"Bu cür hərəkətlərə güzəşt etmək olmaz" - ETİRAZ
Tarix: 3-08-2022, 08:05 | Çap et
 Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçuları kiçik çavuş Sənan Fərəcov və əsgər Yusif Bayramlı xidmət zamanı smartfon tipli telefonlardan istifadə ediblər. Həmçinin, adıçəkilən şəxslərin xidmətə aid foto-video görüntüləri şəxsi sosial şəbəkə hesablarında paylaşmaları aşkar olunub. Kiçik çavuş və əsgər xidməti uyğunsuzluğa görə ordu sıralarından çıxarılıb. Bildirilib ki, hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcək. DİA.AZ xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərli “Şərq”ə açıqlamasında Müdafiə Nazirliyinin çox düzgün qərar verdiyini deyib. Polkovnik vurğulayıb ki, dəfələrlə xəbərdarlıq edilsə də, bəzi insanlar ağıllanmaq istəmirlər:
“Hərbi xidmət vaxtı canlı yayım etməyin adı nədir?! Əgər şou-biznesə marağı varsa, Nazirlik ona gözəl şərait yaratdı və ordudan xaric etdi. İndi rahat şou-biznesə qoşula bilərlər, nə qədər istəsələr canlı yayımlara çıxarlar, “Tik-tok”da videolar paylaşarlar. Bu cür hərəkətlərə güzəşt etmək olmaz. Çünki bu barədə dəfələrlə xəbərdarlıq olunub. Heç kimin öz xidmət yoldaşlarını, təmsil etdiyi güc strukturunu təhlükə altında qoymağa haqqı yoxdur. Nazirlik buna göz yumarsa, sabah daha ciddi qanunsuzluq baş verə bilər. Bilirik ki, hərbidə açıq və ya gizli şəkildə smartfon telefonlardan istifadə olunur. Halbuki, müdafiə nazirinin əmri var, qurumun mərkəzi aparatında belə smartfon tipli telefonların işlədilməsi qadağandır. Rusiya-Ukrayna müharibəsində rusların ukraynalı zabit və gizirlərə vurduğu ən böyük zərbələrin səbəblərindən biri məhz onların üzərlərində gəzdirdikləri smartfon telefonlardır. 2016-cı ildən bu məsələni qaldırırıq. Deyirik ki, əgər kimsə smartfon tipli telefonla müharibəyə gedirsə, bəri başdan Allah ona rəhmət eləsin. Ermənilər o vaxt girov götürdükləri Dilqəm Əsgərovun, Şahbaz Quliyevin, mərhum Həsən Həsənovun yerini telefonlar vasitəsilə müəyyən etmişdilər”. Ü.Cəfərov vurğulayıb ki, smartfon tipli telefonlar hətta istifadə edilməsə, ondan hansısa foto, video paylaşılmasa belə hərbçilər üçün potensial təhlükədir: “Hazırda mobil telefona gələn siqnallar vasitəsi ilə bütün danışıqları, hətta müasir cihazlar vasitəsi ilə video-görüntüləri belə əldə etmək mümkündür. Smartfon telefonları batareyaları çıxarılmayanadək cəbhədəki düşməndən daha təhlükəlidir. Əgər general öz kabinetində əyləşibsə, masanın üzərində mobil telefonu varsa, ona rahat şəkildə müdaxilə edərək çox mühüm informasiyaları əldə edə bilərlər. 2001-ci ildə bu barədə kurs keçmişəm. İndiki dövrdə daha müasir cihazlar var və istənilən smartfon telefon vasitəsi ilə danışıqları dinləyə bilirlər”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06 |
|
|
|
| • "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42 |
|
|
|
| • Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24 |
|
|
|
| • Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44 |
|
|
|
| • Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17 |
|
|
|
| • Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44 |
|
|
|
| • AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39 |
|
|
|
| • Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36 |
|
|
|
| • Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33 |
|
|
|
| • "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31 |
|
|
|
| • "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48 |
|
|
|
| • "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26 |
|
|
|
| • DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19 |
|
|
|
| • SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13 |
|
|
|
| • "Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46 |
|
|
|
| • Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37 |
|
|
|
| • Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24 |
|
|
|
| • "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17 |
|
|
|
| • General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07 |
|
|
|
| • "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00 |
|
|
|
| • Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50 |
|
|
|
| • Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35 |
|
|
|
| • "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23 |
|
|
|
| • Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16 |
|
|
|
| • Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07 |
|
|
|
| • "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58 |
|
|
|
| • Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48 |
|
|
|
| • Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31 |
|
|
|
| • Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26 |
|
|
|
| • DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19 |
|
|
|
| • Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18 |
|
|
|
| • ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30 |
|
|
|
| • “Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23 |
|
|
|
| • “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14 |
|
|
|
| • Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07 |
|
|
|
| • Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05 |
|
|
|
| • Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11 |
|
|
|
| • Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08 |
|
|
|
| • Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03 |
|
|
|
| • Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01 |
|
|
|
| • Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57 |
|
|
|
| • Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45 |
|
|
|
| • Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38 |
|
|
|
| • “Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33 |
|
|
|
| • “Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09 |
|
|
|
| • Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01 |
|
|
|
| • Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59 |
|
|
|
| • Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54 |
|
|
|
| • Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53 |
|
|
|
| • Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42 |
|
|
|
|