"Üfunət iyindən durmaq olmur!" .....                     "Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" .....                     "Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." .....                     Xanım işçidən Nail Abdullayevə ETİRAZ! .....                     Ceyhun Cəlilov özünü XAN kimi aparır .....                     "Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" .....                     Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? .....                     "Gərək sənətkarın enerjisi tükənməsin..." .....                     Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı .....                     Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib .....                     Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək .....                     Erməni siyasilər Danelyanı ələ saldılar: .....                     “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” .....                     Dövlət qurumu geyim alır .....                     Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək .....                     “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” .....                     Tsarukyan niyə isterik vəziyyətə düşüb? .....                     İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq .....                     Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar .....                     Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü .....                     ABŞ şirkətinin Azərbaycandakı filialı .....                     Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri .....                     “Arzum”un 4 uşağı kimin ümidinə qaldı? .....                     Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi .....                     Anardan Əkrəm Əylislinin mükafat almasına .....                     ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu .....                     Marketlərdə satılan bu qidaları ALMAYIN .....                     "Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş .....                     İynə üstündə oturan məmurlar... .....                     “Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” .....                     Arayik Arutyunyanla bağlı qərar verildi .....                     Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır .....                     Anar Bayramovdan yeni təyinat .....                     “Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” .....                     "Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" .....                     Paşinyanın Rusiyaya gəlməsinə qadağa .....                     Azərbaycanda tanınmış jurnalist vəfat edib .....                     “Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” .....                     Arif Hacılının “stop”u götürüldü .....                     “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” .....                 

Səfir oğlunun SULUADA KEYFİ... - Millətə gözdağı verir?
Tarix: 13-04-2022, 09:46 | Çap et
Səfir oğlunun SULUADA KEYFİ...
Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması səfirliklərimiz üçün çətin sınağa çevrildi. Rus əsgərinin ayağı Ukrayna torpağına dəyər-dəyməz Moskva doğumlu Kiyevdəki səfirimiz oradan qaçdı. Yarım milyon vətəndaşımızı Ukraynada taleyin ümidinə buraxıb aradan çıxan Elmira Axundovanın səsi bir neçə gün sonra Bakıdakı lüks mənzilindən gəldi. Gah xəstəliyini qabartdı, gah da qadınlığını önə çəkib fərariliyinə haqq qazandırmağa çalışdı. O gündən sosial şəbəkələrdə adı önünə “fərari səfir” epiteti əlavə olundu.

“Mən arzumu ortaya qoydum, səfir göndərdilər”, “diplomatik işdən bixəbərəm”, “diplomatlar sabunlanmış kadrlardır” kimi fikirlərin müəllifi olan Elmira Axundovanın hər çıxışı komediya filmləri üçün “qanadlı” frazalarla zəngin olur.

Hər kəs bilir ki, Elmira Axundovanın Ukraynadan “diplomatik” qaçışından sonra onun işini bu ölkədəki diasporumuzun cəsur üzvləri və Moldovadakı səfirimiz Qüdsi Osmanov öz üzərinə götürərək şərəflə həyata keçirməkdədir. Qüdsi Osmanovun Türkiyəyə göndərdiyi Ukraynadakı vətəndaşlarımızın ardınca, bu ölkəyə gəlməsi, hava limanından Ukrayna qaçqınları olan soydaşlarımızı vətənə yola salması da diqqətlərdən yayınmayıb.

Ukraynadan qaçqın düşən soydaşlarımız üçün bu çətin günlərdə Qüdsi Osmanov vəzifə borcuna sadiqlik, Vətənə, vətəndaşa xidmətin nümunəsini ortaya qoydu. Elmira Axundova isə Bakıda oturub Türkiyədə istirahət planları qurur. Qüdsi Osmanov Ukraynadan qaçqın düşən azərbaycanlıları Türkiyə üzərindən Bakıya yola salanda Elmira Axundova hava limanından Türkiyəyə oğlu Həbib Axundovu yola salıb.

Diplomatiyadan bixəbərliyini gizlətməyən Elmira Axundovanın oğlu birbaşa Türkiyənin Maldiv adaları hesab olunan Suluadaya yollanıb. Onu istirahətə yola salan anasını Həbib Axundov çox da intizarda qoymayıb. Suluadadakı lüks istirahətini əks etdirən fotolarını sosial şəbəkə üzərindən paylaşıb, sanki Ukraynadan qaçqın düşən soydaşlarımıza gözdağı verir. Həbib Axundovun yaxta sevgisi də profilindəki fotolardan boylanır. Onun bu bahalı hobbisi model Günel Mirzəyevanın həyatı bahasına başa gəlməsi də yaddaşlardan silinməyib. 2017-ci il iyunun 24-də Günel Mirzəyeva Həbib Axundovun yaxtasında dənizə aparmışdı və dənizin ortasında sulara qərq olmuşdu. Dalğıclar modelin meyitini aşkarlamaq üçün 3 gün intensiv axtarış apardılar. Nəhayət, Günel Mirzəyevanın cansız cəsədini Bilgəhdə, ləpədöyəndən dənizin içinə doğru 300 metrlikdə aşkar edib, sudan çıxardılar...

Ölümündən xeyli əvvəl ərindən boşanmış, hamilə olması ilə bağlı məlumatlar olan Günel Mirzəyevanın suya özünün təsadüfən yıxılması da bu gün inandırıcı görünmür. Çünki bu sirli ölümdən sonra o zaman deputat olan Elmira Axundova çıxıb dedi ki, bəs oğlum Həbib üzgüçüdür, orada olsaydı, gənc qızın batmasına imkan verməzdi. Oğlunun yaxtasının varlığını da cidd-cəhdlə təkzib etməyə çalışdı. Sonradan FHN-dən modelin suya atıldığı və ya yıxıldığı yaxtanın Həbib Axundova məxsusluğunu təsdiqləyən məlumatlar ortaya çıxdı.

Məlum oldu ki, anasının üzgüçü oğlu Həbib Axundov da Günel Mirzəyeva suda çabalayıb kömək istəyərkən orada olub. Onun yaxtasında dənizə çıxıb dərin sularda dəniz sularına qərq olarkən imdad diləyən qıza Həbib Axundov nədənsə yardım əlini uzatmayıb. Ən qəribəsi isə bu iş üzrə Sabunçu Rayon Prokurorluğunda başlanmış cinayət işinin tez-bazar bağlanması oldu. Sabunçu prokuroru cinayət işinin bağlanmasını “əsaslandıran” qərarında yazırdı ki, Günel Mirzəyeva dənizdə çimərkən boğulub. Sanki prokuror Günel Mirzəyevanın Həbib Axundovun yaxtasında dənizin dərinliklərinə aparılmasından bixəbər idi. Bir də ki, dənizin dərinliklərində çimmirlər. Hamam vannası deyil axı. Dənizin dərinliklərində üzürlər. Diplomatiyadan bixəbər diplomat varsa, istintaq işindən xəbərsiz prokuror niyə olmasın ki?

Həbib Axundovun 8 milyonluq dələduzluq işi də bir başqa mövzudur. Hansında ki, anası Elmira Axundova da onunla bərabər əsas rollarda olublar. Elə bu dələduzluq işindən sonra Həbib Axundovun bir-birindən bahalı maşınları, anasının bir-birindən bahalı villaları, 5 mərtəbə biznes mərkəzi, şəhərin mərkəzində bir-birindən bahalı, dəyəri milyona çatan evləri peyda olmağa başladı.
O günlərdə Elmira Axundova deputat idi və sözünün əvvəlində də, axırında da Ramiz Mehdiyevin adını çəkib. Oğlunun qurduğu, özünün məsləhətçi rolunda olduğu 8 milyonluq işdə zərərçəkənlərə təzyiq göstərilməsinə xidmət edən məktubları da məhz Ramiz Mehdiyevin adına yazır, surətini də hüquq-mühafizə orqanlarına göndərirdi.

Sonradan 1 milyon qarşılığında səfir göndərilməsi iddiası ortaya çıxanda da Ramiz Mehdiyevin bu alverin başında dayandığı haqda xəbərlər vardı...
“Yeni Müsavat”

Səfir oğlunun SULUADA KEYFİ...
Səfir oğlunun SULUADA KEYFİ...
Səfir oğlunun SULUADA KEYFİ...
Səfir oğlunun SULUADA KEYFİ...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Üfunət iyindən durmaq olmur!" - MÜRACİƏT
Bu gün, 07:34
"Daha bunun nəyi SÜRƏTLİ oldu ki?" - ETİRAZ VAR!
Bu gün, 07:28
"Bu avtobus sanki heç bir qaydaya tabe deyil..." - NARAZILIQ VAR...
Bu gün, 07:20
Xanım işçidən Nail Abdullayevə ETİRAZ! - "BİZDƏN NƏ İSTƏYİRSİNİZ?"
Bu gün, 07:08
Ceyhun Cəlilov özünü XAN kimi aparır - Baş redaktor ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 06:50
"Yerdə qalan 6,4 faiz əhali isə böyük ehtimalla işsizlik və sosial probemlərə görə narazı olub" - Sabir Rüstəmxanlı
Bu gün, 06:36
Hədiyyə kampaniyası adı ilə insanları aldadırlar? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:34
"Gərək sənətkarın enerjisi tükənməsin..." - Xalq artisti
Bu gün, 06:32
Azərbaycanın mövqeyi təsir göstərdi: İsraildə kritik "soyqırım" çağırışı - GƏLİŞMƏ
Bu gün, 06:26
Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib - "The Sunday Times"
Bu gün, 06:20
Bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı təşkil ediləcək - DİQQƏT
Bu gün, 06:18
Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Dünən, 13:23
“Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Dünən, 13:20
Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Dünən, 13:14
Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Dünən, 13:07
“Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Dünən, 12:56
Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Dünən, 12:52
İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Dünən, 12:46
Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Dünən, 12:41
Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Dünən, 12:29
ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Dünən, 12:27
Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Dünən, 12:23
“Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Dünən, 12:19
Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Dünən, 12:15
Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Dünən, 12:11
ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Dünən, 12:08
Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Dünən, 11:17
"Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Dünən, 11:11
İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Dünən, 10:58
“Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Dünən, 10:47
Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Dünən, 10:46
Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Dünən, 10:43
Anar Bayramovdan yeni təyinat - ƏMR
Dünən, 10:39
“Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” - Radio aparıcısı
Dünən, 10:33
"Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" - Cümşüd Nuriyev
Dünən, 10:31
Paşinyanın Rusiyaya gəlməsinə qadağa - adını siyahıdan çıxardılar
Dünən, 10:22
Azərbaycanda tanınmış jurnalist vəfat edib
Dünən, 10:17
“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” - NƏ ETMƏLİ?
Dünən, 10:12
Arif Hacılının “stop”u götürüldü - Məhz bundan sonra...
Dünən, 10:02
“Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” - Könül Kərimovadan ETİRAF
Dünən, 10:01
“Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” -Razi Nurullayev belə deyir...
Dünən, 09:56
Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Dünən, 09:44
Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Dünən, 09:40
Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 09:39
Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Dünən, 09:32
Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Dünən, 09:18
Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Dünən, 08:20
Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Dünən, 08:18
"Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 07:20
NATO 3 hissəyə bölünə bilər - Nauseda
Dünən, 07:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru