Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... .....                     Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib .....                     Növbəti “rəngli inqilab” cəhdi .....                     Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi .....                     Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü .....                     DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! .....                     Dudanın “durbin şousu” .....                     “Qara yumor” və ya ikiüzlülüyün zirvəsi .....                     Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq .....                     Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir .....                     Rusiyada 8, Ukraynada isə 5 min əsir var .....                     İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı .....                     Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik .....                     Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” .....                     Erməni general İtaliyada: .....                     Kursk təmizlənir .....                     Kartdan-karta ödəniş necə aşkarlanır? .....                     Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: .....                     "Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb .....                     "Nəvəmə qızımın adını qoymuşam" .....                     Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: .....                     Mülayim şərq küləyi əsəcək .....                     Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb .....                     Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? .....                     Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib .....                     Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib .....                     Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər .....                     Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: .....                     Ermənistan ordusunda skandal: .....                     Aİ səfiri dezinformasiya yayır .....                     Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi .....                     Avropa İttifaqı: üzüqara Borrel gedir .....                     “CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib .....                     FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi .....                     Bir tərfədən Rusiya, digər tərəfdən... .....                     Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ .....                     Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” .....                     Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır .....                     Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb .....                     BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... .....                 

“Gəlir deklarasiyası, maliyyə amnistiyası və Rəqabət Məcəlləsi tətbiq edilməlidir” - deputat
Tarix: 24-10-2019, 08:45 | Çap et
 “Gəlir deklarasiyası, maliyyə amnistiyası və Rəqabət Məcəlləsi tətbiq edilməlidir”
İqtisadiyyat naziri postundan baş nazirin müavini vəzifəsinə təyin olunan Şahin Mustafayevi qəbul edən prezident İlham Əliyev ölkə iqtisadiyyatındakı bir sıra problemlərə toxunub.

“Yeni Müsavat” xəbər verir ki, Azərbaycan iqtisadiyyatının son 15 il ərzində üç dəfədən çox artdığını bildirən dövlət başçısı əldə edilmiş uğurlarla kifayətlənməməyin gərəkdiyini qeyd edib: “İqtisadi sahədə hələ də bir çox problemlər mövcuddur, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılmalıdır. Xüsusilə ölkə iqtisadiyyatının qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi sahəsində hələ ki bir çox işlər görülməlidir. Düzdür, ölkə iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə qoyulubdur. Bunun yarısı xarici sərmayədir. Ancaq bu sərmayənin də böyük əksəriyyəti neft-qaz sektoruna qoyulan sərmayədir. Bizim vəzifəmiz xarici investorları inandırmaqdır ki, ölkəmizin qeyri-neft sektoruna daha böyük həcmdə sərmayə qoysunlar. Eyni zamanda yerli şirkətlər üçün elə gözəl biznes iqlimi yaradılmalıdır ki, Azərbaycan şirkətləri ölkə iqtisadiyyatına böyük həvəslə sərmayə qoysunlar”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda iqtisadi artım demoqrafik artımı üstələməlidir: “Buna nail olmaq üçün biz yeni artım mənbələri aşkar etməliyik. Onlardan biri kölgə iqtisadiyyatına qarşı mübarizədir. Əfsuslar olsun ki, hələ kölgə iqtisadiyyatı bizim iqtisadiyyatımızın bir hissəsini ehtiva edir. Düzdür, bütün postsovet ölkələrində bu problem var və ölkələr çalışırlar ki, bu problemlə mübarizə aparsınlar. Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə daha mütəşəkkil formada aparılır. Hesab edirəm ki, kölgədən çıxarılacaq biznes, əlbəttə, bizim iqtisadi göstəricilərimizi də düzəldəcək. Yəni göstəricilər reallığı əks etdirəcək. Eyni zamanda biznes dairələri bilməlidirlər ki, ölkədə vahid qanunlar, vahid qaydalar mövcuddur. İnhisarçılığa qarşı çox ciddi mübarizə aparılmalıdır. Bəzi hallarda dövlət məmurları, hansılar ki, eyni zamanda müxtəlif biznes dairələrinə də kömək göstərirlər, onlar haqsız rəqabət aparırlar. Azərbaycanda inhisarçılığa qarşı mübarizə mütəşəkkil xarakter daşımalıdır. Əgər biz buna nail olsaq, əlbəttə, biznes dairələri üçün daha yaxşı şərait yaradılacaq”.

Dövlət başçısı həmçinin qeyri-neft ixracının artmasının zəruriliyini vurğulayıb: “Bu gün ölkə iqtisadiyyatının 85 faizi özəl sektorda formalaşır. Qeyri-neft sektorumuz da artır, 9 ayda 3,5 faiz artıb, kənd təsərrüfatı 7 faizdən çox artıb, qeyri-neft sənayesi 15 faizdən çox artıb. Ancaq biz bilirik ki, ehtiyatlar kifayət qədər böyükdür. Özəl sektorun iqtisadi sahədə payı yüksək olsa da, bilirik, bizdə qeyri-neft ixracı hələ ki çox aşağı səviyyədədir. Mütləq rəqəmlər artır, amma faiz nisbəti artmır. Bunun, əlbəttə, səbəbi ondan ibarətdir ki, son illər aparılan uğurlu enerji siyasəti nəticəsində biz daha böyük həcmdə təbii qazı hasil edirik və beləliklə, enerji resurslarının ümumi daxili məhsuldakı payı artır və artacaq, yeni kontraktlar üzrə kəşfiyyat və qazma işləri aparılır. Buna uyğun olaraq qeyri-neft sektoru da, qeyri-neft ixracı da artmalıdır. Hələ ki, ixracımızın əsas hissəsi neft-qaz və neft məhsulları hesabına təmin edilir”.

Prezidentin bu fikirlərini şərh edən millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bildirib ki, dövlət başçısı hər dəfə hökumət müşavirəsində ölkə iqtisadiyyatı üçün vacib olan məsələlərə toxunur: “Birinci məsələ qeyri-neft sektorunun inkişafıdır. Doqquz ayın sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə də cənab prezident bu məsələdən bəhs etmişdi. Orada çox ciddi şəkildə bildirdi ki, bu qədər vəsait qoyuruq, amma qeyri-neft sektorunda ciddi artım yoxdur. Şahin Mustafayevi qəbul edərkən isə bildirdi ki, biz büdcəmizi faktiki olaraq neftdən əldə olunan gəlirlərin hesabına formalaşdırırıq. Bu, doğrudan da belədir. Yəni prezident mövcud vəziyyəti gözəl bilir. Uzun illərdir qeyri-neft sektorunun inkişafına vəsait qoyuruq, müxtəlif dəstək və təşviq tədbirləri həyata keçirilir, amma ortada olan nəticə çox aşağıdır. Biz də millət vəkili olaraq həmişə bu məsələni gündəmdə saxlamışıq, Milli Məclisdə müzakirələr zamanı hökumətə təkliflərimizi vermişik. Ona görə ki, bu gün bizim qeyri-neft sektorumuzun strukturunda ciddi problemlər var. Elə struktur sahələrini inkişaf etdirmək lazımdır ki, həm ixracyönümlü olsun, həm də daxili tələbatın təmin olunmasında mühüm rol oynasın. Bu gün ixracımızın 90-92 faizi neft-qaz və neft məhsullarıdır. Bu, çox ciddi problemdir. Yeni təyin olunacaq iqtisadiyyat nazirinin fəaliyyətində burada çox şey asılıdır. Bu yaxınlarda baş nazirin təyinatı zamanı qaldırdığım üç məsələdən biri məhz qeyri-neft sektorunun inkişafı idi. Bu məsələ Azərbaycan üçün ən prioritet istiqamətlərdən biridir. Çünki sabah neft bazarında qiymətlərin düşməsi baş verərsə, biz yenidən problemlərlə üzləşə bilərik. Elı olmalıdır ki, heç olmasa cari xərclərimizi qeyri-neft sektorunun hesabına təmin edək”.

Millət vəkili qeyd edir ki, son illərdə qeyri-neft sektorunun inkişafı üçün xeyli işlər görülüb: “Sənaye məhəllələri, parkları yaradılıb, digər addımlar atılıb. Lakin bu işlərin effektivliyi aşağıdır, əldə olunan nəticələr qaneedici deyil. Buna görə də bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsinə, daha effektiv tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.

V.Əhmədov Azərbaycanda kölgə iqtisadiyyatının səviyyəsinin yüksək olduğu qənaətindədir: “Bu, çox ciddi məsələdir. Bütün dünyada kölgə iqtisadiyyatı var. Azərbaycanda bu problemi cənab prezident ciddi şəkildə bir neçə il əvvəldən qaldırıb. Vergi, gömrük sistemində ciddi islahatlara gedildi, bu sahələrdə şəffaflıq təmin edildi. Daha sonra ikili mühasibatlığın aradan qaldırılması üçün addımlar atıldı. İndi lazımdır ki, digər sahələrdə belə addımlar atılsın. Çünki Azərbaycanda kölgə iqtisadiyyatı hələ də yüksək olaraq qalır. Bunun əsas səbəbləri inhisarçılığın olması, bazarlarda azad rəqabətin olmaması, məmur-oliqarxların biznes fəaliyyəti ilə məşğul olmaları və sair bu kimi problemlərdir. Bu problemlərin nəticəsidir ki, Azərbaycanda kölgə iqtisadiyyatı bizim hesablamalarımıza görə, 25-30 faiz səviyyəsindədir. Düzdür, bəzi beynəlxalq araşdırmaçılar, mərkəzlər bunun səviyyəsinin daha yüksək olduğunu deyirlər. Hətta Azərbaycanda kölgə iqtisadiyyatının 60 faiz olduğunu deyənlər də var. Dövlət Statistika Komitəsi isə 8-9 faiz deyir. Mən bunu da real hesab etmirəm. Bizim hesablamalarımız bunun 25-30 faiz civarında olduğunu göstərir”.

Millət vəkili kölgə iqtisadiyyatının aradan qaldırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsini zəruri hesab edir: “Birincisi, gəlir deklarasiyalarının təqdim olunmasını mütləq təmin etməliyik. Azərbaycanda ”Gəlir deklarasiyaları haqqında" Qanun qəbul olunub, amma normativ sənədlər yoxdur. Bu sənədlər hazırlanmalı və qanunun tətbiqinə başlanmalıdır. İkinci məsələ maliyyə amnistiyasıdır. Biz uzun müddətdir bunu təklif edirik. Maliyyə amnistiyası haqqında ayrıca qanun qəbul olunmalıdır. Bu qanun elə olmalıdır ki, vəsaitlərini ölkəyə gətirən, yaxud leqallaşdıran şəxslər həmin vəsaitlərdən yalnız iqtisadiyyata investisiya kimi yatırsınlar. Üçüncü vacib məsələ sağlam rəqabət mühitini tənzimləyəcək məcəllənin qəbul olunmasıdır. Strateji yol xəritəsində Rəqabət Məcəlləsinin qəbul olunması üçün son müddət kimi 2020-ci il göstərilib. Prezidentin inhisarçılığa qarşı mübarizə məsələsini önə çəkməsindən sonra Rəqabət Məcəlləsinin qəbulu prosesinin sürətləndirilməsi çox vacibdir. Hesab edirəm ki, biz bu payız sessiyasında məcəlləni müzakirə və qəbul edə bilərik".

Sabiq maliyyə naziri, iqtisadçı-alim Fikrət Yusifov bildirir ki, prezident 4 il bundan öncə ölkədə postneft erasının başlandığını rəsmi bəyan edib, sürətli iqtisadi islahatlara start verib: “Son 15 il ərzində dünyanın heç bir ölkəsində iqtisadi islahatları sürətləndirmək üçün bu qədər qərarlar və qanunlar qəbul edilməyib desək, yanılmarıq. Aydındır ki, bu qərarların demək olar ki, hər biri bilavasitə islahatların əsas hədəflərini müəyyənləşdirən və onların aparılmasına rəhbərlik edən dövlət başçısının təşəbbüsü ilə qəbul olunur. Təbii ki, son 4 il ərzində qəbul edilən əksər qərarların və qununların başlıca məqsədi iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etməkdən ibarət olub. Sürətli iqtisadi islahatlara start verildikdən sonra bir-birinin ardınca qəbul edilən qərarlar fonunda ölkə iqtisadiyyatının real sektorunda ikirəqəmli artım templərinə çatılacağına heç kəsin şübhəsi yox idi. Lakin bu gözləntilər özünü doğrultmadı. Elə bu səbəbdəndir ki, bu ayın 15-də keçirilən iqtisadi müşavirədə və sabiq iqtisadi inkişaf nazirini baş nazirin müavini vəzifəsinə təyin edəndə də prezident qeyri-neft sektorunun inkişaf sürətindən və bu sektordan ixracın səviyyəsindən narahatlıq ifadə etdi”.

Sabiq nazir bildirir ki, dövlətin islahatları aparmaq üçün praktik olaraq əldə olan bütün rıçaqları işə saldığı bir vaxtda nəticələrin belə zəif olması məyusluq doğurur: «Prezident Şahin Mustafayevi qəbul edərkən kölgə iqtisadiyyatı, inhisarçılıq və biznesdə məmur himayədarlığı ilə bağlı kəskin fikirlər səsləndirdi. Bu neqativ halların mövcudluğunun kökündə ilk növbədə məmur özbaşınalığı dayanır. Bu sıraya onların səriştəsiz idarəçiliyini də əlavə etsək, o, halda qəbul edilən qərarların gözləntiləri doğrulda bilməməsinin səbəbləri tam aydınlaşar. Elə bu səbəbdəndir ki, prezident indi kadr islahatlarına start verdi. “Kadrlar hər şeyi həll edir” kimi məşhur bir deyim indi daha aktual görünür. Çünki yerində olan, dövləti və xalqı üçün vicdanla çalışmağı hər şeydən üstün tutan kadrlar həmişə yaxşı nəticələr əldə edə biliblər".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mehdiabadda 45 yaşlı kişi azyaşlı qıza təcavüz etdi: Atası və dostları isə... - Şok təfərrüat
Bu gün, 15:30
Daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib - FOTO
Bu gün, 15:25
Növbəti “rəngli inqilab” cəhdi – Qərb Gürcüstanı fəlakətə sürükləyir
Bu gün, 15:01
Mahnı qalmaqalına görə işdən çıxarılan direktor vəzifəyə bərpa edildi - QƏRAR
Bu gün, 14:47
Nazirin nəzərinə İSTİ FAKT: Camaata verilən heyvanlar xəstə çıxdı, ikisi öldü - FACİƏ DEYİL... AMMA FAKTDIR!
Bu gün, 14:10
DTX Qəhraman Məmmədovla bağlı MƏLUMAT YAYDI! 70 kq qızıl əməliyyatının BÜTÜN DETALLARI! - ƏSLİNDƏ...
Bu gün, 14:07
Dudanın “durbin şousu” - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:02
“Qara yumor” və ya ikiüzlülüyün zirvəsi - Bir tərəfdən sıxışdır, digər tərəfdən dəvət et
Bu gün, 14:00
Xankəndi Dövlət Dram Teatrı təmir olunacaq - DETALLAR
Bu gün, 13:58
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir - DİQQƏT!
Bu gün, 13:12
Rusiyada 8, Ukraynada isə 5 min əsir var - "The Wall Street Journal"
Bu gün, 13:07
İmamoğlunun “itib-batan” Bakı səfərinin sensasion detalı - VİDEO
Bu gün, 13:05
Biz heç kimə Gürcüstanı şantaj etmək və qətnamələrlə hədələmək icazəsi verməyəcəyik - “Gürcü Arzusu”
Bu gün, 13:02
Mikaelyan sərhəddən görüntü yaydı: “Döyüşə hazırıq” - QAŞINIRLAR!
Bu gün, 12:58
Erməni general İtaliyada: - Hərbi əməkdaşlıq genişləndirilir
Bu gün, 12:56
Kursk təmizlənir - ATACMS sursatları məhv edildi
Bu gün, 12:52
Kartdan-karta ödəniş necə aşkarlanır? - “Bu məlumatı vergiyə banklar ötürür”
Bu gün, 12:37
Xəstəxanaya yerləşdirildiyi deyilən XALQ ARTİSTİ: - “Evdəyəm”
Bu gün, 12:35
"Fitch Solutions" Azərbaycanın iqtisadi artım proqnozu yaxşılaşdırıb - MÜHÜM
Bu gün, 12:32
"Nəvəmə qızımın adını qoymuşam"
Bu gün, 12:31
Yunanıstan Ermənistana köhnə sovet silahlarını satır: - Bu, Bakı üçün nə deməkdir?
Bu gün, 12:27
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:24
Yaqub Eyyubov Paşinyanın müavini ilə görüşüb - 10 dəqiqədən çox ayaqüstü söhbət ediblər
Bu gün, 12:15
Partiyalar bələdiyyə seçkilərinə necə hazırlaşır? - SORĞU
Bu gün, 12:11
Mingəçevir şəhəri 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Natiq Qasımovun adı verilib - UNUTMARIQ!!!
Bu gün, 12:03
Şirvanda 13 hektar ərazi başçı tərəfindən zəbt edilib - Qazinin əli ilə...
Bu gün, 12:02
Ordunun müxtəlif bölmələri dağlıq və meşəlik ərazilərdə şərti döyüş tapşırıqları icra ediblər - VİDEO
Bu gün, 12:00
Gürcüstanda rus jurnalistə xəsarət yetirilib: - əlləri, üzü, boynu yanıb
Bu gün, 11:52
Ermənistan ordusunda skandal: - Əsgərləri “zəhərləyirlər”
Bu gün, 11:44
Aİ səfiri dezinformasiya yayır - “Gürcü Arzusu”
Bu gün, 11:43
Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi -“Bild”
Bu gün, 11:41
Avropa İttifaqı: üzüqara Borrel gedir - gələn Kallasdan nə gözləməli?
Bu gün, 11:40
“CPM İnvest İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
FHN-nin keçmiş idarə rəisinə Milli Məclisdə vəzifə verildi - FOTO
Bu gün, 11:25
Bir tərfədən Rusiya, digər tərəfdən... - ABŞ Ukrayna torpaqlarını belə ƏLƏ KEÇİRİR
Bu gün, 11:23
Naxçıvan Ali Məclis sədrinin maaşı əhalinin ortalama maaşından 10 DƏFƏ ÇOX OLACAQ - hələlik sədr yoxdur, amma...
Bu gün, 11:17
Təcili Tibbi Yardım Mərkəzinin avtomobilləri hər il nə qədər ehtiyyat hissəsi “yeyir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xaricdən 3,5 manata alınan şabalıd marketlərdə 11 manatdan baha satılır - QİYMƏTLƏR
Bu gün, 11:08
Naxçıvanda daha bir neçə idman federasiyası fəaliyyətini dayandırıb - SİYAHI
Bu gün, 11:03
BU NƏDİ BELƏ: COP29-a görə əkilən ağaclar... indi də KÖKÜNDƏN ÇIXARILIR... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:00
Lalə Şövkət siyasətə GERİ QAYIDIR?
Bu gün, 10:55
"Canəli Nəbiyev cinayət məsuliyyətinə cəlb olunmalıdır" - MÜRACİƏT
Bu gün, 10:54
Mirzoyan Finlandiya Prezidenti ilə Bakı və İrəvan arasında normallaşma prosesini müzakirə edib
Bu gün, 10:49
"Bəzi deputatların səsləndirdikləri fikirlər Prezidentin həyata keçirdiyi siyasətlə ziddiyyət təşkil edir" - REAKSİYA
Bu gün, 10:48
Rus ordusu Donetskdə irəliləyib - “DeepState”
Bu gün, 10:43
Azərbaycan haqlıdır, sülh ancaq bu şərtlə imzalana bilər - Arif Hacılı
Bu gün, 10:40
Ağdaş sakini Mehriban Əliyevaya MÜRACİƏT ETDİ - "Ümidimiz tək Sizsiniz..."
Bu gün, 10:37
Naxçıvan rəhbərliyinin “B” planı - İki qəlibçiyə görə elan veriblər
Bu gün, 10:25
Zəngəzura nəzarət belə olacaq - Əsas mexanizm açıqlandı
Bu gün, 10:12
Cəlilabadda iki məktəbin bir direktoru var?! - BU NƏDİ BELƏ?..
Bu gün, 10:10
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru