Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                     Qadağa artdıqca, qiymət bahalaşır: .....                     “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… .....                     Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir .....                     “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” .....                     Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir .....                     Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi .....                     Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar .....                     Məşhur meyvə-tərəvəz istehsalçısının borcu .....                 

"Bu problem yanvar ayına qədər davam edəcək" - deputat
Tarix: 15-10-2021, 08:28 | Çap et
"Bu problem yanvar ayına qədər davam edəcək"
Ölkəmizdə koronavirusa yoluxma halları ilə bərabər uşaqlar arasında yayılan digər respirator infeksiyalar narahatlıq doğurur. Yay aylarında artıq həkimlər xəbərdar etmişdilər ki, payızda koronavirusla digər infeksiyalar bir-birinə qarışacaq. Hazırda verilən bu proqnozlar özünü doğruldur. İnsanlar bilmir, koronavirusa, yoxsa adi mövsümi qripə yoluxublar. Məktəblərdə isə vəziyyət gərginləşib. Uşaqların əksəriyyəti dərsdə iştirak edə bilmir. Valideynlər uşaqların qızdırma, ishal, boğaz ağrısı kimi əlamətlərinin olmasından şikayət edirlər.

Baş pediatr Erkin Rəhimov da açıqlamasında deyib ki, uşaqlar arasında qızdırma, qusma, ishal, halsızlıq, boğaz ağrısı kimi əlamətlərlə xəstəxanalara müraciət edənlərin sayında artım müşahidə olunur. O qeyd edib ki, məktəb və bağçalar açıldığından xəstəlik daha geniş vüsət alıb. Onun sözlərinə görə, bu dönəmdə uşaqlar arasında ciddi şikayətlər olarsa, onlardan COVİD-19-a görə PCR testi götürülməlidir. E. Rəhimov əlavə edib ki, valideynlər uşaqlarını qripə qarşı peyvənd etdirməklə də viruslardan qoruya bilərlər.

Qeyd edək ki, Azərbaycan Pedaqoji Universitetinin (ADPU) 2 qrupunda tələbələr arasında koronavirus aşkarlanıb. Bu səbəbdən həmin qruplar 14 gün müddətində distant təhsilə keçib. Universitetdən bildirilib ki, yoluxma halı fizika və riyaziyyat fakültələrinin tələbələri arasında baş verib.

Bizimlə söhbətdə infeksionist Nicat Əzimli son günlər insanları narahat edən məqamlara aydınlıq gətirib: “Doğrudur ki, son zamanlar müraciətlər arasında qeyri-COVİD halları ilə qarşılaşırıq. Bunlar arasında bəzən qrip, bəzən digər yuxarı tənəffüs yolu xəstəlikləri olur. Hansı ki, simptomlar COVİD-in başlanğıc simptomları ilə oxşarlıq təşkil edir. Nəzərə alsaq ki, payız mövsümündəyik və bütün müəssisələr açıqdır, insanlar arasında sıx kontakt var, bu infeksiyaların ortaya çıxması təbii haldır. Belə olan halda, həkim infeksionist tərəfindən xəstəliklərin differensial diaqnostikası aparılır və hər xəstəliyin özünə spesifik müalicəsi təyin olunur”.

İnfeksionist onu da əlavə edib ki, vaksinasiya yaşının aşağı endirilməsi bir çox ölkələrdə sınaqdan keçirilib: “Artıq bu, nəzəriyyədə yox, praktik olaraq qəbul olunmuş profilaktik addımdır. Lakin bilirik ki, uşaqlar xəstəlikdə ağırlaşma ehtimalı ən aşağı olan yaş qrupunu təşkil edir. Burada əsas məqsəd uşaqlar arasında ağırlaşmaların qarşısını almaq deyil, onlar arasında yoluxma saylarını azaldaraq, təhsil müəssisələrinin açıq qalmasını təmin etməkdir”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, bu günə qədər 357 nəfər yeniyetmə vaksinasiyada iştirak edib: “Onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb. Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəri olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər. Bu günə qədər ümumilikdə 20 minə yaxın şəxsin müraciətinə müsbət cavab verilib və həmin vətəndaşlar artıq əks-göstəriş sertifikatı alıblar”.

Digər tərəfdən, “Delta” ştammının fəsadları vaksinin qüvvətləndirici üçüncü dozasını da aktullaşdırıb. Dünyada müşahidə olunan tendensiyalar COVİD-19 ilə mübarizə üsullarının təkmilləşdirilməsini və qabaqcıl tədbirlərin görülməsini zəruri edir. Mütəxəssislər hesab edir ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozasının istifadəsi yüksək risk qrupuna daxil olanlar (tibb işçiləri, yaşı 50-dən yuxarı olan şəxslər, autoimmun xəstəlikləri olan, xroniki xəstəliyi olan şəxslər) üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Vaksinasiya nəticəsində müxtəlif fəsadların olması ehtimalı risklidir. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVİD-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nevroloji xəstəlikləri olan şəxslərin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür.

Tədqiqatlara görə, buster dozası almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster peyvəndin gücləndirici dozasıdır. Koronavirusun mutasiyası nəticəsində yeni “Delta” variantının ortaya çıxmasından sonra Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə 3-cü peyvənd dozası - buster dozası təklif olunur. Nəzərə alınmalıdır ki, bəzi hallarda yeni variantlara qarşı qorumanı gücləndirmək üçün peyvəndin əvvəlkindən fərqli növü tətbiq oluna bilər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, mövsümi qrip fonunda koronavirusa yoluxmada artım müşahidə olunur və bu proses çox qısa bir müddət çəkəcək: “Məktəblərin bağlanmasını öncədən demək olmaz. Amma mən düşünürəm ki, epidemioloji vəziyyət belə getməyəcək. Çünki peyvənd olunanların sayı gündən-günə artır. Payız mövsümünün gəlməsi, havanın soyuması ilə əlaqədar olaraq qrip və digər virus infeksiyaları çoxalır. Bunun da fonunda koronavirusa yoluxmada artım müşahidə olunur. Eyni zamanda, demək olar ki, bütün sahələrdə ənənəvi iş rejiminə keçməsi yoluxmanın artımına təkan verdi. Bu keçici bir dövrdür. Bununla yanaşı, məktəblərdə nəzarət gücləndirilməlidir. Təkcə məktəbin kollektivi tərəfindən yox, digər nəzarətedici orqanlar da bu işə qoşulmalıdır. Polis, səhiyyə əməkdaşları bu məsələni nəzarətdə saxlamalıdır”.

Komitə sədri dekabr ayınadək əhalinin peyvəndlənməsinin 80%-ə çatacağını, yoluxmanın yanvar ayından sonra aşağı enəcəyini təxmin edir: “Temperaturun ölçülməsi, maska rejiminin gözlənilməsinə həm təhsil işçiləri, həm də şagirdlər əməl etməlidir. Çox təəssüf ki, əksər məktəblər buna əməl etmir, uşaqlar xüsusilə tənəffüslərdə maskasız gəzirlər. Ən əsas məsələ odur ki, uşaqların böyük bir qismi xəstəliyin ya daşıyıcısı olur, ya da çox yüngül keçirir. Amma evdəki insanlara yoluxdurduqları zaman nəticəsi ağır olur. Mən düşünürəm ki, bu problem yanvar ayına qədər davam edəcək. Ondan sonra artıq yoluxma dinamikası azalacaq. Çünki ilin sonuna qədər əhalimizin 80%-dən çoxunu vaksinləşdirəcəyik. Bir sözlə, insanlara səslənirəm ki, indiki hal mövsümi xarakter daşıyır. Təşvişə düşməyə ehtiyac yoxdur. Sadəcə, ciddi karantin qaydalarına əməl etsinlər”.
//musavat.com//










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20
ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14
Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Dünən, 15:12
“Lido” restoranında MÜƏMMALI ÖLÜM
Dünən, 15:10
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Dünən, 15:06
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Dünən, 15:00
Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:54
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Dünən, 14:45
Prezidentə yazılan məktuba sayqısızlıq: Mədəniyyət Nazirliyi bu cürəti kimdən alır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru