“Şərurlu İsfəndiyar”ın oğlunu kimlər qoruyur? - İDDİA
Tarix: 28-07-2017, 10:48 | Çap et
 “Nə yazmağı, nə də oxumağı bacarıram” etirafını edən “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınmış tikinti maqnatı İsfəndiyar Axundovu Azərbaycanda tanımayan yoxdur
Lakin o, nə Hacı Zeynalabdin Tağıyev kimi messenatlığı ilə tanınıb, nə də bu ölkədə hər-hansı bir işi ilə. Onun indiyə qədər gördüyü ən yaxşı iş pul qazanmaq və xərcləmək olub.
“Amma bu pulları necə qazanıb” sualı bu tikinti maqnatının biznes fəaliyyətindəki qaranlıq məqamları gün üzünə çıxarır. Əslində çox də uzağa getmədən və əziyyət çəkmədən mediada yayılan faktlar hər şey deməkdir.
Bu, Şərurlu İsfəndiyara görə dəfələrlə dövlət başçısına şikayətlər edilib, dəfələrlə aldadılan insanlar aksiya keçirib. Misal üçün, İsfəndiyar Axundov 2015-ci ildə mənzil satmaq adı ilə insanların pulunu mənimsəyib. Buna etiraz edən aldadılmış şəxslər etiraz aksiyası keçirtdilər.
Eyni fırıldaq ssenariləri dəfələrlə baş verib. Daha bir misal: 2007-2008-ci illərdən etibarən “VEDİ-E” MMC-nin Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa etdiyi binada mənzil almaq üçün adıçəkilən şirkətlə müqavilə bağlayıblar. Bu şirkətin təsisçisi Elmir Məhərrəmov, direktoru isə Qoşun Rəhimovdur. Müqavilə əsasında şirkət vətəndaşlardan 1 milyon manatdan çox vəsait alıb. Lakin vətəndaşlara “VEDİ-E” MMC-nin inşa etdiyi binada mənzil almaq qismət olmayıb. Çünki şirkət tikinti işlərini bir müddət sonra naməlum səbəblərdən dayandırıb. Orada işləyən fəhlələr buraxılıb. Vətəndaşlar “VEDİ-E” MMC-nin direktoru Qoşun Rəhimovun qəbulunda olublar. Lakin o, məsuliyyəti “SAFARİ-N” MMC-nin üzərinə atıb. Bəlli olub ki, bu işdə “VEDİ-E” MMC podraçtı, “SAFARİ-N” MMC isə sifarişçidir. Bu şirkətin direktoru isə İmran Axundovdur. O, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun qardaşıdır. Aldadılan vətəndaşları da bildirirdilər ki, bütün işlərin arxasında “Şərurlu İsfəndiyar” dayanır.
Aldadılan şəxslərdən konkret olaraq Ə.Əhmədov küçəsi ev 35, mənzil 7 ünvanında qeydiyyatda olan Niyaməddin Şəfayətlinin adını çəkmək olar. Həmçinin, yüzlərlə belə vətəndaşın şikayəti iniyə qədər mediada zaman-zaman yayılıb.
Yəni “Şərurlu İsfəndiyar”ın kim olduğunu, nə işlə məşğul olduğunu və necə pul qazandığını sübut etməyə ehtiyac yoxdur.
O, nə Hacı Zeynalabdin Tağıyev kimi messenatdır, nə də… O, sözün əsil mənasında insanların ahı üzərindən milyonlar qazanan “Şərurlu İsfəndiyar”dır.
Məsələ ondadır ki, bu şəxs indiyə qədər haqqında olan şikayətlərə rəğmən, hələ də azadlıqda gəzir və yenə eyni əməllərini davam etdirir.
Və ən dəhşətlisi odur ki, onun oğlanları harınlığı və cəzasız qalan cinayətləri ilə cəmiyyəti boğaza yığıb.
İsfəndiyar Axundovun oğlu Allahverdi Axundov bir müddət öncə 650 minlik “Lamborghini” Dövlət İqtisad Universitetinin önündə nümayiş etdirməsi, həmçinin, Bakı küçələrində “at kimi çapması” ilə gündəmə gəlmişdi. 650 min. Bu, halal yolla işləyən bir iş adamının ömründə görməyəcəyi puldur. Hərçənd, insanları aldadaraq, özünə sərvət toplayan “Şərurlu İsfəndiyar” üçün bu, kiçik məbləğ hesab oluna bilər.
Onun digər oğlu Şahin Axundov isə 2005-ci ildə Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləborana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə “Şərurlu İsfəndiyar”ın xahişlərini yerə salmamışdı. Və burada sual yaranır: “Şərurlu İsfəndiyar”ın cinayətkar oğlunu kim qoruyur?
Həmin şəxslərin kimliyi haqda müəyyən informasiyalara malikik, lakin hələlik adları açıqlamırıq.
Lakin məlumdur ki, “Şərurlu İsfəndiyar”ın tikinti maqnatı olmağına yardım edən şəxslər onun oğlanlarının cinayətlərini də ört-basdır etməyə kömək edir.
Bu gün “Şərurlu İsfəndiyar”la bağlı vətəndaşların şikayətləri ardı kəsilmədən redaksiyamıza gəlir. Şikayətlərdən də belə görünür ki, tikinti maqnatı insanların başına müsibət açmağa davam edir…(miq.az)



|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Paşinyan, Moskvaya səfər və “cəsarətli oğlan” - GƏLİŞMƏ
Bu gün, 06:16 |
|
|
|
| • "JIMMY AUTO CO" şirkətinin dövlətə böyük miqdarda borcu var - FOTO
Bu gün, 06:13 |
|
|
|
| • "İnandırıram sizi, o xərcin bəhrəsini də görəcəksiniz"
Bu gün, 06:11 |
|
|
|
| • Pensiya almadan vəfat edənlərin pulu ailəsinə qaytarılır? – Vacib məlumat
Bu gün, 06:08 |
|
|
|
| • Ayətullah Seyid Əli Xamenei dəfn edilib - KİV
Bu gün, 06:06 |
|
|
|
| • Nərgiz Muxtarovaya hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 18:11 |
|
|
|
| • Komediyadan KRİMİNALA DOĞRU: - Dünya kinosundan “kopya”, yoxsa?
Dünən, 17:40 |
|
|
|
| • “İrəvan Moskvadan qopa bilməz” - Politoloq
Dünən, 17:37 |
|
|
|
| • Hər 5 nəfərdən birində xərçəng tapılacaq: - Onkoloq SOS deyir
Dünən, 17:35 |
|
|
|
| • Evdə olmadıqları vaxtlarda MTK əməkdaşları həyətlərə daxil olur, ağacları kəsir, hasarları dağıdır... - BAKIDA QOÇU PEYDA OLUB...
Dünən, 17:24 |
|
|
|
| • Bakıda ər arvadını güllələyərək öldürdü - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Paşinyanın “demokratiya” modeli: - Ermənistanda avtoritar idarəçilik və Qərbin ikili standartı
Dünən, 17:10 |
|
|
|
| • Qraf Şulenburq və Azərbaycan Cümhuriyyəti: - Bakı nefti uğrunda gizli savaş...
Dünən, 17:08 |
|
|
|
| • Şamlar sönəcək, diplomatik tostlar unudulacaq... – Cənubi Qafqazda yeni dövr
Dünən, 17:02 |
|
|
|
| • Bakıda rusca filmlər kinoteatrları başına aldı - "...bu, qətiyyən doğru deyil"
Dünən, 17:01 |
|
|
|
| • Emin Ağalarovun təsisçi olduğu 56 şirkətin ümumi gəliri 6,7 milyard rubl olub - SİYAHI
Dünən, 16:56 |
|
|
|
| • Son 5 ildə ictimai hamamlarda xərclənən pullar 5 milyondan 8,3 milyona yüksəlib - RƏSMİ
Dünən, 16:53 |
|
|
|
| • Ruslan Abdullayev müşavir təyin olundu - ƏMR
Dünən, 16:49 |
|
|
|
| • Vətəndaşları dolandıranlara HÖKM OXUNDU
Dünən, 16:47 |
|
|
|
| • Süni intellekt üçün internet “Bakcell”dən - DİQQƏT
Dünən, 16:45 |
|
|
|
| • "Gəl çıx qarşıma, Ayaz Salayev, görüm nə edəcəksən?!" – Rus dili qalmaqalı böyüyür
Dünən, 16:42 |
|
|
|
| • Abşeronda 25 yaşlı oğlandan anasına amansız cinayət: “Hərəkətlərini xatırladım, öldürmək istədim” - TƏFƏRRÜAT
Dünən, 16:38 |
|
|
|
| • Sərdar Cəlaloğlu Rusiyanın Bakıda “casus yuvasını” belə tapıb – Özü açıqladı
Dünən, 16:35 |
|
|
|
| • Yeni həkimlərin hamısı niyə qadındır? – Müzakirələrə səbəb olan paylaşım
Dünən, 15:59 |
|
|
|
| • Rəhim Qazıyevə İranda “ayətullah” rütbəsi veriləcəkmiş? – Sensasion iddiaya cavab gəldi
Dünən, 15:52 |
|
|
|
| • AZAL sərnişin daşımalarını 5% artırıb - FOTO
Dünən, 15:47 |
|
|
|
| • Şirqulaminin QUYRUĞU... - Sərt olub neyniyəcəklər...
Dünən, 15:43 |
|
|
|
| • Naxçıvanın gələcəyi TƏHLÜKƏDƏ... - ƏGƏR VARSA...
Dünən, 15:38 |
|
|
|
| • İşdən çıxarılan müəllim Prezidentdən kömək istədi: - Hüquqlarımın bərpasını istəyirəm
Dünən, 13:26 |
|
|
|
| • SOCAR İtaliya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Dünən, 13:22 |
|
|
|
| • Paşinyan Bayramovun açıqlamasına müsbət reaksiya verdi - "İlin sonuna qədər..."
Dünən, 13:18 |
|
|
|
| • "Atamın aldığı oyuncaqları hələ də saxlayıram" - Hacıbaba Bağırovun qızı 22 yaşında
Dünən, 13:07 |
|
|
|
| • “Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
Dünən, 13:03 |
|
|
|
| • Vardanyanın arvadı Bakıya gəlməyə hazırlaşır - KİV
Dünən, 12:53 |
|
|
|
| • “Rosko” məhsullarının MƏNŞƏYİ HARDANDIR? - Ortada xeyli sual var...
Dünən, 12:39 |
|
|
|
| • Ceyhun Cəlilov deyir ki, İŞIQLARI SÖNDÜRÜN... - Naxçıvanın MƏZƏLİ GÜNLƏRİ...
Dünən, 12:36 |
|
|
|
| • Paşinyan iyulun sonuna qədər məzuniyyətə çıxır
Dünən, 12:08 |
|
|
|
| • "Rusiya təhdidləri NATO-nu daha da birləşdirdi" - ŞƏRH
Dünən, 12:06 |
|
|
|
| • İran niyə İlham Əliyev və Ərdoğanı “şəxsən” gözləyirmiş? - AKTUAL
Dünən, 12:05 |
|
|
|
| • Böyük Britaniya Azərbaycanın “Zəngəzur” gəmisini sanksiya altından çıxarıb - TƏFƏRRÜAT
Dünən, 12:02 |
|
|
|
| • Pezeşkiyandan ermənicə təşəkkürnamə - FOTO
Dünən, 11:56 |
|
|
|
| • Qusarda alternativ su mənbəyi tikilir – Layihənin dəyəri 3.2 milyon manat
Dünən, 11:52 |
|
|
|
| • Trampın geosiyasi auditi və: - NATO-nun yeni reallığı
Dünən, 11:49 |
|
|
|
| • “Qurtuluş” yenidən açılır: Ceyhun Salmanov görünüşü ilə diqqət çəkdi - VİDEO
Dünən, 11:41 |
|
|
|
| • "Söyüş və qarğış silməkdən yorulmuşam" - İlkin Misgərli autizmli uşaqla görüşəcək
Dünən, 11:36 |
|
|
|
| • Elm və Təhsil Nazirliyi bu şirkətə daha 1,8 milyon manat ödəyəcək
Dünən, 11:33 |
|
|
|
| • "Ezamiyyə xərclərimiz hələ də ödənilməyib..." - NARAZILIQ VAR...
Dünən, 11:24 |
|
|
|
| • Türkiyəli sürücülər Naxçıvandan olan sərnişini ÖLÜMÜNƏ DÖYDÜLƏR - BU NƏDİ BELƏ?
Dünən, 11:18 |
|
|
|
| • ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Dünən, 11:05 |
|
|
|
| • Gənc xanıma yüksək vəzifə verildi - ƏMR
Dünən, 10:59 |
|
|
|
|