İCRA BAŞÇISI ÖZÜNƏ В«XAN SARAYIВ» TİKDİRİR
Tarix: 22-05-2012, 13:50 | Çap et
VİLYAM HACIYEVİN YENİ VİLLANI BƏYLƏR ƏYYUBOVA VERƏCƏYİ DEYİLİR
DİA.AZ: - Samuxu В«qızıla qərq etdikdənВ» sonra buna mükafat olaraq İmişli kimi köklü bir rayona icra başçısı göndərilən Vilyam Hacıyev elə ilk günlərdəncə özünün əsl kimliyini göstərməyə başlayıb. Elə bunun nəticəsidir ki, Samuxda olduğu kimi İmişlidə də Vilyam Hacıyev üçün bir nömrəli hədəf sahibkarlardır.
Xatırladaq ki, Vilyam Hacıyev hələ də Samux sahibkarlarından olan rayonun Asfalt Beton Zavodunun müdiri Nəsrulla Nəzərova 491 min manat həcmində pul atdığından bu gün 400-ə yaxın ailə Samuxun sabiq icra başçısının pulu nə zaman qaytaracağını gözləməkdədir. Təbii ki, başçının əslində zavodun işçilərinə maaş olaraq verilməli olan həmin pulları geri qaytarmaq niyyəti yoxdur. Əgər belə olsaydı, iş məhkəmələrə düşməzdi və bu gün Azərbaycan məhkəmələrində öz haqqını bərpa edə bilməyən Nəsrulla Nəzərov Vilyam Hacıyevdən ala bilmədiyi pulu Avropa İnsan Haqqları Məhkəməsinin əli ilə almağa hazırlaşır.
Onu da bildirək ki, Vilyam Hacıyev İmişlidə də yerli sahibkarlara divan tutmağa başlayıb. Qeyd edək ki, binəva imişlililər əvvəlki icra başçısının zamanında da yerli məmurların özbaşınalıqlarından dad deyirdilər. Hətta bir müddət əvvəl haqqları tapdanan İmişli sahibkarlarının aclıq aksiyası keçirməsi də bütün ölkədə səs-küyə nədən olmuşdu.
Bütün bunları bilə-bilə Vilyam Hacıyevin rayona gələr-gəlməz sahibkarlara haqq qoyduğunu söylənilir. Bu barədə DİA.Az-a məlumat verən mənbə iddia edir ki, sahibkarlardan В«özümə yeni ev tikdirirəm, mənim İmişlidə evim olmalı deyilВ» ifadəsi ilə pul toplamağa başlayan yeni icra başçısı iriliyindən-xırdalığından asılı olaraq hər bir iş adamının boynuna 2 min manatdan 5 min manata qədər В«ev pulu haqqıВ» qoyub.
Mənbəmiz isə bildirir ki, əslində Vilyam Hacıyev özünə heç də bir daxma qaraltmır: В«Əməlli-başlı villa tikdirir və hətta indidən həmin villanın В«Xan SarayıВ» olacağı da məlumdur. Çünki Türkiyədən bu məqsədlə iki memar gətirilib və onlara В«Xan SarayıВ» projesinin inşası tapşırılıbВ».
Rayondakı qaynaq onu da iddia edir ki, İmişlidə yeni tkiləcək villanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubova bağışlanılacağı haqda da şaiyələr yayılıb: В«Hər kəsə deyilir ki, yeni tikilən ev Bəylər müəllimə məxsusdur. Ola bilsin ki, Vilyam Hacıyev Bəylər Əyyubovun adından istifadə edir və özünə tikdirdiyi sarayın ona məxsus olduğunu söyləyir. Amma ola da bilər ki, ica başçısı elə sarayı Bəylər Əyyubova bağışlasın. Çünki hər yerdə oturub-durub deyir ki, onu bu posta Bəylər Əyyubov qoyub və ona canını da verməyə hazırdırВ».

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30 |
|
|
|
| • Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27 |
|
|
|
| • Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25 |
|
|
|
| • Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23 |
|
|
|
| • MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38 |
|
|
|
| • Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34 |
|
|
|
| • Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28 |
|
|
|
| • Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50 |
|
|
|
| • Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37 |
|
|
|
| • Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
|