Keçən günlərdə məlumat verərək bildirmişdik ki, “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayevin yarıtmaz fəaliyyəti və bundan doğan narazılıqlar artıq gərəkən qurum və şəxslərin diqqətini cəlb edib. Bu dəfə isə "DİA-AZ"a göndərilən müraciətdə Qağaməli Seyfullayevin bacanağından giley olunur.
Qeyd edək ki, narazılıq edən vətəndaş şəhid Fidat Məmmədovun oğludur. Şikayətçi öz müraciətində qeyd edir: "Xahiş edirəm, mənim də müraciətmə baxın. 16 ildir ki, SOCAR-da çalşıram. Özüm Bakı Şəhəri RQİİ-nin SƏX-nin 5-ci dərəcəli çilingəriyəm. Şəhid oğluyam. İşlədiyim idarədə bacarmadığım işə göndərillər.
Deyirəm Şəhid oğluyam, niyə haqsızlıq edirsiniz... İdarə müdirim deyir ki, "gözüm aydın şəhid oğlusan... Mən də Qağaməli müəllimin bacanağıyam..." Kimdi bu Qağaməli məllim... bilmirəm. Amma bacanağı ona güvənir, mən Şəhid övladına qarşı hörmətsizlik edir. Məni işdən çıxarmaqla hədələyir.
Bu barədə Cənab Prezdentə yazmışam... görək Qağaməli müəllim kimdi ki bacanağna bu qədər himayədarlıq edir... o da şəhid övladına qarşı hörmətsizlik edir.."









