Avropa ölkələrinin Ukraynaya hərbi yardımını artırması Almaniyada getdikcə daha az dəstək qazanır.
Bu barədə ZDF telekanalının sifarişi ilə "Wahlen" tədqiqat qrupu tərəfindən keçirilən sorğunun nəticələrində bildirilib.
Sorğuya əsasən, fevral ayında respondentlərin 43 faizi Avropa ölkələrinin Kiyevə dəstəyini artırmalı olduğunu düşünürdü.
Hazırda isə bu mövqeni dəstəkləyənlərin payı 32 faizə enib.
Eyni zamanda, Ukraynaya yardımın azaldılmasını istəyənlərin sayı artıb. Fevral ayında bu göstərici 24 faiz olduğu halda, hazırda 31 faizə yüksəlib.
Araşdırma iyunun 16-18-də aparılıb və sorğuda 1190 nəfər iştirak edib.









