərinin 2016-cı ildə ümumiyyətlə, çıxış yolu qalmayacaq, onlar iflas olmaq, bağlanmaq təhlükəsi ilə qarşılaşacaqlar. Bu ehtimalın reallaşması AMB sədrinin srağagünki açıqlamalarından sonra daha dəqiq görünür. Hətta artıq bir çox iri məmurların indidən ciddi əndişə içində olduqlarına dair xəbərlər gəlir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvan TV-yə NİYƏ PUL AYRILIR Kİ? - ETİRAZ!
Bu gün, 08:57
"Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib" - deputatdan partiya sədrinə SƏRT REAKSİYA
Bu gün, 08:44
ADPU-nun filial direktoru Passivləşdirdiyi vergi statusunu yenidən aktiv etdi - FOTO
Bu gün, 07:57
İranın Keşm və Xark adalarında partlayışlar baş verib
Bu gün, 07:54
Messi dahidir... - QOL SAATI
Bu gün, 07:08
Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi - NƏ BAŞ VERİR?
Bu gün, 07:02
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sadə işçiyə hansı real faydanı verir?" - ETİRAZ VAR!
Bu gün, 06:58
Azərbaycanda ət qadağası: Qiyməti bahalaşdıracaq - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:47
İran ABŞ-nin Hörmüz boğazının idarəçiliyinə müdaxilə etməsinə icazə verməyəcək - "Xatəm əl-Ənbiya"
Bu gün, 06:44
"MESTONATMIKS GROUP" MMC-nin dövlətə yarım milyon manata yaxın vergi borcu yaranıb - FOTO
Bu gün, 06:42
Paşinyan Bakının tələbini bu yolla reallaşdıracaq – Yeni planı üzə çıxdı
Bu gün, 06:37
Dünyada qara kürü ilə məşğul olub, ziyanla işləyən şirkət ola bilərmi?! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:43
"Sabah"dan sabah üçün YAXŞI ZƏMİN... - QOL SAATI
Bu gün, 04:32
Ərdoğan Türkiyəni HARA GÖTÜRÜR... - İNCƏLƏMƏ
Bu gün, 04:28
Üzlərində daş ifadə, eyni geyim... Türkmənistanı xatırlatdı! - REPLİKA
Bu gün, 04:21
Axı İslam dininin mahiyyəti onların şəxsi istəklərindən ibarət deyil... - Azər Qasımov yazır...
Bu gün, 03:58
Şəhid qardaşından AZERCELL-ə SƏRT ETİRAZ - "Dedim ki, şəhid anasıdır..."
Bu gün, 03:48
Rəşad Dağlı və zülm çəkən qadın arasındakı ayrı-seçkilik... - AXI NİYƏ?..
Bu gün, 03:24
Binəqədidə maklerlər “at oynadır”... - Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
Bu gün, 03:18
Azərbaycanda TORPAQ DAVASI... QAÇILMAZDIR!
Bu gün, 03:13
SOCAR Kulevi Neft Terminalından nə qədər qazanır? - DETALLAR
Dünən, 18:02
Ermənistanda küçə mübarizəsi mütləq olacaq - Samvel Karapetyan
Dünən, 17:48
Rusiyadakı benzin böhranı Azərbaycana necə təsir edəcək? - MÜHÜM NÜANSLAR
Dünən, 17:32
Azərbaycanda hakim özü-özünə etiraz etdi
Dünən, 17:27
Zelenski Ankarada NATO sammitində Azərbaycana təşəkkür edib
Dünən, 17:24
Bakıda məhbus həbsxanadan qaçdı: Əməliyyat keçirilir - 15 saylı cəzaçəkmə müəssisəsindən...
Dünən, 17:21
AZAL Qars şəhərinə uçuşlara başlayır - DİQQƏT
Dünən, 17:10
Xaçınçay su anbarında çimmək tamamilə qadağandır - Ekspertdən XƏBƏRDARLIQ
Dünən, 17:01
"Restoran biznesi mənlik olmadı" - Eldəniz Məmmədov
Dünən, 16:57
Trampın “Ərdoğanı sevindirəcək addım” mesajı nə vəd edir? - Türkiyə ilə bağlı ŞOK SSENARİ
Dünən, 16:55
Bakıda məşhur restoranın ətrafında QALMAQAL - TƏFƏRRÜAT
Dünən, 16:38
Xanəndənin atası yol qəzasında öldü
Dünən, 16:29
“Rabitəbank”ın Marketinq departamentinə yeni rəhbər təyin olunub - DOSYE
Dünən, 16:25
“Azərbaycan Sənaye Sığorta”da yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 16:23
Hərbi əməliyyatlar müvəqqəti dayandırılıb - Zülfüqarov
Dünən, 16:22
Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub - FOTO
Dünən, 16:16
Monqolustandan Azərbaycana ət neçəyə gətirilir? – MƏHSULLAR, QİYMƏTLƏR
Dünən, 16:13
Vaşinqton artıq Cənubi Qafqaza əvvəlki prizmadan baxmır - ŞƏRH
Dünən, 16:07
"Arzum"un apellyasiyası gündəmdə: Məlikov ölümcül qəzadan yayına bilərdi? - ARAŞDIRMA
Dünən, 15:57
Biləsuvarda əmi qardaşı oğlunu vurdu, məhkəmə hökm çıxardı
Dünən, 15:55
"Bakı-Tbilisi-Bakı qatarında ciddi qiymət endirimləri müzakirə olunmur" - ADY rəsmisi
Dünən, 15:53
Naxçıvan Səhiyyə Nazirliyi LƏĞV OLUNMALIDIR! - ÇAĞIRIŞ...
Dünən, 15:47
Ermənistan müxalifəti Paşinyanı devirmək üçün planını açıqladı: - Hərəkat başlayır
Dünən, 15:24
“Rusiya qazı kəsərsə, Azərbaycan variantı var” - Miskaryan
Dünən, 15:18
Yevlaxda 35 yaşlı kişi ögey qardaşını öldürdü: “Anamla məni hədələyirdi” - TƏFƏRRÜAT
Dünən, 15:05
“TuranBank”ın borcları kəskin şəkildə artaraq 284 milyon manata çatıb
Dünən, 15:00
Paşinyanın Avropa arzusu puç oldu: - Ermənistan yenə Rusiyanın "qapısını döyəcək"
Dünən, 14:59
Ədliyyə Nazirliyinin qurumlarından - 4 YENİ TENDER
Dünən, 14:57
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərilib
Dünən, 14:55
Generala yüksək vəzifə verildi - TƏYİNAT
Dünən, 14:51
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru