Plastik qabların satışına .....                     Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI .....                     “Sən bizə sağ lazımsan, Paşinyan...” .....                     Cənubi Qafqazda yeni və sərt reallıq: .....                     "Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." .....                     QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları .....                     "Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" .....                     Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır .....                     Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI .....                     Fərid Əhmədov onu rəis təyin etdi .....                     "Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." .....                     Ermənilər ruslardan niyə döndü? .....                     “İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” .....                     2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? .....                     Təhsil eksperti ilə bağlı qərar verildi .....                     "44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” .....                     Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı .....                     İkiüzlü siyasət və... .....                     Normadan artıq yağış... .....                     Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... .....                     Paşinyandan SON həmlə .....                     Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi .....                     "Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." .....                     Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... .....                     "300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." .....                     Bu bir şəhər əfsanəsidir... .....                     Müsəlman Şərqində ilk demokratiya ölkəsi .....                     Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır .....                     AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? .....                     Bir yandan danışıq... bir yandan HƏDƏ.. .....                     Türkiyədə ERMƏNİBAZLIQ... .....                     Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR .....                     Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı .....                     İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib .....                     Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir .....                     Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... .....                     “Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” .....                     Təhsil İnstitutunun "MARAQLI " sxemi .....                     KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? .....                     Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir .....                 

"Mən inanmıram ki, Fərəh xanım belə iş görüb" - "Dəmirbank" işi...
Tarix: 22-12-2017, 12:27 | Çap et
"Mən inanmıram ki, Fərəh xanım belə iş görüb"
Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Fariz Qarayev ifadə verib. Bildirib ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, bankda xəzinədar işlədiyini bildirib.

Təqsirləndirilən Tamamgül Xanlarova isə ifadəsində deyib ki, bankda əməliyyatçı-xəzinədar vəzifəsində çalışıb: "Fərəh Rəşadətli hər zaman bizim arxamızda olub. Bizə kömək edib. Mən inanmıram ki, Fərəh xanım belə iş görüb. Fərəh xanıma hörmətimiz olub. İnanmışıq, dediklərin etmişik".

İclasda zərərçəkmiş şəxs qismində Sevda Xəlilova da ifadə verib. Bildirib ki, əmanətləri başqa bankda olub: "Kürəkənim Tural Axundov əmanətləri “Dəmir bank”a qoysanız yaxşı olar. Tural bildirdi ki, onların da pulları həmin bankdadır və Fərəh Rəşadətli adlı xanımdan danışdı. Dedi ki, mərd qızdır. Mən də kürəkənimə inandım və getdim Fərəh Rəşadətli ilə tanış oldum. 300 min manat öz adıma, 300 min qızım Gülnurun adına və 150 min dollar digər qızımın adına qoydum. Fərəh xanım dedi ki, Dəmir Bank çox etibarlı bankdır. Sonradan faizlər yubanmağa başladı. Soruşdum dedi ki, devalvasiya ilə bağlıdır. Mən əmanətləri götürmək istədim. Fərəh xanım dedi ki, götürməyim. Mən də yenidən razılaşdım. Lakin yenə də faizlər gecikirdi. Biz getdik əmanətləri götürməyə dedilər gedin baş ofisdən alın. Sonra bizə dedilər ki, bankda əmanətlər yoxdur. Bildirdilər ki, yalnız 30 min dollar var, əmanət banka qoyulub və götürülüb. Mən pullarımı tələb edirəm".

Daha sonra S. Xəlilova sualları cavablandırıb. Bildirib ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində neçə dəfə ifadə verib və F. Rəşadətli ilə üzləşmək istəyib. Lakin buna şərait yaradılmayıb: "Dedilər Fərəh Rəşadətli deyib ki, özümü öldürəcəm. Ona görə də görüşmək olmaz".

F. Rəşadətli isə elə söz demədiyini bildirib.

İclasda məlum olub ki, S. Xəlilovanın adından mülki iddia yoxdur. Vəkillər ondan pulu kimdən tələb etdiklərini soruşublar. S. Xəlilova pulu həm bankdan, həm də Fərəh Rəşadətlidən tələb etdiyini deyib.

Proses dekabrın 28-də davam edəcək.

Qeyd edək ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F.Rəşadətli ötən prosesdə məhkəmə zalında həbs edilib.

