Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                     Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb .....                     Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? .....                 

"Kimsə burada din, məzhəb fitnəsi yaratmaq, daxildə iğtişaşlara, gərginliyə səbəb olmaq istəyirsə..." - Ekspert danışır
Tarix: 16-08-2022, 08:52 | Çap et
"Kimsə burada din, məzhəb fitnəsi yaratmaq, daxildə iğtişaşlara, gərginliyə səbəb olmaq istəyirsə..."
“Bakıda "Məşhədi Dadaş" məscidində dini kəsimin əlində bayraqlarla keçirdiyi aksiya həm də vətəndaş cəmiyyətinin mövqeyini ifadə etdi". DİA.AZ xəbər verir ki, bu fikirləri “Yeni Müsavat”a Siyasi Hüquqların Müdafiə Mərkəzi" İctimai Birliyinin sədri Xəzər Teyyublu Londondakı səfirliyimizə “Mehdi xidmətçiləri” adlı marginal təşkilatın üzvlərinin hücum etməsi ilə bağlı danışarkən bildirdi. Hüquq müdafiəçisi hesab edir ki, həmin barbarların din adından sui-istifadə edərək Böyük Britaniyada yerləşən səfirliyimizə soxulması, üçrəngli bayrağımızı, dövlət atributunu təhqir etməsinə Azərbaycanın inanclı kəsimi susqun qala bilməzdi: “Onlar bəyanat yaymışdılar ki, guya Azərbaycanda Məhərrəmlik mərasimləri məhdudlaşdırılır və buna cavab olaraq səfirliyə daxil olublar. Əslində cəfəngiyyatdır və ölkədə hər il Aşura məraimləri normal qaydada keçirilir. Bu təşkilatın isə Azərbaycanla heç zaman problemi olmayıb. Ona görə həmin hadisə ölkədə qarışıqlıq yaratmağa, inanclı kəsimi qızışdırmağa hesablanmış hiylə idi ki, bu da alınmadı. Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri sosial şəbəkədə, inanclı təbəqə isə məscidlərdə həmin terrorçuların, onların himayədarlarının cavabını vermiş oldu”.

X.Teyyublunun sözlərinə görə, avqustun 4-də baş verən hadisədən 10 gün keçib, hələ də cinayət aktının ədalətli istintaqının getməsi barədə əminlik yoxdur: “Sözsüz ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Londondakı səfirliyimiz məsələnin araşdırılması üçün fəallıq göstərməlidir. Vətəndaş cəmiyyəti, hüquqşünaslar Britaniya hökumətinə sorğular göndərməli, ”Mehdinin xidmətçiləri ittifaqı"nın terror təşkilatı kimi tanınması və cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə bu təşkilatın ləğvi tələb olunmalıdır. Təəssüf ki, bu hərəkətliliyi görmürük. Vətəndaş cəmiyyəti bu məsələdə də aktiv olmalıdır. Həmçinin məscidlərdə bayrağımızla aksiya keçirən inanclılar da tez-tez məsələ qaldırmalıdır ki, Azərbaycana yönəlik bu təxribatın üstü açılsın, ifşa edilsin. Ümumiyyətlə, Azərbaycanın hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə heç bir qüvvə mane ola, ölkəmizi qarışdıra bilməz. Kimsə burada din, məzhəb fitnəsi yaratmaq, daxildə iğtişaşlara, gərginliyə səbəb olmaq istəyirsə, bilməlidir ki, Azərbaycan əhalisi dinə hörmətlə yanaşı, həm də milli dəyərləri ən üstün tutan xalqdır. Kimsə bayrağımızı təhqir edəcəksə, dindarı da, ateisti də həmin vəhşilərin cavabını verəcək. Çünki o bayraq uğrunda inanclı da, sekulyar da həmişə mübarizə aparıb. O baxımdan vətəndaş cəmiyyətinin reaksiyası yerində idi və istər cənubdan hansısa planlar qurmaq istəyənlər, istər Qərbdən ölkənin içərisinə fitnələr ixrac arzusunda olanlar məkrli niyyətlərinə çata bilməyəcəklər. Sadəcə, hüquq müdafiəçiləri, media, cəmiyyətin aktiv hissəsi bu barbar dəstənin əməllərinin hüquqi cəza alması üçün beynəlxalq səviyyədə iş aparmalıdır. Və bu hadisə bir daha sübut etdi ki, azərbaycanlılar dünyəvi, hüquqi, demokratik dövlət tərəfdarıdır. Burada heç bir teokratik sistemin qurulmasına cəhddən belə söhbət gedə bilməz. Bizdə dini etiqad azadlığı var və heç bir vətəndaşın ibadətinə müdaxilə yoxdur. Bu, Azərbaycanda yaşayan xristian, yəhudilər üçün də keçərlidir. Ona görə multukultural dövlət hesab edilirik".

Qeyd edək ki, səfirliyimizə hücum edənlər “The Mahdi Servants Union” (Mehdinin xidmətçiləri birliyi) adlı radikal dini qruplaşmasının üzvləridir. Qrupun lideri Yaser Əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali Rəhbəri Əli Xamneyinin dini etimadnaməsini şübhə altına alır. Təşkilat özünü şiə təriqətinə aid sayır və iranlı ayətullah şirazini təqlid edir. Yaser əl-Həbib kökəncə küveytlidir, Londonda yaşayır. İranın teokratik rejimi bu radikal qruplaşmanı istehza ilə вЂ?’London şiələri’’ adlandırır. Qrup sünni təriqətinin əleyhdarıdır, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin arvadı Aişəni təhqir edənlərə dəstək verir. Onu da qeyd edək ki, qrup “Fədak” adlı peyk televiziyasını idarə edir. Bu, radikal qrupun ilk belə həmləsi deyil. 2018-ci il martın 10-da dəyənək və xəncərlərlə silahlanmış qrupun dörd üzvü Hüseyn Əl Şirazinin həbsinə etiraz olaraq İranın Londondakı səfirliyinin birinci mərtəbəsinin eyvanına çıxaraq İran bayrağını öz qruplarının bayrağı ilə əvəz ediblər. Bildirək ki, Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Erməni evlərində Azərbaycan qazı... – HAZIRLIQ
Dünən, 09:39
Zəngəzur və konstitusiya naminə “boşanma” – Paşinyanın ailə şousunun ifşası
Dünən, 09:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru