Keçmiş komandirdən Pənah Hüseynə ağır ittiham
Tarix: 3-07-2014, 11:16 |
Çap et
Bu günlərdə “Həftə içi” qəzeti və Hafta.az saytında dərc edilmiş 1992-cu ilin iyun-iyul aylarında Azərbaycan silahlı birləşmələrinin Qarabağdakı uğurlu əməliyyatlarına həsr edilmiş “22 il öncə bu günlər torpaqlarımız azad edilirdi” başlıqlı materiala bir sıra qazi və veteran döyüşçülər münasibətlərini bildiriblər.
Həmin dövrdə Ağdərənin azad edilməsində fəal iştirak etmiş keçmiş 123-cü alayın komandiri Nazim Bayram(ov) sözügedən yazıda sabiq baş nazir Pənah Hüseynovun əməliyyatlarda AXC hakimiyyətinin rolu barədəki açıqlamasına “Qazilər” facebook qrupunda reaksiya verib. Keçmiş döyüşçü-komandir sabiq baş naziri siyasi demoqoqiyada suçlayıb:
“Onların (AXC hakmiyyət komandasının - S.L.) bu əməliyyatların hazırlanmasından və keçirilməsindən xəbərsiz olduqlarınıözlərinə sübut edərəm. Pənah, sadəcə, siyasi demoqoqiya və başqasının zəhmətini mənimsəməklə məşğuldur. Bunlar üçün başqasının haqqına girmək heç nədir...”.