AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                     SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA .....                     "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." .....                     Vətəndaş bu quruma qarşı iddia qaldırdı .....                     Demokratiya bax belə işləyir! .....                     Azərbaycanda çay istehsalı niyə azalıb? .....                     Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... .....                     "Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar" .....                     ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb .....                     Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” .....                     Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək .....                     Sarayda camaatın dil-dodağı quruyub... .....                     Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ .....                     Krım tam böhran şəraitində... .....                     "Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" .....                 

"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..." - deputat
Tarix: 4-03-2022, 08:52 | Çap et
"Birinci dəfə deyil ki, Azərbaycanın Ukraynanı dəstəkləyir..."
Rusiya–Ukrayna müharibəsi gərginləşən xətt üzrə inkişaf edir. Müharibə region və dünyanın geosiyasi, geoiqtisadi düzəninə öz təsirini göstərməkdədir. Müharibə tərəflərinin Belarusla sərhəddə apardığı danışıqlara ümid bəslənsə də, ilkin mərhələnin nəticəsiz qalması müharibənin bəlli olmayan müddətə qədər uzanma versiyasını ortaya çıxarıb. Regionda müharibə aparan dövlətlərlə müəyyən müttəfiqlik əlaqələri olan ölkələr belə bir vəziyyətdə hansı addımlar atmalı, hansı tədbirləri görməlidir? DİA.AZ xəbər verir ki, bu istiqamətdə “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Sahib Alıyev bu səpkidə maraqlı fikirlər söyləyib.

- Sahib müəllim, bu gün dünyanın müxtəlif təhlil mərkəzlərində müzakirə obyekti olan Ukrayna–Rusiya müharibəsini necə təhlil edərdiniz?

- Ruslarla ukraynalıların bir-birlərinə nə qədər yaxın xalq olduqlarını biz hamımız yaxşı bilirik. Bu səbəbdən Ukrayna ilə Rusiya arasında baş verənləri onun necə nəticələnməsindən asılı olmayaraq, mən hər iki tərəf üçün faciə sayıram.

- Ukrayna–Rusiya müharibəsində Azərbaycanın tutduğu mövqeni necə dəyərləndirərdiniz?

- Azərbaycan xalqı baş verənləri ürəkağrısı və bəlli bir narahatlıqla izləyir.

Birincisi, hər iki dövlətdə yüz minlərlə soydaşımız yaşayır, savaşın bütün ağrı və açılarını onlar da öz üzərlərində hiss edəcəklər və edirlər. Çox təəssüf ki, Ukraynada yaşayan azərbaycanlılardan artıq həlak olanlar da var.

İkincisi, savaş ölüm, itki və dağıntı deməkdir ki, biz bunu heç kimə arzulamırıq, dost gözü ilə baxdığımız dövlətlərə isə heç arzulamırıq. Azərbaycan hər iki dövlətlə qarşılıqlı faydaya dayanan sıx əməkdaşlıq qurub, savaş isə istər-istəməz onlarla ticarət dövriyyəmizə və iqtisadi əlaqələrimizə də təsirsiz ötüşməyəcək.

Söhbət ukraynalı və rusiyalılardan gedirsə, unutmaq lazım deyil ki, hər iki xalqın təmsilçilərim ilə fərdi dostluq əlaqələri olanlarımız da az deyil. Yəni bütün bunları göz önünə gətirib biz çox istərdik ki, Rusiya və Ukrayna aralarındakı problemi sülh yolu ilə həll etsinlər. Savaş başlanandan və hələ ondan öncə də dövlət başçımızın hər iki ölkənin prezidentləriylə keçirdiyi görüşlərdə və apardığı danışıqlarda da, Azərbaycanın məhz buna səy göstərdiyi kimsəyə sirr deyil.

- Sosial şəbəkələr, Azərbaycan ictimaiyyəti ölkəmizin Ukraynaya yardım məsələsinə birmənalı yanaşmır. Necə hesab edirsiniz, Azərbaycan bu istiqamətdə hansı mövqeni sərgiləməlidir?

- Azərbaycan hansı mövqeni sərgiləməlidirsə, onu da sərgiləyir. Bilirsiniz, əgər söhbət sosial şəbəkələrdən gedirsə, təəssüf ki, orada çox vaxt populizmin aşıb-daşdığını görürük. Xarici siyasət isə populizmi yox, soyuq praqmatizmi sevir. Ukraynaya yardıma gəldikdə, bu humanitar addımdır, tərəf tutmaq deyil. Və çətin anlarında Azərbaycanın Ukraynanı dəstəkləməsi də birinci dəfə baş vermir. Hələ Kuçmanın prezidentliyi dönəmində Ukraynada kəskin yanacaq qıtılığı yarananda da, Azərbaycan bu dost dövlətdən öz yardımını əsirgəməmişdi. Qonşu Gürcüstana, Belarusa yanaşmada da zaman-zaman oxşar addımlar atılıb.

- Rusiya ilə imzalanmış Moskva bəyannaməsinin fonunda bu müharibə Azərbaycanla Ukrayna əlaqələrində hansı maneələri yarada bilər?

- Nə maneə yaranacaq? Bizim müttəfiqliyimiz heç kimə qarşı yönəlməyib və cənab İlham Əliyevin TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşdə də bildirdiyi kimi, sözügedən sənəd əslində son 30 ildə iki dövlət arasında formalaşmış münasibətlərin rəsmi təsbitidir. Bu sənəddən yeganə narahatlıq keçirənlər Ermənistandakı revanşsitlərdir, başqa heç kim. Ukraynada heç bir ciddi siyasətçi o Bəyantla bağlı bir kəlmə də olsun mənfi fikir bildirməyib. İstəyirəm xatırladım ki, Prezident Zelenski məhz bu sənədin imzlanmasından bir neçə gün sonra cənab İlham Əliyevi ölkəsinin dostu adlandırdı.

- Dünyada Rusiyaya qarşı yönələn sanksiyalara Azərbaycanın qoşulma ehtimalı nə dərəcədədir? Ümumiyyətlə, bu yanaşmanın özü nə qədər düzdür?

- Azərbaycan indiyə kimi qonşularından heç birinə qarşı tətbiq edilən sanksiyalara qoşulmayıb və bundan sonra da inanmram ki, qoşulsun. Biz bu qəbildən olan məsələlərdə ancaq və ancaq öz dövlət maraqlarımızdan çıxış edirik. Azərbaycanın dövlət marağı isə bütün qonşularıyla qarşılıqlı faydaya dayanan, dayanıqlı, proqnozlaşdırlan əlaqələr qurulmasını tələb edir.

- Sahib müəllim, ötən gün Böyük Britaniya parlamentində Ukrayna böhranı müzakirə edilərkən leyboristlərin təmsilçisi Marqaret Hodc xarici işlər naziri Elizabet Trassdan iki suala cavab istəyib. Xanım deputat əvvəlcə soruşub ki, Rusiya Dumasının üzvlərinə də sanksiyalar tətbiq edilə bilərmi?! İkinci sual isə belə olub: “Putinin səylərinə dəstək verən Qazaxıstan və Azərbaycanın da sanksiyalar siyahısına daxil edilməsi məsələsinə baxılırmı?”. Nə baş verir, kimdir ölkəmizi sanksiya qalmaqalına cəlb etməyə cəhd edənlər və niyə?

- Azərbaycan Ukraynadakı proseslərə yanaşmada həmişə beynəlxalq normalardan çıxış edib və BMT-də səsvermədə də, digər formatlarda da bununla bağlı prinsipial mövqe ortaya qoyub.

Savaşöncəsi və başladıqdan sonra Azərbaycanın göstərdiyi səylər az öncə vurğuladığım kimi ortadadır, Ukraynaya etdiyi yardımlar da. Azərbaycanın dövlət başçısını ölkəsinin dostu adlandıran, Rusiya ilə danışıqların məhz Bakıda keçirilməsi tərəfdarı olduğunu deyən Prezident Zelenski ölkəmizin baş verənlərə yanaşmada tutduğu mövqeni, kimin yanında olduğumuzu daha yaxşı bilir, yoxsa xanım Hodc?

Bilirsiniz, Marqaret Hodc başqasına böhtan atdığına görə rəsmi şəkildə üzr istəməsiylə tanınan biridir. İndi bilmirəm, Azərbaycandan da üzr istəyəcək, ya yox, amma onun ölkəmiz haqqında parlamentdə səsləndirdikəri böhtan idi.

Bu gün guya Ukraynanın dostu kimi çıxış edən, eyni zamanda dəstək göstərən dövlətlərin kaş hamısının ukraynalılara yanaşmaları bizim kimi olaydı, səmimi xarakter daşıyaydı. Heç kimə sirr deyil ki, bu gün Ukraynada yaşananların səbəbkarlarından biri də qərbdəki bəlli çevrələrdir. Heç kimə o da sirr deyil ki, həmən çevrələr istəsəydilər, vaxtında bu savaşın qarşısını ala bilərdirlər. Bunun üçün indi sərgilədikləri mövqeni, qətiyyəti savaş öncəsi sərgiləmləri lazım idi və əslində Ukrayna Prezidenti də Münhendəki çıxışında onlardan bunu tələb edirdi, amma sərgiləmədilər, əksinə, Rusiya ilə Ukraynanı üz-üzə qoymaq üçün əllərindən nə gəlirsə etdilər və təəssüf ki, məqsədlərinə də çatdılar.

- Rusiyanın hərbi müdaxiləsi hansı halda dayana bilər və bu prosesdə Azərbaycan və Türkiyənin vasitəçiliyi öz sözünü necə deyəcək?

- Görülən hazırlıq, atılan bütün addımlar göstərir ki, yaxın gələcəkdə savaş nəinki dayanacaq, əksinə, qarşıda daha intensiv və daha qanlı döyüşlər, daha böyük dağıntılar gözlənilir.

Azərbaycanla Türkiyənin vasitəçiliyinə gəldikdə, hər iki dövlət həm ayrılıqda, həm də sinxron şəkildə öncə də vurğuladığım kimi, məhz savaşın baş verməməsinə, savaş baş verdikdən sonra isə dayandrılmasına çalışıblar, bu gün də çalışırlar. Çox təəssüf ki, bizim səylərimiz hələlik müsbət nəticə vermir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Krım tam böhran şəraitində... - "Krım Realiyi"
Dünən, 16:23
"Bloger, qey və fahişələri dövlət tədbirlərinə dəvət etməyin" - ÇAĞIRIŞ
Dünən, 15:06
"Bayırşəhərdə tarixi abidələr siyahıdan çıxarılıb məhv edilir..." - NARAZILIQ VAR...
Dünən, 14:42
Aqil Abbas DÜZMÜ BUYURUR?.. - AKTUAL
Dünən, 14:24
Kir Starmer bazar ertəsi istefaya gedə bilər - "Observer"
Dünən, 12:44
Bu təfəkkürlə TƏHSİLİMİZİ HARA APARIRSINIZ? - ETİRAZ VAR!
Dünən, 12:17
Bir şair yaşadı Mingəçevirdə... - VİDA SÖZÜ...
Dünən, 11:44
AYNA 29 milyon manatlıq tenderə cəmi 7 gün vaxt verdi - QALİB ŞİRKƏT BÖYÜK SİFARİŞ ALDI
Dünən, 11:39
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 25 il ötür...
Dünən, 11:36
Təhsil Tələbə Krediti Fondu auditor tapa bilmədi – TENDER LƏĞV EDİLDİ
Dünən, 11:33
"Zaur Mikayılova deyin, Yeni Günəşliyə məhsul göndərsin, tükənib" - MÜRACİƏT
Dünən, 11:31
"İstedadlı adam nə yazır yazsın, onu istedadla yazır" - Elxan Zal
Dünən, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru