“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                     SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA .....                     "Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." .....                 

Mehdiyevin istefası nə zaman rəsmiləşəcək - qanunun tələbi NƏDİR?
Tarix: 17-02-2022, 08:40 | Çap et
Mehdiyevin istefası nə zaman rəsmiləşəcək
AMEA prezidenti Ramiz Mehdiyev “sindromu” davam edir. O, postundan istefa verdikdən sonra yenə də akademiyada iş başındadır. Baku TV-yə açıqlamasında deyib ki, ərizəsini prezidentə təqdim edəcək, ondan sonra AMEA ilə vidalaşacaq.

Göründüyü kimi, o istəyir ki, işdən prezident sərəncamı ilə çıxarılsın.

Qeyd edək ki, Mehdiyevin istefasını tələb edənlərin sayı durmadan artır. Hətta vaxtilə ona yaxın olan, komandasının üzvü olduğu deyilən şəxslər də dilə gəliblər. Onlar da israrla “Boz kardinal”dan getməyi tələb edirlər.

İndi necə, Mehdiyevin istefasından sonra yenidən iş başında görünməsi barədə onun gedişini arzulayanlar nə düşünürlər? Bunun izahı nədir? Adam dedi istefa vermişəm, evdə oturacam, kitab yazacam, amma dediyindən geri çəkilmiş görünür...

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın sözlərinə görə, rəsmi prosedur belədir ki, AMEA prezidenti ölkə başçısının rəsmi sərəncamı ilə təyin olunur: “Elmlər Akademiyasında seçilsə də, təyinat olur. Sərəncam verilməlidir ki, işdən azad olunsun. Akademiya dövlət orqanıdır. Dövlət orqanında da bir şəxs ərizə yazanda onun ərizəsi qəbul olunana, hər hansı bir şəkildə sərəncam çıxmayana qədər konkret həmin sahədə məsuliyyət daşıyan şəxs kimi fəaliyyət göstərir. Çünki oranın idarə edilməsində məsuliyyətin kimin üzərində olması artıq müəyyən olunub. Mütləq şəkildə istefa ərizəsi prezidentə təqdim olunur, ölkə başçısı da müvafiq sərəncam verir və məsələ də bununla həllini tapır. Həmin ərizə olmayana qədər həmin şəxs orada məsuliyyət daşıyır. İstefa ərizəsinin qəbul olunub-olunmayacağı prezidentin səlahiyyətinə aid bir məsələdir. Burada söhbət hüquqi prosedurdan gedirsə, mən onun hüquqi izahını verə bilərəm. İndi burada hansı niyyət güddüyü, hansı məqsədlə etdiyi bir qədər məlumat tələb edir. Ortada olan odur ki, istefa verilib. Burada hər hansı bir şəkildə istefadan geri çəkilməyin özü mənəvi problem yaradır. Rəyasət Heyətində həmin şəxs öz iradəsini ortaya qoyub. Milli Məclisdə bir millət vəkili istefa verirsə, bu protokola düşürsə, onun istefası qəbul olunmuş sayılır. Amma burada belədir ki, prezident sərəncamı ilə təyin olunduğuna görə istefa ilə bağlı mütləq şəkildə sərəncamı verən instansiyaya müraciət etməlidir. Ondan sonra qeyd etdiyimiz prosedur başladılır. Akademiya prezidenti seçilənə qədər həmin vəzifəni I vitse-prezident icra edir. Bir sözlə, hüquqi prosedurda istefa səsləndirmək yetərli deyil”.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli AMEA rəhbərini çıxarmaq səlahiyyətinin yalnız dövlət başçısına aid olduğunu bildirdi: “AMEA prezidentini vəzifəyə ölkə prezidenti təyin edir, eyni zamanda azad etmə səlahiyyəti də yalnız ona məxsusdur. Rəyasət Heyəti ilə də müəyyən məsləhətləşmələr aparılır. AMEA prezidenti istənilən zaman istefa verə bilər. Amma istefa verməyin özü onun vəzifədən kənarlaşması anlamına gəlmir. Mütləq şəkildə ərizə prezident tərəfindən qəbul olunmalıdır və qeyd edilməlidir ki, filankəs istefa ərizəsi verdiyinə görə Milli Elmlər Akademiyasının rəhbəri vəzifəsindən azad olunur. Nə qədər ki, belə sərəncam yoxdur, istefa verən şəxs işini davam etdirməlidir. Burada təbii ki, hakim komandaya qarşı meydan oxuma elementləri olmamış deyil. Amma məhz iş başına gəlməsi hesab edirəm ki, meydan oxuma deyil. Dediyim kimi, istefa qəbul olunandan sonra hüquqi qüvvəyə malik olur”.

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Boz kardinal”ın təhlükəli oyunçu olduğunu qeyd etdi: “Ramiz Mehdiyevə qarşı çoxsaylı mövqelər bildirilib. Biz hər zaman onun hədəfində olmuşuq, o da bizim hədəfdə. Zaman-zaman onu tənqid etmişik, mövqelərimizi səsləndirmişik. Son zamanlar hiss olundu ki, o, bir kampaniyaya qoşulub. Ramiz Mehdiyev çox təhlükəli bir oyunçudur. Vəziyyətin getdikcə gərginləşdiyini gördü, ortamı sakitləşdirməyə çalışdı və bunun üçün də istefa vermək xəttini seçdi. Bütün media orqanları da bunu tirajladı. Bir çox adamlar da o istefadan sonra Ramiz Mehdiyevin əleyhinə danışmağa başladı. Amma bir şeyi unutdular ki, Ramiz Mehdiyev bu sahədə çox təcrübəli adamdır. Onu vəzifəsindən yalnız prezident azad edə bilər. Hansı qərarın veriləcəyini yəqin ki, qarşıdakı günlərdə görəcəyik. Zaman etibarı ilə Ramiz Mehdiyev Azərbaycanın keçmişidir. O getməlidir və gedəcək də. Bir məsəl var ki, ictimai rəy o rəydir ki, heç kəs onu nəzərə almır. Əsasən bu, Azərbaycana aiddir. Bizim rəydə Ramiz Mehdiyev getməyib. Amma zaman baxımından o gedəcək. İndiki halda fakt odur ki, o, işinin başındadır. Onun istefasını prezident qəbul edə də bilər, etməyə də. İstefanın bir müddət sonra da qəbul olunması mümkündür”.
//musavat.com//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Sarayda camaatın dil-dodağı quruyub... - MÜRACİƏT
Dünən, 20:08
Siyasi ekspert suya görə icra başçısına SƏSLƏNDİ - "Bu insanlara yazığın gəlsin!"
Dünən, 20:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru