Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                 

"Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin" - ETİRAZ
Tarix: 19-02-2022, 09:12 | Çap et
"Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin"
“ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format olaraq qalır”. Bu barədə Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə srağagün açıqlanan hesabatında deyilir.

Sənəddə “regionun sabitliyini və rifahını təmin etmək, eləcə də regional güclərin təsir və müdaxiləsinə qarşı çıxmaq üçün Avropa İttifaqı və üzv ölkələrinin Cənubi Qafqazda daha çox iştirakının zəruriliyi” vurğulanır. Həmçinin Aİ, onun üzv dövlətləri və İnsan Hüquqları üzrə vitse-prezidenti “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı davamlı nizamlamanın tapılmasında fəal iştirak etməyə” çağırılır.

Hesabatda (42-ci maddə) deyilir: “ATƏT-in Minsk Qrupu bu münaqişənin ərazi bütövlüyü, güc tətbiq etməməsi, öz müqəddəratını təyinetmə və bərabərlik, münaqişələrin sülh yolu ilə həlli prinsipləri əsasında həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış format olaraq qalır”.

Eyni zamanda MQ-nin mümkün qədər tez vasitəçilik roluna qayıtmasına çağırış edilir, “hərbi əsirlərin qaytarılmasının” vacibliyi vurğulanır. Yəni, sanki bu sənədi bir erməni hazırlayıb...

Bəs görəsən, hansı “Dağlıq Qarabağ” konfliktindən, hansı “3 prinsip”dən və öz müqəddəratı təyinetmədən, hansı “hərbi əsirlər”dən söhbət gedir? Azərbaycanda artıq heç “Dağlıq Qarabağ” adında inzibati ərazi vahid yoxdur. Yəni doğurdanmı bu qurumda beynəlxalq hüquqa sayğılı bircə deputat da qalmayıb?

Xatırladaq ki, sənədin əsas müəllifi Fransadan olan deputat Natali Luazodur.

Bütün hallarda rəsmi Bakı bu sənədə reaksiya verməlidirmi? Artıq ermənilər sevincək şəkildə əllərini-əllərinə sürtməyə başlayıblar ki, bəs, bu İrəvanın ciddi diplomatik uğurudur və uzun fasilədən sonra Minsk Qrupu məsələsi, öz müqəddəratı təyinetmə tələbi yenidən gündəmə gəlir. Belədirmi? DİA.AZ-ın məlumatına görə, deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Avropa Parlamentinin 2021-ci il üçün xarici siyasət və təhlükəsizlik üzrə hesabatı mövcud reallıqlar nəzərə alınmadan hazırlanıb, qərəzlidir və beynəlxalq hüquqa ziddir: “Eyni zamanda, ATƏT-in əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütölüyü prinsipləri ilə uzlaşmır. Hesabatda əksini tapan müddəaların hər biri beynəlxalq hüquqa görə heç bir problem olmayan yerdə yenidən problem yaratmaq cəhdləridir. Üstəlik yaradılacaq mümkün problemi bəhanə edərək müstəqil dövlətlər üzərində təzyiq qurmaqla Cənubi Qafqazda yenicə formalaşmaqda olan sülh və təhlükəsizliyi təhdid etməkdir. Sənəddə adı çəkilən və artıq həll edilmiş Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format kimi göstərilən ATƏT-in Minsk Qrupunun 30 ildə həll edə bilmədiyi problemi Azərbaycan 44 gündə həll etdi. Bu gün Azərbaycan ərazisində nə Dağlıq Qarabağ adlı qurum, nə də o adda münaqişə var. Əgər ATƏT nə isə mütləq həll etməyə münaqişə axtarırsa getsin Şərqi Avropada olan münaqişəni həll etsin. Avropanın düz gözünün önündə bir Avropa ölkəsinin ərazi bütövlüyü pozulub, süveren hüquqları tapdalanıb. Biz postmüharibə dövründə tez-tez Ermənistanda olan revanşitlərdən, radikallardan danışaraq onların baş qaldırmasının təhlükəli olduğunu bildiririk. Ancaq unutmamalıyıq ki, elə Avropada da beynəlxalq hüququ, dövlətlərin süveren hüquqalarını, ərazi bütövlüyünü gözardı edən reavanşistlər və radikallar var. Onlardan biri də qəbul etdiyi qərəzli hesabatı ilə Avropa Parlamentidir. Bu hesabat beynəlxalq hüququ terrorizə edən təxribatdır. Fransalı parlamentarinin təşəbbüsü ilə qəbul edilməsi də təsadüfi deyil. Çünki 44 günlük müharibə dövründə Fransa Prezidenti də ən qatı erməni radikalı kimi bəyanatlar verirdi. Ona görə də bu sənəd beynəlxalq müstəvidə dünya erməniçiliyinin və islamafob mərkəzlərin Azərbaycana qarşı, eyni zamanda beynəlxalq hüquq və sülhə qarşı hazırladıqları minadır və Azərbaycan zəifəyən kimi onu partlatmağa hesablanıb. Biz bütün bunları nəzərə alaraq qəti əks addımlar atmalı və daima güclü olmağı bacarmalıyıq”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Avropa Parlamentinin ATƏT-in Minsk Qrupunu Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq səviyyədə tanınan yeganə format sayması bizi təəccübləndirməməlidir: “Çox təəssüf ki, reallıq bundan ibarətdir. Hətta bizə dost olan, yaxud, belə hesab etdiyimiz dövlətlər də heç vaxt qəbul edə bilməyəcəyimiz mövqe sərgiləyirlər və Minsk Qrupunun ”Qarabağ münaqişəsinin" həllində aktiv mövqe tutmasını tələb edirlər. Baxmayaraq ki, Azərbaycan Prezidenti ilin əvvəlində yerli televiziyalara müsahibəsində qəti şəkildə bəyan etdi ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdır, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik.

Hərbi əməliyyatlar bitəndən dərhal sonra dövlət başçımız cəsarətlə bu mövqeni ortaya qoysa da dünya güclərinin müqaviməti davam edir. Aydındır ki, Azərbaycan təkbaşına, hətta Türkiyə ilə birlikdə də bu güclərə qarşı dura bilməz. Bizim mövqeyimizi gücləndirən məqamlar barədə Azərbaycan prezidenti həmin müsahibəsində danışaraq dedi ki, “indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər”.

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın əsas ümidləri məhz onunla bağlıdır ki, Rusiya digər iki həmsədrdən tam fərqli mövqe tutur və danışıqlara Minsk Qrupunu yaxın buraxmaq istəmir: “Üstəlik, prezidentimiz ötən ilin iyul ayında bəyan etdi ki, bu məsələdə Azərbaycanla Rusiya arasında fikir ayrılığı yoxdur. Təbii ki, məhz bu amil son nəticənin istədiyimiz kimi olacağına ümidlərimizi artırır. Ancaq o da aydındır ki, bizi qarşıda uzun sürən, ağır mübarizə gözləyir. Arxayınlaşa bilmərik və hətta arxayınlaşmaq istəsək də erməni havadarları bizə bu imkanı verməyəcəklər”.

A.Səmədov güman edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi həm Avropa Parlamentinin bu hesabatına, həm də ilin sonunda ABŞ prezidentinin imzaladığı “Milli müdafiə haqqında” qanunda yer almış dəhşətli iddialara öz münasibətini mütləq bildirməlidir.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru