Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... .....                     Nazirlik də kadrı xaricdən axtarır... .....                     NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... .....                     "Əfsələddin Buğayevdən şikayət etsəm də..." .....                     Xeyir-şər evlərinin də qazını kəsirlər... .....                     Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? .....                     “Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi .....                     Paşinyana qarşı iki cəbhədən HÜCUM .....                     “Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” .....                     Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? .....                     Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi .....                     "General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var .....                     "Ayna son zamanlar məni çox kövrəldir..." .....                     Erməni analitik erməni xəstəliyinə qarşı... .....                     “Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər .....                     İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək .....                     İranın “neft hücumu” başladı .....                     “Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” .....                     Qarabağın əski parçası Ermənistanda yığışdırılır .....                     Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır .....                     Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri .....                     Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... .....                     Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir .....                     İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi .....                     Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... .....                     Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir .....                     Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? .....                     Azərbaycan təhsili iki yol arasında qalıb: .....                     Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır .....                     Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı .....                     Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı .....                     Ümidsizliyə qapılan XANƏNDƏ: .....                     19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı .....                     Qadağa artdıqca, qiymət bahalaşır: .....                     “Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… .....                     Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir .....                     “Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” .....                     Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir .....                     Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi .....                     Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar .....                 

“Sülh sazişi imzalananda öz evimdə, Xocalıda olmaq istəyirəm!” - Deputatdan HAQLI TƏLƏB
Tarix: 14-10-2021, 09:57 | Çap et
“Sülh sazişi imzalananda öz evimdə, Xocalıda olmaq istəyirəm!”
Prezidentin ötən həftə Xocavənd rayonuna, Hadrut (Ağoğlan) qəsəbəsinə və Tuğ kəndinə səfər etməsi, ictimaiyyət nümayəndələri ilə görüşdə olduqca mühüm bəyanatlar səsləndirməsi gündəmin əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Səfər zamanı dövlət başçısını müşayiət edən 124 saylı Şuşa-Ağdam-Xocalı- Xocavənd seçki dairəsini Milli Məclisdə təmsil edən deputat Elman Məmmədov “Yeni Müsavat”ın suallarını cavablandırıb. Müsahibəni diqqətinizə çatdırırıq:

- Elman bəy, bugünlərdə Hadrut bölgəsində səfərdə oldunuz, ölkə başçısının çıxışlarını elə yerindəcə dinlədiniz, onunla söhbət etmək imkanı qazandınız. Bu mənada təəssüratlarınız maraqlıdır. Eyni zamanda Vətən müharibəsinin ilk günlərində zəfərlə yekunlaşan Hadrut əməliyyatının önəmi barədə fikirlərinizi eşitmək istərdik.

- Cənab Prezident Suqovuşan səfərindən sonra, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər elədi. Hər iki səfərin çox mühüm əhəmiyyəti var idi. Ümumiyyətlə, cənab prezidentimizin bütün səfərləri xüsusi əhəmiyyət kəsb edir. Ancaq adını çəkdiyimiz yerlər Azərbaycan Respublikasının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə aid olan yerlər idi, biri şimal, digəri cənub tərəfdən. Müharibə dövründə Azərbaycan ordusunun bu iki istiqamətdə düşmənə vurduğu zərbələr və qazandığı uğurlar çox vacib idi. Nə üçün? Bu, eyni zamanda düşmənə mənəvi-psixoloji zərbə oldu. Ermənilər düşünürdülər ki, bəlkə də Azərbaycan Ordusu keçmiş DQMV ərazisinə həmlə etməyəcək, ətraf ərazilərlə kifayətlənəcək. Ancaq ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində şimalda keçmiş Ağdərə rayonunun ərazisində düşməni qovdu və xeyli ərazini azad etdi, 9 oktyabrda isə Hadrut qəsəbəsi və Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı çoxsaylı kəndləri, yüksəklikləri də işğaldan azad edildi. Xocavənd rayonunun təxminən 60 faizə yaxın ərazisi düşməndən azad olunub. Çox unikal bir əməliyyat keçirilib, özü də çox çətin şəraitdə. Hadrut qəsəbəsinin özü nisbətən çökəkdə olmasına baxmayaraq, üç tərəfdən yüksəkliklər, dağlarla, qayalarla əhatə olunur. Hadrut qəsəbəsində hələ sovet dönəmindən də əvvəl, Çar Rusiyası zamanında hərbi hissələr yerləşib. Hətta Rusiya-İran müharibəsi dövründə də, sovetlər zamanında da. Sovet dövründə də orada hərbi hissələr yerləşirdi.

- Yəni bu əməliyyat təkcə Ermənistana vurulan zərbə deyildi, həm də onun himayədarlarının cəzalandırılması idi, eləmi?

- Bəli. Əsrlərə söykənən işğalın sonu idi. Hadrut qəsəbəsi həmişə Ağoğlan adı ilə məşhur olub. Hadrut iki təpənin arasından axan çay mənasını verir. Azərbaycan əsgəri orada çox böyük igidliklə, qəhrəmanlıqla döyüşüb.

- Yəqin ki, tarixi adı qaytarılacaq...

- Təbii ki, ona qayıdılacaq. Təkcə Ağoğlan adı deyil, oradakı bir neçə yaşayış məntəqələrinin adı ilə bağlı fikirlər var. Cənab Prezidentimiz Xocavənd ictimaiyyəti ilə görüşə gəlməzdən əvvəl Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun, həmçinin Füzuli-Hadrut yeni yolunun bünövrəsini qoydu. Yol var, ancaq yeni, dördzolaqlı yolun bünövrəsi qoyuldu. Tuğ kəndi ilə Hadrut qəsəbəsini birləşdirən yolun yenidən qurulmasına başlanıldı. Həmçinin elektrik yarımstansiyasının bünövrəsi qoyuldu. Bundan başqa, cənab Prezidentimiz tərəfindən Hadrutda ilk məscid binasının təməli qoyuldu. Prezidentimiz o görüşdə də söylədi ki, Hadrutun yenidən bərpa olunması üçün yeni layihələr, baş plan hazırlanır. O cümlədən Hadrut ətrafındakı kəndlərdə, xüsusilə Tuğ kəndində qədim türk xalqına, Azərbaycan xalqına, qədim Alban mədəniyyətinə məxsus çoxsaylı abidələr var. Onların bərpası, qorunması nəzərdə tutulur. Məsələn, Azıx mağarası həmin ərazidədir. Ermənilər 30 illik işğal dönəmində, ondan da qabaq, sovetlər dönəmində bu abidələri erməniləşdirmək üçün cidd-cəhdlə çalışıblar, ancaq istəklərinə nail ola bilməyiblər. Ermənilər bəyan edirdilər ki, bu ərazilər tarixən bizim olub. Yaxşı sual olunur: 30 il idi siz orda yaşayırdınız, niyə bir abadlq işi görmürdünüz, tikinti ilə məşğul olmurdunuz, yollar çəkmirdiniz?

- Xatırlayırsınızsa, ermənilər xəstə, yaşlı ər-arvadı belə, Hadrutda qoyub qaçmışdılar, sonradan da Ermənistan Azərbaycan əsgərinin xilas etdiyi həmin şəxslərə sahib durmaq istəmirdi. Bu mənada ermənilərin yaşadığı yad torpağa münasibəti bəlkə də təəccüblü görünməməlidir...

- Bəli. Belə bir məqamı da vurğulamaq lazımdır ki, Azərbaycan Ordusu şimaldan Suqovuşan, cənubdan Hadrut bölgəsini işğaldan azad etdiyi zaman keçmiş Dağlıq Qarabağdakı ermənilərin Xankəndindən və başqa yerlərdən Ermənistana qarşısıalınmaz köçü başladı. Bunlar elə bilirdilər ki, ordu Dağlıq Qarabağ ərazisinə girməyəcək. Ancaq bu ərazilər işğaldan azad edildikdən sonra ermənilərin ümidi tam qırıldı və kütləvi köçü başladı. Bununla da müharibə tarixində bir dönüş yarandı. Eyni zamanda Hadrut ermənilərdən azad olunanadək Azərbaycan ordusu aşağıdan, Füzuli şəhərinə girə bilmirdi, çünki Hadrut yüksəkliklərindəki işğalçılar imkan vermirdi. Ordumuz arxadan gəldi, o yüksəklikləri və Hadrutu azad edəndən sonra Füzuli alındı. Bununla da Şuşaya yol açıldı. Azərbaycan Ordusu çox ağıllı, hərb elminin ən yüksək nailiyyətlərinə əsaslanmış cəsur bir əməliyyat keçirib.

- Yəni dünyanın hərbi mərkəzləri təkcə unikal Şuşa əməliyyatını deyil, həmçinin Hadrut əməliyyatının da sirrlərini öyrənməli olacaqlar, bu fikirlə razılaşırsınız?

- Təbii. Bu əməliyyatlar dünya hərb tarixinə yazılasıdır. Özü də təsəvvür edin ki, Hadruta da ağır texnikamız sonradan, Füzuli tərəfdən gəlib daxil olub. O yüksəkliklərdən, dağlardan xüsusi təyinatlılarımız həmlə ediblər, düşmən meşələrdə pərən-pərən düşüb. Ermənilər tarixən namərd olublar və dediyiniz kimi, bunlar özlərinin xəstə və qocalarını da qoyub qaçıblar. Ancaq Azərbaycan əsgəri onlara sahib çıxdı, apardı təhvil verdi, hətta ermənilər onları qəbul etmək istəmirdilər.

- Hadrut səfəri ilə bağlı rəsmi kanallar vasitəsilə xeyli məlumatlar aldıq, dövlət başçısının çıxışını, söhbətlərini dinlədik. Bəs efirdən kənar hansı söhbətlər oldu? Prezidentin bundan sonrakı addımlar, Xankəndi, Xocalı, Xocavəndlə bağlı yəqin ki, fikirləri, dedikləri olub. Bu barədə nə deyə bilərsiniz?

- Bəli, efirə verilməməsinə baxmayaraq, elə söhbətlər də oldu. Səmimiyyətlə deyirəm ki, cənab Prezidentimiz birmənalı olaraq bəyan elədi ki, bir qarış da torpağımız düşmənin nəzarətində qalmayacaq. Sadəcə olaraq, müəyyən səbəblər üzündən vaxta ehtiyac var. Xocavəndin bütün ərazisi də azad olunacaq, Xocalıda da, Ağdərədə də, Xankəndində də Azərbaycan bayrağı dalğalanacaq. Biz beynəlxalq aləmdə baş verən hadisələri, bizə qarşı dost mövqeyində olmayan dövlətlərin, müəyyən qurumların istəklərini bilirik. Onlarla hesablaşmamaq da olmur. Ancaq bu, o demək deyil ki, həmin ərazilərimizi oradakı separatçıların nəzarətində qoyacağıq. Heç vaxt! Sadəcə olaraq, indi Rusiyanın vasitəçiliyi ilə yüksək səviyyədə dövlətlərarası danışıqlar gedir. Separatçılar məhv edilməli, ləğv edilməli, təslim olmalı, o ərazilər təmizlənməlidir! Heç bir dövlət heç vaxt razı ola bilməz ki, onun ərazlərində separatçı qurum olsun. Mən elə bu yaxınlarda mediada Rusiyanın çox hörmətli prezidenti cənab Vladimir Putinə bir sıravi Azərbaycan vətəndaşı kimi sual ünvanladım, o sualı yenə təkrar edirəm: cənab Putin, siz vasitəçi dövlətin başçısısınız və siz 10 noyabr 2020-ci il üçtərəfli sənədə də imza atmısınız, 11 yanvar 2021-ci il tarixli sənədə də. Mən hesab edirəm ki, cənab Putin öz sözünə və imzasına hörmət edən, sadiq adamdır. Ona görə də o sənədlərdəki öhdəliklərə əməl etməlidir. Vasitəçi dövlət kimi, Azərbaycan ərazisindən bütün qeyri-qanuni silahlı birləşmələr, diversiya, quldur dəstələri və separatçı qurum təmizlənməlidir! Müraciət edirəm, artıq üçtərəfli anlaşmanın bir ili tamam olur, siz bunu etməmisiniz! Cənab Putin, mən sizə sual edirəm, siz bir prezident kimi, razı olarsınızmı ki, Rusiya dövlətinin ərazisində qeyri-qanuni, tanınmamış separatçı qurum mövcud olsun? Təbii ki, cavabınız bu olacaq: xeyir, dözmərik! Bəs onda biz niyə dözməliyik?

- Necə hesab edirsiniz, bu gedişlə nə qədər dözəcəyik?

- Burada dözümlülük, səbir göstərmək yersizdir. Dövlət başçımızın da mesajları oldu, əgər vasitəçi ölkə Rusiya bunu etməyəcəksə və yaxud BMT işə qarışıb erməni tərəfini öhdəliklərə əməl etməyə məcbur etməyəcəksə, təbii ki, biz ərazilərimizdən separatçıları da təmizləyəcəyik, Ermənistana və separatçı quruma məxsus olan silahlı qüvvələri də.

- Elman bəy, Xocalı soyqırımının 30 illiyinə az qaldı. Biz torpaqların son qarışınadək azad olunacağını gözlədiyimiz halda, ermənilər Xocalını qanunsuz olaraq məskunlaşdırır, orada evlər tikirlər. Yəqin izləyirsiniz...

- Bilirəm. Biz bu məsələdə kifayət qədər dözüm göstərdik. Üstəlik, artıq bir ildir gözləyirik. Ancaq biz əksini görürük. Separatçı qrup və Ermənistana məxsus olan müəyyən hərbi qruplaşmalar da sülhməramlılarla əməkdaşlıq, himayədarlıq formasında mövcuddur. Demək, belə çıxır ki, şimal qonşumuz da onlara qoşulub, Azərbaycan qanunlarını pozur, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edir. Belə olan halda artıq sülhməramlıların da bizim ərazilərimizdə qalıb-qalmaması məsələsinə baxıla bilər. Sən bir vasitəçi kimi ədalətli deyilsənsə və üzərinə götürdüyün öhdəliyi yerinə yetirmirsənsə, mənim nəyimə lazımsan ki? Mənim gücüm kifayət qədərdir ki, ərazilərimizi separatçılardan, diversantlardan, terrorçulardan təmizləyim.

- Bilirik ki, soyqırımına məruz qalanlarla yanaşı, həmin dəhşətli hadisələr zamanı xilas olan minlərlə Xocalı sakinləri intizarla öz yurduna qayıdacağı günü gözləyir. Xocalı sakinləri vasitəçi dövlətə, ermənilərin Qarabağa qayıdışını, alban kilsələrinə ziyarətini təşkil edənlərə “biz evimizə qayıtmaq istəyirik”, - deyə müraciət edə bilərmi?

- Təbii ki. Belə müraciətlər həmişə olub və bundan sonra da olacaq. Çoxsaylı xocalılılar müraciətlər edirlər. Şəxsən mənim özümün dəfələrlə sülhməramlıların komandanına, Putinə efir vasitəsilə müraciətlərim olub ki, müharibədən sonra siz dünyanın harasında bir erməni gizlənmişdisə, onu tapıb gətirirsiniz, mənim ev-eşiyimdə məskunlaşdırırsınız. Bəs yaxşı, 30 ildir mən öz ev-eşiyimdən didərgin düşmüşəm, mən öz evimə qayıtmaq istəyirəm. Bütün xocalılılar, xankəndililər, xocavəndlilər, ağdərəlilər ev-eşiyinə qayıtmaq istəyir, öhdənizə vasitəçilik götürmüsünüz, həqiqi vasitəçisinizsə, bizim niyə öz doğma ev-eşiyimizə qayıtmağımız haqqında fikirləşmirsiniz? Niyə mən bu gün öz evimə gedə bilmirəm? Niyə buna şərait yaratmırsınız?

Təəssüf ki, bu müraciətlər cavabsızdır. Amma təbii ki, bu müraciətləri davam etdirməliyik. Bu tələblər, bu istəklər onların qarşısında daim qoyulmalıdır ki, mən evimə qayıtmaq istəyirəm, şərait yarat! Bu gün sən oradan-buradan köçənləri gətirib Xocalıda məskunlaşdırırsan, təzədən onlara evlər tikirsən, humanitar yardımlar daşıyırsan. Yaxşı, mənimlə münasibətlərində səmimisənsə, bu 30 ildə mənə bizə niyə heç bir humanitar yardım göstərmirdin? İndi müharibə bitib, deyirik ki, ermənilərlə sülh sazişi imzalamağa hazırıq, sülh sazişi imzalananda mən öz evimdə, Xocalıda olmaq istəyirəm, bu haqda heç düşünmürsünüz, ancaq ermənilər haqqında düşünürsünüz. Bu da qeyri-səmimilik, riyakarlıqdır! Prezidentimiz bununla bağlı çox sərt mövqelər ortaya qoyur və qoyacaq. Hesab edirəm ki, çox keçməyəcək, bunun da həlli tapılacaq.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kəndimizə dönsək, BÖYÜK OLACAĞIQ... - dönə bilmək üçün isə...
Bu gün, 06:25
Nazirlik də kadrı xaricdən axtarır... - TƏHSİLİN BAŞINI BURAXAQ...
Bu gün, 06:04
NAZİRİN NƏZƏRİNƏ: Xəzər hələ çox canlar alacaq... - ÇÜNKİ...
Bu gün, 05:52
"Əfsələddin Buğayevdən şikayət etsəm də..." - MÜRACİƏT
Bu gün, 05:46
Xeyir-şər evlərinin də qazını kəsirlər... - GİLEY
Bu gün, 05:28
Niyə bizdə "O ƏJDAHADAN" YOXDUR? - TƏKLİF...
Bu gün, 05:12
“Dəmir Yumuruq TT”nin vergi borcu 1,1 milyon manatı keçdi - DETALLAR
Bu gün, 05:00
Paşinyana qarşı iki cəbhədən HÜCUM - GƏLİŞMƏ
Bu gün, 04:57
“Amerika bu yola nə ad qoyur-qoysun, o, strateji mahiyyətcə Turan yolu olacaq…” - partiya sədri
Bu gün, 04:55
Azərbaycanda yeni şirkətlərin qeydiyyatı niyə 7 dəfə azalıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 04:53
Türkiyədə azərbaycanlıya yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 04:50
"General Trading LLC" fəaliyyətini dayandırsa da, dövlətə 74 min manatdan çox borcu var - FOTO
Bu gün, 04:47
"Ayna son zamanlar məni çox kövrəldir..."
Bu gün, 04:43
Erməni analitik erməni xəstəliyinə qarşı... - "Siz bu psixologiya ilə güclü dövlət qurmaq istəyirsiniz?"
Bu gün, 04:40
“Ford” və “General Motors” şirkətləri “Patriot” və “Tomahawk” raketlərinin istehsalına başlaya bilərlər - KİV
Bu gün, 04:37
İcra hakimiyyəti kondisioner təmirinə 13 min manat xərcləyəcək
Dünən, 18:00
İranın “neft hücumu” başladı – Azərbaycanın gəlirləri RİSK ALTINDA?
Dünən, 17:58
“Deyirlər ki, partiyalar “satılıblar”, onda belə çıxır ki, dövlətdən məvacib alan hamı satılıb?” - Tural Abbaslı
Dünən, 17:53
Qarabağın əski parçası Ermənistanda yığışdırılır - KİV
Dünən, 17:45
Azərbaycan-Türkmənistan münasibətləri inkişafdadır - MƏQALƏ
Dünən, 17:43
Qədim tarixə söykənən Azərbaycan və Türkmənistan münasibətləri - İsrafil Kərimovun yazısı
Dünən, 17:41
Sığınacaqdakı qızlara elçi düşənlərin məqsədləri... - Kəmalə Ağazadədən ilginc açıqlama
Dünən, 17:39
Rusiya və bu üç ölkə Ermənistandan təcili cavab gözləyir - Zaxarova
Dünən, 17:30
İşdən çıxarılan rəisin vəzifəsi bu şəxsə həvalə edildi - ƏMR
Dünən, 17:27
Bakı Neft Emalı zavodunda ƏYRİ İŞLƏR... - SOCAR Təhlükəsizlik idarəsinin iştirakı ilə...
Dünən, 17:12
Azərbaycanda universitet təşkilati-hüquqi formasını dəyişir - DETALLAR
Dünən, 16:55
Radiasiyalı yumurta, yoxsa müflis etmə planı? – İki istehsalçının “yumurta savaşı”
Dünən, 16:53
Azərbaycan təhsili iki yol arasında qalıb: - Hansını seçsin?
Dünən, 16:38
Gürcüstanda azərbaycanlıların sayının artması müsbət tendensiyadır - Natiq Cəfərli
Dünən, 16:34
Auditorlar Palatasının sabiq vəzifəli şəxsləri ilə bağlı məhkəmə istintaqı yenilənib
Dünən, 16:32
Bakıda 330 kilo çəkisi olan kişi evdən belə çıxarıldı - ŞOK VİDEO
Dünən, 16:28
Ümidsizliyə qapılan XANƏNDƏ: - “Yeni nazirdən gözləntilərim çoxdur”
Dünən, 16:25
19 yaşlı qız 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
Dünən, 16:23
Qadağa artdıqca, qiymət bahalaşır: - Azərbaycanda maşın bazarı “ölüb”
Dünən, 16:20
“Azərbaycan məktəbi XXI əsrin insanını hazırlaya bilmir… - DİM-in son hesabatı bunu deyir…”
Dünən, 16:04
Paytaxtda tut ağaclarını qurd basıb, təcili müdaxilə tələb edilir - SOS
Dünən, 15:54
“Paşinyanı Bakıya dəvət etməyəcəklər, çağıracaqlar” - Koçaryan
Dünən, 15:51
Turizm Agentliyi evlərin təmir bərpa qiymətini şişirtməkdə davam edir – Əvvəl Xınalıqda, indi də Lahıcda
Dünən, 15:43
Onların “Qarabağ”dan ayrıldığı rəsmiləşdi - ADLAR
Dünən, 15:40
Vətəndaşlar məhərrəmlik məclislərindəki səs-küydən narazıdırlar -İLAHİYYATÇI MÖVQE BİLDİRDİ
Dünən, 15:34
Məşhur meyvə-tərəvəz istehsalçısının borcu 1 milyonu keçdi
Dünən, 15:28
Pakistan vətəndaşı Azərbaycanda – YENİ ŞİRKƏT YARADIB
Dünən, 15:27
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi İMZALAYACAQ
Dünən, 15:20
ADNSU “Məzun günü” keçirmək üçün Əliağa Kürçaylının şirkətinə 83 min manat ödəyəcək - DETALLAR
Dünən, 15:14
Sabiq MTN polkovniki həbsxanada dava edib - cəza tədbiri görülüb...
Dünən, 15:12
“Lido” restoranında MÜƏMMALI ÖLÜM
Dünən, 15:10
Putin və Lukaşenko Zelenskinin Belarusa qarşı təhdidlərini müzakirə edəcək - Peskov
Dünən, 15:06
AQTA-nın özü ət məhsulunu ZƏHƏRLƏYİR? - "...orqanizm üçün təhlükə yaradır"
Dünən, 15:00
Məmur hoteldə səs salan qonşusu ilə dava etdi - TƏFƏRRÜAT
Dünən, 14:54
Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub - KİV
Dünən, 14:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru