
Vaşinqton və Tehran İsveçrədə ikitərəfli anlaşma memorandumunun imzalanması və texniki danışıqlara başlamaq planlarını hələ yekunlaşdırmayıblar.
APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin sözçüsü iyunun 18-də jurnalistlərə açıqlaması zamanı deyib.
"Vitse-prezidentin mətbuat konfransında bildirdiyi kimi, qarşıdan gələn texniki danışıqlar üçün planlar hələ yekunlaşdırılmayıb və ABŞ nümayəndə heyəti ən qısa zamanda yola düşməyə hazırdır. Lakin bu danışıqların logistikası heç vaxt sadə və ya proqnozlaşdırıla bilən olmayıb", - o deyib.