Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək .....                     Erməni siyasilər Danelyanı ələ saldılar: .....                     “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” .....                     Dövlət qurumu geyim alır .....                     Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək .....                     “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” .....                     Tsarukyan niyə isterik vəziyyətə düşüb? .....                     İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq .....                     Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar .....                     Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü .....                     ABŞ şirkətinin Azərbaycandakı filialı .....                     Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri .....                     “Arzum”un 4 uşağı kimin ümidinə qaldı? .....                     Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi .....                     Anardan Əkrəm Əylislinin mükafat almasına .....                     ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu .....                     Marketlərdə satılan bu qidaları ALMAYIN .....                     "Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş .....                     İynə üstündə oturan məmurlar... .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” .....                     Arayik Arutyunyanla bağlı qərar verildi .....                     Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır .....                     Anar Bayramovdan yeni təyinat .....                     “Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” .....                     "Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" .....                     Paşinyanın Rusiyaya gəlməsinə qadağa .....                     Azərbaycanda tanınmış jurnalist vəfat edib .....                     “Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” .....                     Arif Hacılının “stop”u götürüldü .....                     “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” .....                     “Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” .....                     Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi .....                     Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək .....                     Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü .....                     Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub .....                     Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! .....                     Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər .....                     Zelenskidən Rusiyaya: .....                     "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub .....                     NATO 3 hissəyə bölünə bilər .....                 

Hesablama Palatasının “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-də tapdığı “nöqsanlara” əlavələr - İLGİNC FAKTLAR
Tarix: 4-05-2022, 10:33 | Çap et
Hesablama Palatasının “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-də tapdığı “nöqsanlara” əlavələr
Məlum olduğu kimi aprelin 26-da Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qurumun ötənilki fəaliyyəti ilə bağlı Milli Məclisə hesabat təqdim etdi. Müzakirəyə çıxarılmış hesabatla bağlı çıxış edən deputatların bir qismi hesabatın kifayət qədər peşəkar səviyyədə, mövcud qanunvericilik aktlarına uyğun formada tərtib edildiyini bildirsə də, bir qismi büdcədən oğurlayan məmurların adlarının açıqlanmasını tələb ediblər. Bir qism deputat isə Palatanın apardığı bütün auditlərin tam mətninin, dövlət sirri hesab olunan məlumatlar istisna olmaqla, əhatəli şəkildə dərc edilmədiyindən, millət vəkilləri üçün açıq olmalıdığından narazılığını ifadə ediblər.

Qeyd edək ki, Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda bir neçə nazirlik və onlara tabeli qurumlarda aparılan audit nəticələrində üzə çıxarılmış qanunsuzluqlar icmal şəkildə təqdim olunmuş, hər bir audit obyekti üzrə ayrı-ayrı, adlı formada təqdim edilməmişdir. Audit nəticələrinin qismən açıqlandığı dövlət qurumları arasında Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-də var.

Hesabatda bildirilir ki, Bakı şəhəri üzrə abadlıq işlərinə, dövlət mənzil fonduna aid binaların əsaslı təmirinə və dam örtüyünün təmirinə, məhəllədaxili yolların və səkilərin təmirinə dövlət büdcəsindən davamlı olaraq Bakı şəhər İcra Hakimiyyətinə vəsait ayrılır və xərclənir. Buna baxmayaraq, indiyədək bu sahədə həyata keçirilən işlərin dəqiq ünvan, vaxt, icraçının adı, görülmüş təmir işlərinin növü, işlərin qısa xarakteristikası və s. məlumatları özündə əhatə edən elektron məlumat bazası yaradılmayıb.

Məlumat üçün bildirmək istərdik ki, Bakı şəhərində təmir-tikinti işlərini bilavasitə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən 2019-cu ildə yaradılmış “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC həyata keçirir. MMC-ni yaratmaqda Eldar Əzizovun məqsədi güya dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq. Amma…

Aktualinfo.org Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2019-cu ildən sonra dövlət satınalmaları yolu ilə bir sıra mal-materialların və xidmətlərin satın alınması məqsədi ilə həyata keçirdiyi bəzi tender prosedurları ətrafında araşdırma aparmışdır. Xüsusilə qeyd etmək istərdik ki, bu son illərdə Bakı şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərin az bir qismidir. Tenderlər Bakı şəhər İcra Hakimiyyətinə tabeli “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətinin xətti ilə həyata keçirilib. Bu tenderlərdə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilibmi, müəyyən işlər və xidmətlər üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilibmi, habelə satın alınan malların (xidmətlərin) qiymətləri süni şəkildə şişirdilməyib ki, özünüz görəcəksiniz.

Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satınalınması üzrə 2 899 292 manat məbləğində satınalma müqaviləsi 24.12.2021-ci il tarixdə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 9 892 535.44 manat məbləğində satınalma müqaviləsi 23.11.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Mənzil-kommunal xidmətlərinin göstərilməsinin təmin edilməsi məqsədi ilə tələb olunan müxtəlif növ malların satın alınması üzrə 4 639 760 manat məbləğində satınalma müqaviləsi 08.10.2021-ci il tarixdə “TİKİNTİ TƏCHİZAT BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmiri üzrə 2 539 163.77 manat məbləğində satınalma müqaviləsi 04.08.2021-ci il tarixdə “XEZER-CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 13 470 942.89 manat məbləğində satınalma müqaviləsi 10.06.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi üzrə 6 273 470 manat məbləğində satınalma müqaviləsi 07.06.2021-ci il tarixdə “LPRS 777” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri üzrə 16 559 900 manat məbləğində satınalma müqaviləsi 03.06.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması üzrə 1 284 430 manat məbləğində satınalma müqaviləsi 16.04.2021-ci il tarixdə “STONE CONSTRUCTİON” ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satınalınması üzrə 1 284 430 manat məbləğində satınalma müqaviləsi 15.04.2021-ci il tarixdə “STONE CONSTRUCTİON” ” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə 9 992 560.78 manat məbləğində satınalma müqaviləsi 11.06.2020-ci il tarixdə “VEST LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması üzrə 2 993 911.36 manat məbləğində satınalma müqaviləsi 11.06.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə 4 993 996 manat məbləğində satınalma müqaviləsi 15.05.2020-ci il tarixdə “TİKİNTİ-TƏMİR-TƏCHİZAT-BƏRPA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması üzrə 19 985 998.07 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması üzrə 2 592 341.98 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 16 983 435.6 manat məbləğində satınalma müqaviləsi 19.03.2020-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır.

Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 2 999 478.6 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 2 575 040.6 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Bakı Şəhər ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınmas 3 lot üzrə 16 999 743.9 manat məbləğində satınalma müqaviləsi 14.05.2019-cu il tarixdə “İNPEKS-N” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmışdır.

Diqqətinizə çatdırdığımız bu tenderlər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti kimi ciddi bir qurumunun nəzarət etdiyi dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardı. Göründüyü kimi, burada “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin həyata keçirdiyi bir çox tenderlərdən fərqli olaraq, tikinti və təmir işlərinin aparılması nəzərdə tutulan dövlət mənzil fonduna aid binaların, məhəllədaxili yollar və səkilərin, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin Bakı şəhərinin konkret olaraq hansı ünvanında aparılacağı göstərilməyib. Hansı ki, Hesablama Palatası da son audit hesabatında “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin bu sahədə həyata keçirilən işlərin dəqiq ünvan, vaxt, görülmüş təmir işlərinin növü, işlərin qısa xarakteristikası və s. digər zəruri məlumatları ictimaiyyətə açıqlamadığını göstərmişdir. Göründüyü kimi burada açıqlanması mövcud qanunlara görə zəruri olan bir sıra ən vacib məlumatlar bilərəkdən gizlədilib. MMC-nin keçirdiyi bir çox satınalmalardan fərqli olaraq məhz bir sıra təmir -abadlıq işlərinin aparıldığı ünvanları göstərməməkdə məqsədi nə ola bilər?

Burada məqsəd dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması deyilsə, nə üçün görüləcək işlərin həcmi və konkret ünvanı göstərilmir? Tərəfimizdən aparılan təxmini hesablamalara görə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən son üç ildə yuxarıda göstərdiyimiz bir qism tenderlərə 138 960 430 manat dövlət vəsaiti ayrılmışdır. İndi bu vəsaitlərin səmərəli və şəffaf şəkildə istifadəsinə nəzarəti kim edir? Təbii ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və onun ən yaxın adamı.

Qeyd edək ki, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Abit Əliyevdir. Eldar Əzizov hələ 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra, Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləmiş Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmişdi. Eldar Əzizov Gəncədən sonra Sumqayıta da başçılıq etdiyi dövrlərdə Abit Əliyevi yanında gəzdirib. Eldar Əzizov daha sonra Abit Əliyevi Səbail rayon İcra Hakimiyyətində müavin vəzifəsinə də gətirdi. Onun Bakı şəhər İcra Hakimiyyətində də vəzifə alacağı gözlənilirdi. Lakin Eldar Əzizov sadiq kadrına şəhərin təmir tikinti işlərinə qeyri leqal nəzarəti həvalə etməyi üstün tutdu.

Göründüyü kimi, Bakı şəhərində məhəllə daxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinə, dövlət mənzil fonduna aid binaların təmirinə, səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin aparılmasına dövlət tərəfindən külli miqdarda vəsaiti ayrılıb. Amma nə çoxdu Bakı şəhərində məhəllədaxili yollar, mənzil fonduna aid binalar, park və bağlar. Nəzərdə tutulan bu təmir işlərinin konkret olaraq hansı ünvanda aparılmasının və həcminin göstərilməməsi bir çox qaranlıq mətləblərdən xəbər verir. Ola bilərmi ki, bu pullar da, həcmləri sənədlərdə artırılaraq eyni yolların qazılaraq yenidən asfaltlanmasına, eyni binaların dam örtüyünün yenidən təmirinə, eyni park və bağların təkrar təmirinə yazılaraq təyinatından yayındırılır?

Hesablama Palatası məhz bunlara ayınlıq gətirməli idi. Yoxsa Palatanın nöqsan hesab etdiyi bu kimi qanunsuzluqları hamımız görürük. Hesablama Palatasının açıqlamaq istəmədiyi nöqsanlarla, “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyətin gizlin keçirdiyi tenderlərdən fərqi nə? Bizim etdiyimiz əlavələr isə Hesablama Palatasının tapdığı “nöqsanları” konkretləşdirmək məqsədi daşıyır. Hansı ki, bunu Hesablama Palatası da etməliydi.
Aktualinfo.org









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Bu gün, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Dünən, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Dünən, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Dünən, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Dünən, 13:07
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Dünən, 12:56
Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Dünən, 12:52
İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Dünən, 12:46
Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Dünən, 12:41
Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Dünən, 12:29
ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Dünən, 12:27
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Dünən, 12:23
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Dünən, 12:19
Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Dünən, 12:15
Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Dünən, 12:11
ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Dünən, 12:08
Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Dünən, 11:17
"Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Dünən, 11:11
İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Dünən, 10:58
“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Dünən, 10:47
Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 10:46
Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Dünən, 10:43
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 10:39
“Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” - Radio aparıcısı
Dünən, 10:33
"Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" - Cümşüd Nuriyev
Dünən, 10:31
Paşinyanın Rusiyaya gəlməsinə qadağa - adını siyahıdan çıxardılar
Dünən, 10:22
Azərbaycanda tanınmış jurnalist vəfat edib
Dünən, 10:17
“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” - NƏ ETMƏLİ?
Dünən, 10:12
Arif Hacılının “stop”u götürüldü - Məhz bundan sonra...
Dünən, 10:02
“Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” - Könül Kərimovadan ETİRAF
Dünən, 10:01
“Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” -Razi Nurullayev belə deyir...
Dünən, 09:56
Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Dünən, 09:44
Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Dünən, 09:40
Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:39
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Dünən, 09:32
Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Dünən, 09:18
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Dünən, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Dünən, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Dünən, 07:16
Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Dünən, 07:15
NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Dünən, 07:13
"Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Dünən, 07:00
'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Dünən, 06:48
Kartı bloklayırlar, ardından isə... - GİLEY
Dünən, 06:39
“Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Dünən, 06:29
Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Dünən, 06:25
"Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Dünən, 06:18
Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Dünən, 06:13
Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Dünən, 06:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru