Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                     Bu xanıma yüksək vəzifə verildi .....                     Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb .....                     Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... .....                     Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... .....                     “Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” .....                     "Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" .....                     "Bu o demək deyil ki, hər şey alınacaq.." .....                     Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir .....                     Moskvaya hücum: .....                     Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... .....                     Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? .....                     Paşinyan onlara necə qalib gələ bildi? .....                     Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq .....                     Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir .....                     Yay məktəbi, yoxsa yay işgəncəsi? .....                     "Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." .....                     "Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" .....                     SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var .....                 

"Romanın anasının iddia etdiyi hər şey tamamilə yalandır" - deputat
Tarix: 14-02-2022, 08:15 | Çap et
"Romanın anasının iddia etdiyi hər şey tamamilə yalandır"
Şənbə günü “Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyinin sədri Roman Yusifovun anası Yelena Korabelnikova mətbuat konfransı keçirərək, oğlunun Milli Məclisin deputatı Mixail Zabelin tərəfindən saxta ittihamlarla həbs etdirildiyini deyib. Bildirib ki, fevralın 11-də oğlunu deputat Mixail Yuryeviç Zabelinin tələbi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlayıblar.

“Oğlum 2018-ci ilin sentyabrından Zabelinə məxsus şirkətdə direktor işləyib. Mən bu şirkətdə kassir işləyirdim. Şirkətdə işlədiyi bütün illər ərzində direktorun maaşı heç vaxt ödənilməyib, yalnız hər şeyin təxminən ödəniləcəyini vəd edirdilər. 2,5 ildir ki, maaşım verilmir. Eyni şey digər işçilərə də aiddir. Müəssisədə avadanlıqlar daim çatışmayan vəziyyətdə idi və 60.000 manat məbləğində SNS aparatının alınması üçün kredit götürülməsinə qərar verildi. Şirkətdə külli miqdarda borcları olduğu üçün Roman maddi məsul şəxs kimi Bakıda 30 000 manatlıq dəzgah taparaq, onu almaq və yerdə qalan məbləği işçilərin əmək haqqının ödənilməsinə, emalatxana və ofisin icarəyə verilməsinə və şirkətin s. borclarına verməyə qərar verdi. Bütün maliyyə hesabatları baxılması üçün dəfələrlə Mixail Yuryeviçə təklif olunub. O, şirkətin borclarını və pandemiya zamanı biznesdə hansı çətinliklərin yarandığını bilə-bilə, praktiki olaraq şirkətdə görünmədi və hesabatlara baxmaq istəmədi” – deyə Korabelnikova bildirib.

Onun sözlərinə görə, oğlu deputata biznesini bağlamaq variantını təklif edib, çünki borclar hər gün daha çox yığılırmış və biznes sahibinin maliyyə gəlirləri minimal imiş: “Hazırda Roman hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, çünki Mixail Yuryeviç Romandan borcunu ödəməsini istəyir. Kreditin girovu şəhərin mərkəzində Zabelinə məxsus yarım milyon manatlıq, 2 mərtəbəli dupleks mənzildir. Bu mənzil 2000-ci ildən bəri dəfələrlə Zabelinin biznesində müxtəlif kreditlər üçün girov qoyulub. Lakin bu dəzgahın hazırda harada yerləşdiyi məlum deyil, maşın Mixail Yuryeviçin əlaqə saxladığı fırıldaqçıların əlindədir”.

Qadın Prezident İlham Əliyevə müraciət edib: “Mixail Zabelin məni dəfələrlə yanına çağırdı və Milli Məclisdəki köməkçisi Firdovsi ilə birlikdə məni hədələdi və qorxutdu. Onların sözlərini sözün əsl mənasında çatdıran, üzümə gülən Mixail Yuryeviç açıq-aşkar dedi ki, oğlumla məni sadə orqanlara yox, “bizim ağlımıza gəlməyən” orqanlara verəcəklər. Oğlumu oğurluqda, dələduzluqda ittiham edərək, hər şeyin hesabatlarda göstərildiyini və sənədləşdirildiyini deyən Mixail Yuryeviç belə cavab verdi: “Lazım olsa, sübut həmişə olacaq”. Köməkçisi Firdovsi isə əlavə etdi: “Bu sübutlar orada yaxşı “tikiləcək”. Siz həm krediti ödəyəcək, həm də orada sizdən yaxşı pul alacaqlar”. Vətəndaşların mənafeyini müdafiə etməli olan deputat hədə-qorxu gələrək, olmayan ittihamlar irəli sürürsə, vətəndaşları həbs etdirirsə, vətəndaşların hansı hüquqlarından söhbət gedə bilər? Mən Zabelin Mixail Yuryeviçin bu qanunsuz hərəkətlərini ictimaiyyətə çatdırmaq istəyirəm, çünki indi onun oğluma və mənə qarşı hədələri əməllərdə təcəssüm olunur. Səhər mənə zəng gəldi və indi mən də Mixail Yuryeviçin mənə əvvəlcədən dediyi kimi, oğlumun saxlanıldığı İdarəyə gedirəm”.

Qeyd edək ki, söhbət hərtərəfli tikinti və memarlıq xidmətləri, interyer dizaynı və mebel xidmətləri göstərən “Euro-Asian Trading” şirkətindən gedir. DİA.AZ xəbər verir ki, M.Zabelin isə AYNA-ya açıqlamasında ittihamları rədd edib: “Deputat kimi mənim və rus icmasının yaratdığı şirkətə rəhbərlik etmək hüququm yox idi. Şirkətdə işləmək üçün bütün imkanlar var idi: əvvəllər mənim hesabıma alınmış dəzgahlar və digər avadanlıqlar mövcud idi. Bəzən özünü Boriskin kimi təqdim edən Yusifov Roman firmaya rəhbərlik etmək arzusunda olduğunu bildirib. O, ailə vəziyyəti ilə əlaqədar olaraq əmək haqqı olaraq 11 ay müddətində 4000 manat avans istəyib. Bu vəsait ona verilib, qəbz var. 2018-ci ilin noyabr ayında 8000 manat məbləğində 2 ədəd aparat alınmasını xahiş edib. Bunun üçün də maliyyə ayrılıb. Romanın anasının iddia etdiyi hər şey tamamilə yalandır. Roman 2019-cu ilin dekabrında 6000 manat, 2020-ci ilin sonunda isə 3000 manat maaş alıb. Onun hələ də oturub işlədiyi, şirkətdən oğurlanan pullarla öz şirkətini yaratdığı sexin və ofisin icarə haqqını ödəmişəm. O, mənim razılığım olmadan anasını kassir kimi qeydiyyata alıb, onun hərəkətlərini ört-basdır edib, mənimlə razılaşmadan, əmək müqavilələrini mənə təqdim etmədən dostlarını işə götürüb”.

“Amma Romanın anasının yaxşı bildiyi, dəfələrlə məndən onu bağışlamağımı xahiş edən dələduzluq hərəkətləri etməsəydi, heç bir şikayətim olmazdı. 2019-cu ilin noyabr ayında Boriskin-Yusifov Çində SNS (CNC freze) dəzgahı almaq üçün ümumilikdə 60 000 manat vəsait istəyib. Dedim ki, mənim belə vəsaitim yoxdur, bütün əmanətlərim xərclənib. Yalnız bankdan kredit götürmək imkanı var. Hansı ki, edildi və girov olaraq yaşadığım üçotaqlı mənzil qoyuldu. 2020-ci ilin əvvəlində Yusifov mənə SNS aparatını göstərdi, amma bəyannaməni göstərmədi, kompüterdə olduğunu dedi. Pandemiya şirkətin işini dayandırdı. Lakin 2020-ci ilin sonunda mənə məlum olduğu kimi, Yusifov sexin müdiri və onun müavini (dostları) ilə birlikdə mənə dediyi kimi Çindən deyil, Dərnəgüldəki hansısa mağazadan avadanlıq alıb, dələduzluq edib, şahidlər var”, - deyə deputat bildirib.

“Mən həmişə Yusifov Romana etibar etmişəm, ona oğul kimi baxmışam və onun tərəfindən belə saxtakarlıqla üzləşəcəyimi heç düşünməmişəm. Bütün bu müddət ərzində ona maaşımdan hər ay 2100 manat verirdim ki, krediti qaytarsın. Romanın və onun dəzgah məsələsində əlbir olan şəxslərin dələduzluğu üzə çıxanda, o, bağışlanmasını xahiş edərək yanıma gəlib, qalan kredit məbləğini şəxsən ödəməyi öhdəsinə götürüb. Razılaşdım və ona güzəşt etdim. Şahidlərin iştirakı ilə o, öhdəliyi imzalayıb. Lakin burada da fırıldaq edib və bir qəpik daha ödəməyərək dəzgahı naməlum şəxsə satıb. Anasına heç vaxt zəng etməmişəm, yanıma gəlib Romanı xahiş edən o idi. O, sonuncu dəfə dekabrın əvvəlində mənə baş çəkərkən dedi ki, Romanı bu hərəkətlərə zavodun rəhbəri, Qırğızıstan vətəndaşı olan direktor müavini Vasilyev sövq edib. Dedim ki, Roman böyük oğlandır, gəlsin mənimlə danışsın. Uzun müddətdir ki, onun saxtakarlıqlarına dözürəm, vədinə əməl etməsə, hüquq-mühafizə orqanlarına müraciət etməli olacam. Ardınca o, mənə zəng edərək oğlunun sözlərini çatdırdı: “Hara istəyir getsin”. Ona görə də onun şəxsi şirkəti olduğu, ofisin kirayəsini ödədiyi, işçilərinin maaşını verdiyi və artıq bir neçə maşın aldığı halda, mən banka olan borcumu ödəyə bilmədiyim üçün hüquq-mühafizə orqanlarına müraciət etməkdən başqa yolum qalmadı”, - deyə o vurğulayıb.

Deputat fikrini belə yekunlaşdırıb: “Maraqlıdır, hansı pulla? Yusifov işdən çıxarkən şirkətin bir dənə də olsun sənədini təhvil verməyib, deyib ki, “sənə nə lazımdırsa, kompüterdə axtar”. Anasını başa düşürəm, amma bir daha deyirəm ki, böyük oğlandır, artıq 43 yaşı var, dələduzluq və hiylə işlətdiyini çox gözəl bilirdi. Və bankdan 2 dəzgah almaq üçün aldığı vəsaiti, şərikləri ilə birlikdə gizli şəkildə mənimsəməyə haqqı yox idi! Mənim kimisə hədələmək imkanım yoxdur və niyə də hədələyim ki? Anasının dediklərini başa düşmürəm, Romanı necə bağışlamağımı xahiş etdiyini xatırlasın. Qadının maaşına gəlincə, mən onu işə götürməmişəm, oğlu götürüb və yəqin ki, bütün işçilərlə olduğu kimi onunla da müqavilə bağlayıb, əgər şirkət direktorunun işinin öhdəsindən gələ bilmirsə, qazanc əldə edə bilmirsə, mənim xəbərim olmadan, maaşlarını ödəyə bilmədən və vergi ödəmədən insanları işə götürməsin. O, şərikləri kimi dələduzluq yolu ilə oğurlanmış kredit vəsaitlərini banka ödəməyə borcludur. O ödəməlidir, mən yox! Və necə deyərlər, ortada şəxsi heç nə yoxdur”.

AYNA-nın əməkdaşı, Yelena Korabelnikovanın ittihamlarında adı keçən, Zabelinin köməkçisi Firdovsi Cahangirovla da əlaqə saxlayıb. O, ittihamlara belə cavab verib: “Zabelinin Romanla bütün görüşlərində mən iştirak edirdim, o da öz növbəsində şahidi ilə gəlmişdi. Bizdə Romanın imzaladığı və borclarını ödəməyi öhdəsinə götürdüyü sənədlərin bütün surətləri var. Həmin sənədlər istintaq orqanlarına təqdim edilib. Romanın anasının dedikləri yalan və böhtandır. Bu gün (dünən – red.) Yelena xanım mənə saat 14:25-də zəng vurdu və bildirdi ki, bir həftə ərzində banka olan borcunu ödəməyi öhdəsinə götürür. Onun iddia etdiyi kimi mənim tərəfimdən heç bir təhdid olmayıb. Amma deputat Zabelinə qarşı təhdidlər var idi və onlar Romanın dostlarından, qohumlarından gəlir”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Söküntü ilə məşğul olan bələdiyyə sədri nə düşünür? - BİR SORUŞAN YOXDUR Kİ...
Bu gün, 07:56
Paşinyan onlara necə qalib gələ bildi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:27
Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq - İran XİN
Bu gün, 07:05
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir - AKTUAL
Bu gün, 07:02
Yay məktəbi, yoxsa yay işgəncəsi? - BU NƏDİ BELƏ?
Bu gün, 07:01
"Mən məcbur qalıb sizdən kredit götürdüm, çox da peşman oldum..." - ETİRAZ VAR!
Bu gün, 06:55
"Prezidentimiz hər zaman deyir ki, məmur özbaşınalıqlarına dözümsüz olmalıyıq…" - QALMAQAL
Bu gün, 06:50
SOCAR-ın zavodundan 12 ton benzin oğurlanıb: Həbs olunanlar var - TƏFƏRRÜAT
Bu gün, 06:44
SOCAR rəhbərliyi ilə bağlı ŞOK İDDİA - "Görün, nə tipli işlərlə məşğuldurlar..."
Bu gün, 06:37
"Vətəndaşlar nə əziyət çəkir sizin əlinizdən..." - GİLEY
Bu gün, 06:30
Vətəndaş bu quruma qarşı iddia qaldırdı - "Belə bir ağır vəziyyətdə.."
Bu gün, 06:23
Demokratiya bax belə işləyir! - REPLİKA
Bu gün, 06:17
Azərbaycanda çay istehsalı niyə azalıb? - ARAŞDIRMA
Bu gün, 06:13
Türkiyənin Azərbaycandan keçən TÜRKÜSTAN YOLU... HAMAR OLACAQMI?
Bu gün, 06:10
"Bəzi şəxslər bunu inkar edib, boyunlarına almırlar"
Bu gün, 06:06
ABŞ-İran danışıqlarının ilk mərhələsi başa çatıb - TASS
Bu gün, 06:04
Fuad Nəcəfli haqda sensasiya: “Bu məsələ ortaya çıxsa…” - İLGİNC İDDİA
Bu gün, 06:02
Ukrayna Rusiyaya 3000 kilometrdən uzaq məsafədə zərbələr endirəcək - Zelenski
Bu gün, 06:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru