Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                     Təcili olmayan TİBBİ YARDIM... .....                     Trampın qəbulunda atəş açan şəxs saxlanıldı .....                     Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir .....                     "Dəfələrlə əlaqə saxlasam da..." .....                     " Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." .....                     TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! .....                     Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR .....                     Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? .....                     Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb .....                     Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" .....                     ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib .....                     İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu .....                     Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… .....                     Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... .....                     Güllü İbadovaya necə vəzifə həvalə olunur? .....                     İran təzyiq altında danışıqlarda iştirak etməyəcək .....                     AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? .....                     Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? .....                     Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: .....                     Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... .....                     “Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” .....                     Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? .....                     Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... .....                     Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil .....                     SEPAH-dan kritik açıqlama .....                 

“İsa Qəmbər Müsavat başqanlığına namizədliyini verməyəcək”
Tarix: 30-06-2014, 11:22 | Çap et
“İsa Qəmbər Müsavat başqanlığına namizədliyini verməyəcək”
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Moderator.az və “Hürriyyət” qəzetinə müsahibə verib. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Arif bəy, Müsavat Partiyasının qurultayının cari ilin 27 sentyabr tarixində keçirilməsinə qərar verilib. Bunu Müsavat Partiyasının qəti qərarı hesab etmək olarmı? Ola bilərmi ki, hansısa səbəbdən bu qərar da dəyişdirilsin?

- Bu bizim son qərarımızdır. Çalışacayıq ki, nəyin bahasına olursa-olsun öz qurultayımızı keçirək. Eyni zamanda qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətindən uyğun yer almaq məqsədi ilə sözügedən qurumla təmasları davam etdirmək niyyətindəyik.

- BŞİH-in qurultaya lazımi yer ayırmadığına görə Avropa Məhkəməsinə verilməsi təklifi də gündəmdədir. Sizcə belə bir addımın perspektivi varmı?

- Biz Avropa İnsan Haqları Məhkəməsində bu məsələ ilə bağlı qələbə qazanacağımıza əminik. Sadəcə olaraq Avropa Məhkəməsində proseslər bəzən uzun illər davam edir. Bizim isə Avropa İnsan Haqları Məhkəməsinin qərarını gözləmək niyyətimiz yoxdur. Bu proses paralel olaraq aparılacaq.

- Bəzi siyasilər iddia edir ki, qurultayın keçirilməsi ilə bağlı müəyyən edilən tarixlərin mütəmadi surətdə dəyişdirilməsi cəmiyyətdə sadəcə olaraq qeyri-müəyyənlik yaratmadı, bu, həm də Müsavat Partiyasının qətiyyətinə, qərarlarına. prinsipiallığına bir inamsızlıq yaratdı. Sizcə bu fikirlərdə həqiqət payı varmı?

- Bu, qərəzli adamların mövqeyidir. Çünki Müsavat Partiyasının rəhbərliyi, partiyanın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi daim qurultayın keçirilməsi istiqamətində addımlar atıb. Hələ 2011-ci ildə partiyanın qurultayının keçirilməsi ilə bağlı təşkilati-texniki işləri başa çatdırmışdıq. Hakimiyyətin yer ayırmaması qurultayın keçirilməməsinə səbəb olan yeganə amil idi. Bu baxımdan Müsavat Partiyasına qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur.

- Qubad İbadoğlu Müsavat Partiyasının bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələdən danışarkən qeyd etdi ki, öncə partiyanın mövcud resursları öyrənilməli, yalnız bundan sonra müvafiq qərar verilməlidir. Sizcə doğrudanmı Müsavat Partiyasının bələdiyyə seçkilərində uğur qazanacaq qədər resursa malik olması şübhə altındadır və bunun məxsusi olaraq öyrənilməsinə ehtiyac var?

- Istənilən siyasi prosesin başlanğıcında resurslar müəyyənləşdirilməlidir. Müsavat Partiyasının icra strukturları daim fəaliyyət göstərir. 2013-cü ilin prezident seçkilərindən sonra biz demək olar ki, respublikanın bütün rayonlarında rayon təşkilatlarının, şuralarının, özəklərinin fəaliyyəti, seçki kampaniyasındakı iştirak səviyyəsi ilə bağlı bütün informasiyaları toplamışıq, resursları müəyyənləşsdirmişik. Müsavat Partiyasının hansı regionda, hansı şəhərdə, hansı kənddə güc və resurslarının nə qədər olması ilə bağlı ətraflı məlumatımız var.

- Başqan seçkilərində iştirak edəcəksinizmi?

- Mən hələ ki, bununla bağlı qərar verməmişəm. Yəqin ki, qurultay ərəfəsində konkret prosedurlar başlayan zaman silahdaşlarımla, partiya rəhbərliyində olan şəxslərlə məsləhətləşib bu barədə müvafiq qərar qəbul edəcəm.

- Hakimiyyət təmsilçiləri iddia edir ki, Müsavat Partiyasının qurultay keçirməməsinə səbəb Müsavat rəhbərliyinin bu məsələdə maraqlı olmamasıdır. Onlar iddia edir ki, İ.Qəmbər başqan postunu heç kimə güzəştə getmək niyyətində deyil və buna görə də qurultayı təxirə salmağa çalışır. Sizcə partiyanın VIII qurultayında İsa bəyin namizədliyi irəli sürüləcəkmi?

- Müsavat Patrtiyası Azərbaycana bir çox yeni demokratik ənənələr gətirib. Əvvəlla Müsavat yeganə partiyadır ki, onun bütün strukturlarında real olaraq seçki keçirilir, namizədlər əvvəlcədən irəli sürülür, namizədlər arasında seçki kampaniyası aparılır və seçkilər gizli olaraq həyata keçirilir. Müsavat Partiyası 2000-ci ildə parlament seçkilərinə proporsional seçki sistemi ilə qatılarkən öz struktrularında bütün respublika miqyasında proporsional seçki ilə daxil oldu. Bir nəfərin iki dəfədən artıq partiya başqanı seçilməsinə qadağa qoyuldu. Bununla bağlı Müsavat Partiyasının nizamnaməsinə 2000-ci ildə keçirilən VI qurultayda müddəa daxil edildi. Bu sahədə də Müsavat Partiyası bir ilkə imza atdı. Çünki başqa partiyanın nizamnaməsində belə bir müddəaya rast gəlmək mümkün deyil. VIII qurultayda partiya nizamnamənin bu maddəsinə əməl edərək Azərbaycanda yeni bir ənənə və islahatın əsasını qoyacaq. Ilk dəfə olaraq öz nizamnaməsinə uyğun olaraq hər hansı bir vəzifədə çalışan şəxs eyni posta namizədliyini irəli sürməyəcək. Hakimiyyəti ən çox narahat edən məhz bu məsələdir. Azərbaycan Konstitusiyasında prezident seçkiləri ilə bağlı da belə bir müddəa var idi. 2009-cu ildə keçirilən saxta referendum yolu ilə bu müddəa ləğv edildi. Bu məsələ baş prokuror, ombudsman, hətta Mətbua Şurasının rəhbərliyinə seçkidə də təkrar olundu. Bu gün Azərbaycanda eyni şəxsin iki dəfədən artıq seçilməsinə qadağa qoyan nəinki siyasi təşkilat, hətta dövlət qurumu da mövcud deyil. Müsavat Partiyası demokratik bir təşkilat olaraq bu ənənənin əsasını qoyacaq. Müsavat Partiyasının VIII qurultayında İsa Qəmbər partiya nizamnaməsinə uyğun olaraq növbəti dəfə Müsavat başqanlığına namizədliyini sürməyəcək. Partiyada qalmaq məsələsinə gəlincə, biz hamımız bu partiyanı quran insanlarıq və bu partiyada da öz fəaliyyətimizi davam etdirəcəyik. Müsavat Partiyasının hədəflərinin yerinə yetirilməsi uğrunda fəaliyyətimizi İsa Qəmbərin və partiyanın digər vəzifəli şəxslərinin birgə səyləri əsasında reallaşması istiqamətində mübarizə aparacayıq.

-Müsavata yeni başqanın gəlişi onun digər partiyalarla münasibətində ciddi dəyişiklərə səbəb ola bilərmi?

-Müsavat oturuşmuş bir partiyadır. Bu təşkilat ayrı-ayrı şəxslərin iradəsi ilə idarə olunmur. Partiya nizamnaməsi, qəbul etdiyi təməl prinsiplər əsasında idarə olunur. Buna görə də həm partiyadaxili, həm də partiyadan kənar siyasətdə hansısa ciddi dəyişiklklərin olması qeyri-mümkündür. Ancaq partiya strukturlarındakı dəyişikliklər, istər yeni partiya başqanının seçilməsi, istər partiya strukturlarına yeni şəxslərin seçilməsi, Məclisin yeni tərkibinin müəyyənləşməsi və s. təbii ki, partiyaya yeni bir ab-hava gətirəcək. Bu əhval-ruhiyyənin müsbət olacağına heç bir şübhəm yoxdur. Çünki partiya strukturlarında baş verən dəyişikliklər bu təşkilatın çeviklik və dinamikliyini daha da artırmağa xidmət edəcək.

- Bəzi siyasilər iddia edir ki, Müsavat özünü “ana müxalifət” statusuna iddialı partiya hesab etdiyi üçün bu günmüxalifət düşərgəsindəki pərakəndəlik, intriqa və qarşıdurmalara görə də məhz bu partiya məsuliyyət daşıyır. Bu ittihamla bağlı nə söyləyə bilərsiniz?

- Müsavat Partiyasının müxalifət içində hansısa mövqelər uğrunda iddiaları və bu iddialar uğrunda mübarizəsi mövcud deyil. Müsavat Partiyası hakimiyyətə qarşı mübarizə aparır. Ölkədə olan ictimai-siyasi vəziyyəti köklü surətdə dəyişdirməyə çalışır. Bu gün istər ana müxalifət, istərsə də digər müxalifət partiyaları olsun, onların fəaliyyətinə hakimiyyət tərəfindən maneçilik törədilir. Ölkədə siyasi partiyaların bərabərhüquqlu rəqabət imkanları mövcud deyil. Hakimiyyət resurslarından faydalanan YAP-dan başqa digər siyasi partiyaların öz proqram və nizamnamələrinə uyğun olaraq fəaliyyət göstərməsinə imkan verilmir. Biz bu vəziyyətin dəyişdirilməsinə, demokratik cəmiyyətin yaradılmasına, ölkədə fundamental hüquq və azadlıqların təmin edilməsinə səy göstəririk. Bundan sonra da məhz bu istiqamətdə fəaliyyət göstərəcəyik. Real olaraq Azərbaycan hakimiyyətinin apardığı yanlış siyasətə müqavimət göstərən, insan hüquqları və azadlıqlarının təmin olunması, demokratik şəraitin yaradılması, demokratik seçkilərin keçirilməsi, islahatların aparılması, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və digər istiqamətlərdə fəaliyyət göstərən ictimai-siyasi təşkilatlarla, digər qurumlarla əməkdaşlığa, müttəfiqliyə hazır olmuşuq, bundan sonra da hazır olacayıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Bu gün, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Bu gün, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Bu gün, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Bu gün, 09:39
Nəvəsi xalq artistini belə öydü
Bu gün, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Bu gün, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Bu gün, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Bu gün, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Bu gün, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Bu gün, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Bu gün, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Bu gün, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Bu gün, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Bu gün, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Bu gün, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Bu gün, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Bu gün, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Bu gün, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Bu gün, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Bu gün, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Bu gün, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Bu gün, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Bu gün, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Bu gün, 05:18
ABŞ Prezidenti Ağ Evdə Müxbirlər Assosiasiyası üzvlərinin qəbulu zamanı təxliyə edilib - VİDEO
Bu gün, 05:14
İcra başçısına etiraz edən vətəndaş avtomobilinə od vurdu - TƏFƏRRÜAT
Bu gün, 05:11
Şahin Mehdiyev Qarabağda işçiləri işlədib, pulunu vermir… - NARAZILIQ VAR...
Bu gün, 05:05
Binəqədidə tikinti xaosuna KİM RƏVAC VERİR... - FOTOLAR
Bu gün, 05:00
Güllü İbadovaya necə vəzifə həvalə olunur? - İLGİNC FAKTLAR
Bu gün, 04:55
İran təzyiq altında danışıqlarda iştirak etməyəcək - Pezeşkian
Bu gün, 04:49
AHİK-də nə dəyişib: sədr, yoxsa idarəetmə? - Çingiz Hacıyevin “Kurort”u və Buzovna filialı “ailə şirkəti”dirmi?
Bu gün, 04:43
Təhsil geriləyib, yoxsa DİM sərt siyasətə keçib? - Ekspert deyir ki...
Bu gün, 04:37
Bakı şəhəri üzrə Təhsil İdarəsinin “boz kardinal”ı: - Turanə Məcidlinin sürətli inkişafının sirri
Bu gün, 04:36
Goranboyda icra başçısı Məhərrəm Quliyev qaziləri dinləmir... - Arzu Məmmədovu buna görə himayə edir
Bu gün, 04:31
“Yaxşı ki, mədəniyyət evində kazino açmayıblar” - Akif İslamzadədən sərt TƏNQİD
Bu gün, 04:23
Bakının kriminal məktəbləri: Hansı qadağalara ehtiyac var? - AKTUAL
Bu gün, 04:20
Adil Əliyevin bu özbaşınalıqdan xəbəri yoxdursa.... - BU NƏDİ BELƏ?
Bu gün, 04:18
Dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil - ŞƏRH
Bu gün, 04:09
SEPAH-dan kritik açıqlama - “Hərbi hücum üçün zəmin hazırlayanlar məhv edildi”
Bu gün, 04:03
Zaur Kamal efirə qayıdır? – ARB açıqlama yaydı
Bu gün, 03:59
ABŞ-ın İranı blokadaya almasından bəri 37 gəmi başqa istiqamətə yönləndirilib - KİV
Bu gün, 03:51
Yanacaq bahalaşır, ABŞ aviaşirkətləri yüz milyonlarla zərər edir və uçuşları azaldır - "Business Insider"
Dünən, 16:46
Söhrab İsmayılov həbs oluna bilər? - İDDİA
Dünən, 16:44
Pezeşkian hərəkətə keçdi, İsraillə bağlı məlumat yayıldı: - “Xilasetmə” əməliyyatı başladılır
Dünən, 16:30
Bərdədə Zümürxan gölü zibilliyə çevrilib - FOTO
Dünən, 16:18
Keçmiş oliqarx-məmur... BU GÜN DƏ QAZANIR... - İLGİNC FAKT
Dünən, 16:05
Müxalifət üçün itirilmiş ŞANS
Dünən, 15:48
İran XİN rəhbəri Tehranın tələblərini Pakistana çatdırıb
Dünən, 15:42
İran ordusu ABŞ-a xəbərdarlıq edib - “Fars”
Dünən, 15:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru