Borclu şirkət necə tenderi UDDU? .....                     Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib .....                     ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir .....                     Lerikin 35 kəndinə cəmi bir həkim var .....                     Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq .....                     Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir .....                     Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib .....                     Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir .....                     Bu su anbarında təmir işləri aparılacaq .....                     Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər .....                     “Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb .....                     Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib .....                     Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: .....                     Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər .....                     Rauf Kəngərli yeni vəzifəyə təyin edildi .....                     Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Bu Putinin qələbəsi olacaq .....                     Təbriklər... .....                     Azərbaycanda qardaşlardan yarım milyonluq .....                     Diaspor və təsir rıçaqları .....                     Paşinyan BU RİSKLƏ üz-üzə qaldı .....                     Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı .....                     İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? .....                     Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər .....                     Zelenski Tramp-Putin görüşündən sonra... .....                     Trampa bağlı arzuolunmaz iddia yayıldı .....                     İrandan təxribatçı Zəngəzur açıqlaması: .....                     Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     Milli Məclis 165 min manata nələr aldı? .....                     "Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" .....                     Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb .....                     Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı .....                     Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? .....                     Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək .....                     İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... .....                     Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ .....                     Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək .....                     “10 manatlıq” şirkətə 200 minlik TENDER .....                     Qonşusunun pişiyindən şikayət etdi .....                 

"Hakimiyyətə qarşı siyasi mübarizə fiaskoya uğrayıb" - deputat
Tarix: 16-06-2020, 08:29 | Çap et
"Hakimiyyətə qarşı siyasi mübarizə fiaskoya uğrayıb"
Hər kəsin bir insanı dəyərləndirməsində yanaşma bucağı çox önəmlidir. Siyasətçilər, alimlər, sənət adamları, idmançılar- bir sözlə məşhurların taleyində bu amil xüsusi yer tutur. Daha yaxından tanıdığım, izlədiyim insan olaraq Əbülfəz Elçibəy barədə deyilənlərı, yazılanları məhz həmin baxış bucağına görə dəyərləndirə bilirəm. Əbülfəz bəy istənilən insanı oxuya bilirdi. Ancaq insanın xarakterindəki yaxşılığı önə çəkərək, naqis cəhətlərini sanki görmədiyini sezdirməyə çalışırdı. İdeoloji deyimləri nə qədər sərt olsa da, insana ideoloji insan olaraq baxmırdı. Ona görə də hər kəs onun çevrəsində özünə barınacaq yer tapırdı, rahatlıqla özünü onunla bərabərləşdirə bilirdi. Bürokratik idarəetmə bacarığı çox aşağı idi- bu da hansısa inzibatı sistemdə konkret işi görmə təcrübəsinin olmamasından qaynaqlanırdı. Xaraktercə də konkret icraçılığa diqqət yetirməzdi. Ancaq hər prosesin üzərində ümumi ruhani ağırlığını qoruyurdu. Totalitar rejimdə etirazçılıq dalğasının başında gəlmək həm də öz həyatı və yaxınlarının həyatı üçün biganə davranışı ehtiva edirdi. O, öz ideologiyası üçün lazım olan insanı dəyərləndirərdi, eyni zamanda bu ideologiya üçün qurban getməsini də soyuqqanlı qarşılayardı. Əbülfəz bəy həqiqətən dünya malında gözü olmayan, başqasının haqqına girməyən, başqasının istəklərini anlayışla qarşılayan bir şəxsiyyət idi. Bununla belə, milləti ideoloji bütövləşdirmə anlayışı ilə şəkilləndirilən siyasətin uğursuzluğunu proqnozlaşdıra bilmirdi. Öz ideologiyasından kənar insanları yumşaltmanın tək yolu xarici siyasətdə balansı doğru tutmaq, daxili siyasətdə isə kosmopolit elementlərin yayğınlaşmasına vahimə ilə yanaşmamaq idi. Xalq Cəbhəsində müstəqil fikir söyləyən adamlar isə təşkilatın quruluş zamanından başlayaraq nakauta salındı. Hamı sərt, barışmaz, burnunun ucundan uzağı görməyən qaragüruhçuların şifahi konstitusiyasına uyğun davranmalıydı. Nəticədə heç olmazsa bu zehniyyətə hərəkat müstəvisindən dövlət idarəetməsinə keçdikdə son qoymaq lazım gəlirdi. Məhz bu cəsarətli addımı atmaq istəmədi, yaxud istəsə də bacarmadı, bunu müəyyənləşdirmənin özü də çətindir. Əbülfəz bəy anlayırdı ki, qaragüruhla üzülüşmək çətindi, sanki buna öz elektoral bazasının dağılmasına təhlükə amili kimi baxırdı və hər bir qərarırnı həmin zehniyyətin süzgəcindən keçirməklə qəbul etməyə üstünlük verirdi. Xarakter olaraq Əbülfəz bəy qaragüruhçu deyildi, aydın bir insandı, istənilən yeni ideyanı anlayırdı, ancaq üzərində hakimiyyətə gəlmiş insan bazasının hərəkət trayektoriyasını dəyişməyə tərəddüd edirdi. Xeyli müsbət işlər görüldü, ancaq kütlənin xoşuna gəlməyəcək həyati əhəmiyyətli qərarların qəbul olunmasına risq edilmədi.

O zaman Dağlıq Qarabağ məsələsində də real durumdan çıxış edə bilmədik, Petrosyanla danışıqlarda və Moskvada Rusiya rəsmiləri ilə görüşlərdə təklf olunan Dağlıq Qarabağın geniş muxtariyyəti müqabilində sülh variantına da hərəkatçıların və bütövlükdə cəmiyyətin əhəmiyyətli hissəsinin maksimalist tələblərinə görə yaxın durmadıq. O zaman müxalifətin iki tanınmış siması mətbuatda da bəyanatla çıxış edirdilər ki, Dağlıq Qarabağa muxtariyyət vermək vətənə xəyanətə bərabərdir. İndi illərdir təklif etdiyimiz muxtariyyəti götürmək istəyən də yoxdur.

Müstəqil Dövlətlər birliyinə münasibətdə də zaman göstərdi ki, Ayaz Mütəllibov bizdən daha gerçəkçi düşünürmüş. Rusiya və İran siyasətinin də konturlarını hərəkat eyforiyasına və ritorikasına uyğun saxlamaqla prosesin yalnız bizim iqtidarın deyil, bütövlükdə dövlətin zədələnməsi üçün şərait yaratdığını gördük. Bütün bunların əsas səbəbi xalq hərəkatında inhisarı əlinə keçirmiş qaragüruhçu zehniyyətin müqavimətini qıra bilməmək dururdu. Əbülfəz Elçibəyi iqtidardan salan əsas amil qaragüruhçuluğun dövlət aparatına daşınmasının fəsadları idi.

Bu yazdıqlarım ibrətamiz bir həyat hekəyəsi idi. İndi isə nağılla arqumentlərimizi zənginləşdirək.
Cırtdan bizim yalnız kiçikliyimizin simvolu deyil. Həm də böyüklüyümüzün simvolu olan Təpəgöz və ya Divlə savaşda intellektin üstünlüyünü isbat etmiş bir obrazdır. Cırtdan əslində informasiya çağının qəhrəmanıdır. Təpəgöz və ya div feodal qabalığının qorxu saçan simvollarıdır. Bunlardan da öncə də Cırtdan bizim milli həyatımızda seçim fəlsəfəmizin banisidir. Şekrpirin “Olum ya Ölüm?” ritorikasından daha dərin mənaya sahib “İt hürən tərəfə gedək, yoxsa işıq gələn tərəfə?” ritorikası həyatımızın əbədi dilemması kimi yaddaşımızda, əxlağımızda yerləşmiş. Hansında Xeyir, hansında Şər olduğunu bilmədən Minatavr labirintinə daxil olurmuş kimi öz məntiqini işə salmalısan. Uşaqlıq zamanlarımızın bu seçim sualında həmişə tərəddüd edirdik. Təqribən belə bir yönləndirici izah şüuraltında yerləşmişdi: işıq gələn tərəfdə div var, it hürən tərəfdə insan yaşayışı var. Cırtdan bu informasiyaya sahib olmadan “İşıq gələn tərəf”i seçmişdi. Bu nağıl dünyasında bizim üçün məchul qalan “İt hürən tərəf” nədən sonradan cəmiyyətimiz üçün daha cəlbedici oldu? İndi bu dilemma ilə qarşılaşılanda, görəsən Cırtdanın seçiminə, yaxud onun əksinə olana üstünlük verərdiniz?

Bilmirəm, o zaman hansı qəti mühakimə sahibiydim, ancaq illərin siyasi təcrübəsi onu göstərdi ki, bütün hallarda işıq gələn tərəfi seçməliyik. İşığa ehtiyacı var bu millətin. Qarşımızda Təpəgöz də olsa, Div də olsa, onsuz da kiçik dövlətlər üçün bu risqlərin içindən ağıl işlədərək qurturmalısan. Təpəgözə və ya Divə qaragüruhçu zehniyyətlə qalib gəlmək olmaz, əslində bizə heç qalib gəlmək də lazım deyil. Sadəcə cırtdanın ağlı səviyyəsində onları neytrallaşdırmaqla öz məskunlaşdığımız zolaqda varlığımızı sürdürməkdir. Qaragürühçu zehniyyət Ziyanı, qaragüruhçular da Ziyalını üstələsə, bizi çəkib düşünmədən it hürən tərəfə aparacaq. O it hürən tərəfdə həmişə hərəkət olacaq, buradan-oraya, oradan-buraya sürüləcəyik, ancaq dövlət olmağa bizə imkan tanınmayacaq. Əslində it hürən tərəfə cəmiyyəti çağıranların sıralamasında real obrazda bizlər qurbanları, bəxtiyarları, natiqləri, inqilabları, orduxanları və daha kimləri, kimləri görəcəyik və hər birinin qayışının bizim varlığımıza qarşı olan bir dövlətin əlində olduğunu anladıqda geri dönüş olmadığını görüb daha da sarsılacağıq.

Məhz bu səbəbdən qaragüruhçu zehniyyəti ortadan qaldıra bilməsək də, düşüncəmizdən qaldırmalıyıq. Bunun tək yolu Ziyadır. Hər bir xalq tarixi boyu bu cür seçimlər qarşısında qala bilər. İt hürən tərəfə gedənlər xalqın qaragüruha qazandırdıqları məxluqlardır. İşıq gələn tərəf gedənlər isə bir xalqı millətə çevirənlərdir. Dövləti isə bütün nəzəriyyələr göstərir ki, yalnız millətə çevrilə bilən xalqlar qurur və qoruyur. Bizim Qarabağ itkimiz də qaragüruhçuluqla bağlıdır. Yuxarıda da təsvir etdiyim şəkildə 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyətinin məğlubiyətinin səbəbi nə Surət Heseynov, Nə Heydər Əliyev, nə Rusiya, nə də İran idi. Bu uydurduğumuz bir nağıldır. Səbəb məhz qaraguruhçu mühakimə idi.
İndi yaxşı-pis Heydər Əliyevin qurduğu dövlət ayaqdadır. Nöqsanlar var, ədalətsizlik var, korrupsiya var, ittiham etdiyiniz çox şey var. Ancaq bir il saxlamağa gücümüz yetmədiyi, 27 ildir dünyada ən zor şərtlərdə ayaqda qalan dövlət var axı! Bu dövlətin bir sütunu zədələnərsə, onu qorumağa gücü yetən dini müəssisə yoxdur, ziyalı gildiyası yoxdur, cəmiyyəti birləşdirəcək yetkin siyasi müxalifəti yoxdur, hami super dövləti yoxdur! Qaşımızda isə şimaldan tovariş Hafter, cənubdan ağayi Hafter, üzbəüz isə vardenisli bəxtiyarın ürək qonşusu icevanlı Nikol dayanıb. Təqribən “işıq gələn tərəfə gedək, yoxsa it hürən tərəfə” şəklində başqa bir dilemma ilə qarşı-qarşıyayıq: “Bu dövləti dağıdaq, yoxsa təmir edək?”

Unutmayaq, Azərbaycan Qarabağı ona görə itirib ki, siyasətçilər əksər hallarda qaragüruhun mühakiməsi ilə düşünüblər. Hər bir xalqın potensialı var. Bu potensialı dəqiq analiz edərək qərar verməlisən. Bizdə karantin zamanı əslində həm də müharibəyə hazırlıq məşqini apardıq. Xeyli insan koronavirusu (yəni müharibəni) ciddiyə almadı, xeyli insan məhdudlaşdırıcı tədbirlərə (səngərdə qalmağa) şikayətçi kimi yanaşdı, ön cəbhədə vuruşan həkim və polislərin (yəni zabit və əsgərlərin) yükünü azaldacaq qədər məsuliyyətli davranmadı.

Müharibə ritorikasını spekulyasiya edən qaragüruhçuların arasında siyasi məqsədləri də aydın sezmək mümkündür. Hakimiyyətə qarşı siyasi mübarizə fiaskoya uğrayıb, hakimiyyətin tək çöküşü qeyri-bərabər (yəni yalnız erməni ilə olmayan) bir müharibə ilə mümkündür. Və ehtiyatsız müharibənin uğuru ilə yanaşı faciələrini də dəqiq proqnozlaşdırılmadan 28 il öncəki dövrdən daha ağır mümkün itkiləri ehtimaldan uzaq saxlamaq olmaz.

Xalqların tarixində elə bir mərhələ olur ki, orada hakimiyyət elə dövlətə bəqabər olur. Biri laxladısa, o birinin çöküntüsü labüd olur. Hakmiyyəti islahatlarla təmir etməliyik ki, dövlət daha güclü olsun. Bunu isə ziya ilə edərlər, küylə yox! Qaragüruh antidövlət virusudur!

Fazil Mustafa
Milli Məclisin deputatı
//pravda.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Borclu şirkət necə tenderi UDDU? – “Azərbaycanda dəbdir ki...”
Bu gün, 18:07
Naxçıvan FHN Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib - BUNDAN SONRA...
Bu gün, 18:00
ABŞ ermənilərə və azərbaycanlılara real kömək etməlidir - Sabiq səfirlərdən çağırış
Bu gün, 17:57
Lerikin 35 kəndinə cəmi bir həkim var - Həkimlər bölgələrə niyə getmir?
Bu gün, 17:54
Türkiyədə gözlənilən xəbər: Putin “hə” desə, imkan yaranacaq – Razılaşma
Bu gün, 17:26
Ermənistanda proseslər güc qarşıdurmasına doğru gedir - ŞƏRH
Bu gün, 17:20
Elektronika mağazalar şəbəkəsinin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:18
Tramp Putinlə Rusiya və Ukrayna arasında ərazi mübadiləsi məsələsini müzakirə etmək niyyətindədir - KİV
Bu gün, 17:15
Bu su anbarında təmir işləri aparılacaq - 6,4 MİLYONLUQ TENDER KEÇİRİLİR
Bu gün, 17:12
Tural Sadıqlı Azərbaycana bu yolla gətirilə bilər - AÇIQLAMA
Bu gün, 17:08
“Xalq” və “Əməkdar” fəxri adı daşıyanların sayı azalıb
Bu gün, 17:06
Erməni arxiyepiskopun həbsdən azad edilməsi ilə bağlı iddiası rədd edilib
Bu gün, 17:02
Futbolçu azərbaycanlı sahibkardan maaşını istəyir: - "Qafqazda sözü tuturlar"
Bu gün, 16:58
Politico: Moldova Ukraynadan tez Avropa Birliyinə girə bilər
Bu gün, 16:53
Rauf Kəngərli yeni vəzifəyə təyin edildi - ƏMR
Bu gün, 16:50
Azərbaycanda tikinti materialları istehsalının dəyəri azalıb
Bu gün, 16:20
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Bu gün, 15:35
Bu Putinin qələbəsi olacaq - SENSASİON İDDİA
Bu gün, 15:30
Təbriklər...
Bu gün, 15:27
Azərbaycanda qardaşlardan yarım milyonluq - Dələduzluq
Bu gün, 15:11
Diaspor və təsir rıçaqları – Rusiyanın regiondakı oyunları
Bu gün, 15:09
Paşinyan BU RİSKLƏ üz-üzə qaldı - DETALLAR
Bu gün, 15:06
Nazirlik bu şirkətlə 823 min manatlıq müqavilə bağladı
Bu gün, 15:00
İcra Hakimiyyətinin 506 minlik tenderi niyə ləğv edildi? - DETALLAR
Bu gün, 14:53
Rusiya Cənubi Qafqaza müdaxilə edə bilər - Qərbdən XƏBƏRDARLIQ
Bu gün, 14:39
Zelenski Tramp-Putin görüşündən sonra... - ŞOK MƏLUMAT
Bu gün, 14:30
Trampa bağlı arzuolunmaz iddia yayıldı – Zəngəzur dəhlizindən imtina…
Bu gün, 13:04
İrandan təxribatçı Zəngəzur açıqlaması: - Sərhəddə qoşun yerləşdirdik ki...
Bu gün, 12:58
Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:42
Milli Məclis 165 min manata nələr aldı? - TENDER NƏTİCƏSİ
Bu gün, 12:39
"Azərbaycanın gələcəyi üçün savadlı və sağlam düşüncəli insanları yetişdirməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:36
Naxçıvanda yol qəzasında Maliyyə İdarəsinin sektor müdiri və daha bir nəfər ölüb - FOTO
Bu gün, 12:35
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
Bu gün, 12:29
Qod Nisanov oğluna TOY EDİR: Məmurlarımız TOYA GEDƏCƏKMİ? - TƏFƏRRÜAT
Bu gün, 12:20
Gələn həftə Rusiya və Azərbaycan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını müzakirə edəcək - RUSLAR AÇIQLADI
Bu gün, 12:14
İşçilərin əməkhaqqıları hansı müddətdə ÖDƏNİLMƏLİDİR... - Ekspert danışır...
Bu gün, 12:10
Naxçıvanda yerli məmurların ƏDV YEYİNTİSİ - Rəsmi rəqəmlərə inansaq...
Bu gün, 12:08
Ermənistanda Aİ-nin müşahidə missiyası fəaliyyətini davam etdirəcək - AÇIQLAMA
Bu gün, 12:00
“10 manatlıq” şirkətə 200 minlik TENDER - FHN vergi borclusunu qalib edib
Bu gün, 11:58
Qonşusunun pişiyindən şikayət etdi - Həbs edildi
Bu gün, 11:39
Sülh sazişi mətni tamdır, Ermənistan geri çəkilə bilməz - ŞƏRH
Bu gün, 11:35
Paşinyanın Rusiyaya səfəri gözlənilir - KİV
Bu gün, 11:32
Sülh müqaviləsi ərəfəsində Qərbi Azərbaycan İcması buraxılacaq? - AÇIQLAMA
Bu gün, 11:30
Qida təhlükəsizliyimiz TƏHLÜKƏDƏDİR... - Görünəni odur ki...
Bu gün, 11:25
Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür - GƏLİŞMƏ
Bu gün, 11:22
Alyaskadan əvvəl nüvə şantajı - Rusiyanın strategiyası dünyanı qorxutmaqdır
Bu gün, 11:21
Qaydalar pozuldu: Azərbaycan da MDB-dən çıxır? - NƏ BAŞ VERİR?
Bu gün, 11:15
Lavrov üzərində “SSRİ” yazılmış sviterlə Alyaskada - FOTO
Bu gün, 11:11
“Respublika” və “Xalq” qəzetinindən XƏBƏR VAR
Bu gün, 11:06
Eldar Əzizovdan bu RUS İZİNİN SİLİNMƏSİ TƏLƏB OLUNDU - FOTOFAKT
Bu gün, 11:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru