Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                     SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA .....                     "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." .....                     Vətəndaş bu quruma qarşı iddia qaldırdı .....                     Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                 

"Bu, heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir" - deputat
Tarix: 11-03-2022, 09:17 | Çap et
"Bu, heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir"
Son günlər Rusiya Azərbaycana münasibətdə müxtəlif qeyri-dost addımlar atmağa başlayıb. Belə ki, Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, “Dağlıq Qarabağ”dan isə 14 ton zəruri mallar gətirilib.

Bundan başqa, Qarabağ ətrafındakı Azərbaycan mövqelərinin Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazisindən erməni silahlı tör-töküntüləri tərəfindən atəşə tutulması halları da müntəzəm xarakter alıb.

Azərbaycan, həmçinin, humanist prinsiplərdən çıxış edərək dünyanın müxtəlif məkanlarında humanitar böhranların aradan qaldırılmasına da yardım əlini uzadır. Son olaraq Azərbaycan belə bir humanitar yardımı Polşadan keçməklə indi çətin günlərini yaşayan Ukraynaya yollayıb. Bu addımda hər hansı bir siyasi çalar da yoxdur. Bakı, sadəcə, olaraq humanist prinsipləri əsas götürərək Ukrayna xalqına mənəvi dəstək olub.

Amma buna baxmayaraq, görünən odur ki, Azərbaycanın humanist addımı Moskvanı əməlli-başlı qıcıqlandırıb. Görünür, Rusiya onun razılığı və istəyi olmadan kənardan Ukraynaya hər hansı bir humanitar dəstəyin verilməsini istəmir. Ona görə də Azərbaycanın humanist addımına cavab olaraq tələm-tələsik qondarma qurumdan guya Ukraynaya dəstək üçün zəruri mallar gətirildiyini bəyan ediblər. Xarkovdakı Azərbaycan konsulluq binasının vurulması da bu mənada təsadüf sayıla bilməz. Rusiyanın bu hərəkəti onu göstərir ki, son zamanlar həddən artıq aqressivləşmiş Moskva ərazi bütövlüyünü dəstəkləmək və humanitar yardım göndərməklə Azərbaycanın Ukrayna məsələsində tutduğu mövqeyindən narazıdır.

Bu iddialar nə dərəcədə gerçəkliyi əks etdirir? Narahat olmağa dəyərmi? Azərbaycanın Ukrayna siyasətində yanlışı varmı? DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, YAP-çı deputat Elman Nəsirov Rusiyada Azərbaycanla münasibətlərin yüksək səviyyədə olmasını istəməyən qüvvələrin fəallaşdığını düşünür: “Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 30 ili tamam oldu. Bu 30 illik tarix ərzində münasibətlərimiz strateji tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunurdu. Amma bu ilin 22 fevral tarixində ölkə Prezidenti, cənab İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasında imzalanmış bəyannamə ikitərəfli münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Ancaq son zamanlar ikitərəfli münasibətlərimizdə bəzi anlaşılmaz məqamlar da baş verir ki, bu heç bir halda müttəfiqlik münasibətlərinin ümumi ruhuna uyğun gəlmir. Həmin münasibətlərə kölgə salır. Bu ilk növbədə onunla bağlıdır ki, tez-tez Rusiyanın rəsmiləri tərəfindən Dağlıq Qarabağ ifadəsi işlənir. Elə bu yaxınlarda Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzinin rəisi general-polkovnik Mixail Lizintsev brifinqdə bəyan edib ki, Kiyev və Zaporejye vilayətlərinin sakinləri üçün Suriyadan 50 ton ərzaq, ”Dağlıq Qarabağ"dan isə 14 ton zəruri mallar gətirilib. Bu nə ifadədir? Belə anlaşılır ki, bu şəxs oranı ayrıca bir inzibati ərazi vahidi kimi görür. Bu bəyanatdan elə çıxır ki, o, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etmir. Ümumiyyətlə, Dağlıq Qarabağ deyilən inzibati ərazi vahidliyi yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin ötən il 7 iyul tarixli fərmanı ilə Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Belə bir inzibati ərazi vahidi olmaya-olmaya rusiyalı generalın belə bir mövqe ortaya qoyması təbii ki, Azərbaycanın suverenliyinə qarşı yönəlmiş bir addımdır. Halbuki haqqında bəhs etdiyim müttəfiqlik haqqında bəyannamənin birinci bəndinin birinci maddəsində qeyd olunub ki, hər iki dövlət öz münasibətlərini ərazi bütövlüyü, suverenlik məsələləri, bir-birinin daxili işlərinə qarışmama, qarışıqlı hörmət, güc tətbiq etməmək, hədələməmək üzərində qurur. Belə olan vəziyyətdə Dağlıq Qarabağ ifadəsini rus generalı nə üçün işlədir? Bunu da brifinqdə səsləndirir və jurnalistlər də yayırlar. Demək, beynəlxalq aləmə bu cür təqdim etmək istəyirlər. Bu da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qarşı yönəlmiş addım kimi qəbul edilməlidir. Heç bir halda bizim müttəfiqlik münasibətlərimizə uyğun gəlmir. Bir sözlə, ona kölgə salır. Bu, çox məsuliyyətsiz bir davranışdır. Eyni zamanda rus sülhməramlılarının Qarabağdakı nəzarət zonasında da qeyri-qanuni erməni birləşmələri, separatçıların tör-töküntüləri atəşkəs rejimini intensiv şəkildə pozurlar. Bu addımları ilə də 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli sənədin bütün məzmununa, mahiyyətinə, fəlsəfəsinə daban-dabana zidd bir fəaliyyət ortaya qoyurlar. Bizi də narahat edən budur. Atəşkəsin intensiv pozulması halları rus sülhməramlılarının gözü qarşısında baş verir. Ağdam istiqamətində gündə 30-a qədər atəşkəsin pozulması halları qeydə alınır. Rus sülhməramlıları bunun qarşısını almaq üçün niyə real tədbirlər görmürlər? Halbuki onların vəzifəsi bunların qarşısını almaqdır. Nə üçün kənar seyrçi mövqedə dayanırlar? Bununla əllərində silah olan həmin tör-töküntüləri ruhlandırırlar. Onlarda arxayınlıq yaranır ki, atəşkəsi pozarıq, heç bir cəza da almarıq. Bütün bunlar təbii ki, cavabı gözlənilən suallardır. Haqlı olaraq Azərbaycan ictimaiyyəti bu suallara cavab istəyir. Bütün bu baş verənlər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyədə olmasına daban-dabana zidd olan addımlardır. Rusiyada bəzi dairələr maraqlıdır ki, Bakı-Moskva münasibətlərinə xələl gətirsinlər. Görünür, bu əlaqələrin müttəfiqlik səviyyəsinə qalxması Rusiyada kimlərisə narahat edib. Bütün bu məsələlərə aydınlıq gətirilməlidir. Bunun qarşısını almaq üçün əsaslı tədbirlər görülməlidir".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Rusiyaya rəsmi Bakının sərt reaksiya verməsinin vacibliyinə toxundu: “Bir tərəfdən Qərbin Ukraynanı tək buraxdığını gördük, o biri tərəfdən də Rusiyanın müttəfiqləri sayılan Çin, İran, Venesuela da tam Moskvanın yanında durmadılar. Dünya çapında bütün bu konfiqurasiyanı gördükdə Azərbaycan ən optimal varianta əl atıb. Rusiya ilə müttəfiqlik imzası, paralel olaraq Ukraynaya humanitar yardım göstərərək rəsmi Bakı balanslı siyasət irəli sürdü. Təbii ki, bu cür mövqe Rusiyanın ürəyincə olmadı. Ona görə Rusiya Müdafiə Nazirliyi tərəfindən Azərbaycana qarşı bu cür provokasiya oldu. Əvvəllər də buna oxşar provokasiyalar Rusiya tərəfindən müşahidə edilmişdi. Məsələn, müharibədən qabaq Rusiya XİN-in Azərbaycana qarşı dəfələrlə provokativ addımlar atdığını gördük. İndiki zamanda Rusiyanın Azərbaycanı qarşısına alması maraqlarına cavab vermir. Onsuz da Rusiya dünyada kifayət qədər təklənib. Lakin Azərbaycan da Rusiyanın provokasiyalarına ciddi etirazını Moskvaya bildirməlidir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru