“Dünyanın harasında olmasından asılı olmayaraq, onları tapıb mühakimə edəcəyik” - deputat
Tarix: 25-08-2022, 08:23 | Çap et
 Azərbaycan Baş Prokurorluğu tərəfindən Zabuxda, Laçın şəhərində evlərin və ətraf meşələrin yandırılması ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə (əmlaka, mülkiyyətə, təbiətə, fauna və floraya ziyan vurmaq, xüsusi təhlükəli əməllər və s.) cinayət işi başlanıb. Bu cinayətləri törədənlərin adları ən azı erməni tərəfinə və Rusiya sülhməramlı kontingenti rəsmilərinə məlumdur. Onlara qanunla hansı cəza düşür və rəsmi Bakı onları heç olmasa Rusiyadan tələb edəcəkmi?
Məsələnin bu tərəfi də var ki, həmin ermənilər heç Ermənistan vətəndaşı deyillər. İşğal illərindən Suriya və Livandan Azərbaycan torpaqlarında məskunlaşdırılıblar. O halda Azərbaycan torpaqlarında qəsdən yanğın törədən, meşələri odlayan erməniləri Suriya və Livandan tələb eləməliyikmi? Həmin şəxsləri İnterpol xətti üzrə beynəlxalq axtarışa verə bilərikmi?
Doğrudur, indiyədək ərazimizdə bənzər terror aktları dəfələrlə törədilib. Elə ötən ilin noyabrında Norayr Mirzəyan Şuşa yaxınlığındakı postumuza əl qumbarası ataraq əsgərlərimizi yaralamışdı. Ancaq onu nəinki bizə təhvil vermədilər, üstəlik, mükafatlandırdılar. Həmçinin Azərbaycanın beynəlxalq axtarışa verdiyi cinayətkar separatçılar - Araik Arutunyan, David Babayan, Vitali Balasanyan sülhməramlı kontingentin müvəqqəti məsuliyyət zonasında hələ də sərbəst gəzir, hətta vaxtaşırı Rusiyaya səfər edirlər.
Yeri gəlmişkən, bu ilin fevralında Baş Prokurorluğun istintaq idarəsinin rəisi Nemət Əvəzov demişdi ki, Arutyunyan qısa zamanda tutularaq istintaqa təhvil veriləcək. Bu yöndə Azərbaycan dövləti, hüquq-mühafizə orqanlarımız fəaliyyətdədir, ancaq əfsus ki, hələlik nəticə yoxdur.
Daha bir intriqalı məqam isə Zabuxda yaşayan ermənilərdən biri evlərin yandırılmasına belə haqq qazandırıb ki, azərbaycanlılar onsuz da ermənilərin tikdiyi evdə yaşamayacaq, onları sökəcəklər. Belədirmi? diaaz.space-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz olaraq məskunlaşan hər bir şəxs milliyyətində asılı olmayaraq cinayət məsuliyyətinə cəlb oluna bilər: “Bu gün Laçında, Zabuxda cinayətkar fəaliyyətlərini davam etdirən hər bir şəxs cinayət məsuliyyəti daşıyır. Azərbaycan hüquq-mühafizə orqanları həmin şəxslərin kimliklərini, hansı dövlətin vətəndaşı olmalarını qısa müddətdə müəyyən edib onların əməllərinə görə qanun qarşısında cavab vermələrini təmin etməlidir”.
Deputat deyir ki, bu gün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları Rusiya sülhməramlı kontingentinin üzvləri ilə birgə Laçın və Zabuxda xidmət aparır, yanğınların qarşısının alınmasına operativ reaksiya verməyə hazır vəziyyətdədirlər: “Qarşı tərəf bunu təzyiq kimi qiymətləndirir. Bütün bunlara baxmayaraq ayın sonuna qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işğal zamanı qanunsuz məskumlaşmış hər bir kəs oranı qeyd-şərtsiz tərk etməlidir. Nəyin bahasına olursa olsun, qanunsuz məskunlaşmış hər kəs Azərbaycan torpaqlarını tərk etməlidir”.
Deputatın sözlərinə görə, Laçında, Zabuxda işğal illərində məskunlaşmış Suriya və Livandan gətirilmiş və orada qanunsuz məskunlaşdırılmış ermənilər, hansılar ki, 1-ci Qarabağ müharibəsi illərində azərbaycanlılara güllə atıb, terror törədiblər, onlar barəsində İnterpola müraciət ünvanlanmalıdır: “Həmin şəxslərin Ermənistan deyil, Livan və Suriya vətəndaşları olması nəyisə dəyişmir. Azərbaycan torpağında hərbi cinayətlər törədiblər, qanunsuz məskunlaşıblar və bu gün də meşələrə qarşı ekoloji terrorla məşğul olurlar. Onlar barəsində məlumatlar toplanmalı və barələrində beynəlxalq axtarış elan olunmalıdır. Heç kim düşünməsin ki, Azərbaycan torpaqlarında Azərbaycan övladlarına, meşələrinə, fauna və floraya qarşı vəhşiliklərinə görə cavab verməyəcək. Dünyanın harasında olmalarından asılı olmayaraq, onları tapıb ədalət məhkəməsi qarşısına çıxaracağıq”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
| • Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39 |
|
|
|
| • Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37 |
|
|
|
| • Paşinyandan Putinə doğru “U” dönüşü – “Buzlar əriyir”?
Dünən, 09:32 |
|
|
|
|