“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” .....                     Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim .....                     Krım xaos içində: .....                     "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu .....                     Milyardlar ölkədən necə çıxarılır? .....                     Kremllə Pekin arasında sərin yellər əsir... .....                     Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı .....                     Qardaşının evinə qonaq getmişdi .....                     “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” .....                     Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi .....                     Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu .....                     Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək .....                     Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi .....                     Orden qalmaqalı BÖYÜYÜR .....                     “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, .....                     Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? .....                     Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı .....                     “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI .....                     Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                     “Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” .....                     İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı .....                     Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? .....                     Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub .....                     Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… .....                     AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub .....                     1 qəpiyə yumurta alasan, o da xarab çıxa... .....                 

“Son təyinatlara o konetkstdən yanaşmaq lazımdır ki...” - deputat
Tarix: 5-02-2022, 07:58 | Çap et
“Son təyinatlara o konetkstdən yanaşmaq lazımdır ki...”
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə səhiyyə nazirinin bütün müavinləri - Nigar Əliyeva, Elsevər Ağayev, Rahim Əliyev və Viktor Qasımov vəzifələrindən azad olunublar. Dövlət başçısının digər sərəncamları ilə İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov səhiyyə nazirinin müavinləri təyin ediliblər.

Qeyd edək ki, keçmiş nazir müavinlərindən Nigar Əliyeva bir müddət nazirlikdə ümumi şöbənin müdiri olub. Bundan öncə isə Oqtay Şirəliyevin rəhbərliyi altında Respublika Diaqnostika Mərkəzində həkim kimi çalışıb. Elsevər Ağayev nazirlikdə əczaçılıq sahəsini kurasiya edib. Viktor Qasımovu ictimaiyyət koronavirus infeksiyası ilə bağlı Operativ Qərargahın brifinqlərindən tanıyır. Rahim Əliyev adı isə ictimaiyyətə tanış deyil.

Yeni nazir müavinlərindən Rasim İsmayılov bank sektorunda çalışıb. 2017-ci ilə qədər “Muğanbank”ın İdarə Heyətinin sədr müavini olub. İlqar Qasımov Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru vəzifəsindən irəli çəkilib. Nadir Zeynalov isə bu təyinata qədər nazirlikdə aparat rəhbəri, Azərbaycan Tibb Universitetinin (ATU) prorektoru işləyib.

Bu gün ölkənin səhiyyə sisteminin hansı gündə olduğu kimsəyə sirr deyil. Hətta Səhiyyə Nazirliyinin səlahiyyətlərinin xeyli hissəsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yanında “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) verilsə də, səhiyyə sahəsində olan problemləri aradan qaldırmaq mümkün olmayıb.

Görəsən, son təyinatlar həm səhiyyə sisteminin, həm də Səhiyyə Nazirliyinin fəaliyyətində müsbətə doğru hansısa dönüş yarada bilərmi? Yoxsa digər dövlət qurumlarında olduğu kimi, bu nazirlikdə də dəyişikliklər sadəcə formal xarakter daşıyır? DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, professor Kamilə Əliyeva AYNA-ya açıqlamasında deyib ki, son dövrlər bütün sahələrdə kadr islahatları həyata keçirilir: “Prezident İlham Əliyevin bir müddət öncə imzaladığı sərəncamla yeni səhiyyə naziri, bu gün imzaladığı sərəncamla isə nazir müavinləri təyin edilib. Bilirsiniz ki, 2018-ci ilin prezident seçkilərindən sonra inauqurasiya çıxışı zamanı cənab İlham Əliyev söylədi ki, ölkədə köklü islahatlar həyata keçiriləcək və bu islahatların mahiyyətində dövlət-vətəndaş münasibətlərinin yüksəldilməsi, idarəetməyə yeni nəfəs gətirilməsi dayanır. Bundan sonra hakimiyyətin bütün qollarında – qanunverci, icraedici və məhkəmə sistemində köklü islahatlar aparıldı. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Səhiyyə Nazirliyində həyata keçirilən son təyinatlara da məhz bu konetkstdən yanaşmaq lazımdır”.

Deputatın sözlərinə görə, Azərbaycanda səhiyyənin inkişafı dövlətin prioritet istiqamətlərindən biridir: “Bu gün nəinki paytaxt Bakıda, ən ucqar rayon və kəndlərimizdə belə, müasir avadanlıqlarla təhciz olunmuş tibb mərkəzləri tikilib istifadəyə verilib. Təkcə koronavirus infeksiyası dövründə xeyli sayda modul xəstəxanalar inşa edildi. Həkimlərin peşəkarlığının artırılması istiqamətində zəruri addımlar atılır”.

“Bəzən ölkə səhiyyəsində ciddi problemlərin olduğu, koronavirus dövründə vətəndaşların köməksiz qalması barədə məlumatlar yayılır. Tam səmimi deyirəm ki, bu informasiyalar reallığı əks etdirmir. Azərbaycan bir çox dövlətlərlə müqayisədə COVID-19 infeksiyasına qarşı çox ciddi mübarizə apardı və pandemiyanın pik dövrlərində minimum itkilər verdik. Hesab edirəm ki, Prezidentin son təyinatları səhiyyə sektorunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaq”, - deyə həmsöhbətimiz bildirib.

Əliyeva əlavə edib ki, Avropa protokollarının geniş tətbiqi əsas hədəflərdən biridir: “Avropada, Türkiyədə və müxtəlif dövlətlərdə təhsil almış, uzmanlıq keçmiş həkimlərimizin sayında ciddi artım var. Eyni zamanda səhiyyə menecmenti sahəsində də peşəkar kadrlarımız yetişir. İnanıram və şübhə etmirəm ki, qarşıdakı dövrdə bu sahədə daha dərin islahatların şahidi olacağıq”.

Tanınmış uzman-cərrah Vasif İsmayıl isə fərqli düşünür. O, AYNA-ya şərhində söyləyib ki, Səhiyyə Nazirliyi uzun müddət ən bərbad nazirliklərindən biri kimi fəaliyyət göstərib: “Azərbaycanda səhiyyə xidmətlərinin yarıtmaz olduğunu söyləmək olar. Düzdür, TƏBİB yaranandan sonra bu sahədə müəyyən dəyişikliklər baş verməyə başladı. Səhiyyə Nazirliyi faktiki olaraq kölgədə qaldı. Nə qədər olmasa da, bu Nazirlik tibb müəssisələrinin koordinasiyası üçün vacib bir qurumdur. Ən böyük problemlərdən biri odur ki, bizim səhiyyəmiz standart xidmət verə və bunu yaya bilmir”.

Mütəxəssisin sözlərinə görə, dövlət xəstəxanalarında rüşvət həmişə olub və bu gün də var: “Bu, ən ciddi və ağrılı problemlərdən biridir. Təbii ki, bütün bunlar aradan qaldırılmalıdır. Bildiyim qədər TƏBİB bu kimi hallara qarşı kəskin mübarizə aparır. Əvvəlki dövrlərlə müqayisədə onların sayında azalma var”.

“Bəzən bu iddialara da rast gəlirik ki, Azərbaycan səhiyyəsinə olan inamsızlıq vətəndaşların xaricə üz tutması ilə nəticələnir. Mən bu iddialarala razı deyiləm. İrana gedənlər qiymətlərin daha ucuz olması, Türkiyə və Avropaya üz tutanlar isə ölkə səhiyyəsinə etimadın olmaması ilə bu addımlarını izah edirlər. Bu səhiyyə sahəsi üçün qiymətləndirmə meyarı ola bilməz. Ölkə səhiyyəsi üzrə qiymətləndirmə yalnız vətəndaşlara göstərilən xidmətin səviyyəsinə görə aparıla bilər”, - deyə həkim vurğulayıb.

İsmayıl onu da diqqətə çatdırıb ki, yeni naziri və hər üç nazir müavinini şəxsən tanıyır: “Onların hamısı səhiyyə sahəsində idarəçilik təcrübəsinə malikdir. Bu günə qədər kifayət qədər uğurlu fəaliyyətləri olub. Eyni zamanda müasir baxışları olan kadrlardır. Bu baxımdan onların timsalında Səhiyyə Nazirliyindən gözləntilərim böyükdür”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Naxçıvanda MEŞƏSALMA YEYİNTİSİ... - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 09:25
“Tərəflərdən biri razılaşmanı yerinə yetirmək üçün özünün payına düşən yolu getmək vəziyyətində deyil” - UŞAKOV
Bu gün, 08:28
"Bu qədər zülmkar, qəddar və vicdansız olmayın! Qaytarın o xanımı işinə!" - ÇAĞIRIŞ
Bu gün, 08:22
"Bu o demək deyil ki, hər şey alınacaq.." - partiya sədri
Bu gün, 08:16
Qara dənizdə yoxa çıxan belaruslu eks-məmur: vaqiədə 4 azərbaycanlının adı keçir - TƏFƏRRÜAT
Bu gün, 08:09
Moskvaya hücum: - Putin niyə susur?
Bu gün, 08:05
Azər Məmmədovdan yeni İXTİSAR TƏDARÜKÜ... - Daha 27 ailə...
Bu gün, 08:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru