Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil .....                     Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” .....                     "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var .....                     "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz" .....                     Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? .....                     Ayətullah Seyid Əli Xamenei dəfn edilib .....                     Nərgiz Muxtarovaya hökm oxundu .....                     Komediyadan KRİMİNALA DOĞRU: .....                     “İrəvan Moskvadan qopa bilməz” .....                     Hər 5 nəfərdən birində xərçəng tapılacaq: .....                     Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... .....                     Bakıda ər arvadını güllələyərək öldürdü .....                     Paşinyanın “demokratiya” modeli: .....                     Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: .....                     Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... .....                     Bakıda rusca filmlər kinoteatrları başına aldı .....                     Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub .....                     Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib .....                     Ruslan Abdullayev müşavir təyin olundu .....                     Vətəndaşları dolandıranlara .....                     Süni intellekt üçün internet “Bakcell”dən .....                     "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" .....                     Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” .....                     Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb .....                     Yeni həkimlərin hamısı niyə qadındır? .....                     Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? .....                     AZAL sərnişin daşımalarını 5% artırıb .....                     Şirqulaminin QUYRUĞU... .....                     Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... .....                     İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: .....                     SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb .....                     Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi .....                     "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" .....                     “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı .....                     Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır .....                     “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? .....                     Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... .....                     Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır .....                     "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" .....                     İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? .....                 

Gizli biznesin QARA OYUNLARI - Klublarımız futbolçuların transfer qiymətlərini niyə gizlədirlər?
Tarix: 5-08-2017, 14:51 | Çap et
Gizli biznesin QARA OYUNLARI
İdmançıların, xüsusilə də futbolçuların transfer qiymətləri həmişə maraq kəsb edən mövzu olub. Adətən dünya mətbuatında bu cür xəbərlərə tez-tez rast gələ bilirik. Lakin Azərbaycanda vəziyyət belə deyil. Hazırda ölkədə kifayət qədər peşəkar klublar fəaliyyət göstərir və müxtəlif transferlər reallaşdırırlar. Buna baxmayaraq biz transfer məbləğləri haqqında hər hansı məlumat əldə edə bilmirik.

Bunun səbəbi nədir? Transfer qiymətləri niyə gizli saxlanılır?

"Klublar məmurların himayəsi altında olur"

DİA.AZ xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli modern.az-a açıqlamasında bildirib ki, Azərbaycanda futbol klubları biznes təfəkküründən uzaqdır:

"Dünyada idman klublarının əksəriyyəti kommersiya qurumu kimi fəaliyyət göstərir. Çoxu səhmdar cəmiyyətdir və minlərlə, on minlərlə səhmləri var. Təbii ki, bunlar cəmiyyətə, bazara açıq şəkildə fəaliyyət göstərməyə borcludurlar. Klublar səhmdar cəmiyyəti olduğu üçün transferlərlə bağlı hər hansı anlaşma olduğu halda bunu mətbuat vasitəsilə ictimaiyyətə açıqlayırlar.

Azərbaycan isə klublar çox təəssüf ki, normal biznes təfəkkürü ilə fəaliyyət göstərmir. Ən yaxşı halda hansısa bir şirkətin sponsorluğu altında çalışır. Bəzən isə bizneslə birbaşa əlaqəsi olan şəxslərin, məmurların himayəsi altında olurlar. Bu səbəbdən də çox qapalı şəkildə fəaliyyət göstərirlər. Cəmiyyətə həm transferlərlə, həm də, ümumiyyətlə, gəlirlər və ya xərclərlə bağlı doğru-dürüst məlumatlar verilmir.

Amma dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da azarkeşlər öz dəstəklədikləri klubun transfer bazarında necə fəaliyyət göstərdiyini, hansı oyunçularla danışıqlar apardığını, nə qədər qonorar aldıqlarını bilməlidirlər və bu, onların haqqıdır".

"Ölkəmizdə dünyada qəbul olunmuş oyun qaydaları formalaşmayıb"

Ekspertin fikrincə, yalnız Avrokuboklara düşən klubların gəliri haqqında az da olsa, məlumat əldə etmək mümkündür:

"Komandalar, furbol klubları biznes qurumu kimi fəaliyyət göstərmir. Avrokuboklara düşməyən klubların gəlirləri haqqında, ümumiyyətlə, məlumat yoxdur. Avrokuboklarda iştirak edən aparıcı klublarımızın oyunlarda qalib gəldikdə və ya tur atladıqda nə qədər vəsait əldə etdiyi haqqında məlumatı hansısa beynəlxalq futbol qurumları, Avropa Futbol Federasiyası vasitəsilə ala bilirik.

Amma klublar çox qapalı fəaliyyət göstərir. Bu da təəssüf doğuran haldır. Çünki futbol artıq uzun müddətdir ki, böyük biznesə çevrilib, şirkətlər kimi idarə olunur və böyük gəlirlər gətirir. Dünyada elə futbol klubları var ki, onun dəyəri milyardlarla ölçülür. Bu da iqtisadi canlanma yaradan əsas faktorlardan biridir. Məsələn, sırf "Barselona"nın oyununa baxmaq üçün gələn turistlər il ərzində azı 2 milyard dollara yaxın vəsait xərcləyirlər. Yəni bu, böyük biznesdir. Azərbaycanda isə kublar biznes təfəkküründən uzaq olduğu üçün bütün məlumatlar gizli saxlanılır. Bu da doğru yanaşma deyil".

"Azərbaycanda heç kim bir transfer qiymətini dəqiq deyə bilməz"

"CBC Sport" TV-nin Xəbərlər departamentinin şef redaktoru Rövşən Binnətli transfer məsələsinin hər zaman aktual olduğunu vurğulayıb:

"Əslində, bu sahədə hər şey qaydasında olsaydı, məsələ belə aktual olmazdı. Azərbaycanda peşəkar futbol fəaliyyətinin bünövrəsi qoyulandan indiyə qədər belə hallar bizdə baş alıb gedir. Yəni şəffaflıq baxımından bizdə bu sahədə ciddi qüsurlar var. Hər kəsə gün kimi aydındır ki, şəffaflığın olmaması nəyə xidmət edir. Çünki burada söhbət vergi ödənişləri, maliyyə məsələlərindən gedir. Məsələn, son günlər Neymarın transfer məsələsi ilə bağlı kifayət qədər böyük məbləğdən söz açılır və bu sirr saxlanılmır. Amma Azərbaycanda heç kim bir transfer qiymətini belə, dəqiq deyə bilməz. Klublar adətən bunu maliyyə sirri ilə əlaqələndirirlər. Oyunçudan transferlə bağlı bir şey soruşduqda isə menecer və ya kluba yönləndirir. Burada məsələ tərəflərin ümumi razılığı ilə gizli saxlanılır".

"Klubları kimlər idarə edir..."

R.Binnətli müvafiq qurumların da hər hansı tədbir görmədiyini vurğulayıb:

"Bir yerdə ki şəffaflıq qorunmur, bu, şübhələrə səbəb ola bilər. Əgər heç bir qanun pozuntusu və ya qara niyyət yoxdursa, o zaman nəyə görə bu məsələ gizli saxlanılmalıdır? Belə hallar varsa, deməli, heç də xoşməramlı məqsədlər güdülmür. Əslində, bunun bir ucu da inzibati, hüquqi məsələlərə dayanır. Görürsünüz, bəzən məşhur futbolçuların vergi ödənişində nə qədər pozuntular aşkarlanır və neçə ildən sonra üzə çıxır. Ancaq bizdə bu, qara xəttlə keçən məsələdir. Yenə də deyirəm, bu, tərəflərin razılığı ilə baş verir. Amma bizdən asılı olmayan səbəblər olduğu üçün hələ ki bu məsələnin həlli mümkün kimi görünmür.

Görünür, klublar yuxarıdan idarə olunur. Vergi orqanları da çəkilib kənarda durmasa və bu işin monitorinqi aparılsa, transfer məbləğləri haqqında məlumatlar çox asan formada ortaya çıxar. Amma onlar da bunu etmir. Nəticə olaraq deyə bilərik ki, zəncirin əhatə dairəsi çox genişdir".

"1 milyonu ötüb keçən transferlər...."

"Hazırda bizim yaxşı klublarımız mövcuddur və onların büdcəsi milyonlarla ölçülür, 1 milyonu ötüb keçən transferlər reallaşır. Amma bu ağızdan-ağıza gəzən təxmini rəqəmlərdir. Kifayət qədər yaxşı oyunçuları transfer etmisiniz, çox gözəl. Amma transfer məbləğini kiçiltmək və ya bunu ictimaiyyətdən gizlətmək düzgün deyil. Necə ki, biz dünyanın bütün klub transferləri ilə bağlı xəbər tuta bilirik, bu, ölkəmizə də aid olmalıdır. Bir jurnalist kimi Azərbaycanda reallaşan transferlər haqqında dəqiq informasiya ala bilmirik. Birbaşa bu işə cavabdeh olan qurumlar da məsələnin arxasınca düşmürlər. Transfer məbləğləri hələ də qaranlıq qalır".

"İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir"

"Qol.az" saytının baş redaktoru Aydın Bağırov bildirib ki, transfer qiymətlərinin açıqlanmaması maliyyə şəffaflığına kölgə salan məsələdir:

"Bir çox ölkələrdə normal klublar transfer məbləğlərini açıqlayırlar. Amma bizdə təəssüf ki, belə bir prosedur olmayıb. Eyni zamanda ictimaiyyətə açıqlanan qiymətlərlə rəsmi qiymətlər arasında da hər zaman uçurum olub. Hər halda, məbləğlərin açıqlanması şəffaflıq göstəricisidir. İndiyə kimi hansısa klubun transfer məbləği açıqladığı yadıma gəlmir. Görünür, müəyyən problemlər mövcuddur.

Azərbaycanda hər şey göstərildiyi kimi olmur, daha çox transfer qiymətləri qarşılıqlı razılaşma ilə gizli saxlanılır. Ümumiyyətlə, bu, birbaşa maliyyə şəfaflığının olmadığına dəlalət edir".








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil - AMMA...
Bu gün, 06:17
Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16
"JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13
"İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11
Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08
Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06
Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11
Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40
“İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37
Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35
Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24
Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15
Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10
Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08
Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02
Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01
Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56
Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53
Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49
Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47
Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45
"Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42
Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38
Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35
Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59
Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52
AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47
Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43
Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38
İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26
SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22
Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18
"Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03
Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53
“Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39
Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36
Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08
"Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Dünən, 12:06
İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Dünən, 12:05
Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Dünən, 12:02
Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Dünən, 11:56
Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Dünən, 11:52
Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Dünən, 11:49
“Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Dünən, 11:41
"Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Dünən, 11:36
Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Dünən, 11:33
"Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Dünən, 11:24
Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Dünən, 11:18
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Dünən, 11:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru