Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... .....                     Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, .....                     2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb .....                     Tramp–Meloni gərginliyi böyüyür: .....                     Qurban Qurbanov Elvini bağışlayıb? .....                     Rəşad Dağlı həmin cinayətdən danışdı: .....                     “İt” yenə sərsəmlədi: .....                     “Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” .....                     Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim .....                     Krım xaos içində: .....                     "Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu .....                     Milyardlar ölkədən necə çıxarılır? .....                     Kremllə Pekin arasında sərin yellər əsir... .....                     Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı .....                     Qardaşının evinə qonaq getmişdi .....                     “2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” .....                     Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi .....                     Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu .....                     Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək .....                     Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi .....                     Orden qalmaqalı BÖYÜYÜR .....                     “Tacirə əsəbləşirəm, çox eqoist adamdır, .....                     Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? .....                     Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı .....                     “Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI .....                     Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi .....                     GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... .....                     “Huawei Azərbaycan”ın direktoru dəyişdirilib .....                     Molla rejimi süquta doğru .....                     Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal .....                     AYNA yollarda nişanlanma işlərinə .....                     “AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb .....                     1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı .....                     Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur .....                     Deputat ATV-ni saxtakarlıqda .....                     “Ruslanın qisasını aldım” .....                     Moskva merinin "Telegram" kanalı ələ keçirildi .....                     Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, .....                     Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR .....                     AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq .....                 

Azərbaycan üçtərəfli bəyanatdan çıxmalıdır - ÇAĞIRIŞ
Tarix: 21-01-2022, 08:51 | Çap et
Azərbaycan üçtərəfli bəyanatdan çıxmalıdır
44 günlük müharibə regionun geosiyasi vəziyyətini yeni mərhələyə daşıdı. Cənubi Qafqazda baş aktor kimi gərginliyin önündə dayananlar sırasında daha çox Rusiyanın adı çəkilir. Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi, sərhədlərin müəyyənləşməsi, erməni silahlılarının ərazidən çıxarılması, Ermənistanın sülh müqaviləsinə imza atıb revanşist siyasətindən əl çəkməsi ilə bağlı üçtərəfli sazişə əsasən götürdüyü öhdəliklərin həlli uzandıqca, məsələlərin daha mürəkkəb məcraya yönəldiyi müşahidə olunur. DİA.AZ xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı “Həftə içi”nə müsahibə verən ADP sədri Sərdar Cəlaloğlu maraqlı məqamlara toxunub.

- Sərdar müəllim, məlum olduğu kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi qüvvələri Qazaxıstandan çıxır. Rusiya KTMT adı altında Qazaxıstana ordu yeritməklə hansı prosesi önlədi və bu prosesin regiondakı Türk Dövlətləri Birliyinə təsiri nə oldu?

- Əvvəla, onu deyim ki, Rusiyanın Qazaxıstana daxil olması Türk Dövlətləri Təşkilatına qarşı bir addım idi. Eləcə də Nazarbayevin Qazaxıstanda apardığı ardıcıl siyasətə qarşı Rusiyanın əks, sərt davranış nümayiş etdirdi. İkincisi, bu, Ukrayna məsələsində Rusiyanın daha üstün mövqedə olmasını saxlayacaq bir hərəkət idi. Rus qoşunları Qazaxıstana girməklə bir daha bəşəri cinayət törətdilər, etiraz mitinqlərində dinc insanları gülləlləyib, öldürüb, həbs ediblər. Mənə elə gəlir ki, qazax xalqı Rusiyanı Qazaxıstanda törətdiyi cinayətlərə görə Beynəlxalq Məhkəməyə verməlidir.

Bununla yanaşı, düşünmürəm ki, rus qoşunları bu ölkədən tamamilə çıxarılıb. Belə təəssürat yaratmaq istəyirlər. Rusiya uzun müdət Qazaxıstanda siyasi proseslərə təsir etmək imkanlarını əlində saxlayacaq.

Eləcə də Qazaxıstan hadisələri indiki halda Türk Dövlətləri Təşkilatının fəaliyyətinə çox ciddi təsir edib. Tokayev rusyönümlüdür. Proseslərin inkişafından, gələcəyindən çox şey asılıdır. İndiki halda Qazaxıstan ciddi problemlərlə üzləşib, uzun müddət orada iqtisadi sabitlik davamlı olmayacaq. Bu gün bu proseslərin qazax xalqının milli şüurunun oyanmasına təsir göstərməsi faktı da önə çəkilir. Deyə bilərəm ki, bu xalqın milli şüuru çoxdan oyanıb. Sadəcə olaraq, qazaxlar bir qədər ətalətlidirlər, amma çeçenlərdən də qatıdırlar. Yəni ola bilər ki, hadisələrə gec reaksiya versinlər, amma cavabları həddən artıq kəskin olacaq. Hələ yaraları istidir, camaat ölülərini axtarır. QHT-lərin verdiyi məlumata görə, orada ölənlərin sayı 2 mindən artıqdır. Rəsmi məlumata görə, 250 nəfərdir, həbs olunanların böyük əksəriyyəti ağır yaralıdır. Yəni Qazaxıstanda açıq-aşkar qırğın həyata keçirilib.

- Rusiyanın Ukrayna ilə münasibətləri gərginləşib. Moskva öz diplomatlarını Ukraynadan çıxarır. Müharibə başlaya bilərmi?

- Rusiya Ukrayna ilə müharibəyə başlayacağı təqdirdə çox ciddi şəkildə uduzacaq. İnanmıram ki, Rusiya müharibə etsin. Bu prosesdə bütün sülhpərvər dövlətlər Ukraynaya dəstək olacaqlar. Ukrayna elə bir səddir ki, ruslar onu keçəcəyi təqdirdə, Fransa, Almaniya üçün təhlükə yarada bilər. Ona görə də bu müharibə Rusiya üçün asan olmayacaq.

- Sizcə, məhz belə bir ərəfədə Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyəti nədir?

- Bu səfər Qazaxıstan məsələlərinə görə Rusiyaya bir mesajdır. Eyni zamanda Ukraynanın 44 günlük müharibədə ölkəmizə verdiyi dəstəyə görə bir vəfa səfəridir. İndiki halda Ukrayna ən ağır vəziyyətini yaşayır və Azərbaycanın Ukrayna ilə belə sıx əlaqələr yaratması adi məsələ ola bilməz. Açığı, mən İlham Əliyevin indiki məqamda Ukraynaya səfərini çox yüksək qiymətləndirirəm. Verilən bəyanatları da düzgün hesab edirəm.

Azərbaycan Krımı tanımadı, Ukrayna ilə enerji müqavilələri imzaladı. Ukrayna-Moldova-Gürcüstan arasında GUAM-ın yenidən aktivləşdirilməsinin zəruri olduğunu qeyd etdi. Yəni orada verilən bəyanatlar Rusiyanın Ukrayna siyasətinin tam əleyhinədir. Bu səfər, elə bilirəm ki, Rusiyanın Qazaxıstana girməsinə İlham Əliyevin və Türkiyənin verdiyi cavab idi. Hə, dərhal sual yaranır: Rusiyanın bizə cavabı nə olacaq? Unutmayaq ki, Rusiya zatən Qarabağda apardığı oyunlarla Azərbaycana qarşı çoxdan əks çıxışlar edir. Rusiya indi də özünün sülhməramlıları ilə bizə qarşı düşmənçiliyini aparır.

- Sərdar müəllim, Brüssel Rusiyanın NATO-nun Şərqə genişlənməklə bağlı zəmanət istəməsinə münasibətini bildirərkən bəyan edib ki, NATO-nun qapısı açıq olacaq. Biz istəmirik ki, Rusiya Prezidenti Putin qapıçı olsun...

- Əgər Rusiya keçmiş SSRİ respublikalarından, Şərqi Avropa ölkələrindən belə bir zəmanət istəyəcəksə, ilk növbədə, özü digər ölkələrin təhlükəsizliyini pozmayacağına təminat verməlidir. Yoxsa ildə bir dəfə Qarabağı, Gürcüstan ərazisini işğal edəcəksə, Kırımı, başqa ölkələrin ərazisini işğal edəcəksə, ona necə təminat verilə bilər və o, necə özü üçün NATO-dan belə bir zəmanət istəyə bilər?!. Ona görə də heç kəs Rusiyaya zəmanət verməməlidir.

Rusiya bir şeyi başa düşməlidir ki, ya beynəlxalq hüquqa uyğun yaşamağı bacarmalıdır, ya da gec-tez Rusiya dövləti mövcud olmayacaq. Baxın, Putinin apardığı siyasət nəticəsində bütün xalqlar Rusiya ilə düşməndir. Xüsusən də türk xalqları. Qazaxıstana, Ukraynaya, Gürcüstana, Moldovaya müdaxilə edib, Pribaltikanı hədələyir, ordan Yaponiya, burdan Çinlə vəziyyəti gərgindir. Sən nəyə görə elə siyasət aparırsan ki, bütün xalqlar sənə nifrət eləsin. Ondansa beynəlxalq hüquqa uyğun siyasət apar və qoy hamı səninlə dost olsun.

Deməliyəm ki, Rusiyanın ziyalıları, demokratik insanlar, sabiq generalları və sair, Putinin siyasətini açıq şəkildə ziyanlı hesab edir, rus dövlətinin, xalqının maraqlarına xidmət etmədiyini deyirlər.

Son vaxtlar Rusiyada çox ciddi müxalifət hərəkatı meydana çıxıb və getdikcə güclənir. Bu sırada Novalnı və onun tərəfdarlarını qeyd edə bilərik. Məsələn, axırıncı seçkilərdə Rusiyanın əksər şəhər və kəndlərində Putinə olan etirazlar onu göstərdi ki, rus xalqı da yavaş-yavaş oyanır.

Digər tərəfdən, sizin sualınızda NATO-dan Rusiyaya verilən məlum mesajda deyilir ki, “qapı açıqdır”sa, Rusiya da gəlib ona üzv ola bilər. Eləcə də Putini bir “qapıçı” kimi dövlətlərin NATO-ya üzv olmasına maneə yaratmamağa çağırıblar. Axı, Ukrayna müstəqil dövlətdir və o, NATO-ya daxil olmaq istəyirsə, sən ona maneə ola bilməzsən. Axı sən yaxşı olsaydın bütün dövlətlər səndən qaçmazdı. Rusiya bu sualı özünə verməlidir ki, niyə bütün xalqlar Rusiyadan qaçıb Avropa xalqları ilə əməkdaşlıq etmək istəyirlər.

- Türkiyə-Ermənistan arasında danışıqlar başladı. Perspektivi necə görünür?

- Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var və torpaqların bir qismi hələ ki, suveren deyil. Türkiyəyə qarşı da soyqırım iddiası və ərazi iddiaları yer alır. Ermənistanın öz konstitusiyasından “soyqırımı” iddiasını çıxarması, ərazi iddilarından əl çəkməsi, sərhədlərin delimitasiya və demorkasiya prosesini uzatmaması, Zəngəzur dəhlizinin açılmasına maneə yaradılmaması və sair məsələlər danışıqların predmetidir. Bu gün Ermənistan düşmənçilik siyasəti yeritdiyi halda Türkiyə-Ermənistan münasibətləri normal inkişaf edə bilməz. Əgər Ermənistan Türkiyə ilə əlaqələr yaratmaq istəyirsə, kimsə də onu bu danışıqlara məcbur etməyəcək. Türkiyənin buna ehtiyacı yoxdur. Türkiyə Ermənistandan asılı deyil, Ermənistan Türkiyədən asılıdır. Ermənilər istəyir ki, Türkiyə ilə sərhədləri açsınlar və onların hesabına inkişaf eləsinlər. Ermənistan İstanbulun bir küçəsi boydadır. Elə Türkiyənin bir futbol komandasının büdcəsi Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur. Ona görə də Ermənistan qonşu dövlətlərlə normal əlaqələr qurmaq istəyirsə, özü də buna çalışmalı və revanşist iddialarından əl çəkməlidir. Əgər Rusiya kənara çəkilərsə, Ermənistanda sağlam qüvvələr mövqe ortaya qoyacaqsa əlbəttə ki, müsbət addımlar atılacaq. Əks halda nəticələri Ermənistan üçün üçün ağır olacaq. Yenə ermənilər uduzacaq.

- Yanvarın əvvəlindən sərhədlərin delimitasiyası, demarkasiyası ilə bağlı Ermənistanla Azərbaycan arasında birgə komissiya yaradılmalı idi. Amma gecikir. Belə olduğu halda Ermənistanı öz öhtəliklərini yerinə yetirməyə kim məcbur edəcək?

- Rusiya buna imkan vermir. Əgər sərhədlərin delimitasiyası, demorkasiyası tezliklə baş verərsə, o zaman rus sülhməramlıları Qarabağdan çıxmalı, Ermənistan sülh müqaviləsi imzalamalıdır. Ona görə də Rusiya imkan vermir ki, bu komissiya yaransın, toplantılar keçirilsin. Ordan da bəyanat verir ki, sərhədlərin müəyyənləşməsinin Qarabağa aidiyyatı yoxdur. Necə yəni aidiyyatı yoxdur?! Qarabağ Azərbaycan sərhədləri daxilində deyil?! Açıq şəkildə görünür ki, Rusiya Azərbaycanla-Ermənistanın münasibətlərin tənzimlənməsinə, sərhədlərinin müəyyənləşməsinə imkan vermir. Üçtərəfli bəyanata əsasən bu öhdəliklər kimisə məcbur etmədən yerinə yetirilməlidir. Əgər Rusiya və Ermənistan üçtərəfli bəyanatı yerinə yetirmirsə Azərbaycan o bəyanatdan çıxmalıdır. Biz sadəcə Rusiyanın vasitəçiliyindən imtina edə bilərik. Və imtina eləməliyik. Çünki Rusiya heç bir öhtəliyini yerinə yetirmir.

- Sərdar müəllim, Milli Məclisə boş qalan deputat yerlərinə seçkilər keçiriləcək. Siyasi partiyalar bu seçkidə necə iştirak edəcək, seçki məcəlləsində hansı dəyişikliklə ehtiyac var?

- Siyasi partiyalar bu seçkilərdə iştirak edəcəklər. Bizim partiya da bu məsələni müzakirə edib və qərar qəbul edilib. Şəxsən mən özüm o seçkilərdə iştirak etməyə meyilli deyiləm.

Konstitusiyada dəyişiklik edilməli və proporsional seçki sistemi yenidən bərpa edilməlidir. Yalnız o halda Azərbaycanda real siyasi güclər parlamentdə təmsil oluna bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tanınmış jurnalist dələduz şəbəkənin QURBANI OLUB... - TƏFƏRRÜAT
Bu gün, 14:26
Ermənistandan Moskvaya uçan təyyarə həyəcan siqnalı verib, Mahaçqalaya eniş edib
Bu gün, 14:13
2 il əvvəl yaranan şirkət AYNA-dan 110,4 milyon manatlıq sifariş alıb - AY MAŞALLAH...
Bu gün, 13:38
Tramp–Meloni gərginliyi böyüyür: - NATO və “foto qalmaqalı”
Bu gün, 13:35
Qurban Qurbanov Elvini bağışlayıb? - SƏN DEMƏ...
Bu gün, 13:15
Rəşad Dağlı həmin cinayətdən danışdı: - "Dedi ki..."
Bu gün, 13:13
“İt” yenə sərsəmlədi: - “3 milyon erməni Azərbaycana qayıtmalıdır”
Bu gün, 13:11
“Qanunsuz çempionat keçirilməsinə cəhd edilir” - Araz Musayev Elçin Quliyevə müraciət etdi
Bu gün, 13:09
Mingəçevirdə döyülüb öldürülən 34 yaşlı kişinin anası danışdı: Mən də razı deyildim - TƏFƏRRÜAT
Bu gün, 13:06
Krım xaos içində: - Yarımadada turizm də dayandırıldı
Bu gün, 13:03
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu - BUNDAN SONRA...
Bu gün, 13:00
Milyardlar ölkədən necə çıxarılır? - AKTUAL
Bu gün, 12:56
Kremllə Pekin arasında sərin yellər əsir... - İNCƏLƏMƏ
Bu gün, 12:54
Kriminal avtoritet "Antikvar"ın vəziyyəti ağırlaşdı – Həbsdən təcili xəstəxanaya aparıldı
Bu gün, 12:49
Qardaşının evinə qonaq getmişdi - 8-ci mərtəbədən yıxılıb öldü
Bu gün, 12:47
“2019-cu ildən işsiz kimi qeydiyyatdayam, hələ işlə təmin olunmamışam” - GİLEY
Bu gün, 12:42
Xəyyam Əlizadə yüksək vəzifəyə gətirildi - ƏMR
Bu gün, 12:40
Azərbaycanın ən böyük ixrac şirkətlərindən birinin rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 12:29
Milli Məclisin sədri Əli Xameneinin vida mərasimində iştirak edəcək
Bu gün, 12:26
Kəmaləddin Heydərov onu Bakı alayının komandiri təyin etdi - FOTO
Bu gün, 12:22
Orden qalmaqalı BÖYÜYÜR - Zelenskidən Polşaya SƏRT XƏBƏRDARLIQ
Bu gün, 12:20
“Tacirə əsəbləşirəm, çox eqoist adamdır, Kənan mənim ifama görə tanındı, utanmırsan xalqı aldadırsan?”
Bu gün, 12:16
Neyrocərrahiyyə Xəstəxanasının direktoru ABŞ-da təhsil alan gənci niyə oraya buraxmır? - TƏFƏRRÜAT
Bu gün, 12:09
Sərxoş tanışının təhqirinə görə bıçağa əl atdı, 3 il həbs cəzası aldı – QƏRAR
Bu gün, 12:01
“Zeytun Pharma”nın anbar işçiləri ETİRAZA QALXDI - NARAZILIQ VAR...
Bu gün, 11:59
Ölkədə yumurta qıtlığı yarandı: marketlər üsyan etdi - BAZARI KİM QARIŞDIRIR?
Bu gün, 11:53
GİZLİ OLİQARX Qağaməlinin dövlət büdcəsinə ÜZANAN ƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 11:42
“Huawei Azərbaycan”ın direktoru dəyişdirilib - BUNDAN SONRA...
Bu gün, 11:27
Molla rejimi süquta doğru - İranın dağılması niyə qaçılmazdır?
Bu gün, 11:25
Tehrandan Zəngəzurla bağlı QƏRİBƏ siqnal – Bakıdan REAKSİYA
Bu gün, 11:22
AYNA yollarda nişanlanma işlərinə 29,4 milyon manat xərcləyəcək
Bu gün, 11:20
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb
Bu gün, 11:18
1 qəpiklik yumurtalar yenidən 19 qəpiyə kimi bahalaşdı
Bu gün, 10:59
Binə xəstəxanasında xaos: Növbə sistemi yoxdur - FOTO
Bu gün, 10:56
Deputat ATV-ni saxtakarlıqda İTTİHAM ETDİ
Bu gün, 10:54
“Ruslanın qisasını aldım” - Orxan Hacıyevin qatilinə hökm oxundu
Bu gün, 10:47
Moskva merinin "Telegram" kanalı ələ keçirildi - "Moskva yanacaq" (FOTO)
Bu gün, 10:44
Rusiya ordusu Qara dənizdə iki xarici gəmini dronla vurub, misirli dənizçi ölüb
Bu gün, 10:42
Şərurda əlverişli vakant müəllim yerləri SATIŞA ÇIXARILIR - NARAZILIQ VAR...
Bu gün, 10:37
AHİK “PUTYOVKA OYUNU” çıxardı: Sahib Məmmədovdan kütləvi narazılıq - BU NƏDİ BELƏ?
Bu gün, 10:29
“Alim Qasımov əlini qulağının dibinə qoyub oxusa...” - Xalq artisti
Bu gün, 10:26
İcra başçısının elektron qolbaq taxılan sabiq müavini ilə bağlı QƏRAR
Bu gün, 10:23
Nevroloji xəstə uşaqların dərmanı necə yoxa çıxır? – İDDİA
Bu gün, 10:20
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub - ƏMR
Bu gün, 10:13
Ermənistan üçün KRİTİK tarix: 4 gün sonra… - KİV
Bu gün, 10:12
AZAL donanmasına dördüncü müasir “Airbus A320neo” əlavə olunub - FOTO
Bu gün, 10:09
1 qəpiyə yumurta alasan, o da xarab çıxa... - MALƏSƏF...
Bu gün, 10:01
Bu xanıma yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:58
Sumqayıtda 18 yaşlı qız tanışı olan oğlanı bıçaqlayıb - TƏFƏRRÜAT
Bu gün, 09:56
Nail Abdullayev dövlət büdcəsini NECƏ MƏNİMSƏYİR... - Bütün bunları bir araşdıran olarsa...
Bu gün, 09:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru