"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                     "Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." .....                     Aqil Abbas DÜZMÜ BUYURUR?.. .....                     Kir Starmer bazar ertəsi istefaya gedə bilər .....                     Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? .....                     Bir şair yaşadı Mingəçevirdə... .....                     AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi .....                     Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından .....                     Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi .....                     "Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" .....                     "İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" .....                     "Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." .....                     DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... .....                     SEPAH-ın əl-qolu açılır... .....                     "Onlar əsl apokalipsis təlxəkləridir..." .....                     Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... .....                     Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? .....                     "Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." .....                     General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? .....                     "Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." .....                     Saatlı uzaqdır, yoxsa MARS? .....                     Rusiyaya qarşı BİR OLSALAR DA... .....                     "Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" .....                     Xırdalan sakinlərinə SU ÇİLƏSİ .....                     Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... .....                     "Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." .....                     Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... .....                     Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib .....                     Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... .....                     DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək .....                     Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək .....                     ABŞ-İran danışıqları yenidən başlaya bilər? .....                     “Rossotrudniçestvo”nun “Troya atı” .....                     “Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” .....                     Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi .....                     Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi .....                     Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? .....                     Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı .....                     Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır .....                     Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib .....                 

"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var" - Etibar Məmmədov
Tarix: 29-07-2022, 08:18 | Çap et
"Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var"
DİA.AZ Azərbaycan Milli İstiqlal Partiyasının lideri, istiqlalçı deputat Etibar Məmmədovun hafta.az-a müsahibəsini təqdim edir:

-Etibar bəy, son müsahibələrinizdən birində Rusiyanın Azərbaycandakı “5-ci kalon”unun fəallığından danışmısız. Sizcə, ölkədə yaşanan bir sıra neqativ olayların, bəzi məmur özbaşınalığı hallarının artmasında da həmin qüvvələrin rolu varmı?

-Əvvəla, deyim ki, “5-ci kalon” yalnız Rusiyaya aid deyil. Moskva ilə yanaşı, İranın da Azərbaycanda təsir dairəsi var. Və həmin ölkələrə meyilli adamlar da var. Vəzifələrdə də təmsil olunanlar çoxdur. Və təbii ki, Azərbaycandakı neqativ hallarda onların barmağı da var, rolu da var... Onlar tərəfindən müxtəlif sahələrdə müxtəlif formalarda sabotajlar da təşkil olunur. Həmçinin təxribatlar törədilir...

-Əvvəllər korrupsiya və digər ittihamlarla işdən azad edilmiş, yaxud həbs olunmuş nazir və icra hakimiyyəti başçılarının Rusiya və ya digər ölkələrlə bağlılığı ehtimalı varmı?

- İşdən çıxarılan, yaxud həbs olunanların hamısının Moskva ilə bağlı olması vacib deyil. Onların arasında xaricə bağlı olanlar da var, özləri üçün işləyənlər də var...

-İcra başçılarından söz düşmüşkən, Azərbaycanda yerlərdə icra hakimiyyəti sisteminin dəyişilməsi və onların bütün funksiyalarının yerli özünüidarəetməyə, yəni bələdiyyələrə verilməsinə necə baxırsız? Belə bir islahat keçirilərsə, korrupsiya və məmur özbaşınalığının da minimal həddə enməsinə təsir göstərərmi?

-Bu, çox vacib məsələdir. Və günün tələbidir ki, bu idarəçilik forması dəyişsin. Hesab edirəm ki, icra hakimiyyətləri ləğv olunaraq vilayətlər və valilik sisteminə keçirilməlidir. Valilər də yerli idarəetmə qurumlarının fəaliyyətinin qanunlara uyğunluğuna nəzarət etməlidir. Qalan məsələ və funksiyalar isə yerli hakimiyyətlərə, yəni bələdiyyələrə verilməlidir. Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Onlar seçkili olmalıdır. Eyni zamanda fəaliyyətləri də şəffaf olmalıdır ki, ictimai nəzarət də mümkün olsun....

- Azərbaycan Prezidenti bu günlərdə Lerik, Masallı və Göygöl rayonlarına təyin olunmuş yeni icra hakimiyyəti başçılarını qəbul edərkən belə deyib: “Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək”. Siz bir müxalif partiyanın lideri kimi necə düşünürsüz, ictimai nəzarət gerçəkdə hansı formada, məzmunda olmalıdır?

-İctimai nəzarətin bir neçə forması var; mətbuat vasitəsi ilə, seçkili orqanlar vasitəsi ilə və inzibati qaydada... Bunun üçün seçkili orqanlar da normal işini bərpa etməlidir. Yəni seçkilər keçirilməlidir. Və yeni özünüidarə strukturları həmin icra strukturlarına nəzarət etməlidir və icra strukturları da onların qarşısında hesabatlı olmalıdır. Bu məsələnin bir tərəfi...

Və mətbuatın da fəaliyyəti qanun çərçivəsində bu işlərə nəzarətə imkan yaratmalıdır. Ən əsası da mətbuatın fəaliyyəti ciddi nəzərə alınmalı, onların neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır. Ancaq təəssüf ki, çox zaman yerlərdə mətbuat nə danışır, danışsın, buna heç fikir verən yoxdur.

Seçkili orqanların nəzarətinə gəldikdə, parlament nəzarəti bərpa olunmalıdır. Yəni hökumət parlamentə əsl mənada hesabatlı olmalıdır. Bu şəkildə ictimai nəzarət həyata keçirilə bilər. Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil...

-İyulun 25-də Blinken dövlət başçısı ilə danışdı və Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini bildirdi. Lakin bu yandan ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi müəyyən ikibaşlı çıxışlar edir, münaqişənin mövcudluğundan dəm vurur. Bunu necə dəyərləndirirsiz?

-Təəssüf ki, Amerika son vaxtlar Qarabağ məsələsində Ermənistanın tərəfdaşı kimi çıxış edir. Və faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törədir. Və yenidən ATƏT-in Minsk qrupunun bərpası və həmin qrup çərçivəsində məsələlərə yenidən baxılması təşəbbüsü ilə çıxış edir. Ona görə də üzdə “Ermənistanla Azərbaycan arasında danışıqların tərəfdarıyıq” deyirlər, amma digər tərəfdən buna maneçilik törədirlər...

-Açıqlamalarınızdan birində deyirsiz ki, Rusiya Ukraynada qalib gələrsə, Azərbaycana qarşı da iddialara hazır olmalıyıq. Bəs belə olan halda aramızda qarşılıqlı yardım barədə bir neçə sənədlərin də bağlanmış olduğu qardaş Türkiyə hansı mövqe tutacaq, sizcə? Rusiya bu NATO ölkəsi ilə qarşı-qarşıya gəlməkdən ehtiyat etməyəcək ki?

-Türkiyənin buna münasibəti məsələnin ikinci tərəfidir. Əgər Rusiya Ukraynada istəyinə, yəni Ukraynanın parçalanmasına və bunun dünya tərəfindən tanınmasına nail olsa, imperiya sərhədlərinin bərpası artıq Rusiyada milli ideyaya çevrilməklə rəsmiləşəcək. Və bəhs edilən sərhədlərin içərisində Azərbaycan ərazisi də var, Orta Asiya ölkələri də var. Ona görə də Moskva öz iddialarını genişləndirəcək, ən zəif nöqtəni taparaq oradan yeni işğal prosesinə başlayacaq. Ondan sonra isə həmin işğal prosesini genişləndirməkdə davam edəcəkdir. Və yaxşı ki, Azərbaycanla Türkiyə arasında qarşılıqlı yardım haqqında sənədlər var, razılaşmalar, müqavilələr var. Ancaq həmin sənədlərin işləməsi öz yerində olmaqla Azərbaycan bir dövlət, bir cəmiyyət olaraq bəhs edilən təhlükəni hiss edib ona hazır olmalıdır. Yəni yalnız müttəfiqlərimizə arxayın olmaqla Rusiyanın işğal iddialarına qarşı müqavimət göstərə bilmərik. Daxili birlik, daxili sabitlik və daxili müqavimətə hazırlıq daim bir nömrəli vəzifə olmalıdır...

-Təbii ki, Kremldən Azərbaycana qarşı iddialar irəli sürüldüyü halda “5-ci kalon” xüsusi fəallıq göstərəcək...

- Təbii, bu qüvvələr daxildə sabotaj da edəcəklər və vaxtı, məqamı gələndə Azərbaycan dövlətinə arxadan zərbə də vuracaqlar... Rusiya və s. ölkələrin “5-ci kalon”larını neytrallaşdırmaq hazırda günün tələbidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Bu gün, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Bu gün, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Bu gün, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Bu gün, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Bu gün, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Bu gün, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Bu gün, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Bu gün, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Bu gün, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Bu gün, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Bu gün, 09:48
"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH
Bu gün, 09:26
DİQQƏT: pul yalnız bank köçürməsi yolu ilə verilə bilər... - ƏKS HALDA...
Bu gün, 09:19
SEPAH-ın əl-qolu açılır... - "Reuter"
Bu gün, 09:13
"Onlar əsl apokalipsis təlxəkləridir..." - Yuri Şevçuk
Bu gün, 08:46
Təhsildə Keyfiyyət Təminatı Agentliyinın KEYFİYYƏTSİZLİYİ... - "Bu qurum elə hesab edir ki..."
Bu gün, 08:37
Bir dövlət qurumunda verilən şiddətli töhmət digərində KEÇƏRSİZDİR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 08:24
"Təsəvvür eləyin, göydən od yağır, avtobus beş saata gəlir..." - AXI NİYƏ?..
Bu gün, 08:17
General Həzi Aslanovun şəxsi sənədlərində nə yazılırdı ? - FOTOFAKT
Bu gün, 08:07
"Yəqin ki, daha “World-Telecom” şirkətindən məhsul alan olmyacaq..." - ÇÜNKİ...
Bu gün, 08:00
Saatlı uzaqdır, yoxsa MARS? - NARAZILIQ VAR...
Bu gün, 07:50
Rusiyaya qarşı BİR OLSALAR DA... - aradakı uçurum ÇOX TARİXİDİR...
Bu gün, 07:35
"Burdan nəsə alanda İKİ DƏFƏ fikirləşin" - ÇAĞIRIŞ
Bu gün, 07:23
Xırdalan sakinlərinə SU ÇİLƏSİ - GİLEY
Bu gün, 07:16
Zərgərlinin absurd və təhlükəli KADIROV SEVDASI... - BU NƏDİ BELƏ?
Bu gün, 07:07
"Əgər neftçinin maaşı 5 ildir artırılmırsa..." - ETİRAZ VAR!
Bu gün, 06:58
Xaqani Bəşirliin nə qanunlardan və nə də ki qaydalardan xəbəri yoxdur... - BU DA FAKT...
Bu gün, 06:48
Səməd Vurğunun 120 illiyinə həsr olunmuş I Qazax Kitab Sərgisi keçirilib - FOTO
Bu gün, 06:31
Binəqədidə “makler istilası”: “Qurbanlar” arasında icra başçısı da var... - GÖRÜN, NƏ EDİRLƏR...
Bu gün, 06:26
DİM bu gün ümumi orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar keçirəcək
Bu gün, 06:19
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək
Bu gün, 06:18
ABŞ-İran danışıqları yenidən başlaya bilər? - ŞƏRH
Dünən, 13:30
“Rossotrudniçestvo”nun “Troya atı” - Mədəniyyət mərkəzi, yoxsa casus yuvası?
Dünən, 13:23
“Sonuna qədər gedəcəyəm, Mədəniyyət Nazirliyindəkilər özlərini eşitməməzliyə vururlar” - Məlik Dadaşovun qızı
Dünən, 13:14
Nazir Dilqəm Məhərrəmovu bu klinikaya direktor təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:07
Köçəryan Mərkəzi Seçki Komissiyasını məhkəməyə verdi
Dünən, 13:05
Arif Babayevin muzeyi Ağdamda nə vaxt yaradılacaq? - AÇIQLAMA
Dünən, 11:11
Keçmiş arvadına görə həmkəndlisini bıçaqladı - Zaqataladakı qətlin TƏFƏRRÜATI
Dünən, 11:08
Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün koalisiya yaradılır - “Hraparak”
Dünən, 11:03
Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib - TƏFƏRRÜAT
Dünən, 11:01
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünən, 10:57
Kinomatoqrafçılar İttifaqının yeni sədri nə zaman seçiləcək? - KATİBDƏN AÇIQLAMA
Dünən, 10:45
Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək (FOTO)
Dünən, 10:38
“Qədir indi də gedib cənnətdə oxuyur, onunla bağlı arzularım çox idi...”
Dünən, 10:33
“Pilgrim Education” şirkətindən şikayətlər artır - NARAZILIQ VAR...
Dünən, 10:09
Səki bazara çevrilib, piyadalar yola çıxmağa məcbur qalır - FOTO
Dünən, 10:01
Moskva Köçəryan və Karapetyanı qurban verəcək - Tumasyan
Dünən, 09:59
Ordumuz xalqımızın qürurudur - MƏQALƏ
Dünən, 09:54
Rəşadətli Azərbaycan Ordusu şanlı Zəfərin tarixini yazıb - İsrafil Kərimovun yazısı
Dünən, 09:53
Paşinyanın baş nazirliyi dövründə Ermənistanın dövlət borcu 110% artıb - TASS
Dünən, 09:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru