Azərbaycanda hakimiyyətə qarşı daha bir partiya yaradılır
Tarix: 29-05-2014, 11:35 | Çap et
 “Respublika alternativi” vətəndaş hərəkatının eyniadlı partiyaya çevrilməsi prosesinə start verilib. Mayın 28-də bu partiyanın yaradılması üzrə təşəbbüs qrupunun təsis konfransı keçirilib.Tədbir Respublika Gününə həsr olunub.
Konfransda REAL hərəkatının həbsdə olan lideri İlqar Məmmədovun təbrik müraciəti oxunub.
Hərəkatın İdarə Heyətinin üzvü, hüquqşünas Erkin Qədirli partiyanın proqram layihəsini təqdim edib.
Proqramda bildirilir ki, partiya Azərbaycan prezident respublikasından parlament respublikasına çevrilməsinə tərəfdardır.
İcra hakimiyyətini parlamentin formalaşdırdığı hökumət həyata keçirəcək. REAL həmçinin ölkənin inzibati-ərazi bölgüsünü dəyişdirmək niyyətindədir.
SSRİ dövründən qalan kiçik rayonlar üzrə indiki bölgü sisteminin əvəzinə regional, inzibati “El” (əyalət) yaradılması nəzərdə tutulur. Ölkə ərazisində 20 belə əyalətin yaradılması təklif olunur. Hər əyalətdə indiki rayonlardan 3-5-i yerləşəcək. Əyalətin tərkibində saxlanacaq rayon inzibati vahidlərin adları “oba” adlanacaq.
REAL ərazi islahatları altında öz partiya strukturunu da qurmaq niyyətindədir.
Əyalətlərin sayına görə partiyanın 20 regional məclisinin yaradılması nəzərdə tutulur.
İlkin təşkilatlar seçki dairələri (cəmi 125 dairə) üzrə yaradılacaq.
Partiya liderləri bu prinsipi seçki kampaniyasının effektiv keçirilməsi məqsədilə nəzərdə tutublar.
Həmçinin REAL hakimiyyətin desentralizasiyasına və səlahiyyətlərin bir hissəsinin regionlara verilməsinə tərəfdardır.
“El” rəhbərlərinin əhali tərəfindən seçilməsi nəzərdə tutulur. “El”in həmçinin xalq tərəfindən seçilən toplantısı olacaq.
REAL yerli hakimiyyətin bələdiyyələrə verilməsini təklif edir. Şəhərlərə əhali tərəfindən seçilən merlər rəhbərlik edəcək.
Xarici siyasətə gəlincə, REAL ölkənin Avroatlantik məkana inteqrasiyasına – ölkənin ÜTT, NATO və Aİ-yə daxil olmasına tərəfdardır.
Proqram liberal iqtisadi siyasətin aparılmasını, azad sahibkarlığın inkişafını, ekologiyanın qorunmasını, pulsuz səhiyyə və təhsilin olmasını nəzərdə tutur.
REAL hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, ilin sonunadək REAL-ın 20 regional təşkilatının yaradılması nəzərdə tutulur. Onlar partiyanın təsis qurultayına nümayəndələr seçəcəklər. Təsis qurultayı 2015-ci il mayın 28-də keçiriləcək.
Paralel olaraq REAL 2014-cü ilin dekabrında keçiriləcək bələdiyyə və 2015-ci ilin noyabrında olacaq parlament seçkilərinə hazırlaşır.
REAL hərəkatının yaradılması 2008-ci ildə elan edilib. Hərəkat praktiki fəaliyyətə 2009-cu ilin yanvarında başlayıb.
REAL hərəkatının lideri İlqar Məmmədov 2013-cü il İsmayıllı hadisələri ilə əlaqədar 7 il azadlıqdan məhrum edilib. Mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi onun qanunsuz həbsi ilə bağlı şikayətini təmin edib, onun Avropa konvensiyasında təsbit olunmuş hüquqlarının pozulmasını tanıyıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Erməni siyasilər Danelyanı ələ saldılar: - “Olmayan bir şeydən necə istefa vermisən?”
Bu gün, 13:23 |
|
|
|
| • “Bütün tələbələrimin sertifikatı ləğv olunsun” - Səhiyyə Nazirliyinə qarşı qalmaqallı məhkəmə
Bu gün, 13:20 |
|
|
|
| • Dövlət qurumu geyim alır – TENDER NƏTİCƏSİ
Bu gün, 13:14 |
|
|
|
| • Əsgərin ölüm işində əlavə şahidlər dindiriləcək - Məhkəmə işi
Bu gün, 13:07 |
|
|
|
| • “Filmdən sonra Fəxrəddinlə məndən soruşurdular ki, aranızda sevgi və eşq yaşanıb?” - Meral Konrat
Bu gün, 12:56 |
|
|
|
| • Tsarukyan niyə isterik vəziyyətə düşüb?
Bu gün, 12:52 |
|
|
|
| • İsrail "erməni soyqırımı"nı tanımaqla heç nə qazanmayacaq - "Haaretz"
Bu gün, 12:46 |
|
|
|
| • Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?
Bu gün, 12:41 |
|
|
|
| • Xameneyinin dəfn mərasimi və regional siyasətin güzgüsü - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:29 |
|
|
|
| • ABŞ şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR
Bu gün, 12:27 |
|
|
|
| • Azərbaycan - Avropa ittifaqı əlaqələrinin müasir inkişaf istiqamatləri - MƏQALƏ
Bu gün, 12:23 |
|
|
|
| • “Arzum”un 4 uşağı kimin ümidinə qaldı? – “Qanun bunu tələb edir...”
Bu gün, 12:19 |
|
|
|
| • Xameneinin dəfninə görə İrana bir həftə vaxt verdi
Bu gün, 12:15 |
|
|
|
| • Anardan Əkrəm Əylislinin mükafat almasına MÜNASİBƏT
Bu gün, 12:11 |
|
|
|
| • ŞOK ƏMƏLİYYAT: Azərbaycanlı Kamil və "banda"sı tutuldu -Milyonluq dələduzluq...
Bu gün, 12:08 |
|
|
|
| • Marketlərdə satılan bu qidaları ALMAYIN - ARAŞDIRMA
Bu gün, 11:17 |
|
|
|
| • "Arzum"un işi ilə bağlı ŞOK FAKTLAR: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunubmuş - FOTO
Bu gün, 11:11 |
|
|
|
| • İynə üstündə oturan məmurlar... - HƏR AN QƏRAR VERİLƏ BİLƏR...
Bu gün, 10:58 |
|
|
|
| • “Rusiya qazı kəsərsə, Azərbaycan qazı almalıyıq” - Koçinyan
Bu gün, 10:47 |
|
|
|
| • Arayik Arutyunyanla bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 10:46 |
|
|
|
| • Çin təhlükəsi Hindistanla Yaponiyanı yaxınlaşdırır - İNCƏLƏMƏ
Bu gün, 10:43 |
|
|
|
| • Anar Bayramovdan yeni təyinat - ƏMR
Bu gün, 10:39 |
|
|
|
| • “Kənardan heç də ağıllı görünmürsünüz, həmin aparıcıların nəyini qısqanım?” - Radio aparıcısı
Bu gün, 10:33 |
|
|
|
| • "Masonların ən güclü olduğu ölkələrdən biri Rusiyadır" - Cümşüd Nuriyev
Bu gün, 10:31 |
|
|
|
| • Paşinyanın Rusiyaya gəlməsinə qadağa - adını siyahıdan çıxardılar
Bu gün, 10:22 |
|
|
|
| • Azərbaycanda tanınmış jurnalist vəfat edib
Bu gün, 10:17 |
|
|
|
| • “Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” - NƏ ETMƏLİ?
Bu gün, 10:12 |
|
|
|
| • Arif Hacılının “stop”u götürüldü - Məhz bundan sonra...
Bu gün, 10:02 |
|
|
|
| • “Arif Qazıyev dedi ki, gül kimi oxuyursan, niyə klip çəkdirmirsən?” - Könül Kərimovadan ETİRAF
Bu gün, 10:01 |
|
|
|
| • “Avropa ölkələri bu miqyasda istilərə tam hazır deyildilər” -Razi Nurullayev belə deyir...
Bu gün, 09:56 |
|
|
|
| • Rusiya üç keçmiş sovet ölkəsini Ukraynaya yardımda ittiham etdi - Qaluzin deyir ki...
Bu gün, 09:44 |
|
|
|
| • Təhsildə yeni dövr başlayır: Şagirdlərə telefon yox, nəzarətli texnologiya veriləcək - ŞƏRH
Bu gün, 09:40 |
|
|
|
| • Rusiya təbliğatının türk dünyasına hücumu və: tok-şouda erməni hürüşü - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:39 |
|
|
|
| • Ukraynanın Sankt-Peterburqdakı neft emalı zavoduna PUA hücumu nəticəsində yanğın olub - "Unian"
Bu gün, 09:32 |
|
|
|
| • Keçmiş baş ədliyyə icraçısı Nurəddin Mustafayevin QULDUR ORTAĞI Nazim Tahirov... İŞ BAŞINDADIR! - ŞOK FAKTLAR!
Bu gün, 09:18 |
|
|
|
| • Rusiyadan Azərbaycana pul göndərənlərə BƏD xəbər - GƏLİŞMƏ
Bu gün, 08:20 |
|
|
|
| • Zelenskidən Rusiyaya: - Elə silahlar istehsal edəcəyik ki...
Bu gün, 08:18 |
|
|
|
| • "Atəşgah Həyat” Sığorta Şirkətində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 07:20 |
|
|
|
| • NATO 3 hissəyə bölünə bilər - Nauseda
Bu gün, 07:16 |
|
|
|
| • Sosial müavinət alanlar pensiyaya keçə bilər? - AKTUAL
Bu gün, 07:15 |
|
|
|
| • NATO sammitinə hazırlıq Ukrayna məsələsinə görə dalana dirənib - Bloomberg
Bu gün, 07:13 |
|
|
|
| • "Bu qədər rəzil bir bank yoxdur!" - iş adamı OD PÜSKÜRDÜ
Bu gün, 07:00 |
|
|
|
| • 'YOL XƏTTATI' ancaq pul qazanmağı bilir - FAKT BUDUR!
Bu gün, 06:48 |
|
|
|
| • Kartı bloklayırlar, ardından isə... - GİLEY
Bu gün, 06:39 |
|
|
|
| • “Caspian İnternational Hospital”da vaxtı keçmiş, dövlət qeydiyyatına alınmayan dərmanlar aşkarlandı - TƏFƏRRÜAT
Bu gün, 06:29 |
|
|
|
| • Burda İlduzənin yox, Azərbaycan məhkəmə sisteminin TALEYİ HƏLL OLUNUR - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:25 |
|
|
|
| • "Maşa və Ayı" Rusiyanın "yumşaq güc" alətidir.. - sadəcə cizgi filmi deyil
Bu gün, 06:18 |
|
|
|
| • Paşinyan Putinə görə ən yaxın adamını qurban verdi – Türkiyə detalı da diqqətdə
Bu gün, 06:13 |
|
|
|
| • Vyana Tacikistana rədd cavabı verdi - BUNA GÖRƏ...
Bu gün, 06:08 |
|
|
|
| • "Səyahətə təşviq edən hekayələr satmadan, turizmi inkişaf etdirmək olmaz.." - Natiq Cəfərli
Bu gün, 06:04 |
|
|
|
|