“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” .....                     İnsanların sağlamlığı ilə oynayırlar... .....                     Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək .....                     Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... .....                     İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? .....                     Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... .....                     Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır .....                     Rəqqasə bədənindəki tatuları .....                     İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb .....                     Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub .....                     "Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? .....                     "Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" .....                     Bakıda daha bir İran aşiqi həbs edildi .....                     Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır .....                     "Xaricdən maşın sifariş versəm, bundan tez gələr" .....                     "Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" .....                     İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... .....                     Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, .....                     Məcnun Məmmədovun unikal kadrları .....                     Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... .....                     Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib .....                     Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                 

Hökumətdə müxalifətə yer verilə bilər? - AÇIQLAMA
Tarix: 24-10-2019, 12:08 | Çap et
Hökumətdə müxalifətə yer verilə bilər?
Ölkədə islahatların yeni dalğası başlayıb.

Oktyabrın 8-də Novruz Məmmədovun Baş nazir vəzifəsindən azad edilməsi ilə başlayan yeni mərhələ Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənovun istefa ərizəsini yazması ilə davam edib. Ardınca Mikayıl Cabbarov vergilər naziri vəzifəsindən azad edilərək iqtisadiyyat naziri təyin olunub. Üstəlik İqtisadiyyat nazirliyinin strukturu kifayət qədər genişləndirilib. Ramiz Mehdiyev də Prezident Aparatının rəhbəri vəzifəsindən azad olunub və AMEA Prezidenti seçilməklə yanaşı, Təhlükəsizlik Şurasına üzv edilib.

Cəmiyyətin də, siyasi cameənin də budəfəki islahatlardan gözləntisi var.

Maraqlıdır, xüsusilə iqtisadi sahəni əhatə edəcəyi gözlənilən islahatlarda müxalifətin potensialından istifadə mümkün görünürmü?

Respublikaçı Alternativ Partiyasının (REAL) sədr müavini Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, iqtidarın kadr bankına müxalifəti daxil etməsi ancaq koalisiya hökumətinin qurulması ilə mümkün ola bilər:

“Burada başqa variantların olması məntiqsizdir. Çünki özünə müxalifət deyən partiyalar siyasi proseslər nəticəsində özü hökumət qurmağı düşünür. Ona görə də hər hansı formada koalisyon hökumətin yaradılması gündəmə gələrsə, o zaman mümkün ola bilər. Kadr dəyişikliyi zamanın tələbi idi. Çünki ölkədə nəsil dəyişimi baş verir və yeni nəsil öz təmsilçilərini həm iqtidarda, həm müxalifətdə, həm iş həyatında, həm sosial həyatda görmək istəyir. Biz bunu illərdir ki, deyirik. Nəhayət, hökumətdə də bunabənzər mesajların olduğunu gördük. Amma kadr dəyişikliyi vacib olsa da, həlledici deyil. Həlledici olan sistem islahatlarıdır, idarəetmənin fəlsəfəsinin, təməlinin, yanaşmasının dəyişməsidir. İndiki sərt idarəçilik formasında Nazirlər Kabineti artıq lazımsız bir quruma çevrilib. Çünki Prezident özü Nazirlər Kabinetinin iclasını keçirir, özü tapşırıqlar verir, özü nazirləri, dövlət idarə rəhbərlərini dinləyir və müvafiq olaraq bütün icra strukturuna özü rəhbərlik edir. İndiki prezident üsul-idarəsində Nazirlər Kabinetinin olması mənasız olur. Ona görə də dəyişiklik islahata çevriləcəksə, qanunların, Konstitusiyanın dəyişməsi nəticəsində idarəetmənin çevikliyinin artırılması ilə müşayət olunmalıdır. Prezidentin yanında kiçik və çevik hökumət modelinə keçidlə bağlı addımlar atılmalıdır. Bu, prezident respublikalarının az qala hamısında eynidir. Uğurlu prezident respublikasında Nazirlər Kabineti olmur. Ona görə də gələcəkdə kadr dəyişiklikləri ilə paralel idaretmə fəlsəfəsinin də qanunvericilik səviyyəsində dəyişdirilməsini gözləyirəm. Yerli özünüidaretmə problemləri həll olunmalı, QHT qanunvericiliyi dəyişməli, mer institutları təsis olunmalıdır. Qanunvericilik səviyyəsində bir çox dəyişikliklər olmalıdır ki, islahatların effektiv davam etməsi üçün şərait yaransın. Əgər bizə açıq siyasi danışıqlarla gələcəkdə koalisyon hökumətin qurulması ilə bağlı təklif gəlsə, bunu dəyərləndirə bilərik. Amma indiki sistem çərçivəsində hər hansı bir kadrımızın hökumətdə təmsil olunması real görünmür. Bizim 318 nəfərdən ibarət xaricdə təhsil almış, kifayət qədər təcrübə və biliyə malik olan kadr bankımız var. Neçə illər bununla bağlı iş aparmışıq. Ona görə də istəyirik ki, normal demokratik seçkilər keçirilsin, hər bir partiya potensialını ortaya qoya bilsin. Əgər heç bir partiya mütləq üstünlük qazanmayacaqsa, o zaman indiki iqtidar partiyası ilə də koalisyon hökumətlə bağlı danışıqlar apara bilərik. Bunun üçün kifayət qədər siyasi iradəmiz və kadr potensialımız var”.

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bildirib ki, kadr dəyişikliyi davam edəcək, mühim olan isə idarəçilik fəlsəfəsinin dəyişməsidir:

“Mən təxminən bir həftə əvvəl hər iki nəfərin adını çəkmişdim ki, bu şəxslər vəzifədən getməlidir. İqtidarın kadr bankına müxalifəti daxil edib-etməyəcəyini deyə bilmərəm. Qərarlarının nə olacağını bilmək olmaz. Hansısa postu tutmaqla bağlı təklif gəlsə, dəyərləndirərik. Amma hansı şərtlər, hansı təkliflər, hansı işlərlə bağlı olacağını deyə bilmərəm. Bizim bütün sahələr üzrə kadrımız var. Sadəcə, ölkədə siyasi niyyət bilinməlidir. Niyyət bilinməsə, vəzifə xatirinə vəzifəyə getmək olmaz. Hökumətin nə istədiyini bilmək lazımdır. Hökumətin məramı açıq olmalıdır. Açıq şəkildə nümayiş etdirməlidir ki, ölkədə nəyi dəyişmək istəyir. Bizim mübarizəmizin məqsədi ölkəni düzəltməkdir. Əgər kimsə bunu vəzifə kimi qavrayırsa, yanılır. İdarəçilik fəlsəfəsi dəyişməlidir, kadr yox, kadr dəyişikliyi də azdır. Kadrların dəyişməsi öz-özlüyündə müsbət haldır, amma onunla paralel idarəçilik fəlsəfəsi, xalqa münasibət, davranış, maddi nemətlərin bərabər bölgüsü, həmin bölgüyə yenidən baxılması, regionçuluqdan imtina və.s məsələlər kompleks şəklində ortaya qoyulmasa, vəzifə alverinə getmək yanlışdır. Düşünürəm ki, kadr dəyişikliyinin davamı olacaq. Çünki son müşavirədən bu göründü”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Ehtiram Mehdiyev vurğulayıb ki, iqtidar müxalifət nümayəndələrinə hansısa post təklif edərsə, bu, cəmiyyətə barış mesajı göndərər:

“Hazırda ölkəmizdə yeni siyasi dövrün başlandığının şahidi oluruq. Müxtəlif dövrlərdə ictimai-siyasi prosesləri dəyişən kadr islahatlarının Azərbaycanda dövlətçiliyi və idarəetməni möhkəmləndirməyə xidmət etdiyini düşünsək də, bəzi zamanlarda bunun əksini gördük. Çünki vəzifəyə təyin olunan məmurların əksəriyyəti məsuliyyət hissini dərk etmədilər. Hətta vəzifələrindən sui-istifadə edərək dövlət maraqlarına xəyanət etdilər. Ümumiyyətlə, kadr islahatları idarəetmənin təkmilləşdirilməsinə xidmət etməlidir. Bunun üçün də kadr seçərkən heyəti cavanlaşdırmaqla yanaşı, dövlət maraqlarını da prioritet hesab etmək lazımdır. Hesab edirəm ki, bu, perspektiv inkişaf hədəflərini müəyyənləşdirmək üçün əsas şərtlərdən biri sayılır. İqtidarın kadr islahatlarında əks düşərgənin, yəni müxalifətin də potensialından istifadə edilməlidir. Müxalifət partiyalarında ölkədəki mövcud vəziyyəti düzgün analiz edən kifayət qədər savadlı, intellektual və ən əsası dövlət maraqlarını üstün tutan kadrlar var. Düzdür, etiraf edim ki, bəzi ənənəvi müxalifətçiləri toplasan, bir rayonu idarə edə bilməzlər. Çünki onlar üçün dövlət maraqları yox, paxıllıq, vəzifə hərisliyi, mənəm-mənəmlik daha alidir. Hesab edirəm ki, iqtidar belə addımı ilə cəmiyyətə barış mesajı da verə bilər. Əbülfəz Elçibəyin siyasi yolunu davam etdirən, xalqın səsini, etimadını qazanan AXCP olaraq digər partiyalardan ən vacib fərqimiz geniş, hazır proqram təminatına malik olmağımızdır. Bizim partiyanın ali məqsədləri daha güclü cəmiyyətin qurulmasına xidmət edir. Bütün dövrlərdə partiyamız nəyi deyib, nəyi tənqid edirsə, nəyi fərqli görmək istəyirsə, mütləq şəkildə çıxış yolunu da göstərir. Hazırda partiyamızda bir neçə sahəyə uyğun kadrlar var. İnanıram ki, dövlətini sevən, onun maraqlarına xidmət edən bu kadrlarla idarəetmənin təkmilləşdirilməsinə, dövlətçilik və idarəetmənin möhkəmləndirilməsinə öz töhfəmizi verə bilərik”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə kadr dəyişikliyinin heç bir fayda verməyəcəyi, mövcud gərginliyi azaltmayacağı fikrindədir:

“Düşünürəm ki, idarəetmə dəyişmədikcə, kadr dəyişikliyinin Azərbaycana heç bir xeyri olmayacaq. Mənə elə gəlir ki, cəmiyyətdə nələrinsə dəyişdiyi təsəvvürünü yaratmaq üçün hökumət belə addımlar atır. Bu, hökumətin özü üçün lazımsız bir yol seçdiyini göstərir. Gərginliyi azaltmaq üçün kadr dəyişikliyinin edilməsi də bunun kimidir. Azərbaycanda mütləq şəkildə idarəetmə dəyişməlidir. Kadr dəyişikliyi ilə gərginliyi aradan qaldırmaq mümkün olmayacaq. Camaatı narahat edən Hacıbala və ya başqası deyil, camaatı narahat edən idarəetmənin aşağı keyfiyyətli olmasıdır. Əgər hökumət bizim müxalifətçilik missiyamızı saxlamaqla bizə əməkdaşlıq təklif etsə, böyük məmnuniyyətlə təklifi qəbul edərik. İnkişaf fikirlərin ziddiyyətindən meydana çıxır. Biz çalışarıq ki, əldə etdiyimiz təcrübəni dövlətimizin inkişafına, xalqımızın rifahına sərf edək. Yoxsa Hacıbala kimi səhv və ya düz olmasından asılı olmayaraq hər şeyə “bəli-bəli” deməyi qəbul etmərik. Nə qədər yüksək post olmasından asılı olmayaraq, o postu seçmərik. Bizə yalnız xalqa xidmət edə biləcəyimiz vəzifə təklif olunarsa, razılaşarıq. İdarəetmədə nazirlər və komitə sədrləridir ki, bunlar da siyasi postlardır. Buraya yüksək ideallı, vətəninə, xalqına bağlı, müəyyən mənada dünyagörüşü olan insanlar lazımdır. Digər kadrlar mütəxəssislər olmalıdır. Bizə hansısa idarədə idarə müdirliyi təklif olunmayacaq ki... Bizə siyasi post təklif olunmalıdır. İstənilən siyasi postda idarəetmə necə olmalıdırsa, onu nümayiş etdirərik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Bu gün, 11:14
İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Bu gün, 11:12
Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Bu gün, 11:00
Abbas Əhmədov tək-tək onlara hədə zəngləri edib... - BU NƏDİ BELƏ?
Bu gün, 10:50
İrəvandakı qondarma “soyqırımı” abidəsi sökülür? – Ermənistanda sensasion iddia
Bu gün, 10:45
Araik Arutyunyan Paşinyanın Qafandakı rəsmi tədbirdəki çıxışını şərh etdi... - "Armenian Tayms"
Bu gün, 10:39
Şərur Rayon İcra Hakimiyyəti kompüter, printer, ofis dolabı alır
Bu gün, 10:34
Rəqqasə bədənindəki tatuları BELƏ GÖSTƏRDİ
Bu gün, 10:31
İrəvan Bakı qarşısında silah öhdəliyi götürüb - “Armenian report”
Bu gün, 10:14
Azərbaycandakı iri tekstil şirkətinin rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 10:09
"Sədərək"dəki yanğına görə sahibkarlara dəymiş ziyanı kim ödəyəcək? - AKTUAL
Bu gün, 10:06
"Bizim üçün təhdid ya Xəzərdən, ya da havadan ola bilər" - ONA GÖRƏ DƏ...
Bu gün, 10:02
Bakıda daha bir İran aşiqi həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:55
Rusiya Ermənistandakı vətəndaşlarının gəlirlərinə nəzarətə başlayır - İLGİNC
Bu gün, 09:51
"Xaricdən maşın sifariş versəm, bundan tez gələr" - ETİRAZ VAR...
Bu gün, 09:43
"Evlərimiz AAAF Park-dan ALINSIN, dövlətin balansına keçsin!" - sakinlər TƏLƏB ETDİ!!!
Bu gün, 09:34
İsmayıllıda MEŞƏNİN İÇİNDƏ EV... - BU REKLAM DEYİL... ÖZBAŞINALIQ FAKTIDIR!
Bu gün, 09:11
Böyük Britaniyada “pəncərədən əl çıxarmaq” 5 min funt, Azərbaycanda isə 40 manat cərimədir
Bu gün, 09:03
Məcnun Məmmədovun unikal kadrları - “Şərikli çörək kolxozu”
Bu gün, 08:57
Ermənilər Laçın sakininin evini obyektə çevirdi: İNDİ DƏ GERİ ALA BİLMİR... - BU NƏDİ BELƏ?
Bu gün, 08:53
Tramp ABC və NBC telekanallarının yayım lisenziyalarının ləğvini dəstəkləyəcəyini bildirib - KİV
Bu gün, 07:54
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru