Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                     Paşinyandan Simonyana ağır zərbə .....                     İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik .....                     Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: .....                 

“Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək” - Müsahibə
Tarix: 15-07-2020, 08:40 | Çap et
“Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək”
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin iyulun 12-dən başlatdığı qanlı döyüşlərə ara verilmir.

Bəzi siyasi ekspertlər isə iddia edirlər ki, Ermənistanın hərbi əməliyyatlara işğal etdiyi Qarabağdakı təmas xəttində deyil, dövlət sərhədində başlamasında məqsəd həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, əsasən də Rusiyanı Azərbaycana qarşı qaldırmaq, həm də Baş nazir Nikol Paşinyanın itirilən mövqeyinin bərpasına cəhddir.

Politoloq Zərdüşt Əlizadə Reyting.az-a müsahibəsində Tovuz rayonu istiqamətində gedən qanlı döyüşlər və bunun nəticələrinə dair suallara cavab verib:

- Mən ehtimal edirəm ki, bu qanlı qarşıdurma Nikol Paşinyanın öz təşəbbüsüdür. O, istəyir ki, hadisələri qabaqlasın. Bununla Paşinyan sanki Azərbaycanın Dağlıq Qarabağ cəbhəsində hücuma keçməsinin qarşısını almağa çalışır.

Ehtimal var ki, Azərbaycan Dağlıq Qarabağ cəbhəsində hücuma keçəcək, bəzi əraziləri işğaldan azad edəcək və bu zaman Rusiya Paşinyan iqtidarına kömək etməyəcək. Məhz bu ehtimalı nəzərə alan Paşinyan hadisələri qabaqlayır. Və eyni zamanda bu addımı ilə çalışır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyini qazansın.

Amma Azərbaycan ağıllı davranacaqsa, Qərb istiqamətində Ermənistan ərazisinə bir addım belə girməyəcək. Daha çox müdafiə döyüşləri aparıb mövqelərini qoruyaraq dövlət sərhədini mühafizə edəcək. Beləcə, sülh əldə ediləcək. Əks təqdirdə, əgər indiki döyüşlər davam edəcəksə, Ermənistan tərəfi çalışacaq ki, təxribat edərək Azərbaycanı Ermənistan ərazilərinə çəksin. Amma bu zaman Azərbaycan ermənilərə Qarabağ cəbhəsində zərbə endirəcək.

- Siz, Azərbaycanın Qarabağ cəbhəsində aktiv hərbi fəaliyyətə keçəcəyini düşünürsünüz?

- Mən bilən qədər Azərbaycan Qarabağ cəbhəsində iki istiqamətdə hücuma keçəcək. Bunlardan biri İran sərhədi boyunca Cəbrayıl-Zəngilan, digəri isə Kəlbəcər istiqamətində olacaq. Bu zaman mümkündür ki, Azərbaycan bir neçə rayonu işğaldan azad etsin. Amma bu anda Rusiya prosesə qoşularaq hərbi əməliyyatların davam etməsinin qarşısını alacaq. Beləcə, yenidən sülh danışıqları məsələsi gündəmə gələcək.

Mən, bu fikirlərimi təhlil və analizlərimin nəticəsi olaraq deyirəm.

- Azərbaycan Qarabağda Emənistan ordusuna sarsıdıcı zərbə endirsə, Yerevanda nələrin baş verəcəyini təsəvvür edirsinizmi?

- Bəli, edirəm. Yerevanda məğlubiyyətin günahını yıxacaqlar Nikol Paşinyanın üstünə. Generallar Paşinyana anladacaq ki, daha bəsdir, istefa vermək lazımdır. Nikol da çıxıb elan edəcək ki, istefa verirəm. Və məsələ bitəcək.

Açığı, mən hadisələrin inkişafını belə görürəm. Bunu Putinin mövqeyi, Paşinyana münasibəti, proseslərin gedişi də göstərir. Məncə, Putinin səbri tükənir və Nikolun devrilməsinə qərar verib. Nikol Paşinyan da bunu bildiyindən əks oyun aparır.

- Paşinyanın Putinə qarşı əks oyunlar aparmaq imkanı varmı?

- Sözsüz ki, əks oyun üçün gərək əlində imkan və resurs olsun.

Qərbin Paşinyana dəstəyi yoxdur. Çünki Qərb görür ki, Emənistan Rusiyanın forpostu, ön istehkamıdır. Rusiyanın istehkamını müdafiə etmək Qərbin nəyinə lazımdır? Çox da sözdə deyir ki, mən demokratam, korrupsiyaya qarşı mübarizə aparıram. Bəyəm hansısa ölkədə korrupsiyanın olması və ya olmaması Qərbin vecinədir ki... Qərbin özündə kifayət qədər korrupsiya var.

- Demək istəyirsiniz ki, Paşinyan Rusiyanın dəstəyi olmadan Azərbaycana hücum etmək cəsarətində bulunur?

- Bəli. Əgər Paşinyan öz oyununu aparırsa, buna görə icazə istəmək lazım deyil. Mən də ehtimal edirəm ki, öz oyununu aparır.

- Bu oyun hələ davam edəcək?

- Hadislərin məntiqi göstərir ki, Paşinyanı oturduğu kreslodan mərhum etmək üçün Azərbaycan Qarabağda əməliyyatlara başlamalıdır.

- Rusiya və Türkiyə Xarici işlər nazirlərinin Tovuz cəbhəsində baş verən döyüşlərə reaksiyasını necə şərh edirsiniz?

- Rusiya prosesə qarışmayacaq - Nikol Paşinyan devrilənə qədər. Rusiya nə üçün qarışsın?

Türkiyəyə gəldikdə, siyasi bəyanat verərək bizi dəstəkləyib. Çox gözəl, qardaş ölkədir. Və bu, çox əhəmiyyətli məsələdir, mesaj verilir ki, Azərbaycan tək deyil.

Rusiya Xarici işlər naziri Sergey Lavrovun bəyanatı isə riyakar bəyanatdır. Deyir, döyüşləri dayandırın, danışıqlar aparın. Bəyəm, görmür ki, danışıqlar prosesi yoxdur?

Lavrov deməlidir ki, dayanın, amma bir var, möhkəm demək, bir də var, xala xətrin qalmasın mənasında demək. İndi Rusiyadan gələn bəyanatlar daha çox “xala xətrin qalmasın” prinsipi ilə verilir.

- Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövqeyini necə izah etmək olar?

- KTMT-nin prosesə müdaxilə etməsi nəyinə lazımdır? Üstəlik, KTMT-də Rusiyadan başqa Ermənistanı dəstəkləyən dövlət yoxdur. Nə Qırğızıstan, nə Tacikistan, nə Qazaxıstan, nə də Belarus. Əksinə, bu ölkələr Azərbaycanı dəstəkləyirlər.

- Siz, münaqişənin həllini necə görürsünüz?

- Mən bu barədə fikrimi açıq deyib, Alland adaları modelini təklif etmişəm. Bununla bağlı fikirlərimi yazmışam. Amma hakimiyyətlər, eləcə də Rusiyanın fikri tam fərqlidir.

İndiki halda mənim məntiqim deyir ki, Azərbaycan Qarabağda erməni ordusunu vuracaq. İndiki qanlı atışmalar davam etsə, görəcəksiniz ki, Qarbağda ermənilərə zərbələr endirildi.

Azərbaycan əhalisi Ermənistan əhalisindən 5 dəfə çoxdur, Azərbaycan iqtisadiyyatı erməni iqtisadiyyatından 3 dəfə böyükdür. Ordu isə ancaq parad üçün deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Dünən, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Dünən, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Dünən, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Dünən, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Dünən, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Dünən, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Dünən, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Dünən, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Dünən, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Dünən, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Dünən, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Dünən, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Dünən, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Dünən, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Dünən, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Dünən, 11:00
Azərbaycan nefti bahalaşıb
Dünən, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Dünən, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Dünən, 10:47
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə edib - FOTO
Dünən, 10:26
Milli Ordumuzun şərəfli inkişaf yolu - MƏQALƏ
Dünən, 10:20
“Bəzən ayrı-ayrı siyasi qüvvələr tərəfindən İslam dini təhlükə mənbəyi kimi təqdim edilir” - deputat
Dünən, 10:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru