CƏLİLABADDA ŞOK BANK QALMAQALI
Tarix: 20-05-2012, 11:55 | Çap et
“FİNCA” BOKT MƏRHUMUN BORCUNA GÖRƏ SAĞ QALANA ZÜLM EDİR
DİA.AZ: - Cəlilabad rayonu Ocaqlı kənd sakini Həsənov Azər Xurşud oğlu redaksiyamıza şikayət məktubu ilə müraciət edib. DİA.AZ-a ünvanlanan məktubun mətnində deyilir:
“Yazıb sizə bildirirəm ki, bu ilin 29 aprel tarixində yaşadığımız Cəlilabad rayonunun Ocaqlı kəndində müdhiş hadisə baş verdi və ailəm ağır itkilərlə üzləşdi. Port-İliç qəsəbəsindən olan Əskərov İsmayıl Elnur oğlu adlı birisi kəndimizin ərazisinə soxularaq ailə üzlərimizə bıçaq xəsarətləri yetirdi. Nəticədə atam Həsənov Xurşud və qardaşım Həsənov Afət vəfat etdi, mən və qardaşım Yasər isə çoxsaylı xəsarətlər aldıq. Əskərov İsmayıl dəfələrlə karate üzrə müxtəlif yarışlarda yerlər tutub və əsəb pozğunluğu keçirib. Bu hadisənin obyektiv araşdırılması üçün dövlət orqanlarına məktublar ünvanlamışam. Məsələnin ədalətli araşdırılması üçün sizin də köməklik etməyinizi rica edirəm.
Bu ağır hadisədən sonra ailəmizə ikinci zərbəni “Finca” Bank Olmayan Kredit Təşkilatı vurmuşdur. Faciəli şəkildə öldürülən qardaşım Həsənov Afət “Finca”-nın Cəlilabad fililalından 1000 manat kredit pul götürmüşdü. Onun 8 ayını hər ay 107 manat olmaqla ödəmiş, 4 ayı, yəni təxminən 400 manat məbləğində borcu qalmışdı. İndi bankın işçiləri üstümüzə düşüblər ki, həmin pulu ödəməlisiniz. Əsas gətirirlər ki, biz müştərilərlə sığorta müqaviləsi bağlamırıq.
Qardaşım rəhmətə gedib, o pula mən zamin durmuşam, mənimsə əlimə 40 yerdən tikiş atılıb, əməliyyat olunmuşam, şikəst vəziyyətə düşmüşəm. O biri qardaşım Yasər 2-ci qrup əlil idi, ona da bu hadisədə baş nahiyəsinə və qoluna bıçaq zərbələri dəyib. Xəstəxanalara və iynə-dərmanlara külli-miqdarda pulumuz çıxıb. İndi də bunlar üstümüzə düşüblər ki, pulu ödəməlisiniz. Belə inafsızlıq olmaz! Elman Rüstəmov hara baxır, respublikada sələm soyğunçuluğu baş alıb gedir və günü-gündən dəhşətli şəkil alır. Bunlar ölən adamdan da pul tələb edirlər. Guya bizə hörmətləri o olacaq ki, faiz pulunu çıxacaqlar, qalan pulu, 330 manatı isə ödəməliyik. Mən məcbur qalıb 107 manat bu ayın aylığını onlara ödədim, qalan ayları isə ödəməyə inkanım yoxdur”.
Onu da bildirək ki, “Finca” BOKT-dən ümumiyyətlə kütləvi şəkildə narazılıqlar var, amma nədənsə heç bir dövlət orqanı reaksiya vermir. Elə bunu xatırladan şikayətçi məktubunda davam edir: “O pulu qardaşım Afət qrup halında götürmüşdü, “Finca”-nın işçiləri bildirirlər ki, əgər pulu verməsəniz, həmin pulu qrupun başqa işçiləri arasında bölüb onlardan alacağıq. Yəni narazılıq yaratmaq istəyirlər ki, qrup üzvləri olan həmkəndlilərimizi bizim üstümüzə salsınlar. Xahiş edirəm ki, bu özbaşınalığı respublika ictimaiyyətinin və dövlət orqanlarının diqqətinə çatdırın. Nəzərinizə çatdırıram ki, “Finca” ən yüksək faizlə pul verən və heç bir mənəvi hüdud tanımayan kredit təşkilatıdır. Bu sələmçi təşkilatla hüquq mühafizə orqanlarımızın yaxından maraqlanması və vətəndaşlarımızın əzilməsinə son qoyulması lazımdır.
Nəyə görə sələm təşkilatlarına bu formada vətəndaşlarımızın qanını içməyə imkan verilib? Çoxusu heç bank da deyildir, QHT kimi fəaliyyət göstərib qanımızı içir. Uzun illərdir ki, “Finca” kimi onlarla bank xalqımızı sələm məngənəsində boğur, açıq-aşkar genosid edir. Nəyə görə dövlətimiz insanlarımızı bu cür qaniçən mexanizmlərdən qorumur? Əgər bir təşkilat ölənimizə, itənimizə də rəhm etmirsə, bu cür təşkilatları respublika ərasinə niyə buraxırsınız? Elman Rüstəmovdan bunları soruşun. Nəyə görə bu qədər yüksək bank sələmi MDB ölkələrində yalnız bizdədir? Keçmiş Sovet respublikalarının heç birində bu cür özbaşınalıq yoxdur. Elə bir ev yoxdur ki, banklara sələm borcu olmasın, sıxma-boğmaya salınmasın. Xahiş edirəm, bizi “Finca” BOKT-dən qoruyun”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Azaqrotexnika" MMC-nin dövlətə 86 min manatdan çox BORCU VAR
Bu gün, 15:30 |
|
|
|
| • Tehrandan Rusiya və Gürcüstana uzanan layihə: Ermənistan əsas halqaya çevrilir - DETALLAR
Bu gün, 15:27 |
|
|
|
| • Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
Bu gün, 15:25 |
|
|
|
| • Müharibə Qırmızı dənizə və Xəzərə yayılır, ABŞ zərbələri dayandırıb, yeni cəbhələr açılır
Bu gün, 15:23 |
|
|
|
| • MİLYONLARIN SEVİMLİSİ... - REPLİKA
Bu gün, 12:38 |
|
|
|
| • Yaylaq Festivalında biabırçı mənzərə - AXI NİYƏ?..
Bu gün, 12:34 |
|
|
|
| • Naxçıvan gözləməməlidir: İnsanların səbri deyil, problemlər tükənməlidir! - Ariz Cəfərov yazır...
Bu gün, 12:28 |
|
|
|
| • Ləğv olunan banklarla bağlı məhkəmədə - 1 800 İŞ VAR
Bu gün, 11:50 |
|
|
|
| • Dənizdə batan Ümid müstəntiq işləyirmiş - FOTO
Bu gün, 11:37 |
|
|
|
| • Azərbaycanlıların olduğu gəmiyə dron hücumu: 2 dənizçi itkin düşüb - TƏFƏRRÜAT
Bu gün, 11:31 |
|
|
|
| • İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir
Bu gün, 11:28 |
|
|
|
| • Qazaxda Federasiya Kuboku yarışı keçirilib
Bu gün, 09:37 |
|
|
|
| • Yaralılar qan itirir, rəhbərlik "Şirvan gölü"ndə ziyafətdədir - Bərdə xəstəxanasında can bazarı...
Bu gün, 09:32 |
|
|
|
| • İcra hakimiyyəti Qarabağ qazisinə qarşı! - MÜRACİƏT
Bu gün, 09:28 |
|
|
|
| • Bərdədə səhiyyə sistemi iflic durumda! - NARAZILIQ VAR...
Bu gün, 09:24 |
|
|
|
| • Şəki xəstəxanasında ÖZBAŞINALIQ - İTTİHAM VAR...
Bu gün, 09:19 |
|
|
|
| • "Titulları necə aldıqlarını da bilirəm, mən efirdə olanda onlar yox idi..." - Çingiz Əhmədov onların yalanını ifşa etdi
Bu gün, 09:13 |
|
|
|
| • “Bakı Qızlar Universiteti 35 il yaxşı idi, bu gün niyə qəfildən pis oldu?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:11 |
|
|
|
| • Salyan Melioservis İdarəsinin dövlətə 180 min manatdan çox BORCU VAR - FOTO
Bu gün, 09:05 |
|
|
|
| • Peskov Tokayevin Ukrayna ilə bağlı mövqeyindən danışdı - "Biz razı olmasaq da..."
Bu gün, 08:56 |
|
|
|
| • SEPAH ABŞ-nin hərbi itkiləri ilə bağlı yeni iddia irəli sürdü - IRNA
Bu gün, 08:53 |
|
|
|
| • Şəhid anası ACINACAQLI DURUMDA... - özü də GÜLLƏ YARASI ALIB...
Bu gün, 08:35 |
|
|
|
| • Rövşən Nəcəf SOCAR-da nələrin baş verdiyini bilirmi? - Əgər bilirsə, BU NƏDİ BELƏ?
Bu gün, 08:22 |
|
|
|
| • Uşaqlarınızı ölümə göndərməyin! - ÇAĞIRIŞ
Bu gün, 08:10 |
|
|
|
| • AYNA rəhbərinin pul qazanmaqdan başqa həm də vəzifə borcu var... - GİLEY
Bu gün, 08:06 |
|
|
|
| • Naxçıvanda CƏLİLOVŞİNA - Əmi də öz çömçəsi ilə gəlib...
Bu gün, 07:56 |
|
|
|
| • Gürcüstanda ELEKTROŞOK - NƏ BAŞ VERİR?
Bu gün, 07:37 |
|
|
|
| • ƏSL JURNALİSTİKA... - REPLİKA
Bu gün, 07:26 |
|
|
|
| • "Kontakt Home"un "Qızıl Zəmanət"i də QƏLP İMİŞ... - FAKT BUDUR!
Bu gün, 07:13 |
|
|
|
| • "Xeyli insanı işsiz qoyublar..." - ETİRAZ VAR!
Bu gün, 07:00 |
|
|
|
| • "Öz vətəndaşını öz evinə quru yolla buraxmayan yegənə ölkəyik..." - FAKT BUDUR!
Bu gün, 06:51 |
|
|
|
| • Bu qısa ömürdə yaşanmış azadlığın zövqünü bir ömür dada bilməyənlər... - YAZIQSINIZ!
Bu gün, 06:47 |
|
|
|
| • Hindistanın təhsil nazirini gənclərin etirazları istefaya məcbur etdi - KİV
Bu gün, 06:32 |
|
|
|
| • Okeanın bu tayından okeanın o tayına iradlar... - Çempionata sözardı...
Bu gün, 06:26 |
|
|
|
| • Astarada məsciddə azyaşlılara dini dərnək təşkil edən şəxs cərimələndi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
| • Azərbaycan rəqəmsal manatın istifadəsinə hazırdırmı? - AKTUAL
Dünən, 16:56 |
|
|
|
| • "SEPAH hücumları davam etdirsə, regional müharibə qaçılmaz olacaq" - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Ağsuda sosial şəbəkədə qeyri-etik ifadələr işlədən qadın cərimələndi
Dünən, 16:49 |
|
|
|
| • İran və Ermənistan birgə işçi qrupu yaradır - “Mehr”
Dünən, 16:45 |
|
|
|
| • Zelenski Rusiyada hədəflərin vurulmasını əks etdirən kadrlar yaydı
Dünən, 16:35 |
|
|
|
| • "Torqovı"da 12 yaşlı qız turisti qarət etdi, atası həbs olundu - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
| • Erməni axçinin Bakı türməsindən CANLI “reportajı” – Terrorçulara işgəncə verilir?
Dünən, 16:19 |
|
|
|
| • Gürcüstanda enerji böhranı: - Bakı-Tbilisi qatarı da yolda qaldı
Dünən, 16:17 |
|
|
|
| • Bakı şəhəri yenə yuyuldu - FOTO
Dünən, 13:31 |
|
|
|
| • Rusiyadakı azərbaycanlıları təşvişə salan qərar - Çıxış yolu nədir?
Dünən, 13:05 |
|
|
|
| • Ermənistanın ixracı: - AB-yə 80%, Çinə 83% artdı
Dünən, 13:04 |
|
|
|
| • "Regiondakı toqquşmanın Azərbaycana təsirsiz ötüşməsi mümkün deyil" - Etibar Məmmədov
Dünən, 12:45 |
|
|
|
| • SEPAH-ın ultimatumu: - müharibə dağılma mərhələsinə keçib
Dünən, 12:35 |
|
|
|
| • Ermənistanda "Zəngəzur yolu" üçün referendum tələbi - NƏ BAŞ VERİR?
Dünən, 12:32 |
|
|
|
| • Bölgə əhalisi niyə Bakıda mənzil almağa çalışır? - AKTUAL
Dünən, 12:27 |
|
|
|
|