F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.


***

Külli miqdarda mənimsəmədə ittiham edilən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən
"Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərdən Fariz Qarayev dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini söyləyib. Suallara cavab verən F.Qarayev bankda işlədiyi müddətdə Fərəh Rəşadətlinin göstərişi ilə bəzi şəxslərin adına olan pulları kassadan çıxararaq ona verib. O söyləyib ki, pulların bir çoxunu F.Rəşadətliyə verib.

Digər təqsirləndirilən şəxs Tamamgül Xanlarova ifadəsində deyib ki, keçmiş müdiri Fərəh Rəşadətli ilə çox yaxşı münasibətləri olub: "Bankda əməliyyatçı-xəzinədar olmuşam. Fərəh xanım müdir yox, bizim üçün bacı, dost, yoldaş olub. Nə problemimiz olubsa, yanımızda olub. Həmişə ondan çox yaxşı münasibət görmüşük. Onun nəsə pul mənimsəməsindən, pulları kiminsə götürməsindən xəbərim yoxdur".

Məhkəmədə zərərçəkmiş Sevda Xəlilova da ifadə verib. O deyib ki, Azərbaycan Beynəlxalq Bankda pulu olub.

S.Xəlilova qeyd edib ki, kürəkəni həmin pulları "Dəmirbank"a qoymağı təklif edib.

"Kürəkənim Tural Axunov bizə gəlmişdi. Bankın faiz dərəcələri ilə bağlı çeki gördü. Mənə dedi ki, "Dəmirbank"da tanışım var. Əmanətləri ora qoymaq olar. Mən Beynəlxalq Bankdan başqa heç bir banka güvənmirdim. Amma Tural məni inandırdı. O, bizi Fərəh xanımla tanış etdi. İlk dəfə qızım Firəngizlə getdik. 300 min manat öz adıma, 150 min dollar qızım Firəngizin, 300 min dollar da digər qızım Gülnur Axundovanın adına əmanət qoyduq.

Bir neçə ay faizləri aldım. Amma gecikmələr olurdu. Fərəh xanım özü mənə dedi ki, bankda problemlər var.

Mənə VİP xidmətin olduğunu dedilər və o xidmətdən istifadəni təklif etdilər. Mən də razılaşdım. Bundan sonra da faizləri aldım. Amma bir müddət sonra yenə problemlər yarandı. Mən əmanətimi götürmək üçün Fərəh xanıma müraciət etdim. Amma pulu götürməməyimi xahiş etdi. Bir neçə gün Fərəh xanımla əlaqə saxlaya bilmədim. Neçə dəfə özünün ofisinə getdim. Faizləri də ala bilmədim. Axırıncı dəfə də Fərəh xanım dedi ki, faizləri öz əmanətimlə birlikdə qaytaracaq. Bir müddət sonra yoldaşımla banka getdik. Orada yox idi. Ofisdə Fərəh xanımı görmədim. Onunla əlaqə saxlayanda dedi ki, məbləğ çox olduğu üçün baş ofisə getmək lazımdır. Baş ofisə də getdik. Dedilər ki, sizin adınıza əmanət yoxdur.

Bundan sonra kürəkənimlə, qohumlarımız Axundovlarla problem oldu. Bizim vəkillərimiz eyni idi. Sonra vəkillər də ayrıldı. Baş ofisdən dedilər ki, sizin adınıza pullar götürülüb"- deyə zərərçəkmiş qeyd edib.

S.Xəlilova tələbinin banka qoyduğu əmanətlərin qaytarılması olduğunu deyib.

Zərərçəkən onu da əlavə edib ki, istintaq zamanı Fərəh Rəşadətli ilə üzləşmək istəyib: "Mən bildim ki, Fərəh xanım istintaqda deyib ki, qızım Gülnurun adına olan 300 min manat əmanəti kürəkənim götürüb. Mən bunu soruşmaq istəyirdim. Amma imkan vermədilər".

Sevda Xəlilova qoyduqları əmanətlərə görə aldıqları aylıq faizləri də açıqlayıb. Bildirib ki, 600 min manata görə 7500 manat, 150 min dollara görə isə 1150 dollar faiz alıb.

İttihama əsasən F.Rəşadətli "Dəmir Bank" ASC-nin Bayıl filialının sabiq müdiri vəzifəsində çalışarkən qulluq mövqeyindən istifadə etməklə Əzizə Axundovaya məxsus 1 milyon 225 min manatı ələ keçirib.

Ə.Axundova həmin məbləği banka depozit kimi qoymaq istəyirmiş. İttihama görə, F.Rəşadətli həmin məbləği sənədləri saxtalaşdırma yolu ilə ələ keçirib.

İttihama görə, F.Rəşadətli eyni üsulla Bəhruz Axundovu da aldadıb. Belə ki, onun 800 min manatını ələ keçirib.

İttiham aktında yazılır ki, F.Rəşadətli eyni dələduzluq əməlləri ilə Əliyeva Pərvanənin 400 min, Gülnur Axundovanın 300 min, Sevda Xəlilovanın 300 min, Firəngiz Məmmədlinin 150 min dollarını, Ruslan Qasımovun 100 min dollarını ələ keçirib.

F.Rəşadətli ittiham üzrə qismən təqsirli bildiyini söyləyir.

Digər təqsirləndirilən Fariz Qarayev və T.Xanlarova isə özünü qismən təqsirli bildiklərini söyləyirlər.

Qeyd edək ki, F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə), 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərdən F.Rəşadətli məhkəmənin hazırlıq iclasında həbs edilib. Digər şəxslər barəsində isə polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Cinayət işində 8 nəfər zərərçəkmiş var. İttihama görə, həmin şəxslərin 3 milyon manata yaxın pulu ələ keçirilib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Plastik qabların satışına QADAĞA GƏLİR?
Bu gün, 11:38
Fərid Məmmədova qarşı BÖYÜK YEYİNTİ İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:36
“Sən bizə sağ lazımsan, Paşinyan...” -İrəvan qarışır
Bu gün, 11:34
Cənubi Qafqazda yeni və sərt reallıq: - erməni revanşizminin əbədi dəfni
Bu gün, 11:33
"Qiymətlərin Avropa standartlarını da düzgün sırıyın camaata..." - MÜRACİƏT!
Bu gün, 11:24
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dövlət büdcəsinə yük olan forumları -...ortada nə ictimai hesabatlılıq görünür, nə də real təsir göstəriciləri/FOTOFAKT
Bu gün, 11:21
"Birlik kimdir ki, nazirliyin xəbəri olmadan qiymətləri qaldırır?" - ŞƏRURDA NARAZILIQ!
Bu gün, 11:10
Strateji tərəfdaşlıq taktiki xarakter daşıyır - İNCƏLƏMƏ
Bu gün, 11:06
Azərbaycanlı biznesmen və xanımına dələduzluq İTTİHAMI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Fərid Əhmədov onu rəis təyin etdi - Foto
Bu gün, 11:00
"Adamın yoxdursa, dərəcə də ala bilməyəcəksən..." - ETİRAZ VAR...
Bu gün, 10:52
Ermənilər ruslardan niyə döndü? - Ruslar ermənilərdən nə istəyir?
Bu gün, 10:36
“İttifaqdakı gənclər başlarından böyük danışır, “basıb-bağlayırlar”, özbaşınalıq edirlər” - Xalq artistindən İTTİHAM
Bu gün, 10:14
2008-ci ildəki 40 faizlik artım NƏDƏN FƏHLƏYƏ ŞAMİL OLUNMADI? - NARAZILIQ VAR...
Bu gün, 10:11
Təhsil eksperti ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:53
"44 günlük müharibə zamanı nəslindəki oğlanlar tuman altında gizlənmişdilər” - QALMAQAL
Bu gün, 09:50
Paşinyanın “kökünüzü kəsəcəm” dediyi separatçı saxlanıldı - FOTO
Bu gün, 09:47
İkiüzlü siyasət və... - Brüssel "simvolik jestlər" yolu seçib
Bu gün, 09:35
Normadan artıq yağış... TƏKCƏ BAKININ DƏRDİ DEYİL...
Bu gün, 09:31
Budapeştdən Praqaya qatar bileti 37 MANATDIR... - BU NECƏ OLUR AXI...
Bu gün, 09:27
Paşinyandan SON həmlə – Revanşistlərin ƏSAS dayağı sökülür
Bu gün, 09:15
Misir muzeylərində oğurlanmış Azərbaycan İrsi - FOTO
Bu gün, 09:11
"Kabinetdə oturub sadəcə “dəyişin” göstərişi vermək asandır..." - "AZƏRİQAZ"DA SOS!!!
Bu gün, 09:06
Bakı-Tiflis yolu... HƏM DƏ TÜRKİYƏ YOLUDUR... - AKTUAL
Bu gün, 08:03
"300 min azərbaycanlı gəlir, hakimiyyətə gəlsəm..." - Karapetyandan SENSASİON AÇIQLAMA
Bu gün, 08:00
Bu bir şəhər əfsanəsidir...
Bu gün, 07:58
Müsəlman Şərqində ilk demokratiya ölkəsi - MƏQALƏ
Bu gün, 07:50
Azərbaycan regionda yeni reallıq yaradaraq dünyanın siyasi xəritəsində rolunu artırmışdır - İsrafil Kərimovun yazısı
Bu gün, 07:48
AYNA və AAYDA-nın "koordinasiyasız" fəaliyyəti hara aparır? - ARAŞDIRMA
Bu gün, 07:37
Bir yandan danışıq... bir yandan HƏDƏ.. - GƏLİŞMƏ
Bu gün, 07:25
Türkiyədə ERMƏNİBAZLIQ... - MALƏSƏF...
Bu gün, 07:13
Zamin Mehrəliyevə AĞIR İTTİHAMLAR - bunu bir araşdıran olsa...
Bu gün, 07:04
Arif Hacılı Etibar Məmmədovla bağlı bütün sirrləri açdı - "Görünür, zaman keçdikcə..."
Bu gün, 06:40
İki həkim xəstə gəncin əsgər getməsinə müsbət rəy verib - Cinayət işi
Bu gün, 06:33
Rusiya Belarus istiqamətindən hücum ssenarilərini nəzərdən keçirir - Zelenski
Bu gün, 06:30
Uğursuz deputat özünü 'LABİRİNT'ə salıb... - AXI NİYƏ?..
Bu gün, 06:16
“Məqsədimiz əmlak bazarında peşəkar analitika və şəffaflığı təmin etməkdir” - Firdovsi Xəlilov
Bu gün, 06:00
Təhsil İnstitutunun "MARAQLI " sxemi - 6-cı sinif monitorinqində metodik və dil rüsvayçılığı
Bu gün, 05:56
KİM DÜZ DANIŞIR: vəkil, yoxsa ADY rəsmisi? - Tiflisə bilet qiyməti ilə bağlı mübahisə böyüyür
Bu gün, 05:43
Ukrayna öz suverenliyini qorumaq hüququna malikdir - Magyar
Bu gün, 05:41
ADY-dən inanılmaz rəqəmlər: Sadəcə layihə sənədinə 5.6 milyon manat - İcazə verin şübhələnək...
Bu gün, 05:38
"Bir çox müəllim məktəbdə şagirdə müştəri kimi yanaşır" - FAKT BUDUR!
Bu gün, 05:36
Moskva İrəvanda hərbi çevriliş hazırlayır? - GƏLİŞMƏ
Bu gün, 05:33
AzTU qanunsuz işçi çalışdırmaqda ittiham olunan şirkətlə anlaşdı - BURDA NƏ VAR Kİ...
Bu gün, 05:31
18 yaş yoxsa 21 yaş: Çağırış yaşı ilə bağlı yeni baxış... - AKTUAL
Bu gün, 05:29
Ankara ilə Bakı arasında erməni söhbəti... - Azərbaycan səfirinin çıxışı kimləri narahat edib?
Bu gün, 05:27
Ekspertlərdən ADY-ə etiraz: “Gediş haqqı bahadır” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:23
Tələbə kartlarını mənimsədiyi iddia edilən direktor 3 min manat işıq pulu ödəyib - TƏFƏRRÜAT
Bu gün, 05:20
Ukrayna yaxın həftələrdə danışıqlara hazırdır - Zelenski
Bu gün, 05:14
Gürcüstana səfər: 12 manatlıq sığorta nələri qarşılayır? - AKTUAL
Dünən, 18:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru