AİLƏVİ... .....                     Narahat olmayın, səhv məndədir... .....                     70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? .....                     Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib .....                     "Məclisdə Ramalı görəndə oxumaq istəmirəm" .....                     İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi .....                     Ermənistanda referendum qərarı: .....                     “Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” .....                     Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA .....                     Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? .....                     Sülh sazişi niyə ləngiyir? .....                     Beləcə, məni aylardır, illərdir aldadırlar .....                     Bakı və Tbilisidən mühüm .....                     “Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” .....                     Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya .....                     Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ .....                     Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək .....                     Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... .....                     Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... .....                     Kəlbəcərdə sursat partlayıb .....                     Başçı özünə birinci müavin təyin etdi .....                     Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı .....                     İrandan Hörmüzlə bağlı xəbərdarlıq .....                     Oğuzhan Uğur barəsində həbs qərarı verildi .....                     Mülayim şərq küləyi əsəcək .....                     Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB .....                     Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi .....                     Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu .....                     SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: .....                     "Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” .....                     Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir .....                     "Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur .....                     Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” .....                     Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs .....                     Qaşınmayan yerdən qan çıxaranlar... .....                     "Müharibə şou ilə deyil, real işlə qazanılır" .....                     Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi .....                     Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı .....                     Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur .....                     Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı .....                 

AZƏRBAYCANIN В«ÜMİDВ» BİABIRÇILIĞI
Tarix: 17-10-2011, 11:45 | Çap et
AZƏRBAYCANIN В«ÜMİDВ» BİABIRÇILIĞI

RÖVNƏQ ABDULLAYEV QAZMA RƏİSİNİ DƏNİZDƏ GİROV SAXLAYIR

Azərbaycan neft-qaz ölkəsinə çevrilə bilmədi, kəşf olunan В«ÜmidВ» yatağındakı quyular çöküb, bərpası mümkünsüzdür

В«Rövnəq Abdullayevin durumu çox gərgindir. Prezidentə söylənilən yalan onu bitirə bilər. Hətta bu hadisənin beynəlxalq skandala da səbəb olma ehtimalları yüksəkdirВ» - Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətindəki mötəbər qaynaqlar “Dünya” İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) bildiriblər.

Bildirək ki, redaksiyamıza sözügedən qaynaq tərəfindən açıqlanan faktlar həqiqətən də çox mühümdür və hətta çox biabırçı bir vəziyyətin ifşası deməkdir. Əldə etdiyimiz məlumatlarda söhbət bir il əvvəl Azərbaycan hakimiyyətinin dünyaya bəh-bəhlə barəsində danışdığı ölkəmizin qaz ehtiyatlarından gedir. Və aydın olur ki, əslində Azərbaycanın bu sərvətdən istifadəsi nəinki bir-iki ilə və yaxud da prezidentin bu günlərdə В«Əl-CəzirəВ» telekanalına müsahibəsində qeyd etdiyi kimi 7-10 ilə, ümumiyyətlə 20-30 ilə də mümkün deyil.

İlk olaraq Azərbaycan iqtidarını qazlandıran В«ÜmidВ» yatağı barədə

Bildirək ki, В«ÜmidВ» yatağı hələ sovetlər dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf edilib. Bu yataq Bakıdan 75 kilometr, qurudan 40 kilometr məsafədə yerləşir. 1953-cü ildə burada birinci dəfə, 1972-ci ildə isə yenidən bir qədər təkmilləşdirilmiş geofiziki işlər aparılıb. Sonra 1977-ci ildən 1992-ci ilədək burada 9 quyu qazılıb. Lakin onların heç biri bu horizonta gedib çatmayıb və yatağın mənimsənilməsi mümkün olmayıb.

Nəhayət, qərara alınıb ki, yenidən sözügedən ərazidə quyu qazılsın. Və bu dəfə sırf olaraq ARDNŞ-nin imkanlarından istifadə olunub və bütün prosesə məhz yerli mütəxəssislər rəhbərlik edib. İlk dəfə idi ki, heç bir xaici investisiya cəlb olunmadan və xaricdən texniki dəstək alınmadan bu iş həyata keçirilib.

Bu barədə elə В«ÜmidВ» eyforiyası yaranan ilk günlərdə prezident İlham Əliyevə hesabat verən ARDNŞ-nin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə də AZƏRBAYCAN MƏHSULU olan В«ÜmidВ» yatağından bəh-bəhlə danışmışdı: В«Dövlət Neft Şirkəti 1994-cü ildəki şirkət deyil. İndi Dövlət Neft Şirkətinin maliyyə vəsaiti də, texniki, texnoloji imkanları da var. Bununla belə, yeni texnikanı qavramaq məsələsi də ortada idi. Ona görə bu, böyük bir risk idi. Burada iki məqamı qeyd etmək istəyirəm. Ümumiyyətlə, kəşfiyyat quyusunu platformadan qazmırlar. Dünyada belə təcrübə yoxdur. Platformadan quyuları yalnız açılmış yatağın sərhədlərini təyin etmək üçün qazırlar. Amma tamam açılmamış yataqda platformadan kəşfiyyat quyusu qazmırlar. Buradakı bütün quyular “Xəzər” tipli üzən qazma qurğuları ilə qazılmışdır. Bunlar 60-70 metr dərinlikdə iş görə bilirlər”.

Xoşbəxt Yusifzadə onu da bildirmişdi ki, ARDNŞ əvvəlcə üzən qazma qurğularından istifadə etmək niyyətində olub. Lakin sonradan hesablanıb ki, platformadan qazılsa, daha ucuz olar. Lakin təxminən iki dəfə baha alınıb: “Ona görə, bu platforma riskdir. Burada bizim ikinci böyük bir işimiz oldu ki, bu platformanı 6 quyu üçün layihələndirdik. Bunun müsbət cəhəti onda oldu ki, quyunu üzən qazma qurğusundan qazandan sonra çıxıb gedirsən. Amma burada platforma olduğu üçün, indi bir quyudan yaxşı nəticə almaq o deməkdir ki, biz bundan başqa daha 5 quyu qaza bilərik. Qazma prosesi mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. Beşinci horizontun olması o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da var. Əldə olunmuş geofiziki məlumatların və süxur nümunələrinin təhlilinin nəticələrinə əsasən yüz faiz əminliklə deyə bilərik ki, biz burada böyük yataq açmışıqВ».

Onu da xatırladaq ki, ARDNŞ-nin birinci vitse-prezidentinin ehtimallarına görə, təkcə В«ÜmidВ» yatağında 200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat ehtiyatı var. Hələlik bu quyudan əldə olunmuş məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir.

Xoşbəxt Yusifzadə onu da bildirmişdi ki, indi qarşıda bu yataqdan 8-ci horizontu açmaq vəzifəsi durur. Onun sözlərinə görə, bu quyunun perspektivli olması sübut edir ki, “Babək” yatağı “Ümid”dən iki dəfə böyükdür: ““Ümid”də yaxşı nəticə almağımız o deməkdir ki, “Babək”in perspektivliliyi iki dəfə artıqdır. Ona görə ki, bu strukturda “Babək” aşağıda yerləşdiyi üçün onun ehtiyatı iki dəfə çoxdur. Yəni, “Ümid”də ehtiyatlar 200 milyard kubmetr olacaqsa, “Babək”də bu, 400 milyard kubmetr olacaq, yaxud 300 milyard kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard kubmetr təşkil edəcəkdir. İndi “Ümid” yatağında bizim bir quyumuz var. Bu quyu dənizdə suyun dərinliyi 170 metr olan sahədə qazılıb. Hesab edirəm ki, yaxşı nəticələrə nail olsaq, həm təcrübəmiz artacaq, həm də “Babək”də də işləri özümüz görəcəyik”.

Xoşbəxt Yusifzadə bəyan edib ki, əgər Azərbaycanın 2 trilyon kubmetr təsdiq edilmiş qaz ehtiyatı varsa, ən azı 2 trilyon kubmetr də perspektiv ehtiyatı olacaq.

Onu da qeyd edək ki, sonradan verilən açıqlamalarda Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatlarının təxminən 2,6 trilyon kubmetr olduğu elan edildi və bu rəqəmlər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Dənizə gömülən neft milyonları

İndi isə artıq Azərbaycan hakimiyyətinin həm yerli və həm də dünya ictimaiyyəti qarşısında çətin durumda qaldığı söylənilir. Çünki elan olunan rəqəmlərlə qazın əldə olunması və elan edilən vaxta yetişdirilməsi qeyri-mümkündür. Çünki ortaya çox ciddi problemlər çıxıb. Xoşbəxt Yusifzadənin ehtimal etdiyi çətinliklər imkan verməyib ki, Azərbaycan neft ölkəsi olmaqla yanaşı, həm də qaz ölkəsi olsun.

Yeri gəlmişkən, xatırlayırsınızsa, həmin В«ÜmidВ» yatağının qaz ehtiyatları barədə dünyaya hay salınanda bildirilirdi ki, iki ilə, yəni 2012-ci ildən etibarən artıq Azərbaycan Avropaya belə təbii qazı nəql edə biləcək. Amma indi bu tarix bir qədər də uzaca atılıb. Yuxarıda da xatırlatdığımız kimi, İlham Əliyev artıq В«Əl-CəzirəВ» telekanalına müsahibəsində 7-10 illik müddətdən danışıb. Amma ona problemin mahiyyəti ilə bağlı tam olaraq məlumat verilməyib. Bunu da redaksiyamıza mötəbər mənbə bildirib.

Əldə etdiyimiz faktlara görə, В«ÜmidВ» yatağındaı platformada qazılan quyu Azərbaycanın dövlət rəsmilərinin hüdudsuz qaz ehtiyatlarımızla bağlı səs-küy saldığı ərəfədəcə dənizin dibinə batıb.

Bu barədə mənbənin söylədikləri: В«Elan olunandan bir ay sonra quyunun özülləri dənizdəki boşluğa gedib. Hələ də quyunun dirəkləri sementlənir, amma yenə də bir nəticəyə varıla bilmirВ». Sırf olaraq Azərbaycanın yerli işi olması səbəbindən yox, həm də В«ÜmidВ» yatağındakı platformada quyunun saxlanmasının ümumiyyətlə, mümkünsüzlüyü ilə əlaqələndirən mənbəmiz vurğuladı ki, zamanında həmin yataq BP-yə də təklif edilibmiş: В«Lakin xarici mütəxəssislər həmin yataqda apardıqları kəşfiyyat işlərindən sonra ortaya konkret nəticələrin çıxarılmasının mümkünsüzlüyü haqda rəy verdilər. Hətta həmin rəydə vurğulanırdı ki, В«ÜmidВ» yatağının istismarına sərf ediləcək maliyyə vəsaitinin külli miqdarda olması həmin yatağa olan marağı azaldırВ».

Xatırladaq ki, bu barədə Xoşbəxt Yusifzadə də etiraf edib və o da bildirib ki, yatağın istismarı üçün kəsə yoldan getməyə çalışıblar və daha az məsrəflə, nəticəyə nail olmaq istəyiblər: В«Amma yekunda gözləniləndən qat-qat artıq pul xərclənibВ».

В«ÜmidВ» yatağına bu vaxta qədər 1 milyard ABŞ dollarına yaxın vəsaitin xərcləndyini bildirən mənbəmiz vurğuladı ki, artıq həmin pullar havaya sovruşlumş, dənizə gömülmüş hesab oluna bilər.

Prezident Rövnəq Abdullayevi, Rövnəq Abdullayev də aşağıları sıxır

Təbii ki, bu durumun daha çox Rövnəq Abdullayevə baha başa oturduğu bildirilir. Mənbəmizə görə, artıq bir ildir ki, gərgin anlarını yaşayan ADRNŞ prezidentinə gələn ilin yanvar ayına qədər son vaxt verilib: В«Doğrudur, Rövnəq Abdullayev ARDNŞ-də rəhbər olsa da, onun qazma işlərindən ümumiyyətlə, anlayışı yoxdur və o, hələ də Xoşbəxt Yusifzadəni В«günah keçisiВ» kimi irəli verməyə çalışır. Çünki həqiqətdə də bütün məsuliyyət yükü məhz 1-ci vitse-prezidentin çiyinlərindədir. Yəni o, В«dobroВ» verməsəydi, bu pullar xərclənməyəcəkdi. Amma buna rəğmən, yenə də əsas hədəf Rövnəq Abdullayevin özüdür və günlərin birində həmin pulların hesabatı məhz ARDNŞ prezidentindən istəniləcəkВ».

Məhz uğursuz qazma işləri səbəbindən iki В«TRESTВ» müdirinin bu vaxta qədər görəvindən uzaqlaşdırıldığını bildirən mənbəmiz vurğuladı ki, hətta hazırda İsgəndər adlı qazma idarəsinin rəhbəri və eləcə də ARDNŞ-nin neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov ən çətin günlərini yaşamaqdadır: В«Onlar demək olar ki, 10 aydır ailə-uşaq üzü görmürlər. İsgəndər müəllim isə ümumiyyətlə, platformadan evə gəlmək ixtiyarında deyil və uğursuz qazma işlərinin bütün məsuliyyəti onun üzərinə qoyulub. Bir nəticəyə varılına qədər, o, dənizdən dönə bilməyəcəkВ».

Bir sözlə, В«ÜmidВ» yatağındakı iflas səbəbindən prezidentin Rövnəq Abdullayevi, Rövnəq Abdullayevin də öz növbəsində əlinin altındakı işçilərini sıxdığı bildirilir.

NABUCCO-nun da qarnının ağrısı В«ÜmidВ» imişвЂ¦

Bu arada əldə etdiyimiz bir başqa məlumatda isə vurğulanır ki, əslində NABUCCO ilə bağlı Azərbaycan tərəfinin ləngidici mövqedə dayanmasının bir səbəbi də ölkəmizin həmin layihədə sırf olaraq tranzit ünvan kimi iştirak etməmək niyyətiylə bağlıdır. Yəni Azərbaycan hakimiyyəti В«ÜmidВ» yatağında ehtimal olunan qaz ehtiyatı ilə həmin projedə iştirakda maraqlı olsa da, bu yatağın istismarının yaxın 20 il üçün də xəyal olması səbəbindən NABUCCO-yə daha çox əngəl yaradan bir tərəfə çevrilmişik.

Mənbəyə görə, artıq bu barədə real izahatlar Qərbin müvafiq dairələrinin diqqətinə çatdırılıb: В«Əslində bu məlumatlandırmaya elə bir ehtiyac da yoxdur. Çünki Azərbaycana NABUCCO-da daha ço tranzit ölkə statusu tanınır. Amma buna baxmayaraq, Azərbaycan həm də nəql edən ölkə kimi layihədə iştirak payı əldə etmək niyyətindədir və ilkin sənədləşmədə ölkəmizin tranzit məkan kimi rəsmiləşdirilməsi, sonradan nəql edən ölkə statusunun rəsmiləşdirməsi üçün sanki problem yaradacağından, rəsmi Bakı NABUCCO-nun sürətli şəkildə icrasının əleyhinədirВ».

Mənbəmizin sözlərinə görə, В«ÜmidВ» yatağı ilə bağlı ABŞ tərəfindən kosmosdan da kəşfiyyat işləri həyata keçirilib və Azərbaycana müvafiq sənədlər təqdim olunub: В«Həmin sənədlər də hələ 1953-cü ildə SSRİ-nin vaz keçdiyi bu işin boşuna enerji və pul sərf olunması anlamını daşıdığını sübutlayırВ». Mütəxəssislər bildirir ki, В«ÜmidВ» yatağının ucuz başa gələn üsullarla istismarı üçün müvafiq texniki avadanlıq və üsulların daha bir nəsillik inkişafına ehtiyac var.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AİLƏVİ... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:37
Narahat olmayın, səhv məndədir... - AXI NİYƏ?
Bu gün, 17:07
70 yaşlı, I dərəcəli müharibə əlilini KİM İNCİDİR? - TƏFƏRRÜAT
Bu gün, 17:00
Məhkəmə iki gənc vəkilin saxtakarlığını ifşa edib - DİNDİRMƏDƏ İŞTİRAK ETMƏDİKLƏRİ HALDA PROTOKOLLARI İMZALAYIBLAR
Bu gün, 16:58
"Məclisdə Ramalı görəndə oxumaq istəmirəm"
Bu gün, 16:55
İnternet sürətinə görə ölkələrin yeni dünya reytinqi – Azərbaycan neçəncidir?
Bu gün, 16:54
Ermənistanda referendum qərarı: - "Putin ittifaqı"nda qalacaq, yoxsa?
Bu gün, 16:48
“Məqsəd Ermənistanın cənubunda Fransaya bağlı təsir mühiti yaratmaqdır” – SENSASİON GEDİŞAT
Bu gün, 16:40
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı “Vital Hospital”dan AÇIQLAMA – “Başınız ağrıyacaq”
Bu gün, 16:36
Təmirə bağlanan yollar... NƏ VAXT AÇILIR? - AKTUAL
Bu gün, 16:13
Sülh sazişi niyə ləngiyir? – Paşinyanın Konstitusiya planına politoloqdan AÇIQLAMA
Bu gün, 16:11
Beləcə, məni aylardır, illərdir aldadırlar - GİLEY
Bu gün, 15:53
Bakı və Tbilisidən mühüm ANLAŞMA
Bu gün, 15:50
“Ermənilər itkin düşən yaxınlarını Ermənistanda axtarsınlar!” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 15:49
Erməni mediası və təhrif sehrbazlığı: açıq manipulyasiya - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 15:45
Şamaxının 2 rayonla əlaqəsi KƏSİLDİ - FOTOLAR
Bu gün, 15:44
Dövlət qurumu mühafizəyə 120 min manat xərcləyəcək – TENDER NƏTİCƏSİ
Bu gün, 15:30
Bu da bank sistemimizin BEYNƏLXALQ ÇIXIŞ QAPISI... - GİLEY
Bu gün, 15:19
Səhiyyə Nazirliyinin ƏLİ-VƏLİ OYUNU... - "Hansı islahatları aparırsınız?"
Bu gün, 15:13
Kəlbəcərdə sursat partlayıb - Yaralı var
Bu gün, 15:05
Başçı özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 13:26
Zidan Fransa millisi ilə uzunmüddətli müqavilə imzaladı
Bu gün, 12:36
İrandan Hörmüzlə bağlı xəbərdarlıq - "Fars"
Bu gün, 12:34
Oğuzhan Uğur barəsində həbs qərarı verildi
Bu gün, 12:21
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:10
Kənan Səlimov Pozitiv Psixologiya Mərkəzinin İcraçı direktoru TƏYİN OLUNUB - BUNDAN SONRA...
Bu gün, 12:06
Bəraət almış qızıl alverçinin işi ilə bağlı kassasiya şikayəti verildi - DETALLAR
Bu gün, 12:03
Müqavləsi qüvvədən düşən “Nağıl Dünyası” və Ramik Əşrəfovun şirin yuxusu - İTTİHAM VAR...
Bu gün, 12:02
SEPAH-a bağlı qəzet Əraqçını tənqid etdi: - “Bu məlumatlar açıqlanmamalı idi”
Bu gün, 11:58
"Tik-tok"da tanış oldum, aldatdı ki, həkiməm” - “UĞUR 777” İŞİ
Bu gün, 11:57
Fuad Quliyevin rəis təyin etdiyi şəxs öz əməkdaşlarını rüşvət alamğa məcbur edir - ŞOK İDDİA
Bu gün, 11:52
"Baksol yolu"nda su xətti partladı: Sakinlərin şikayətini eşidən yoxdur - FOTO
Bu gün, 11:46
Ermənistanda aksiyalar başladı: “Xalq üsyana hazırdır” - RUS BARMAĞI...
Bu gün, 11:42
Tanışını qətlə yetirərək 18 il həbs cəzası alan şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 11:41
Qaşınmayan yerdən qan çıxaranlar... - AXI NİYƏ?
Bu gün, 11:39
"Müharibə şou ilə deyil, real işlə qazanılır" – Baş komandan Ukrayna rəhbərliyindəki qalmaqala son qoydu
Bu gün, 11:37
Qadın şərikli biznes vədi ilə 17 min manatı ələ keçirdi – MƏHKƏMƏ
Bu gün, 11:35
Bakıda özəl klinikada ölən körpənin zirzəmiyə atılması iddiası ilə bağlı ARAŞDIRMA BAŞLADI
Bu gün, 11:34
Ucarda vəzifəli şəxsin qan donduran əməlləri ifşa olunur – Su İdarəsinin rəis müavini hər an həbs oluna bilər...
Bu gün, 11:32
Diplomun tanınması və cəzanın azaldılması adı ilə vətəndaşları aldatdı - TƏFƏRRÜAT
Bu gün, 11:28
AZAL donanmasına cari ildə dördüncü təyyarəsini əlavə edib - VİDEO
Bu gün, 11:26
"DÇ-2026: Futbol turniri dəyişən dünyanın güzgüsünə çevrildi" - "Новая газета Европа"
Bu gün, 11:23
Həmkəndlisini dəmir boru ilə vəhşicəsinə döyən şəxs: - "Araq içdik, sonra məni söyməyə başladı"
Bu gün, 11:21
Bakıda yaşıllaşdırma işləri aparılır, yeni ağac və bitki növlərinin yetişdirilməsi və əkilməsi davam etdirilir - FOTO
Bu gün, 11:12
Sahibkar Göyçayda intihar edəcəyini bildirir - ETİRAZ!
Bu gün, 11:03
"Belə bir həyatda yaşamaq üçün heç bir stimul da qalmır..." - ANIM
Bu gün, 10:53
"Öz ərazimizi hədəf ala bilərik" - İran ordusu
Bu gün, 10:46
Kanadada FACİƏ: - azərbaycanlı gənc binadan yıxılıb ÖLDÜ
Bu gün, 10:28
GDU-nun baş müəlliminin ŞÜBHƏLİ ÖLÜMÜ - TƏFƏRRÜAT
Bu gün, 10:25
SEPAH “Amazon”un məlumatlar mərkəzini atəşə tutub
Bu gün, 10:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru