“Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Qusarda alternativ su mənbəyinin tikintisi üçün tender elan edir.
Banker.az xəbər verir ki, “Tikilməkdə olan Obyektlərin Müdiriyyəti” publik hüquqi şəxsi Qusar şəhərinin alternativ içməli su təminatının yaxşılaşdırılması məqsədilə irimiqyaslı tender müsabiqəsi elan edib.
Müsabiqə Qusar şəhərinin alternativ içməli su mənbəyinin tikintisi işlərini əhatə edir. Layihənin ehtimal olunan qiyməti 3 231 644 manat təşkil edir.








