“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN .....                     Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır .....                     Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: .....                     Putin hədələdi .....                     Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır .....                     Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi .....                     AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə .....                     Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi .....                     Ucuz satılan yumurtalar köhnədir? .....                     Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? .....                     Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” .....                     Azərbaycanda yeni BOKT yaradılıb .....                     Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq .....                     Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb .....                     Yaxın günlərdə pomidor bahalaşacaq .....                     Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! .....                     İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub .....                     ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair .....                     Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib .....                     Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib .....                     “Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, .....                     Neft anbarı, elektrik stansiyası, liman... .....                     İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər .....                     “Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia .....                     “Zirə Sera”nın istixanasında ölüm işi .....                     “ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... .....                     Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir .....                     Mülayim şimal-şərq küləyi əsəcək .....                     Azərbaycanda lizinq şirkəti BOKT yaratdı .....                     Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... .....                     3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? .....                     Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? .....                     Peşə Təhsili Agentliyində nələr baş verir? .....                     AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub .....                     Rusiya dağılarsa... .....                     "Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu .....                     Rusiyadan ərik və gül zərbəsi .....                     Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... .....                     İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... .....                     Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub .....                 

“Rusiya artıq Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı siyasətini dəyişməlidir” - deputat
Tarix: 17-08-2021, 08:13 | Çap et
“Rusiya artıq Azərbaycan, Ermənistan və Gürcüstanla bağlı siyasətini dəyişməlidir”
Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsi zamanı bir çox mətləblərə aydınlıq gətirib. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq öz tarixi missiyasını başa vurub və bizə müharibə lazım deyil: “Lakin Ermənistan təxribatçı əməllərinə son qoymasa, “Dəmir yumruq” yerindədir”.

Prezident müsahibə zamanı Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı məsələyə də toxunub. Deyib ki, Rusiya Ermənistanı silahlandırmağa davam edir və bu? qəbuledilməzdir: “Biz istəyirik ki, Rusiya bizim narahatlığımızı nəzərə alsın. Ermənistana nə qədər silah verilsə də, güc nisbəti dəyişmir. Rusiya 30 il müddətində Ermənistana silah verib. Amma o silahların bir qismi indi Azərbaycanda, Hərbi Qənimətlər Parkındadır. Bölgənin yenidən silahlandırılması prosesində biz təşəbbüskar deyilik”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya müsahibəsində Rusiyanın Ermənistanı yenidən silahlandırmasını Qarabağda münaqişəni yenidən alovlandırmaq niyyəti ilə əlaqələndirib. Beləliklə:

- Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsi zamanı mühüm mesajlar verdi. Bu barədə təəssüratlarınızı eşitmək maraqlı olardı...

- Prezident İlham Əliyevin “CNN Türk” kanalına müsahibəsi zamanı söylədiyi fikirlər aktual olmaqla yanaşı, ölkəmizin və regionun inkişafı üçün yol xəritəsi sayıla biləcək məqamlardır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tarixi zəfər qazandı. Bu zəfər nəticəsində biz illərdir işğal altında olan torpaqlarımızı azad etdik. Bir daha əmin olduq ki, ermənilər işğal dövründə həmin ərzilərdə terror törədiblər. Həmin əraziləri dağıdaraq xarabalığa çeviriblər. Bölgədə daşı daş üstə qoymayıblar. Müharibə bitsə də, bizim qarşımızda kifayət qədər mühüm məsələlər dayanır.

Bunlardan birincisi işğaldan azad olunan ərazilərimizdə infrastrukturu və nəqliyyat qovşağını bərpa etməkdir. 10 noyabr üçtərəfli bəyanatında da bu məqamlar öz əksini tapıb. Təəssüf ki, Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Üçtərəfli bəyanatın ziddinə olaraq müxtəlif təxribatlar törədir. Xüsusən Zəngəzur dəhlizinin bərpasından imtina edir. Sərhəd bölgəsində atəşkəs rejimini pozmağa çalışır. Lakin düşmən unudur ki, onun xilası məhz bu dəhlizin açılmasından, əlaqələrin bərpasınddan keçir. Kimlərsə Ermənistana dəstək və ya hərbi sursat vermək istəyirsə, bu, ilk növbədə ermənilərin öz əleyhinə yönəlib. Hətta bir dövlət olaraq məhvinə gətirib çıxara bilər. Çünki Prezidentin də qeyd etdiyi kimi, bu silah-sursat güc nisbətini dəyişmir. Azərbaycan bölgədə sülh və əmin-amanlığın olmasında maraqlıdır. Bu, Ermənistan üçün böyük imkandır.

- Ermənistanın silahlandırılması məsələsindən danışdınız. Prezident ilk dəfə olaraq açıq mətnlə Rusiyanın Ermənistanı silahlandırdığını qeyd etdi...

- Rusiya 30 ildir bu siyasəti yürüdür və indiyə qədər milyardlarla dollar vəsaiti Ermənistanın silahlanmasına yönəldib. Və buna görə erməni tərəfindən heç bir pul almayıb. Rəsmi Kreml bunu Ermənistanın müttəfiqi olması ilə izah edir. Lakin Minsk Qrupunun həmsədri olan, Qarabağa sülhməramlı missiya göndərən Rusiya bunu etməməlidir. Moskva düşünürsə ki, bu yolla Azərbaycana təzyiq edə biləcək, yanılır. İlham Əliyevin də dediyi kimi, bu gün həmin silahlar Bakıda Hərbi Qənimətlər Parkında nümayiş olunur. Təbii ki, bunu həm Rusiya, həm də Ermənistanda başa düşürlər.

Ermənistan yenidən silaha əl atmalı olacaqsa, bu halda öz müqəddəratını təhlükə altına atacaq. Düşünürəm ki, Rusiya nəhayət bundan sonra barışdırıcı tərəf olmağı bacarmalıdır. İstər Azərbaycana, istər Ermənistana, istərsə də Gürcüstana münasibətdə bu uğursuz siyasətindən birmənalı imtina etməlidir. Prezidentin müsahibəsi zamanı səsləndirdiyi daha bir önəmli məqam Rusiyanın Ermənistanın müttəfiqi, Azərbaycanın isə qonşusu olması ilə bağlı söylədikləri oldu. Müsahibə zamanı çox ciddi xəbərdarlıqlar oldu və hər kəs bundan lazımi nəticə çıxarmalıdır.

- Belə iddialar var idi ki, Paşinyan Qərbə bağlı siyasət yürüdür və Rusiya onu dəstəkləməyəcək. Bununla bağlı iddiaların həqiqət yükü varmı?

- Hansısa dövlət başçısının Qərbə bağlılığı ilə deyilənlər həqiqəti əks etdirmir. Eyni zamanda, digər qüvvələrlə bağlı söylənilənlər də buna aiddir. Ermənistan Rusiyanın forpostudur və hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bu, belə də davam edəcək. Bunu doğuran səbəblər isə həm müxtəlifdir, həm də ciddi. Köçəryan və Sərkisyan dövründə baş verən hərbi cinayətlərə, işğalçılıq fəaliyyətinə etiraz olaraq erməni xalqı yenidən Paşinyana dəstək verdi. Paşinyan məğlub ölkənin rəhbəri olaraq yenidən iqtidarda qala bildisə, bu, artıq o deməkdir ki, erməni xalqı müharibə istəmir, sülhdən yanadır və bu mövqeyini son seçkilərdə aydın şəkildə ortaya qoydu.

Bu gün Paşinyan üçün şans var ki, erməni ictimaiyyətinin etimadını doğrultsun. Üçtərəfli bəyanatın hər bir bəndini yerinə yetirərək, ölkəsindən istifadə edən qüvvələrlə yollarını ayıra bilər. Ermənistanın müstəqil dövlət kimi mövcudluğu ərazi iddialarına son qoymaqdan, nəqliyyat infrastrukturunu bərpa etməkdən və sülh müqaviləsi imzalamaqdan keçir. Düşünürəm ki, yekunda bunu başa düşərək, öz mənfur siyasətlərindən əl çəkəcəklər.

- Daha bir ehtimal isə ondan ibarətdir ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmaqdan imtina edib və bundan sonra Rusiya ölkəmizə qarşı təzyiqləri artırıb...

- Azərbaycanın KTMT və Avrasiya İqtisadi İttifaqına üzvlüyü praktik olaraq mümkün deyil. Bilirsiniz ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Ölkəmiz heç bir hərbi bloka daxil olmaq fikrində deyil. Azərbaycan nə NATO-ya, nə də KTMT-yə üzv olacaq. Bizim bir ölkə olaraq özümüzü qorumaq üçün kifayət qədər imkanlarımız var. Bu mənada hər hansı blokda olmağa ehtiyacımız yoxdur. Bunu Rusiyada da gözəl anlayırlar. Cənubi Qafqazda real təsir imkanlarına malik, potensial əməkdaşlığa hazır olan yeganə ölkə Azərbaycandır. Bu mənada onların KTMT üzərindən Azərbaycana təzyiq etməsi və bu yolla nəticə əldə edəcəyi utopiyadan başqa bir şey deyil.

- Qarabağda antiterror əməliyyatı başlaya bilərmi? Yenidən müharibə riski qalırmı?

- Azərbaycan sülhün tərəfindədir və yenidən müharibənin başlamasında maraqlı deyil. Lakin Ermənistan 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulan müddəaları kobud sürətdə pozmaqda davam edərsə, bunun baş verməsi istisna olunmur. Bu xüsusda qısamüddətli antiterror əməliyyatının da başlaması mümkündür. Bu gün Ermənistanın nə hərbi, nə də iqtisadi gücü var ki, döyüş meydanında Azərbaycanla üz-üzə gəlsin. “Dəmir yumruq” öz yerindədir və yollarını azsalar, yenidən başlarına dəyəcək.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kontakt Home”, “Baku Electronics” və “Music Gallery”nin endirim kampaniyalarına İNANMAYIN - ÇAĞIRIŞ
Bu gün, 15:50
Elçin Şıxlınski qohumlarına oxunan hökmdən narazıdır - AÇIQLAMA
Bu gün, 15:48
Bakı–Tiflis–Bakı qatarına bilet tapılmır: - Tur şirkətlərinə satılır?
Bu gün, 15:44
Putin hədələdi – “Nəticələrini bilsəydilər, etməzdilər”
Bu gün, 15:42
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bu gün, 15:37
Ət bazarında müəmma: nazir müavini “artacaq” dedi – İqtisadçıdan reaksiya
Bu gün, 15:25
AYNA yol nişanlanması işləri üzrə yerli şirkətlə 29 milyon manatlıq müqavilə bağlayıb
Bu gün, 15:17
Dövlət Agentliyinin 68 ədəd evin alınması ilə bağlı tenderi - LƏĞV EDİLDİ
Bu gün, 15:15
Ucuz satılan yumurtalar köhnədir? - "Sahibkarlar insanlara görə qiymət endirməyə qorxurlar"
Bu gün, 15:02
Rusiya Ermənistan üçün Ukrayna ssenarisi hazırlayır? - Professor ELƏ AÇIQLAMALAR VERDİ Kİ...
Bu gün, 14:54
Bərdədə 50 yaşlı kişinin cinayəti: “Elə bilirdin, bəzənib ərə gedəcəksən?” - TƏFƏRRÜAT
Bu gün, 14:51
Azərbaycanda yeni BOKT yaradılıb
Bu gün, 14:50
Amerikaya güvənmirik, istənilən ssenariyə hazırıq - İranlı diplomat
Bu gün, 14:01
Quba hadisələrində ittiham olunan keçmiş televiziya direktoru yeni biznesə başlayıb - TƏFƏRRÜAT
Bu gün, 13:58
Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı
Bu gün, 13:56
Belə davam edərsə..: SOCAR-da buyurmağa işçi tapılmayacaq! - Rəhbər heyət artır... işçilər isə ixtisara salınır...
Bu gün, 13:53
İlham Rəhimovun təsisçi olduğu 11 şirkətin ümumi zərəri 926 milyon rubl olub - TƏFƏRRÜAT
Bu gün, 13:16
ABŞ Konqresində Ermənistanın azərbaycanlıları etnik təmizləməyə məruz qoymasına dair KONFRANS KEÇİRİLƏCƏK
Bu gün, 13:14
Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ikinci müavin təyin edilib - ƏMR
Bu gün, 13:13
Ölkənin ən fərsiz qurumu - ADSEA Bakını Kərbəlaya çevirib - TOTAL NARAZILIQ...
Bu gün, 13:10
“Təcavüz səhnəsinə görə onun verdiyi rolu oynamadım, nişanlı idim, sonradan Mehriban Xanlarova çəkildi”
Bu gün, 13:04
Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur
Bu gün, 12:58
İrəvan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər - "RİA Novosti"
Bu gün, 12:55
“Qafqaz Təhsil Mərkəzi” ilə bağlı şok iddia - 6000 manat ödədi, universitet tanınmadı
Bu gün, 12:54
“Zirə Sera”nın istixanasında ölüm işi - Üç il həbs verildi
Bu gün, 12:52
“ÇƏN DÖVRÜ”NƏ QAYIDIŞ... - Paytaxt sakinləri susuzluqdan qurtulmağın yollarını axtarır
Bu gün, 12:50
Paşinyan Sarukyanla bağlı verdiyi sözü yerinə yetirir - “Hraparak”
Bu gün, 12:46
Mülayim şimal-şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:44
Azərbaycanda lizinq şirkəti BOKT yaratdı
Bu gün, 12:43
Emin Əmrullayev... XOŞ DANIŞIR... amma BOŞ DANIŞIR... - ÇÜNKİ...
Bu gün, 12:39
3 ildir UNEC-in Dərbənd flialına tələbə qəbulu aparılmasına niyə imkan verilmir? - BU NƏDİ BELƏ?
Bu gün, 12:32
Gündəm yumurtadır: Niyə ucuzlaşıb anidən bahalaşdı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:26
Peşə Təhsili Agentliyində nələr baş verir? – Boş ştatlar, müəmmalı təyinatlar və cavabsız suallar
Bu gün, 12:19
AAYDA-da rəhbər vəzifələrə yeni təyinatlar olub - ƏMR
Bu gün, 12:16
Rusiya dağılarsa... - Vaşinqton, Brüssel və Pekin üçün əsas kabus
Bu gün, 12:12
"Azdrama"da keçmiş rəhbərliklə problemimə görə bir çox aktyor mənə salam verməyə qorxurdu - Məsmə Aslanqızı
Bu gün, 12:09
Rusiyadan ərik və gül zərbəsi – erməni fermerlər “qan ağlayır”
Bu gün, 12:03
Naxçıvanda MƏMUR ÖZBAŞINALIĞI... - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 11:56
İrandan Azərbaycana ƏRZAQ SABOTAJI: Naxçıvanı ACINDAN QIRACAĞIQ... - Fars-molla rejimi AĞLINI İTİRİB...
Bu gün, 11:46
Arif Hacılının ölkədən çıxışına qadağa qoyulub - AÇIQLAMA
Bu gün, 11:40
Təkbaşına meşə yaradan adam - FOTO
Bu gün, 11:32
Ermənistanda təlimlər zamanı hərbi qulluqçu yaralanıb
Bu gün, 11:18
Keçmiş icra başçısına yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 10:00
“Qaraqan qalib oldu, məni söyürdülər“ - Nigar Köçərli
Bu gün, 09:57
Saxta diplomu olan direktorun 98 minini ələ keçirən şəxslər yenidən məhkəmə qarşısında
Bu gün, 09:10
“Badam” klinikasının direktoru istefa verdi - BUNA GÖRƏ...
Bu gün, 09:09
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Bu gün, 09:04
21-ci əsrdə paytaxtda içməli suyun olmaması dəhşətdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:01
İcra başçısının həbsdəki kənd üzrə nümayəndəsindən XƏBƏR VAR
Bu gün, 08:33
Tramp ABŞ-ın NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb
Bu gün, 08:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru