Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                     Şəkidə kəndi su basdı .....                     “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...” .....                     “Pilgrim Education” şirkətindən şikayətlər artır .....                     Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır .....                     Moskva Köçəryan və Karapetyanı qurban verəcək .....                     Ordumuz xalqımızın qürurudur .....                     Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb .....                     Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb .....                     Erməni evlərində Azərbaycan qazı... .....                     Zəngəzur və konstitusiya naminə “boşanma” .....                     Paşinyandan Putinə doğru “U” dönüşü .....                     “Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib .....                     İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... .....                     Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var .....                     Rusiya Xersona hücumlara ara vermir .....                     Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU .....                     Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir .....                     ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib .....                     Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb .....                     Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... .....                     Nədir bunların əlindən çəkdiyimiz... .....                     Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! .....                     "Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" .....                     BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... .....                     "Kartı hansı əsasla blok etmisiniz?" .....                     İmişlidə təhsil sisteminin acınacaqlı halı... .....                     Taxıl bazarında böhran: çörək bahalaşacaq? .....                     TƏBİB niyə məlhəm ola bilmir... .....                     13 min tələbənin təhsildən kənarda qalması... .....                     Özü az imiş kimi... bacanağı da qoçuluq edir .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL... .....                     Yevlaxda ASFALT YEYƏNLƏR... .....                     Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb .....                     Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... .....                     Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub .....                     İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur .....                     İrəvanı hansı senarilər gözləyir? .....                     İnsanlara zəhərli və iylənmiş balıq satılır! .....                 

“Yeni hakimiyyət bunu etməyə çalışsa, ciddi problemlər yaranacaq” – Professor Türkiyədəki seçkiləri şərh edir
Tarix: 13-03-2023, 08:42 | Çap et
“Yeni hakimiyyət bunu etməyə çalışsa, ciddi problemlər yaranacaq”
Azərbaycanın strateji müttəfiqi Türkiyə mayın 14-də öz prezidentini və yeni parlamentini seçəcək. Birləşmiş müxalifət seçkilərdə vahid namizədlə çıxış edir, habelə seçki dairələri üzrə deputatlığa namizədlərini müəyyənləşdirib. Rəy sorğularına görə, müxalifət lideri, CHP sədri Kamal Klışdaroğlu prezident Rəcəb Tayyib Ərdoğanla başa-baş rəqabət aparır. Mayın 14-də indiki hakimiyyətin namizədi məğlub olarsa, Türkiyənin yeni iqtidarının xarici siyasəti, o cümlədən Azərbaycanla bağlı strategiyası dəyişə bilərmi? Bu barədə Pressklub.az-ın suallarını tarixçi professor Xaləddin İbrahimli cavablandırıb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Xaləddin bəy, Prezident Rəcəb Tayyib Ərdoğan mayın 14-də ölkədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Müxalifətin əsas partiyaları Millət İttifaqı adlanan seçki blokunda birləşib. Hakim AKP və MHP-dən ibarət olan Cümhur İttifaqı isə sıralarını genişləndirmək üçün digər partiyalarla danışıqlara başlayıb. Ötən ayın 6-da baş vermiş dəhşətli zəlzələnin təsirlərini nəzərə alaraq, Türkiyədə seçkiqabağı durumu necə dəyərləndirirsiniz? Necə bir seçki sürəci izləyəcəyik?

- Türkiyədə seçkiqabağı vəziyyət qeyri-müəyyəndir. Demək olmaz ki, bu gün seçki olarsa, hansısa tərəf qələbəsini təmin edə bilər. Seçkiyə hələ 60 gündən çox vaxt qalır, qarşıdakı günlərdə iddiaçılardan biri – istər iqtidar, istərsə də müxalifət, ciddi səhvlərə yol verərsə, bu, seçkinin taleyinə əsaslı şəkildə təsir göstərəcək.

-Belə taleykülü məqamda onların səhv etməsi ehtimal varmı?

-İndiki şəraitdə, təbii ki, var. Türkiyə zəlzələdə çox böyük sarsıntı keçirdi, əzab çəkdi və çəkir. Ciddi seçici kütləsi var ki, onlar iqtidarın zəlzələdən zərər çəkənlərə necə dəstək verəcəyini gözləyirlər. Əlbəttə, dövlət dəstəyi var və davam edir. Amma qarşıdakı günlərdə bu dəstəyin necə davam edəcəyini, prosesin necə gedəcəyini söyləmək çətindir. Bu və digər məsələlərdə səhvlər seçkilərin nəticələrinə təsir edə bilər. Müxalifət də öz fəaliyyətində səhvlərə yol versə, səs itirəcək. İndiki vəziyyətdə Türkiyə siyasətində iddiaçıların səs itirmək riskləri çoxdur. Məncə, tərəflər səhv etməmək və seçici dəstəyini itirməmək üçün çox çalışmalıdırlar. Türkiyə toplumu həddindən artıq həssas vəziyyətdədir, hansı tərəfdən asılı olmayaraq, yol verilən səhvi bağışlamayacaq. İndiyə qədər belə bir səhvi müxalifət elədi, “altılı masa” liderlərindən biri, İyi Partiyanın sədri Meral Akşener onu tərk etdi, amma seçici iradəsi onu geri dönməyə məcbur etdi. Məncə, Akşener bu addımını toplumun ona bağışlamayacağını, ciddi cəza alacağını anlayaraq atdı. Onun masaya geri qayıtmasında əsas faktor məhz bu amil idi.

-Professor, son 20 ildə ilk dəfə Türkiyədə hakimiyyətin dəyişəcəyi gözləntisi yaranıb. Bu səbəbdən, seçkilərin nəticələrinin Türkiyənin daxili və xarici siyasətinə təsirləri barədə geniş müzakirələr başlayıb. Hazırkı hökumətin qalması və getməsi halında Ankaranın xarici siyasətində hansı dəyişikliklər ola bilər?
– Türkiyənin xarici siyasətinə təsir edəcək bir sıra önəmli faktorlar var. Onlardan biri Türkiyənin müdafiə sənayesi ilə bağlı yürütdüyü siyasətdir. Mənə elə gəlir ki, bu siyasət ara verilmədən davam etdirilməlidir. Çünki bu faktor istər daxildə, istərsə də xaricdə Türkiyənin əlini gücləndirir. Həmçinin dövlətin xarici faktorlardan asılılığını azaldır. Ona görə də buna alternativ bir siyasət olmamalıdır. Müxalifət də iqtidara gəlsə, bu siyasəti mütləq davam etdirməlidir. İkincisi, hazırkı iqtidar Türk Dövlətləri Təşkilatının gücləndirilməsi siyasəti yürüdür. Məncə, bunun da alternativi yoxdur. Bu iki məsələ Türkiyə xarici siyasətində mühüm yer tutur. Müxalifət iqtidar olduqdan sonra bu siyasəti dəyişməyə cəhd edərsə, o zaman ciddi problemlər ortaya çıxa bilər. Bu da nəticə etibarı ilə həmin qüvvənin uzun müddət hakimiyyətdə qalmasını əngəlləyəcək. Bundan başqa, müxalifət iqtidara gələrsə, terror, Suriya məsələsi, Ağ dəniz, Egey dənizi ilə bağlı məsələlərdə ağıllı siyasət yürütməlidir. “Bu, məndən əvvəlki hakimiyyətin siyasətidir” deməklə əldə olunan uğurların üzərindən xətt çəkmək Türkiyəni Qərb ölkələrindən, xüsusən, ABŞ-dan asılı vəziyyətə salacaq. Ona görə də bu məsələlərdə müxalifət ehtiyatlı və ağıllı davranmalıdır.

– Müxalifət hakimiyyətə gələrsə, qeyd etdiyiniz istiqamətdəki dövlət siyasətində dəyişikliklər edə bilərmı?

– Təəssüf ki, müxalifət Türkiyənin təhlükəsizliyi ilə bağlı açıq və birmənalı fikirlər söyləmir, bu gerçəklikdir. Məncə, müxalifət bu məsələlərlə bağlı Türkiyə toplumunu rahatlada bilən, güvən yaradan fikirlər, impulslar vermir. Bu, səhvidir. Müdafiə sənayesi ilə bağlı, Konstitusiyada türk millətinin adını necə yazmaqla bağlı, Qarabağda guya suriyalı radikal dinçilərin döyüşməsi ilə bağlı yanlış fikirlər səsləndirildi. Bunlar toplumun zehnində izlər buraxdı. Təbii ki, müxalifət bunlara açıqlıq gətirməli, toplumun beynində dolaşan şübhələri dağıtmaq üçün işlər görməlidir. Yəni, təhlükəsizlik məsələləri ilə bağlı müxalifətdə ciddi boşluqlar var. Ola bilsin, qarşıdakı günlərdə – seçki kampaniyasında bu barədə suallara aydınlıq gətiriləcək və Türk toplumunun dənizlər, adalar, müdafiə sənayesi, o cümlədən Qarabağla bağlı şübhələrinə son qoyulacaq.

– Azərbaycanda və Ermənistanda Türkiyədəki seçim daha çox müzakirə olunur. Ərdoğan hökumətinin qalmasını da istəyənlər var, getməsini də. Ermənistanda ekspertlər hakim AKP-nin uduzmasına fürsət kimi baxırlar. Azərbaycanlı ekspertlər isə müxalifətin qələbə çalmasını regionda Türkiyənin mövqelərini zəiflədəcəyini düşünürlər. Siz nə düşünürsüz bu barədə?

– İlk baxışdan Ermənistan belə xəyala qapıla bilər ki, Ərdoğandan sonra iqtidara gələcək hakimiyyət Ermənistana nisbətən loyal münasibət bəsləyəcək, Azərbaycanın maraqlarını əvvəlki qədər gözləməyəcək. Təbii ki, bunlar yanlış düşüncələrdir. Ermənistan da, İran da tam əmin ola bilər ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Türkiyənin Azərbaycanın təhlükəsizliyi ilə bağlı siyasəti dəyişməyəcək.

– Müxalifət iqtidara gələrsə, Azərbaycan hökuməti ilə münasibətlərini necə quracaq?

– Mən yeni iqtidarın Azərbaycanla bağlı əsas siyasəti dəyişdirəcəyinə inanmıram. Türk Dövlətləri Təşkilatı ilə bağlı isə narahatlığım var. İqtidarlar arası münasibət də dəyişə bilər. Belə bir ehtimal var ki, Türkiyənin yeni iqtidarı Azərbaycan xalqının maraqlarını ön plana keçirə bilər. Bilirsiniz ki, 1993-cü ildən sonra Azərbaycan-Türkiyə münasibətləri daha çox iqtidarlararası münasibətlər olub. Xalqlar arasındakı münasibətləri xalqların özləri tənzimləyib. Türkiyənin Azərbaycandakı səfirləri iqtidarla işləyib. Toplumla əlaqələri getdikcə zəifləyib. Hazırda səfirliyin Azərbaycan toplumunun əksər zümrəsi ilə əlaqəsi yoxdur. Bu, təəssüf doğuran haldır. Ola bilər ki, yeni iqtidar bu narahatlığı aradan qaldıracaq. Bu fəaliyyət Azərbaycanın Türkiyədəki səfirliyinə də aiddir. Buradakı da iqtidarın səfirliyidir. Təbii ki, bu münasibətlər dəyişməlidir. Türkiyənin Azərbaycandakı səfirliyi bütün vətəndaşların hiss edə biləcəyi bir səfirlik olmalıdır. İndiyə qədər iqtidarlar arası məsələdə ən mühüm amil neft-qaz layihələri ilə bağlıdır. Bu da xalqların maraqlarından öndə gəlib-burada da dəyişmələrə ehtiyac var.

– Yeni iqtidar özündə cəsarət tapıb bu sahədə dəyişiklik edə bilərmi?

– Bilirsiz ki, Türkiyə xaricdən alınan neft və qazdan asılı ölkədir, ona görə də Azərbaycanla bağlı səsləndirdiyimiz addımları ata bilmir, hər zaman Azərbaycan iqtidarının kaprizlərini nəzərə almalı olur. Yaşayıb görərik, yeni iqtidar gəlsə, onlar nə edəcəklər. Əlbəttə, Azərbaycan-Türkiyə münasibətləri iqtidarlararası yox, millətlərarası səviyyəyə yüksəlməlidir. Və qarşılıqlı komprador maraqlar ortadan qalxmalıdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Bu gün, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Bu gün, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Bu gün, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Bu gün, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Bu gün, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Bu gün, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Bu gün, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Bu gün, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Bu gün, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Bu gün, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Bu gün, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Bu gün, 09:37
Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Bu gün, 09:32
“Veysəloğlu” nümayəndə heyəti “Şölen”in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib
Bu gün, 09:24
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ... - İndi də PULLARI VERMİR!
Bu gün, 09:19
Məşhur "Supertoys" mağazalar şəbəkəsinin dövlətə 3 milyon manatdan çox borcu var
Bu gün, 08:18
Rusiya Xersona hücumlara ara vermir - Son vəziyyət
Bu gün, 08:14
Şəmkirdə parkda baxımsızlıqdan AĞACLAR QURUDU - İcra Hakimiyyəti və Yaşıllaşdırma hara baxır?
Bu gün, 08:12
Çində kütləvi ixtisarlar başladı: növbə bizdədir – VACİB SİYAHI
Bu gün, 07:21
ABŞ-İran memorandumundan sonra azı 25 gəmi Hörmüz boğazını keçib
Bu gün, 07:18
Aİ hesab etmir ki, Rusiya ilə danışıqların vaxtı çatıb - Koşta
Bu gün, 07:16
Bütün səhiyyə ocaqlarına işçiləri azaltmaq tapşırığı verilib... - NƏ BAŞ VERİR?
Bu gün, 07:12
Nədir bunların əlindən çəkdiyimiz... - "Min adama minnətçi düşdüm.."
Bu gün, 07:06
Emin Əmrullayev İSTEFA VERMƏLİDİR! - ÇAĞIRIŞ
Bu gün, 06:56
"Maliyyə Nazirliyi qulaqları kəsib, indi saymağa başlayıb" - FAKT BUDUR!
Bu gün, 06:53
BAKI-TİFLİS: Geri dönüşü olmayan yolçuluq... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:48
"Kartı hansı əsasla blok etmisiniz?" - MÜRACİƏT
Bu gün, 06:39
İmişlidə təhsil sisteminin acınacaqlı halı... - ETİRAZ VAR!
Bu gün, 06:28
Taxıl bazarında böhran: çörək bahalaşacaq? - GƏLİŞMƏ
Bu gün, 06:18
TƏBİB niyə məlhəm ola bilmir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:00
13 min tələbənin təhsildən kənarda qalması... VƏ...
Bu gün, 05:44
Özü az imiş kimi... bacanağı da qoçuluq edir - GİLEY
Bu gün, 05:36
Əmrullayevin BATIRDIĞI TƏHSİL... - AXI NİYƏ?..
Bu gün, 04:52
Yevlaxda ASFALT YEYƏNLƏR... - nuş olacaqmı?
Bu gün, 04:45
Uitkoff İranla danışıqlar üçün İsveçrəyə yollanıb - "AXİOS"
Bu gün, 04:40
Sabunçuda "ƏFƏNDİLƏR" SÜLALƏSİ... - AY MAŞALLAH...
Bu gün, 04:38
Universitetdə keçirilən test imtahanları tələbələr arasında ciddi narazılığa səbəb olub -İDDİA
Bu gün, 04:29
İllər əvvəl ehtiyata buraxılan hərbçilərin təqaüdündən pul tutulur - DSMF əsaslandıra bilmir...
Bu gün, 04:27
İrəvanı hansı senarilər gözləyir? - Arzuman Muradlı ŞƏRH EDİR
Bu gün, 04:22
İnsanlara zəhərli və iylənmiş balıq satılır! - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 04:17
Kartı bloklanan vətəndaş nə etməlidir? - AKTUAL
Bu gün, 04:07
Dövlət Məşğulluq Agentliyinin "pulsuz" təlim tenderi: 0 manatlıq müqavilə - TƏFƏRRÜAT
Bu gün, 04:04
Amnistiya gəlir: Evlərə "kupça", dövlətə milyonlar - NƏ BAŞ VERİR?
Bu gün, 04:02
NDU rektoru heyrətləndirir... - BU NƏDİ BELƏ?
Bu gün, 03:55
Tramp Avropanın Ukrayna üçün silahlara görə 350 milyard dollar ödəməli olduğunu bildirib
Bu gün, 03:49
Siz niyə evdə oturmusunuz? – Paşinyan əsəbiləşdi
Bu gün, 03:46
Almaniyada Ukraynaya hərbi yardımın artırılmasına dəstək azalır - ZDF
Bu gün, 03:44
“907-ci düzəliş”ə SON ÇARƏ – Bakıdan MÜHÜM gözlənti
Dünən, 08:17
ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb - Ağ Ev
Dünən, 08:14
Bakıda evi plana düşən bu şəxslərə xoş xəbər – Fantastik məbləğ alacaqlar
Dünən, 08:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru