Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir .....                     İlqar Bayramlı kadrları necə müəyyən edir .....                     Turizmin “buzu” nə vaxt əriyəcək? .....                     Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları .....                     Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil .....                     Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” .....                     "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var .....                     "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz" .....                     Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? .....                     Ayətullah Seyid Əli Xamenei dəfn edilib .....                     Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                 

“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur” - GİLEY
Tarix: 11-12-2017, 10:39 | Çap et
“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”
“Qəsəbə xarabalığa çevrilib, biz isə çarəsiz qalmışıq. Bakıda yaşasaq da, ucqar bir dağ kəndinin şəraiti belə bizimkindən yaxşıdır. Nə icra hakimiyyəti, nə də digər aidiyyəti qurumlar problemimizlə maraqlanmırlar”. Bu sözləri Bakının qədim kəndlərindən biri olan “Zabrat 2" qəsəbəsinin sakinləri deyir. Saytımızın elektron ünvanına gələn çoxsaylı müraciətlərdən sonra ”Yeni Müsavat" qəzetinin müxbiri adıçəkilən qəsəbədə olub, sakinlərin gileyini dinləyib.

Sabunçu rayonu, “Zabrat-2" qəsəbəsinin problemləri saymaqla bitməz. Qədim Bakı kəndi kommunal problemlər arasında çabalayır. Qəsəbənin nə bir normal yolu, nə də kommunal şəraiti var. Ərazidə olduğumuz zaman müşahidə etdik ki, qəsəbənin ara yolları keçilməz durumdadır. İnsanlar min bir əziyyətlə çala-çuxur yolla, gölməçələr içərisindən keçərək hərəkət edirlər. 46 min əhalisi olan qəsəbənin normal bir kanalizasiya sistemi belə yoxdur. Kanalizasiya və qrunt suları evlərin həyətlərinə dolur.

Zabrat ağsaqqalları qəsəbənin abadlaşması üçün dəfələrlə yerli icra hakimiyyətinə və digər müvafiq qurumlara müraciət etdiklərini bildirdilər. Yəni onların bu durumundan Sabunçu Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri də xəbərdardır: “50 ildir ki, qəsəbədə yaşayırıq. Bu illər ərazində Zabratda əsaslı şəkildə abadlıq işi aparılmayıb. Ümumiyyətlə, Zabrat da batır, zabratlılar da... Biz o zəmanədə yaşayırıq ki, ucqar rayonlara belə qaz, kanalizasiya xətləri çəkirlər. Ancaq biz Bakıda yaşasaq da, normal şəraitimiz yoxdur. Tez-tez qaz, işıq kəsilir. Bu qaz ki, kartladır, versinlər işlədək də... Nə zamana kimi belə davam edəcək? Bu qəsəbəyə də bir əl gəzdirsinlər. Sabunçu rayonunda yol infrastrukturu, kommunal şəraitinə görə ən geridə qalmış qəsəbə ”Zabrat 2"dir. Ancaq burada daşı-daş üstündə qoyan kimi dərhal bələdiyyə və icra nümayəndələri həmin adamın başının üstünü kəsir, rüşvət alırlar. Ucqar rayonlardan qohumlarımız qonaq gələndə yaşadığımız şəraitə mat qalırlar. Qışın günündə avtomobillər yolda qalır. Təcili tibbi yardım maşınları xəstəyə vaxtında yetişə bilmir".

“Qəsəbəyə ayrılan pullar hara gedir?!”

Sakinlər deyir ki, iki il öncə qəsəbəyə kanalizasiya xətti çəkilib. Lakin görülən işlər keyfiyyətsiz aparılıb. Minlərlə əhalisi olan qəsəbəyə nazik ölçüdə bir xətt çəkiblər: “Qəsəbədə kanalizasiya suları ilə yanaşı qrunt suları var. Çoxsaylı şikayətlərimizdən sonra kanalizasiya xətti çəkdilər. Lakin həmin boru çox nazik idi. Adını da qoydular ki, kanalizasiya xətti çəkdik. Təsəvvür edin ki, 46 min əhalisi olan qəsəbəyə ensiz bir kanalizasiya xətti davam gətirə bilərmi? Mətbuatı izləyirik, su və kanalizasiya xətləri üçün külli miqdarda vəsaitlər ayrılır. Ancaq ayrılan pulları mənimsəyirlər. Hansı həyətə daxil olsanız, rütubət və üfunət iyindən durmaq olmur. Evlərin zirzəmiləri çirkab suları ilə doludur. Camaat əlacsız qalıb, həyətlərinə yığılan çirkab sularını motorla ilə küçələrə vururlar. Kənd camaatı revmatizmdən əziyyət çəkir. Bəlkə də Şamaxının ucqar dağ rayonları belə bu gündə deyil. Bir sözlə Zabratı xarabalığa çevirib, zabratlıları da xəstəliyə salıblar”.

“Ölülərimiz də çirkab suları içindədir”

Ərazidə olduğumuz zaman sakinlər “Zabrat-2" qəsəbəsinin qəbiristanlığının da gölməçə suları içərisində olduğunu bildirdilər. Həmin vəziyyətlə əyani tanış olmaq üçün Zabrat qəbiristanlığına baş çəkdik. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Kanalizasiya və qrunt suları qəbiristanlığı bataqlığa çevirib. Qəbir daşları çirkab suları içində qalıb. Hər tərəfi üfunət iyi bürüyüb.

Çirkab sularını qəbiristanlıqdan təmizləmək üçün su motorları quraşdırıldığının da şahidi olduq. Böyük bir ərazidə toplanan su motor vasitəsi ilə sorularaq, kənara axıdılır.

Burada dəfn olunan qohumunu ziyarətə gələnlərlə də həmsöhbət olduq. Adının çəkilməsini istəməyən Zabrat sakini düşdükləri acınacaqlı durumu belə izah etdi: “ Gördüyünüz kimi, ölülərimizə belə hörmət qoyulmur. Meyitlərimiz kanalizasiya suları içindədir. Əksər ölü sahibləri məzar yerlərini yerdən 15-20 santimetr hündürlükdə salırlar. Bu vəziyyəti icra nümayəndələri bilirlər, lakin görməzdən gəlirlər. Ümumiyyətlə qəsəbənin kanalizasiya sistemi olmadığından bu cür mənzərə ortaya çıxır. Ölülərimiz qəbirdə, dirilər isə həyatda təhqir olunur”.

Sakinlər deyir ki, dəfələrlə Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait ayrılıb. Lakin görünür bu və bundan öncəki vəsaitlərdən “Zabrat 2" qəsəbəsinə pay düşməyib.

Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.


“Ölülər qəbirdə, dirilər isə həyatda təhqir olunur”







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu kiçik təhsil idarəsində böyük işlər çevrilir - İTTİHAM VAR...
Bu gün, 06:36
İlqar Bayramlı kadrları necə müəyyən edir - İLGİNC
Bu gün, 06:32
Turizmin “buzu” nə vaxt əriyəcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:24
Tibbi qurum 35 milyonluq tibbi ləvazimatları – BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 06:23
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil - AMMA...
Bu gün, 06:17
Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16
"JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13
"İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08
Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Dünən, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Dünən, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Dünən, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Dünən, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Dünən, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Dünən, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Dünən, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Dünən, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru