Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                 

Qərb Azərbaycanda İNQİLAB ETMƏK İSTƏYİR? - NƏ BAŞ VERİR?
Tarix: 16-02-2022, 09:09 | Çap et
Qərb Azərbaycanda İNQİLAB ETMƏK İSTƏYİR?
“İlham Əliyevin 17 illik hakimiyyəti dövründə - həm 2005, 2013, 2015-ci illərdə Qərb hakimiyyətin gözdən salınması, rəngli inqilabların təşkil olunması, çoxsəviyyəli narazı elektoratın formalaşdırılması üçün ardıcıl və sistemli fəaliyyət həyata keçirib. Bunları isə müxtəlif fondlar QHT-lərin dəstəyi ilə reallaşdırmağa çalışıblar”. DİA.AZ “Yeni Müsavat”a istinadla bildirir ki, haqqın.az portalında dərc edilən araşdırma yazısında belə deyilir. Məqalədə qeyd olunur ki, Qərb QHT-lərinin fəaliyyətinin qadağan olunması və inqilabçı-liberal layihələrin maliyyələşməsinə qarşı fəal mübarizə sayəsində Bakıda çoxillik siyasi sakitlik bərqərar olub: “Siyasi mübarizə əvvəlki nüfuzlarını itirmiş marginal ”cəbhəçilər" və onların tərəfdarları istisna olmaqla, fərqli və hətta antaqonist qüvvələrin təmsilçiləri dinc və nisbətən sivil parlament müstəvisinə daşındı".

Bildirilir ki, Qarabağ müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqazdakı maraqlarını və mövqelərini gücləndirmək niyyəti Qərbin hazırladığı strategiya ilə ziddiyyət təşkil edir: “Bunu ABŞ-ın aparıcı QHT-si olan, postsovet məkanda daha çox mistik вЂ?’NED’’ abbreviaturası ilə tanınan Milli Demokratiya Fondunun sonuncu hesabatı da təsdiqləyir. ABŞ xüsusi xidməti tərəfindən soyuq müharibənin ”Qızıl əsri"ndə yaradılmış bu təşkilat qarşısına dünyada demokratiyanın yayılması kimi xoşməramlı və humanist məqsəd qoyduğunu bəyan edir. Əslində isə XXI əsrin ximerasına - idarə olunan xaosa xidmət edir. Və ABŞ Konqresi tərəfindən maliyyələşir. Məhz вЂ?’NED’’ Soros institutları ilə birlikdə “Ukrayna iğtişaşı”, “Ermənistan qarışıqlığı”, “Qırğızıstan parlament inqilabı”, “Yaxın Şərq apokalipsisi” kimi proseslərin maliyyələşdirilməsinə cəlb olunub. Bunu isə ABŞ-ın aparıcı QHT-si olan Milli Demokratiya Fondu (NED) üzərinə götürüb".

Haqqin.az-ın məlumatına görə, вЂ?’NED’’ Azərbaycan hakimiyyəti əleyhinə təxribat strategiyasını maliyyələşdirmək üçün xüsusi proqram hazırlayıb. Təşkilat hesabatında Azərbaycandakı yeni etirazçı QHT-lərin fəaliyyət göstərəcəyi istiqamətləri açıqlayıb. Hakimiyyət mənbələrindən alınan məlumata görə, amerikalılar etirazçı qüvvələrin əvvəlki, 2010-2015-ci illərdəki maliyyələşmə sistemini bərpa etməyi planlaşdırır, intellektual və yaradıcı gənclikdən yeni inqilabi sosial baza formalaşdırmaq, bölgələrdə siyasi aktivliyi artırmaq məqsədi güdür, “korrupsiya ilə mübarizə” kimi populyar sosial şüarla mübarizəni gücləndirməyə və yalançı faktoloji baza əldə etməyə, tenderlər üzərində nəzarəti artırmağa və bununla da yeni yaradılan vətəndaş cəmiyyəti üçün “korrupsiyaçı və anti-xalq hakimiyyətlə ədalətli mübarizə”nin yeni gündəliyini, ideya-siyasi əsasını hazırlamağa çalışır" deyə, qeyd olunur. İddia olunur ki, вЂ?’NED’’ təşkilatın 2022 planlarında Azərbaycan üçün xüsusi vəsait ayrılıb. “Amerika pulları Gürcüstanda nağdlaşdırılır və oradan Bakıdakı müxalifətçilərə daşınır”, - deyə sonda bildirilir.

Bildirilir ki, bu planlarda “NED”lə yanaşı Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınan liberal “Freedom House”, habelə etirazların nüvəsinin - gəncliyin siyasi aktiv kəsiminin - fəallaşdırılması və ardınca hakimiyyətin dəyişdirilməsi ssenarisini hazırlamaq işinə cəlb edilən Çexiyanın PIN təşkilatı iştirak edir. ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqədə olan məhz bu üç Qərb QHT-si dekabrın 10-da, Vaşinqtonda ilk “Demokratiya sammiti” keçirilən vaxt Belqradda Azərbaycandakı vəziyyətlə bağlı müşavirə təşkil edib. Tədbirin sponsoru NED, təşkilati dəstəkçiləri isə “Freedom House” və PIN olub. Diqqət çəkən odur ki, tədbir də, dinləmələr də KİV və sosial şəbəkələrdə əksini tapmayıb, məsləhətləşmələr isə daha çox məxfi xarakter daşıyıb.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 2-də gənclərlə görüşündə bu məsələlər barədə ümumi fikirlər bildirmişdi. Prezident demişdi ki, Azərbaycanda siyasi vəziyyəti gərginləşdirməyə çalışanlar “yeni üsullar axtarır və hədəf gənclərdir”. “Çünki gəncləri yoldan çıxarmaq hesab edirlər ki, daha asandır. Bu səylər davam edəcək. Nə qədər ki, biz dövlətçiliyin keşiyində dayanmışıq, müstəqil siyasət aparırıq, bu, davam edəcək. Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar”, - deyə dövlət başçısı bildirib.

Bizim siyasətçilər, mütəxəssislər bu haqda nə düşünür? Məqalədə deyilən iddialarda həqiqət payı varmı? DİA.AZ-ın məlumatına görə, YAP üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması ilə bağlı xarici dövlətlər və təşkilatlar tərəfindən zaman-zaman addımlar atılıb, amma uğur qazanmayıb, onlardan biri də “NED” olub. “Bu təşkilatın nümayəndələri ayrı-ayrı fəal gənclər təşkilatlarını maliyyələşdirirdi, öz maraqlarına uyğun addımlar atırdılar. Onların məqsədi qarışıqlıq yaratmaqdır. Xatırlayıram ki, Bakıda keçirilən icazəsiz aksiyalarda ”NED"in akkreditasiya edilmiş üzvləri də iştirak edirdilər, hətta o zaman fotoları yayılmışdı. Sonra məlum oldu ki, bu təşkilat heç də gəncliyin inkişafına, demokratik dəyərlərə dəstək vermir, öz niyyəti üçün ayrı-ayı ölkələrdə yerləşib", - deyə hüquq müdafiəçisi bildirdi. Ç.Qənizadənin sözlərinə görə, sözügedən təşkilatın fəaliyyəti Azərbaycanda dayandırılıb: “İndi ”NED" gəncliklə bağlı yeni layihələr olacağını açıqlayır, amma ölkəmizdə QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il təşkilatlara maliyyə ayırır. Azərbaycanı sevməyən bu cür təsisatlarla əməkdaşlıq yolverilməzdir, ona görə onlarla heç bir təşkilat işləməməlidir".

AMİP sədri Arzuxan Əlizadə hesab edir ki, adıçəkilən təşkilatın demokratik dəyərlərin inkişafına töhfə verməsi ilə heç bir bağlantısı yoxdur. Onun sözlərinə görə, “NED” və digər beynəlxalq təşkilatların demokratiyaya dəstək verdiyinə əvvəllər özləri də inanıblar: “O dövrdə biz də elə bilirdik ki, gəncliyin yetişməsi, siyasi institutlara maliyyə ayrılması demokratiya naminədir. Amma təcrübə göstərdi ki, bu təşkilatlar öz ölkələrinin və maliyyə qaynaqlarının maraqlarını üstün tuturlar”. A.Əlizadə qeyd etdi ki, həmin maraqlardan çıxış edərək bəzi ölkələrdə inqilabların baş verməsinə nail olublar: “Hətta öz adamları vasitəsilə prosesi nəzarətdə saxlayıblar. Azərbaycan qanunvericiliyi isə xaricdən qrant almağı məhdulaşdırır. Bu da bəzi QHT-lərin qonşu ölkələrə gedərək maliyyəni qeyri-leqal yolla gətirməsinə və radikal müxalifətə yönləndirməsinə səbəb olub. Amma bu işin qarşısı alınıb. Ona görə dövlətin birinci vəzifəsi milli təhlükəsizliyi ən yüksək səviyyədə qorumaqdır. Bu təşkilatlar ölkələrdə qaranlıq məqsədlərə maliyyə ayırır, odur ki, onlardan yararlanan QHT-lər müəyyən edilərək prosesin qarşısı alınmalıdır. Eyni zamanda qanunlarda dəyişiklik edilməlidir, parlamentə düşməyən partiyaların da maliyyələşməsi həyata keçirilməlidir. Demokratiyaya dəstək vermək istəyən büdcədən maliyyələşməlidir ki, şübhəli qaynaqlardan vəsait almaq cəhdləri olmasın. Kəsəsi, dövlət özü bunda maraqlı olmalıdır”.

REAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərlinin fikrincə, “NED”in fəaliyyətinə skeptik yanaşmaqdansa, onların Bakıda fəaliyyət göstərməsi üçün qanunvericiliyə dəyişiklik etmək lazımdır. N.Cəfərli hesab edir ki, “NED” əvvəllər də Bakıda işləyib: “2014-cü ilə qədər, yəni QHT-lərlə bağlı qanunvericiliyə sərt dəyişiklik olunanadək beynəlxalq donorların Azərbaycanda ofisləri var idi. Onların ölkədə fəaliyyəti daha yaxşıdır, nəinki buraxılmaması... Qlobal dünyada bu cür təcrid siyasəti nəticə verə bilməz. Əksinə, hökumət də nəzarət edəcək, vergilərin vaxtında ödənilməsi üçün görüşlərin keçirilməsi mümkünləşəcək. Bir sözlə, qapatmaq çıxış yolu deyil”.

Qeyd edək ki, 1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu dünyanın 90-dan çox ölkəsində demokratiya naminə QHT-lərin layihələrinə dəstək məqsədilə hər il 1000-dən artıq qrant hazırlayır. Qeyd edək ki, Rusiya hakimiyyəti qərargahı Vaşinqtonda yerləşən və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondunun 2015-ci ildən ölkədəki fəaliyyətini dayandırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru