131 minlik dərman qaçaqmalçılığı .....                     Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... .....                     Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, .....                     2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb .....                     Tramp–Meloni gərginliyi böyüyür: .....                     Qurban Qurbanov Elvini bağışlayıb? .....                     Rəşad Dağlı həmin cinayətdən danışdı: .....                     “İt” yenə sərsəmlədi: .....                     “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” .....                     Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim .....                     Krım xaos içində: .....                     "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu .....                     Milyardlar ölkədən necə çıxarılır? .....                     Kremllə Pekin arasında sərin yellər əsir... .....                     Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı .....                     Qardaşının evinə qonaq getmişdi .....                     “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” .....                     Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi .....                     Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu .....                     Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək .....                     Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi .....                     Orden qalmaqalı BÖYÜYÜR .....                     “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, .....                     Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? .....                     Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı .....                     “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI .....                     Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                 

“Paşinyan Rusiyadan xilas olmaq istəyir” - Azər Hüseynov
Tarix: 27-01-2022, 10:06 | Çap et
“Paşinyan Rusiyadan xilas olmaq istəyir”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib. Lakin onu da əlavə edib ki, bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır.

“Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır,” - Paşinyan bazar ertəsi axşam internet vasitəsilə canlı yayımda keçirilən mətbuat konfransında deyib.

O xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Lakin onun sözlərinə görə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır. Erməni baş nazir Türkiyə ilə münasibətlərə də toxunub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yayda Antalyada keçiriləcək foruma Ermənistanı dəvət etməsinə baş nazir münasibət bildirib. Onun şərtlə, minnətlə danışması aydın sezilir. Ola bilsin, daxili auditoriyanı nəzərə alıb, ehtiyatlı danışır.

Bəs Azərbaycan tərəfi Paşinyanın bu şərtli çıxışına nə deyir? Onun dedikləri qəbul ediləndirmi?

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Paşinyanın Rusiyadan xilas olmağa cəhd etdiyini bildirdi: “Paşinyanın Azərbaycanla sülh imzalamağa hazır olması onun qorxduğunu göstərir. Çünki Ukrayna və Qazaxıstandakı son gəlişmələr Qərb daxilində geosiyasi baxışlardakı fərqləri göstərir. Paşinyan Rusiyadan xilas olmaq istəyir. Amma onunla açıq savaşmaq da istəmir. Ukraynanın durumunu görür. Paşinyanın bir yolu var, Türkiyə və Azərbaycanla problemləri həll etmək, regional iqtisadi prosesə qoşulmaq və iqtisadi dividentlər əldə etmək. Bununla xalqının rifahını qaldırıb onda millitarizm meyillərini azaltmaq istəyir. Sadəcə olaraq, Paşinyan da bir ermənidir. Ona görə nə qədər qərbçi olsa da, naz etməklə bəzi avantajlar əldə etmək istəyir. Qərbin istehsalı olsa da dərk edir ki, Qərb bəd ayaqda onu meydanda tək qoyub geosiyasi vasitəyə çevirəcəkdir.

Rusiya isə regionda da, Ermənistanda da var. Sülh müqaviləsi Paşinyan üçün 102-ci bazanın ləğvi üçün lazımdır. Ona görə belə addımlar atır. Deməli, biz Paşinyanın hansısa sürprizini önləmək üçün Türkiyə ilə kordinasiyalı çalışmalıyıq. İqtisadi cəhətdən güclənməliyik, eyni zamanda vətəndaşın sosial rifahını gücləndirməliyik. Sosial rifahı təmin edilmiş vətəndaş ən güclü təhlükəsizlik amilidir. Bizim əsas ehtiyat nöqtəmiz artıq ermənilər deyil, bunu hamımız bilirik. Türkiyə ilə kordinasiya, iqtisadi rifah siyasəti, bölgə oyunçularını ətrafında toparlamaq lazımdır ki, Qazaxıstan sindromunu və Ukrayna psixozunu yaşamayaq”.

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovun Paşinyanın dediklərinə mövqeyi diqqətləri çəkir: “Paşinyanın Azərbaycanla sülh sazişi imzalamağa hazır olması ilə bağlı açıqlaması gözlənilən idi. Çünki Paşinyan bunun əksinə hər hansı bir mövqe sərgiləməklə özünü və eləcə də Ermənistanı çətin duruma salmış olardı. Belə ki, Azərbaycan tərəfinin davamlı şəkildə sülh sazişi imzalamaqla bağlı çağırışları və Paşinyanın da buna cavab verməməsi beynəlxalq təşkilatlarda və ictimaiyyətdə Ermənistanla bağlı mənfi mövqenin güclənməsinə səbəb olurdu. Belə ki, uzun müddət başqa bir dövlətin torpaqlarını işğal altında saxlayan və nəticədə müharibəni uduzmuş tərəfin qalib dövlətin sülh təklifinə münasibət bildirməməsi mənfi qəbul olunurdu və Paşinyan da bunu görürdü. Amma məsələ burasındadır ki, ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımadan sülh sazişi bağlaması mümkün deyil. Bunun üçün ilkin addım sərhədlərin demarkasiya və delimitasiya prosesinin həyata keçirilməsi olmalıdır. Bu proses isə məlum olduğu kimi, hər dəfə Ermənistanın cığallığı nəticəsində uzanır və hələ ki bu istiqamətdə hər hansı addım atıldığının şahidi olmamışıq. Ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasının vacib şərt olduğunu dərk edən Paşinyan məhz bunu nəzərə alaraq tərəflərin hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya etdiyini bildirir. Amma həmin vaxt ərazi bütövlüyünü və sərhədlərini tanıdığı ölkənin ərazilərini 30 il ərzində niyə işğalda saxladıqlarına cavab vermir. İkinci bir tərəfdən isə Paşinyan sülh sazişi haqqında danışarkən ”hələ bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır" ifadəsi də işlədib ki, bu da Paşinyanın sülh sazişinə hazır olması ilə bağlı verdiyi bəyanatın, sadəcə, beynəxalq təpkini üzərinə çəkməmək üçün verilmiş bəyanat olduğunu deməyə əsas verir. Belə ki, Paşinyan bundan öncə də Azərbaycan və Ermənistanın hələ 1992-ci ildə bir-birinin ərazi bütövlüyünü tanıması haqqında danışarkən Qarabağ məsələsinin ölkələrin ərazi bütövlüyündən ayrıca bir məsələ kimi müzakirə olunmalı olduğunu bildirmiş və qeyd etmişdir ki, Qarabağ məsələsi hüquq məsələsidir və ərazi məsələsi ilə heç bir əlaqəsi yoxdur".

R.Bayramov başqa məsələlərdən də söz açdı: “Paşinyanın bu səpkili bəyanatlarla çıxış etməsinin digər bir səbəbi isə heç şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərindəki yeni situasiyadan qaynaqlanır. Türkiyə ilə münasibətlərin normallaşması bu gün Ermənistana hava su kimi lazımdır və Paşinyan yaxşı başa düşür ki, Azərbaycan tərəfinin sərhədlərlə, ərazi bütövlüyünün tanınması və eləcə də sülh sazişi ilə bağlı təkliflərini uzun müddət iqnor etməklə Türkiyə ilə münasibətləri normallaşdırmaq mümkün olmayacaq. Odur ki, indi Paşinyanın bəyanatları həm vaxt udmağa, həm də tədricən də olsa erməni cəmiyyətini gələcəkdə baş verə biləcək hadisələrə hazırlamaq məqsədi daşıyır. ”Türkiyə ilə normallaşma danışıqlarına çox ciddi yanaşırıq və qonşumuzla münasibətləri qeyd-şərtsiz normallaşdırmağı başa çatdırmağı qarşımıza məqsəd qoymuşuq" deyən Paşinyan əslində bununla həm də Türkiyə tərəfinə mesaj verir ki, siz də bu normallaşma prosesi ilə bağlı hər hansı şərt irəli sürməyin. O, həmçinin Mövlud Çavuşoğlunun dəvəti ilə martın 11-13-də keçirilməsi planlaşdırılan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəyini açıqlayıb, amma eyni zamanda həmin forumda iştirakın normallaşma prosesində müsbət dinamikanın davam edəcəyi halda mümkün ola biləcəyini vurğulayıb. Düşünürəm ki, Paşinyan nə olmasından asılı olmayaraq həmin forumda iştirak edəcək. Onu da nəzərə almaq lazımdır ki, əgər bu prosesdə Ermənistan tərəfdən hər hansı mənfi addımlar atılacaqsa, ilk olaraq Türkiyə tərəfi belə bir dəvətlə çıxış etməyəcək. Odur ki, Paşinyanın minnətlə danışması daha çox daxili auditoriyaya hesablandığı qənaətindəyəm. Çünki Paşinyanın özünün də dediyi kimi o, həmin forumda iştiraka Türkiyənin yüksək səviyyəli rəsmiləri ilə görüşmək imkanı kimi baxır və belə bir fürsəti qaçırmaq niyyətində deyil".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
131 minlik dərman qaçaqmalçılığı - Türkiyə vətəndaşı 10 min ödəyəcək, ölkədən çıxarılacaq
Bu gün, 14:32
Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Bu gün, 14:26
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Bu gün, 14:13
2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Bu gün, 13:38
Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Bu gün, 13:35
Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Bu gün, 13:15
Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Bu gün, 13:13
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Bu gün, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru