İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək .....                     “Dövlət bunu boş yerə etmir…” .....                     Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? .....                     Müəllimlərin maaşı vergidən azad ediləcək? .....                     Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? .....                     7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir .....                     Ermənistan “müharibə qovşağı”na çevrilir... .....                     "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." .....                     "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver" .....                     Uşaqlar pul yığıb, sinfi qızdırır... .....                     Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir .....                     Verdiyevin həbsi: Necə davranmaq lazımdır? .....                     Dünyanın ən yaxşı universitetləri .....                     Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? .....                     Polşanın təklifi yaxşı nəticələr vəd etmir .....                     MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... .....                     Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzov HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                 

“AXC hakimiyyəti zəbt etdiyindən Şuşa yaddan çıxdı”
Tarix: 9-05-2014, 12:43 | Çap et
“AXC hakimiyyəti zəbt etdiyindən Şuşa yaddan çıxdı”
(Əvvəli BURADA)

...Görüşüb söhbət elədik. Mən nə illah elədimsə o daşı ətəyindən tökmədi. Qayıtdı ki, mənə düşmənçilik eləmə, bu mənim tərcümeyi-halımdı və mənim karyerama ləkə vurulmasına imkan vermə, mənim ailəm-uşağım, nəslim-nəcabətim var. Xocalı faciəsində mənim nə günahım var ki, buna görə başıma bu cür oyun açdılar? Dedi ki, mənə çoxsaylı müraciətlər olub, xalq qayıtmağmı istəyir və deputatların da əksəriyyəti mənim tərəfimdədir, sən gəl buna mane olma. İmkan ver bu məsələ parlamentdə müzakirə olunsun, qoy deputatlar və xalq öz qiymətini versin. Bildirdi ki, istintaq komissiyası da öz rəyini verəcək və inanmırsınızsa çağırıb komissiyadan özünüz soruşa bilərsiniz. Qoyun onlar də rəylərini açıqlasınlar, günahım varsa, cəzamı çəkməyə hazıram, günahım yoxdursa öz yerimə qayıtmağıma mane olma. Yenə də qayıtdı ki, gəl mənə pislik etmə, mən heç vaxt sənə pislik etmədim, həmişə yaxşlıq etməyə çalışdım, niyə indi pozulmuş haqqımın bərpasına mane olursan? Dedim ki, ay kişi, mən sənə pislik etmirəm, əksinə, sənin xətrini istəyən bir adam kimi deyirəm ki, qayıdıb özünü soyuqsaqqal etmə, onsuz da səni orda oturmağa qoymayacaqlar. Sənin bu cür qayıtmağından bir bəhanə kimi istifadə edərək hakimiyyət məsələsini birdəflik həll etməyə çalışacaqlar. Dedi ki, sən ondan narahat olma, elə şey ola bilməz. Mən qanuni seçilmiş prezidentəm və mənim istefam qeyri-qanunidir. Söhbətimizin sonunda o da öz fikrində qaldı, mən də. Ayaz Mütəllibov qapıdan çıxan vaxt köməkçim Gülşad Zərbəliyev dedi ki, Nizami Bəhmənov da qəbulunuzdadır və o xahiş edir ki, onu Mütəllibovla birlikdə qəbul edəsiniz. Təzədən Ayaz müəllim gəlib oturdu və Nizami Bəhmənov da gəldi. İçəri girəndə Nizami Bəhmənov qayıtdı ki, Ayaz müəllim, bax Yaqub müəllimin yanında deyirəm, Xocalı faciəsini törətdilər, səni yıxmaq üçün, Şuşanı da Yaqub Məmmədovu hakimiyyətdən yıxmaq üçün qəsdən verdilər. Ayaz Müətəllibov çıxıb getdi, ancaq Nizami Bəhmənov qaldı və Şuşanın necə itirilməsi və nələrin baş verməsi barədə çox əhatəli məlumatlar verdi. Mən də elə onun yanındaca baş prokuror Murad Babayevə zəng elədim ki, isti-isti Nizami Bəhmənovun ifadəsin al və təqsirkarları, xəyanətkarları cəzalandır, bu adamda çox lazımlı məlumatlar var. Ona tapşırdım ki, dərhal cinayət işi qaldırılsın və qısa müddətdə günahı olan bütün batalyon komandirlərini taparaq həbs edin, xalqa satqınların, xəyanətkarların kim olduğunu çatdırmaq lazımdır.

-Murad Babayev də tapşırığınıza əməl etmədi...

-Yox axı, Murad Babayev Nizami Bəhmənovun özün qəbul etmişdi və cinayət işi başlatmışdı, amma iki gün sonra hakimiyyət dəyişdi və AXC bu işləri açmağa imkan vermədi.

-Sonradan niyə Nizami Bəhmənov digər baş prokurorla bu məsələni müzakirə etməmişdi? Axı onun buna imkanı vardı, əgər istəsəydi yenə də bunu edə bilərdi.

-Ondan sonra AXC gəlib hakimiyyəti zəbt elədi və aləm qarışdığından Şuşa-zad yaddan çıxdı. Təsəvvür edin ki, AXC hakimiyyəti yerini isitməmiş başladılar məni istintaqa çəkməyə.

-Nizami Bəhmənovun dediklərini unutmamısınız yəqin...

-Nizami Bəhmənovun dediklərindən belə çıxırdı ki, bəli, Şuşa xəyanət nəticəsində işğal olunub.

-Xəyanətin başında duran şəxsi və ya şəxslərin kimliyini də dedimi?

-Mənə ad çəkmədi.

-Ordu rəhbərliyini ittiham elədi, yoxsa icra strukturlarını?

-Onun deməsindən belə çıxdı ki, batalyonlar bir-birinin acığına qüvvələri bir neçə gün öncə çıxarıblar və onlar ora göndərilən briqada komandiri Elburus Orucovun rəhbərlyi altında döyüşməkdən imtina ediblər. Bu azmış kimi hərə öz “xozeyn”inin tapşırığıyla davranıb, şəhəri müdafiəsiz qoyub Bakıya gediblər. Bilirsiniz, bu çox uzun söhbətdir və dəfələrlə danışılsa və istintaqda çək-çevir edilsə də qaranlıq məqamlar çoxdur. Təkcə bir faktı deyim. Bəlli olur ki, batalyon komandirlərinin əksəriyyəti Şuşanın işğalından 4-5 gün əvvəl şəhərdən çıxıblar. Heç Nizaminin özü də mayın əvvəllərində Şuşada olmayıb. O işğaldan iki gün qabaq gəlib çıxıb ora. Guya Nizami Bakıya gəlib. Amma mənim bundan xəbərim olmayıb, nəyə gəldiyini də ölkə başçısı kimi bilməmişəm.

-Həmin vaxt onun Naxçıvanda olduğu deyilirdi.

-Bəlkə də elədir. Yalandan istintaqda da deyib ki, guya gəlib Nazirlər Kabinetində hansısa mədəniyyət məsələsinin həlliylə maraqlanıb. Amma adama deyərlər ki, Şuşanın o ağır günündə mədəni məsələ hayı idimi? Yəni Şuşanın taleyinin həll olunduğu bir vaxtda kimsənin mədəniyyət məsələsini həll etmək yadına düşməzdi. Bir sözlə, həmin vaxt bu cür oyun oynanıldı və Şuşa işğal olundu.

-Bir suala da insanlar 22 ildir cavab axtarır ki, hakimiyyəti öz əlinizlə vediyniz adamlardan niyə heç olmasa qanunla haqq etdiyiniz köhnə iş yerinə qayıtmaqla bağlı rəsmi sənəd almadınız? Yəni niyə öz məsələsiniz də elə isti-isti həll etmək yadınıza düşmədi?

-Mən axı istefa verməmişdim ki. Mən səhhətimə görə öz səlahiyyətlərimi dondurmuşdum. Mənim ərizəmdə də bu cür yazılmışdı. Mən mayın 16-da da bütün günü Ali Sovetdə olmuşam. Düzdür, özümü çox pis hiss etdiyimdən Milli Şuranın iclasını mən aparmırdım, iclası Tamerlanla Ziyad Səmədzadə aparırdı, mən kabinetimdə idim. Özü də başda Elçibəy olmaqla cəbhəçi bəylər mütəmadi olaraq yanıma gəlib gedirdilər. Yəni orda qəbul edilən müəyyən qərarları gətirib mənə qol çəkdirirdilər.

-Ali Sovetin sədri kimi?

-Bəli. Mayın 17-i bazar günü idi. Hətta 17-də özləri mənə dedi ki, görürük son vaxtlar xeyli gərgin olmusunuz və həyəcan keçirmisiniz, siz işə gəlməyin, istirahət edin. Bir neçə gün dincəlin və sonra gəlib işinizi davam etdirərsiniz. Ayın 17-də axşam televiziyanın “Xəbərlər” proqramında eşitdim ki, ayın 18-də Ali Sovetin sessiyasını çağırırlar. Təəcübləndim ki, kim çağırıb bu sessiyanı? Zəng etdim Ali Sovetə. Növbətçini tapdım, dedilər heç kim yoxdur. Kimsə bilmədi sessiyanı kim çağırıb. Səhərisi tezdən yenə zəng edib soruşdum ki, bəs Ziyad hardadır? Dedilər ki, hamısı Nazirlər Kabinetində toplaşıb. Artıq Nazirlər Kabineti də formalaşıb, Rəhim Hüseynov və müavinləri də təyin olunub. Mütəllibov da qaçıb getdiyindən faktiki olaraq ölkənin rəhbəri mənəm. Amma bunlar mənə “get istirahət elə” deyib özləri vəzifə bölürlər. Zəng etdim Nazirlər Kabinetinə, yenə də bir adam tapa bilmədim. Bir də mənə Ali Sovetdən dedilər ki, Tofiq Qasımov gəlib. Soruşdum ki, ay Tofiq müəllim, bu nə deməkdir, bu sessiyanı kim çağırdı ki, mənim xəbərim yoxdur? Dedi ki, mənim də xəbərim yoxdur. O da məndən soruşdu ki, doğrudan sizin xəbəriniz yoxdur? Ona dedim ki, öz yoldaşlarınızı tap öyrən gör bu nə sessiya məsələsidir? Elçibəyi soruşdum ondan, cavab verdi ki, Elçibəy yoxdur, hardadırsa o da istirahət edir. Çətinliklə Elçibəyi tapdım, o da dedi ki, mənim sessiyanın çağrılmasından xəbərim yoxdur. Bir xeyli keçəndən sonra mənə dedilər ki, qayıdıb gəliblər Ali Sovetə. Ziyaddan soruşdum ki, bu nə sessiyadır belə? Dedi ki, Nazirlər Kabinetində yığışdıq və qərara aldıq ki, sessiya çağıraq və hakimiyyət məsələsini həll edək.

-Soruşmadınız ki, ay mənim sədaqətli müavinim, sədrinə xəbər verməyi lazım bilmədin?

-Dedi ki, nə bilim, belə alındı. Qayırdı ki, bəs siz sessiyada iştirak etməyəcəksiniz? Dedim ki, mənim səhhətim pisdir və gələsi deyiləm. Sessiya günü, yəni mayın 18-də axşam saat 18 radələrində mənə evə Afiyəddin zəng elədi. Soruşdu ki, Yaqub müəllim, sessiyaya gələcəksinizmi? Dedim ki, yox, özümü çox pis hiss edirəm, gələ bilməyəcəm. Dedi ki, bəs bilirsiniz bunlar neynəmək istəyir? Qayıtdım ki, mən hardan bilim, orda siz olmusunuz. Dedi bəs bunlar belə qərara gəliblər ki, sessiya çağırsınlar, saat 18-də deputatların çoxu gələcək və qərara alıblar ki, sizi azad eləsinlər, İsa Qəmbər Ali Sovetin sədri olsun, birinci müavin olacaq Tamerlan, O biri müavin də İbrahim İbrahimov olacaq. Dedim, çox gözəl, bəs mənim aqibətim necə olacaq? Dedi ki, sizin haqqınızda bir şeyi deyilmədi və nə qərar qəbul ediləcəyini bilmirəm. Onda Afiyəddin prezidentin müşaviri idi. Məndən xahiş elədi ki, siz gedirsiniz-gedirsiniz, bu uşaq-muşaq gəlib Azərbaycanı dağıdacaq, heç olmasa İsa Qəmbərdən xahiş edin, məni özünə müavin götürsün. Dedim ki, indi İsa Qəmbər hardadır? Dedi ki, Tamerlanın otağında. Zəng elədim Tamerlanın otağına, Tamerlanla danışandan sonra dedim telefonu ver İsaya. İsaya dedim xeyirli olsun, eşitmişəm Ali Sovetin sədri olmaq istəyirsən. Dedi çox sağ ol. Dedim onda səndən bir son xahişim var- Afiyəddini də özünə müavin götür, o təcrübəli adamdır və sizə köməyi dəyər. O da dedi “baş üstə”.

-Bəs soruşmadınız ki, Allah qoymasa məni hara göndəririsiniz?

-Nə o heç nə demədi, nə də mən soruşmadım. İclas başlayanda Ziyad mənə zəng vurdu ki, bəs gəlmirsiniz? Dedim gəlmirəm. Qayıtdı ki, onda Taryeli göndərək, bir ərizə verin. Dedim mənim orda ərizəm var. Qayıtdı ki, o ərizə istefa ərizəsi deyil, səhhətinizin kəskin pisləşdiyinə görə səlahiyyətinizi dondurmusunuz. Dedim eybi yox, göndərin Taryeli. Beləliklə məni azad elədilər.

-Taryel Ağayev onda Milli Məclisdə işləyirdi?

-Onda mənim katibim idi. Taryeli Milli Məclisə mən işə götürmüşəm. Onu mənə Tofiq Bağırov məsləhət gördü, mən də işə götürdüm. Mən sessiyanın gedişinə evdən baxırdım. Orda bircə “Semaşko” xəstəxanasının baş həkimi olan Yaşar Əliyev soruşdu ki, bəs Yaqub müəllimin aqibəti necə olacaq? Ona da cavab verildi ki, o məsələyə sonra baxarıq. Yaşar Əliyevdən başqa səhv etmirəmsə o vaxt Goranboyun icra başçısı və sonralar kənd təsərrüfatı naziri olan, bu yaxınlarda isə Kürdəmirin icra başçısı vəzifəsindən yaşına görə azad olunan İrşad Əliyev də mənimlə bağlı soruşdu. Ona da dedlər ki, Yaqub Məmmədova iş verilməsinə sonra baxılacaq.

-Bir aydan sonra Elçibəy prezident səlahiyyətlərinin icrasına başlayanda gedib onu təbrik edib demədiniz ki, ay kişi, bu hakimiyyəti mən verdim sizə, bu nə siyasi mədəniyyətdir belə?

-Hələ seçkilərdən qabaq Elçibəylə aramızda çox maraqlı və mehriban görüşlər olmuşdu və mənə öz gələcək komandasındakı şəxslər haqqında çox maraqlı şeylər danışmışdı. Demişdi ki, səndən bir xahişim var ...

Ardı var...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37
"Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33
"Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27
Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24
Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19
Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17
Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39
Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36
Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00
MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11
Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru