“Nə qədər ki, təfəkkürləri yenilənməyib, elə bu şəkildə də qaragüruhçu olacaqlar” - deputat
Tarix: 8-10-2019, 08:59 | Çap et
 Bu gün Milli Şuranın piketidir. Aksiya Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçiriləcək. BŞİH-in razılıq verdiyi piketdə maksimim iştirakçı sayı 50 olmalıdır.
Milli Şuranın 28 sentyabr mitinqi üçün müraciətinə verilən müsbət cavabın ardından Bakının mərkəzində planlaşdırdığı piketə də icazə verilməsi çoxsaylı müzakirələr yaradıb. Aksiyanın təşkilatçıları bu cavabı müsbət dəyərləndirirlər. Amma bununla belə, piketdə təxribat hallarının baş verə biləcəyi ehtimal edilir. Milli Şura funksionerləri və tərəfdarları piketi kənardan müşahidə etmək üçün çoxsaylı insanların olacağını deyirlər. Bu da təxribat ehtimallarını artırmaya bilməz. Hakimiyyət düşərgəsinin təmsilçiləri bir-birinin ardınca uyarıcı çağırışlar edir, əks halda, təxribat hallarının qarşısının qətiyyətlə alınacağını bildirirlər.
Piketin əsas təşkilatçısı sayılan AXCP sədri Əli Kərimli də facebook səhifəsində paylaşdığı statusda aksiyaya icazə verildiyini müsbət dəyərləndirib və ardınca xeyli sayda adamın piketi izləmək istədiyini qeyd edib. AXCP lideri əsas hədəflərinin mitinq hüquqlarını əldə etmək olduğunu söyləyərək, müşahidəçi qismində gələnləri piketçilərlə aralarında məsafə qoymağa çağırıb.
Faktiki olaraq belə mənzərə yaranır ki, AXCP rəhbərliyi piketi qanunsuz, icazəsiz mitinqə çevirmək üçün bəri başdan “əl yeri” qoyub...
YAP-çı deputat, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a dedi ki, Milli Şura rəhbərliyinin mitinq, piket keçirmək istəkləri məkrli niyyətlərindən xəbər verir: “Müxalifətin aksiya keçirməsi üçün heç bir zərurət yoxdur. Söz demək istəyəndə deyirlər, yazmaq istəyəndə yazırlar, sosial şəbəkələr sərbəstdir. Hətta onlar söyüş belə söyürlər. Azərbaycanda söz və mətbuat azadlığı elə səviyyədədir ki, heç nəyə məhdudiyyət yoxdur. Amma bunlar gördülər ki, ”Məhsul" stadionunda təmir işləri gedir, dərhal mitinq etmək istədilər. Məqsədləri də o idi ki, yer olmasın, haray salsınlar. İndi də piket keçirmək istəyirlər və deyirlər ki, bəs gələn çox olacaq. Piket keçirmək istəyənlərin nə sözləri var ki? Demək istədiklərini yuxarıda qeyd etdiyim vasitələrlə deyirlər. Demək, niyyət oyunlar təşkil etməkdir. Bunun piketdə şahidi olacağıq. Qanunla pozuntu olarsa, polis müdaxilə edəcək və bunlar da hay-haray salacaqlar ki, piketimizə icazə vermədilər. Şivən qoparmağın ustasıdırlar.
Bütün bunların arxasında həm öz mövcudluqlarını önə çəkmək, həm də qrant qoparmaq məqsədi dayanır. Hazırda anti-Azərbaycan şəbəkəsinin əlində bir fürsət yoxdur ki, onu ora-bura hallandırsınlar. Belə şeylərdən istifadə etmək üçün əlaltılarına tapşırıq veriblər ki, gedin piket keçirin. Əminəm ki, bu heç də zərurətdən irəli gəlmir. Burada bir plan var. Bunun piketdə şahidi olacağıq. Azərbaycanın qüdrəti bu gün elədir ki, heç nədən qorxumuz yoxdur. Ölkəmizdə demokratiya, söz və mətbuat azadlığı yüksək səviyyədədir. Dövlətimiz də durmadan inkişaf edir. Hər zaman dediyimiz kimi bizə konstruktiv müxalifət lazımdır. Qrant naminə özgələrinin əlində alət olan, milli maraqları tapdalayan müxalifət bizə lazım deyil. Yəqin ki, zaman bunu zərurətə çevirəcək və bu sahədə də təmizləmə gedəcək. Nəticədə bugünkü Azərbaycana layiq müxalifət formalaşacaq".
YAP təmsilçisi Əli Kərimlinin statusuna da münasibət bildirdi: “Bu status özünü sığortalamaqdan irəli gəlir. O, oyun oynamağı yaxşı bacarır. Öz əlaltılarını sistemli şəkildə aldadan adam əlbəttə ki, məqsədlərinin nə olduğunu deməz. Bu statusu ona görə yazır ki, sonradan bəs demişdim təxribata getməyin, təxribat törədənlər iqtidar adamlarıdır. İndidən ”ayaq yeri" hazırlayır. Ona görə onun səmimiyyətinə inanmıram. Biz kiminsə aksiya keçirib, ətrafına çoxsaylı insanlar toplamasından ehtiyat etmirik. Piketlə guya bunlar nəyəsə nail olacaqlar? Azərbaycan iqtidarı belə şeylərdən çəkinmir. Artıq bu cür mübarizə üsulunun vaxtı çoxdan keçib. Yenilənmək lazımdır. Bunların təfəkkürü 1990-cı ildən üzü bəri keçmir: Ancaq meydana çıxmağı, polislərlə qarşıdurmaya getməyi, sonra da bir iki foto çəkdirməyi, bununla xaricə üz tutmağı bacarırlar. Nə qədər ki, təfəkkürləri yenilənməyib, elə bu şəkildə də qaragüruhçu olacaqlar". “Yeni Müsavat”


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • İllərin sanksiyalarına dözən İran ÇÖRƏK SINAĞINDA - NƏ BAŞ VERİR?
Bu gün, 02:42 |
|
|
|
| • Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Bu gün, 02:33 |
|
|
|
| • Azər müəllim bu tədarükdən XƏBƏRSİZDİR? - Usta vəzifəsindən birbaşa xidmət rəisi..
Bu gün, 02:23 |
|
|
|
| • Bu da “Kontakt Home”un QIZIL ZƏMANƏTİ - GİLEY
Bu gün, 02:04 |
|
|
|
| • “ATASI BİZDƏN 100 MİN MANAT İSTƏYİRDİ” - “Arzum999”un ŞOK ETİRAFI
Bu gün, 01:54 |
|
|
|
| • AzəriQaz vətəndaşı rəsmən ƏLƏ SALIR - BU NƏDİ BELƏ?
Bu gün, 01:50 |
|
|
|
| • Tanınmış prodüser telekanalları ələ saldı - "...təkrar verilişlər gedir"
Bu gün, 01:42 |
|
|
|
| • Bu istidə başımızı hara qoyaq?.. - AKTUAL
Bu gün, 01:32 |
|
|
|
| • Bu gün xalqın əlinə verilənlər İranın uydurduğu bayraqlardı... - REPLİKA
Bu gün, 01:19 |
|
|
|
| • “First Academy AZ” və Vüsal Qəribovun 2000 Manatlıq Şübhəli Şəbəkəsi! - ALMANİYA ARZUSUNU SATANLAR
Bu gün, 01:14 |
|
|
|
| • Lukaşenko Moskvada Putinlə görüşüb
Dünən, 19:36 |
|
|
|
| • Karapetyanın adamı həbs edildi
Dünən, 19:34 |
|
|
|
| • Aİ ukraynalıların müvəqqəti müdafiəsini 2028-ci ilədək uzatmağı planlaşdırır
Dünən, 16:56 |
|
|
|
| • Gəncləri evləndirmək üçün kim nə təklif edir? - ARAŞDIRMA
Dünən, 16:36 |
|
|
|
| • Balanslı siyasət Azərbaycanın qlobal nüfuzunu necə gücləndirir? – Deputatlardan AÇIQLAMA
Dünən, 16:32 |
|
|
|
| • Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Dünən, 16:22 |
|
|
|
| • Moskvada yaşayış binalarının üzərinə HHM sistemləri yerləşdirilir - VİDEO
Dünən, 15:51 |
|
|
|
| • Pensiya yaşı 70-ə çatdırılacaq? - Deputatdan VACİB AÇIQLAMA
Dünən, 15:49 |
|
|
|
| • "AŞPA İlham Əliyevdən, Azərbaycan dövlətindən və xalqından üzr istəməlidir" - deputat
Dünən, 15:46 |
|
|
|
| • Azərbaycanlı iştirakçının rəqsi qalmaqala səbəb oldu - VİDEO
Dünən, 15:40 |
|
|
|
| • “Üzr istəyirəm, sifətləri o qədər sürtülüb ki...” - ermənilər Telli Pənahqızının mahnısını oğurladı
Dünən, 15:28 |
|
|
|
| • Ermənistanın yeni prezidenti o olacaq: - Paşinyanın yaxın dostuna yeni vəzifə
Dünən, 15:16 |
|
|
|
| • Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi - "İki-üç gündür ki..."
Dünən, 15:13 |
|
|
|
| • Şvabe kimin “sifarişini” yerinə yetirir? - AÇIQLAMA
Dünən, 15:02 |
|
|
|
| • Paşinyan lazımi sözü dedi, vəziyyət sabitləşəcək - Lebedev
Dünən, 14:58 |
|
|
|
| • Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər - Paytaxtı bu qurum idarə edəcək
Dünən, 14:45 |
|
|
|
| • Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Dünən, 14:40 |
|
|
|
| • AzTV-nin keçmiş sədrinin qardaşı oğlu ilə bağlı qərar - TƏFƏRRÜAT
Dünən, 14:37 |
|
|
|
| • Ursula fon der Lyayen Bakıdan sonra İrəvana səfər edəcək
Dünən, 14:35 |
|
|
|
| • "Mən bu sualı məhkəmədə qaldırdım, lakin cavab ala bilmədim" – sabiq deputatın həyat yoldaşının işi
Dünən, 14:33 |
|
|
|
| • Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Dünən, 14:29 |
|
|
|
| • "Oyun başladı, xoş seyirlər!" – Tramp görün nələr dedi...
Dünən, 13:04 |
|
|
|
| • Emin Əmrullayev Mirzə Mirzəyevi yüksək vəzifəyə təyin etdi - BUNDAN SONRA...
Dünən, 13:03 |
|
|
|
| • “VLADİMİR, BİZ BUNU EDƏCƏYİK” - Rutte Putinə xəbərdarlıq etdi
Dünən, 12:59 |
|
|
|
| • Cənubi Qafqazda sülh və sabitlik dövrü başlayıb - Qriqoryan
Dünən, 12:58 |
|
|
|
| • Robert Köçəryan məhkəmədə parlament sədrinə UDUZDU
Dünən, 12:47 |
|
|
|
| • “Nəvəmin vəziyyəti ağırdır, xəstəxana pulunu ödəyə bilmirik” - MÜRACİƏT
Dünən, 12:45 |
|
|
|
| • Dünya bizdən nəyi öyrənir: 5300 dollarlıq maşına 10 000 dollar rüsum almağı? — DGK sədrinə SƏRT ETİRAZ
Dünən, 12:35 |
|
|
|
| • Bu addım Azərbaycan-İsrail münasibətlərini də KORLAYA BİLƏR
Dünən, 12:30 |
|
|
|
| • Ursula fon der Lyayen iyulun 1-də Azərbaycana səfər edəcək - KİV
Dünən, 12:27 |
|
|
|
| • Ruhani rejim böhran içində: - mollakratiyanın "İslam nizamı"nın əsl siması
Dünən, 12:17 |
|
|
|
| • “Yaltaqlığın başqa yollarını axtarın!” – Yazıçıdan deputata sərt reaksiya
Dünən, 11:57 |
|
|
|
| • Köçəryan cəzalandırılmalıdır - Manvazyan
Dünən, 11:54 |
|
|
|
| • “Məzunlar iş tapa bilmirlər, vakansiyalar “Bravo”, “Sədərək” və “Bolt”da olur” - MALƏSƏF...
Dünən, 11:52 |
|
|
|
| • Paşinyandan Simonyana ağır zərbə – Yerinə başqasını gətirir…
Dünən, 11:48 |
|
|
|
| • İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik - Vatikan nümayəndələri şoka düşdü
Dünən, 11:42 |
|
|
|
| • Televiziyada da müzakirə olunan evlilik FIRILDAĞI: - azərbaycanlı qadın həbs olundu
Dünən, 11:36 |
|
|
|
| • "Cənab nazirə demək istəyirəm ki, məni başqaları ilə qarışdırmasınlar! " - QALMAQAL!
Dünən, 11:22 |
|
|
|
| • ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
Dünən, 11:18 |
|
|
|
| • "Bu son olar "Paşa Sığorta" ilə əməkdaşlıq etdiyim..." - ETİRAZ VAR!
Dünən, 11:16 |
|
|
|
|