“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” .....                     AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR .....                     Tanınmış prodüser telekanalları ələ saldı .....                     Bu istidə başımızı hara qoyaq?.. .....                     Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... .....                     “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! .....                     Lukaşenko Moskvada Putinlə görüşüb .....                     Karapetyanın adamı həbs edildi .....                     Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır .....                     Gəncləri evləndirmək üçün kim nə təklif edir? .....                     Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? .....                     Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib .....                     Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir .....                     Pensiya yaşı 70-ə çatdırılacaq? .....                     "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" .....                     Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu .....                     “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” .....                     Ermənistanın yeni prezidenti o olacaq: .....                     Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi .....                     Şvabe kimin “sifarişini” yerinə yetirir? .....                     Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək .....                     Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər .....                     Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ .....                     AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar .....                     Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək .....                     "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" .....                     Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir .....                     "Oyun başladı, xoş seyirlər!" .....                     Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi .....                     “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” .....                     Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb .....                     Robert Köçəryan məhkəmədə parlament sədrinə .....                     “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” .....                     Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? .....                     Bu addım Azərbaycan-İsrail münasibətlərini də .....                     Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək .....                     Ruhani rejim böhran içində: .....                     “Yaltaqlığın başqa yollarını axtarın!” .....                     Köçəryan cəzalandırılmalıdır .....                     “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” .....                 

“Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq" - QALMAQAL
Tarix: 7-11-2019, 08:55 | Çap et
“Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq"
Noyabrın 5-də sabiq nazir Əli İnsanovun demokrat “qiyafəsində”, lider “ədası” ilə Müsavat Partiyasının qərargahına qədəmlərini qoymasının alqışla qarşılanacağını gözləyənlər var idi. Olmadı.

Vaxtilə Müsavatın eks-başqanı İsa Qəmbərə və müxalifətçilərə hədyanlar yağdıran, “onların nəvələri müxalifətçi babalarından xəcalət çəkəcəklər” deyən, jurnalistə “konkret rədd ol” söyləyən, səhiyyəni öz dövründə “qanqrenaya” çevirən Ə.İnsanovun Müsavat qərargahında “söz verilir hörmətli professora” təqdimatı elə hakimiyyətin ən sərt tənqidçiləri tərəfindən pislənildi.

Müsavat başqanı Arif Hacılının təşəbbüsü ilə baş tutan dəyirmi masa ətrafında Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, politoloq Hikmət Hacızadə və Əli İnsanovun demokratiyanı müzakirə eləməsi elə müxalifyönlü, iqtidara ən kəskin tənqidlər yazanlar tərəfindən “topa tutuldu”.

Məsələn, jurnalist Şahvələd Çobanoğlu facebook-da belə reaksiya vermişdi: “Gördülər bir Əli önə çıxmaqdadır, oturtdular günü keçmiş Əli ilə yanaşı.. xalq hərəkatı, strateji düşüncə, nə bilim nə...”

REAL Partiyasından Altay Göyüşov bu görüşdən yayılan şəkli klassik foto adlandırıb: “Adını faciəmizin dəyirmi masası da qoymaq olar. Əli İnsanov bunlara yaraşır, bunlar da Əli İnsanova... İlham Əliyevdən xahiş etmək lazımdır ki, bunları pensiyaya göndərdiyini özlərinə xəbər eləsin”.

Müsavatın başqanlığna namizədi olmuş Yadigar Sadıqlı İnsanovun Rəsulzadənin portreti qarşısında çəkilmiş fotosunu şərhsiz paylaşaraq eyham vurub.

Keçmiş vicdan məhbusu Qiyas İbrahimov Ə.İnsanovu belə xarakterizə edib: “İdeologiyası ”voravskoy" olan adi qisasçı Əli İnsanov diktaturadan qopmayıb, elə indi də gözümüzün önündə diktaturanın canlı simvoludur".

AG Partiyanın sədri Tural Abbaslı “Report”a bildirib ki, təşkilatçı Ə.İnsanovu bu dialoqda iştirak etməyə layiq bilirsə, bu, onun şəxsi qərarıdır: “Ona birdən-birə belə qucaq açmaq cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Biz bunu görməzlikdən gələ bilmərik. Əli İnsanovun müxalifətin dəyirmi masasında təmsil olunması o insanların yanaşdığı mənəvi dəyərlərdən asılıdır. Bizə bununla bağlı müraciət olunsaydı? konkret cavab verərdik”.

Tənqidçi jurnalist Azər Rəşidoğlu görüşə belə şərh verib: “Əli İnsanov prezident olsa, ilk növbədə dəyirmi masada oturanları ”içəri" atacaq".

Norveçdə yaşayan yazar Günel Mövlud isə dəyirmi masanı biabırçılıq adlandırıb: “O dəyirmi masanın porno versiyasını yazıb məclisdə olanların hamısının burnundan gətirmək mənə borc olsun. Başqa heç bir reaksiya düşünə bilmirəm dünənki rüsvayçılığa...”

AXCP Ali Məclisinin üzvü Nicat Abdullazadə belə reaksiya verib: “Dostlar, Əli Kərimlinin doğru qərarlar vermə qabiliyyətinə şübhəm yoxdur. İndiyədək onun verdiyi ən qeyri-populyar qərarların belə sonradan düzgün qərar olduğu sübuta yetib. Amma bəyin dəyirmi masaya qatılmaq qərarını anlamaqda çətinlik çəkirəm. Xalqın onu siyasi partiya liderliyindən xalq liderinə çevirdiyi bir məqamda adları siyasi intriqalarla assosiasiya olunan, birlikləri dağıdan, keçmişi ləkəli adamlarla bir masa ətrafında əyləşməyə Əli bəyi nə vadar etdiyini doğrudan anlamaqda çətinlik çəkirəm”.

“Anlamıram, nə zamandan Əli İnsanov orada oturan müxalifət rəhbərləri ilə səmimi olub və beləcə hamısını bir araya gətirib?! Xeyirdimi, inşallah? Bu şəkildə mübarizələrini elan edirlər eks-nazirlə? Hər kəs bitdi, Əli İnsanovla yola çıxmaq qərarına gəldilər?”, - deyə azərbaycanlı iş adamı Mübariz Mənsimov da dəymir masaya münasibət bildirib.

Onun sözlərinə görə, iqtidar gəncləşirkən müxalifət yaşlanır: “Əli İnsanov bu yaşdan sonra evdə oturub prosesləri kənardan seyr etsə idi, daha məqsədəuyğun olardı. Bəlkə elə deyil? Həbs olunana qədər bir çox insanların taleyi ilə istədiyi kimi oynayan, rüşvətdə günahlandırılan və korrupsiya əməlləri içində üzən, vaxtilə iqtidarın ən güclü fiqurlarından biri, haqlı və ya haqsız yerə həbsdə olan Əli İnsanov indi ”ağır topa" çevrildimi?!"

YAP icra katibinin müavini Siyavuş Novruzov özünün facebook hesabında yazıb ki, vaxtı keçmiş, müddəti bitmiş bir qrup insan yığılıb ora və Azərbaycanın gələcəyi haqqında hər hansı bir qərar qəbul etmək istəyir.

“Bu şəxslər indiyə qədər siyasətdə biabırçı şəkildə məğlub olublar və indi yenidən ”xod"a düşüblər, guya bunları Azərbaycan maraqlandırır, Azərbaycanın problemi maraqlandırır?! Vaxtilə Əli İnsanov insanları işdən qovurdu, onların işə bərpa olunması ilə bağlı məhkəmə qərarlarını cırıb atırdı ki, “mən qanundan üstünəm”. Əli İnsanov belə işləyirdi və korrupsiyaya qurşanmış adam idi. Məhz bu əməllərinə görə o, vəzifəsindən uzaqlaşdırıldı, həbs olundu. İndi bu adam nə millət dərdi çəkəcək? Və yaxud demokratiyadan danışanlar necə korrupsionerlə bir yerdə oturur?" - YAP-çı deputat sual edib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, həmin dəyirmi masa ilə bağlı ona aydın olmayan məsələlər var: “Hansı məntiqlə, hansı tarixi xidmətlər, prinsiplər əsas götürülüb? Mən bax, bu haqda məlumatsızam. Ona görə Allah xeyir versin”.

Ə.İnsanovun tədbirdə iştirakına isə VHP sədri belə şərh verdi: “Şəxsiləşdirmək istəmirəm. İnsan ömrüdür, mövqelər, prinsiplər dəyişir. Ancaq ora toplaşanları əsas müxalifət kimi qələmə vermək doğru deyil. Ümumiyyətlə, həmin görüş mənə aydın olmayan formatdır. Çünki müxalifət düşərgəsi böyükdür, dəfələrlə yığışır, ayrılır, hər dəfə də sarsılır. Hesab edirəm ki, toplaşmalara daha ciddi baxmaq lazımdır”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54
AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50
Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42
Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32
Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19
“First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14
Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36
Karapetyanın adamı həbs edildi
Dünən, 19:34
Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56
Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36
Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22
Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51
Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49
"AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46
Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40
“Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28
Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16
Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13
Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02
Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40
AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37
Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35
"Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29
"Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04
Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03
“VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59
Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58
Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Dünən, 12:47
“Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Dünən, 12:45
Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Dünən, 12:35
Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Dünən, 12:30
Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Dünən, 12:27
Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Dünən, 12:17
“Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Dünən, 11:57
Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Dünən, 11:54
“Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Dünən, 11:52
Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Dünən, 11:48
İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Dünən, 11:42
Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Dünən, 11:36
"Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Dünən, 11:22
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Dünən, 11:18
"Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Dünən, 11:16
Tramp onları İrana göndərmək istədi: - Kimsə əl qaldırmadı
Dünən, 11:00
Azərbaycan nefti bahalaşıb
Dünən, 10:53
"Körpə uşağımız var, məcbur olub odundan istifadə edirik" - NARAZILIQ VAR...
Dünən, 10:51
Tramp istəsə də, Türkiyəyə F-35 verməkdə əli-qolu bağlıdır - Hərbi ekspert Hüseyn Fazla
Dünən, 10:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru