Məhəmməd Mirzəliyə hökm oxundu .....                     Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... .....                     “Qala Sığorta” səhmdarını gizlədir .....                     Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? .....                     Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ .....                     Avtomobillər üçün vergi güzəşti .....                     “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan” .....                     Putindən Kadırova .....                     Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir .....                     Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş .....                     Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: .....                     Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb .....                     Pomidor oğurlamağa getdilər .....                     AZAL turizm gününə özəl endirim kampaniyası elan edir .....                     Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi .....                     “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” .....                     Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır .....                     "Buna ər dayanar?" .....                     O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... .....                     Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir .....                     Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? .....                     Türkiyənin də nüvə silahı olacaq .....                     Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib .....                     Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı .....                     Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı .....                     İranın özbəöz türk Prezidenti... .....                     “Allah kəssin, belə yaxşılığınızı…” .....                     Qalmaqallı qohumları yenidən həbs edildi .....                     Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə .....                     İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır .....                     "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb .....                     `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... .....                     Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb .....                     Bank deyil... əməlli-başlı möcüzədir... .....                     Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? .....                     Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... .....                     Fermerlər məhsullarını Bakıya gətirə bilmir .....                     “Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... .....                     "Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" .....                     Çətin payız: Rusiyanın raket terroru davam edəcək .....                 

Xınalıqdakı qəzalı evlərin təmir-bərpasına ayrılan yüz minlər haralara gedə bilər… - İTTİHAM VAR!
Tarix: 26-09-2022, 11:21 | Çap et
Xınalıqdakı qəzalı evlərin təmir-bərpasına ayrılan yüz minlər haralara gedə bilər…
Hazırda Dövlət Turizm Agentliyi daha çox ölkəyə xarici turistlərin cəlb olunması üzərində layihələr həyata keçirməklə yanaşı, tabeliyində olan tarixi-memarlıq qoruqlarında təmir-bərpa işləri də aparır. Son illər İsmayıllı rayonundakı “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunun abadlaşdırılmasına, İsmayıllı rayonu, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunda yerləşən 5 memarlıq abidəsində bərpa işlərinə, Şəki şəhəri, “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində tikinti və yenidənqurma işlərinə və”Kiş” Tarix-Memarlıq Qoruğunun ərazisində tikinti, bərpa və abadlıq işləri üçün külli miqdarda dövlət vəsaitləri ayrılıb. Qurum bu məqsədlə bir neçə tender proseduru həyata keçirib ki, onlardan biri diqqətimizi daha çox çəkdi.

Dövlət Turizm Agentliyi tərəfindən dövlət satınalmalarının vahid internet portalına 06.09 2022-ci il tarixdə yerləşdirilmiş məlumata görə Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (44 ev) işlərinin satın alınmasının qalibi “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalı olub və sözügedən şirkətlə Agentlik arasında 4 397 618.1 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Qeyd edək ki, şirkətin hansı ölkəyə məxsus olması barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı fililalının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 07.05.2021-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı göstərilməyən MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, ƏLİŞİR NƏVAİ, ev 17. qanuni təmsilçisi kimi isə Emrah Ucar qeyd olunub.

Göründüyü kimi filial kimi MMC Azərbaycanda cəmi 1 il 4 aydır fəaliyyətə başlayıb. Buna baxmayaraq 2022-ci ilin son 4 ayı ərzində Azərbaycanda “Azərsu” ASC-nin “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 49 476 059.86, “Azergold” QSC-nin isə Daşkəsən rayonu, Çovdar Filiz Emalı Sahəsində 4-cü topa qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işlərinin satın alınması üzrə keçirdiyi tenderdə 40 757 001 manat udub. Yəni son 4 ayda tam 90 milyon manat. Dövlət Turizm Agentliyinin keçirdiyi tenderi də bura əlavə etsək bu 94 630 678 manat təşkil edir. Ümumi dəyəri milyonlarla ölçülən dövlət satınalmalarında iştirak edən, lakin barəsində heç bir məlumat olmayan bu şirkətin qalibi olduğu tenderlərə baxdıqda isə qəribə mənzərə yaranır, birində su təchizatı və kanalizasiya sistemi işləri, digərində qələviləşdirmə sahəsinin tikinti-quraşdırma işləri, başqa birində isə qəzalı evlərin təmiri işləri.

Bunları hələlik qoyaq bir kənara. “MAQRO CONSTRUCTION” Məhdud Məsuliyyətli Cəmiyyəti Xınalıq kəndindəki qəzalı evləri Dövlət Turizm Agentliyi üçün neçəyə təmir edəcək? Bir evin bərpasına 99 945 manat. Yüz mindən 55-cə manat manat aşağı qiymətə. Çox şişirdilib, deyilmi?

Aktualinfo.org xatırladır ki, ötən il də Xınalıq kəndindəki qəzalı evlərin bərpasına külli miqdarda vəsait ayrılmışdı. Onda Dövlət Turizm Agentliyi Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsini 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlamışdı. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Dövlət Turizm Agentliyi Xınalıqdakı qəzalı evlərin təmiri və bərpası (16 ev) işlərinin satın alınmasına 04.05.2021-ci ildə də 876 181.18 manat məbləğində bir satınalma müqaviləsi də “PERLİT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb. Onda belə çıxır ki, Xınalıqdakı 16 qəzalı evlərin təmir bərpasına 2021-ci ildə 2 milyon manatdan çox vəsait ayrılıb?

Xınalıq kəndində ötən il hər bir evin təmir-bərpasına Dövlət Turizm Agentliyi təxmini hesablamalarımıza görə orta hesabla 73 938 manat ayırmışdı. Həmin dövrdə yaydığımız məqaləyə Agentliyin cavabı belə olmuşdu ki, “Qışı sərt keçən Xınalıq kəndi ərazisində evlərin əksəriyyətində uçqunlar olmuşlar və vətəndaşların həyatı ciddi təhlükə altında qalmışdır. Qeyd edilənləri nəzərə alaraq, iş həcmi mərhələlərə bölünmüşdür. İlkin mərhələdə ən təhlükəli 16 ev seçilib təmir-bərpa layihəsi hazırlanmışdır. Görüləcək işlərin 16 evlə bu ildə məhdudlaşdırılmasının digər əsas səbəbi dağlıq və sərt iqlimi olan Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay olmasıdır (May- Sentyabr). Evlərin təmir-bərpa layihəsi Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin layihə institutu tərəfindən hazırlanmışdır. Layihə institutu tərəfindən hazırlanan layihələr FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinə müvafiq rəy verilməsi üçün təqdim edilib.

Layihə smeta sənədlərinə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin müvafiq rəyi alınıb. Bu rəy və smetaya uyğun olaraq FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən cari qiymətlər səviyyəsində ehtimal dəyəri tərtib olunub. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən verilən qiymət əsasında Dövlət Turizm Agentliyi tərəfindən tender keçirib.”

Göründüyü kimi Agentlik qanun tələb etdiyi qaydaları sadalayır. Yəni, hər şey qanunda nəzərdə tutulan qaydada təşkil olunur. Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərə də söz yox, öz yerində. Amma bu dəfə də Xınalıqdakı qəzalı evlərin təmiri və bərpasına ayrılan vəsait ötən yazıda da qeyd etdiyimiz kimi, heç inandırıcı gəlmir bizə. Biz kəndin dağlıq ərazidə yerləşdiyini, relyefini, mal-materialların daşınmalarını və işçi qüvvəsini də nəzərə alırıq. Bununla belə ayrlan vəsait yenə də həddindən çox görsənmirmi? Bir qəzalı evin təmir bərpasına ötən il təxminən 74 min manat, bir ildən sonra isə təxminən 100 min manat vəsaitin ayrılması şişirdilmiş rəqəmlərdən başqa bir şey deyildir. Müqayisə üçün Dövlət Turizm Agentliyi tərəfindən redaksiyamıza göndərilmiş təmirli və təmirsiz evlərin şəkillərini diqqətinizə çatdırırıq. Birinci şəkildə evin tavanı köhnə qaydada olduğu kimidir. İkinci şəkildə isə tavan dəyişdirilib, divarlar isə sadəcə ağardılıb. İndi sizcə ayrılan vəsaitlərlə görülən bu işlər üst-üstə düşürmü?

Digər tərəfdən, Dövlət Turizm Agentliyi Xınalıqda tikinti işləri üçün mümkün olan hava şəraitinin 5 ay, may-sentyabr aylarının olduğunu göstərir. Elə isə tenderlər nə üçün sentyabrda keçirilir. Axı, sentyabrdan sonra Xınalıqda tikinti işləri aparmaq olmur. Sentyabrda tender keçirib, gələn ilin may ayında işə başlanılırsa ortada olan 8 ay müddətinə ayrılan pullar necə olur? Tenderləri ilin əvvəllindən, mart-aprel aylarından keçirib, may ayından işlərə başlamaq olmazmı? Hesab edirik ki, burada da bir çox qaranlıq məsələlər var.

Otən yazımızda da qeyd etdiyimiz kimi, biz kəndin qədimliyini başa düşürük. Buranın sadəcə qədim bir kənd olmaqla bərabər, həm də Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu olduğunu da unutmuruq. Amma sadəcə kəndin qədimliyini qorumaqla qəzalı evlərdə təmir-bərpa işlərinin aparılması xatirinə ayrılan milyonları başa düşmürük. Hər şey Fövqəladə Hallar Nazirliyinin qoyduğu qiymətlərdən asılı deyil ki. Bunun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var, bunun Hesablama Palatası, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarət Xidməti var. Bəs bu qurumlar hara baxır?

Xatırladaq ki, Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli ” mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bəzi tədbirlər haqqında” Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb. Elə 21 aprel 2018-ci il tarixdən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin sədri təyin edilib.Onun bu sahəyə rəhbərliyinə necə qiymət vermək olar? Bunun üçün sosial şəbəkələrdə və elektron media resusrslarında turizm obyektlərindən olunan çoxsaylı şikayətlərə baxmaq kifayət edər. Dövrü mətbuatda həmçinin yazırlar ki, Fuad Nağıyevi “yaxından tanıyanlar deyir ki, agentlik rəhbəri içki masasına oturdumu, onu oradan qaldırmaq çətin məsələdir, ayaqları sözünə baxmayanadək içəcək, yekunda isə sürücüsünün və ya masa yoldaşlarından ayıq olanların dəstəyi ilə maşına salıb evinə göndərəcəklər. İddia olunur ki, bu vəziyyət demək olar, hər gecə təkrar olunduğundan cənab Nağıyev işə adəti üzrə nahardan sonra gəlir.”

Mətbuatın yazdığından belə çıxır ki, Dövlət Turizm Agentliyinin sədri hər axşam yeyib-içməkdə olur. Hər axşam yeyib-içməyə xərclənən puların haradan gəldiyi isə bəlli deyil. Olmaya, Fuad Nağıyevin hər axşam yeyib-içməyə xərclədiyi pular Xınalıqdakı hər qəzalı evin təmir-bərpa işlərinə ayırdığı 100 minlərdən gəlir?

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05
Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01
“Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59
Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55
Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54
Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51
“Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48
Putindən Kadırova QADAĞA
Bu gün, 11:45
Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43
Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38
Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34
Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31
Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07
Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02
“Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54
Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52
"Buna ər dayanar?"
Bu gün, 10:46
O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38
Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28
Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24
Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18
Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14
Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05
Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04
İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01
“Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58
Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51
Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43
İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36
"Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29
`Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28
Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19
Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01
Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52
Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33
Fermerlər məhsullarını Bakıya gətirə bilmir - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 06:24
“Avanesyan olayı”, Azərbaycan polisinin fədakarlığı və Kitabi-Dədə Qorqud həqiqətləri... - İNCƏLƏMƏ
Bu gün, 06:21
"Bizdə könüllü şəkildə getmək istəyəni aparırlar" - partiya sədri
Bu gün, 06:19
Çətin payız: Rusiyanın raket terroru davam edəcək - AKTUAL
Bu gün, 06:14
Təhsil Nazirliyinin “16 faizdən 40 faizə yüksəlmə” fəxarəti - Sosial şəbəkələrdə tanınmış jurnalistlər "üsyan" qaldırdı
Bu gün, 06:10
2022-ci ildə Cermuk döyüşləri zamanı Azərbaycan Ordusu… – Martirosyandan ŞOK
Bu gün, 06:07
Azərbaycanda Bilik Günüdür
Bu gün, 00:46
Bakının işğaldan azad edilməsindən 107 il ötür - UNUTMARIQ...
Bu gün, 00:43
Yenə yağış, yenə Sabunçu... - VİDEO
Dünən, 23:28
Bu gün Xankəndinin erməni əsilli sakininin silahlı təxribata hazırlıq görməsinin görüntüləri ortaya çıxıb - VİDEO
Dünən, 23:23
Yaxın Şərqdə YENİ SAVAŞ ANONSU - NƏ BAŞ VERİR?
Dünən, 18:09
Qazaxda abadlıq işləri aparılır
Dünən, 18:03
Ermənistan müdafiə naziri Çinə səfər edib
Dünən, 18:00
Alimenti boşanan tərəf yox, dövlət verəcək: NƏ DƏYİŞƏCƏK? - AKTUAL
Dünən, 17:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru