“İqtidarla müxalifət bir araya gəlməli və ortaq məxrəc tapılmalıdır” - Sabir Rüstəmxanlı
Tarix: 26-09-2019, 08:26 | Çap et
 “Qarabağ münaqişəsinə dair danışıqlar 20 ildən çoxdur davam etsə də, sıfır nöqtəsindən irəli getməyib. Əksinə, Ermənistan tərəfi daha da aqressivlik göstərir və azğınlaşıb”.
Bu sözləri Reyting.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, xalq şairi Sabir Rüstəmxanlı deyib.
S. Rüstəmxanlı bildirib ki, ötən gün təsadüfən televiziya kanalında erməni politoloqun çıxışını dinləyib: “Açığı, politoloqun adını da bilmədim, çünki proqrama yarıdan baxdım. Son vaxtlar məni yaralayan belə söz olmamışdı. Erməni politoloqun sözü məni dəhşətli dərəcədə yaraladı. Deyir ki, biz azərbaycanlı “qardaşlarımıza” kömək edə bilərik, gedib özlərinə Monqolustanda bir yer tapsınlar.
Bilirsinizmi, bu nə qədər ağır sözdür? Təbii ki, ermənilər yüzlərlə belə yalan deyirlər, amma məsələ bundadır ki, bu yalanlara biz özümüz zəmin hazırlamışıq.
Bizim tarixçilərimiz yazanda ki, buralara XI əsrdə Səlcuqlarla gəlmişik və buranın qədim türk torpağı olduğunu demədiyimiz üçün ermənilərin dili uzanır. Biz İrəvanın, Zəngəzurun, Göyçənin tarixən Azərbaycan torpaqları olduğunu yazıb, bu həqiqəti xarici dillərə tərcümə edib yaymadıqca, ermənilərin dili daha çox uzanır. Ən azı son 70 ilə qədər bizə çox şey unutdurublar”.
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlara da diqqət çəkən S. Rüstəmxanlı hesab edir ki, nəticəsi olmayan danışıqlara milləti inandırmaq və bu cür yaşamaq ağırdır: “Nəyi gözləyirlər? ATƏT-in Minsk qrupu gözləyir ki, bir milyon qaçqın, köçkün ölüb getsin və Qarabağı xatrlayan adam qalmasın? Zəngəzuru unutdurduqları kimi Qarabağıda unutdursunlar? Bu, mümkün deyil! Söhbət müstəqil bir dövlətin ərazisindən gedir. SSRİ deyil ki, müttəfiq respublikaları bir əldə idarə edən Moskva bunu unutdura bilsin. Bu müstəqil dövlətin ərazisidir və problem həll edilməlidir. Beynəlxalq təşkilatlar məsələni ciddi şəkildə qoymalıdır. Xarici işlər nazirlərinin görüşü, vasitəçilərin “tərəflər razılığa gəlsin, biz də sözümüzü deyək”, - yanaşması var. Əgər sən işğalçıya “işğalçı” demirsənsə, işğalçıya “işğal etdiyin ərazidən çıx”,- demirsənsə, BMT-nin qəbul etdiyi sənədlərin arxasında durmursansa, sonu nə olacaq? Bu mənada danışıqların nəticəsizliyi təzə məsələ deyil. Danışıqlar başlandığı tarixdən nəticəsiz qalıb”.
S. Rüstəmxanlının fikrincə, millət və xalq bir yumurağa dönməli, iqtidar-müxalifət bir araya gəlməli, ortaq məxrəc tapılmalıdır: “Bunun əvəzinə biz bütün düşərgələrdə söyüş yarışının getdiyini görürük. Qarabağ unudulub, qalıb bir kənarda. Ölkə iqtisadiyyatı, sənayesi, siyasəti də bir tərəfdə qalıb. Ancaq xırda məsələlərlə, kiminsə söyüş söyməsi, kiminsə söyüşünə haqq qazandırmaq kimi şeylər gündəmi əhatə edib. Qarabağ isə yaddan çıxıb”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00 |
|
|
|
• “Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58 |
|
|
|
• Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56 |
|
|
|
• Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53 |
|
|
|
• İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48 |
|
|
|
• Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45 |
|
|
|
• Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42 |
|
|
|
• "Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38 |
|
|
|
• İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35 |
|
|
|
• SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31 |
|
|
|
• Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27 |
|
|
|
• Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03 |
|
|
|
• Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54 |
|
|
|
• Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51 |
|
|
|
• Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13 |
|
|
|
• İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11 |
|
|
|
• "Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07 |
|
|
|
• Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05 |
|
|
|
• İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01 |
|
|
|
• "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39 |
|
|
|
• İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37 |
|
|
|
• Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34 |
|
|
|
• "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32 |
|
|
|
• Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22 |
|
|
|
• Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14 |
|
|
|
• Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08 |
|
|
|
• Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05 |
|
|
|
• Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59 |
|
|
|
• Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53 |
|
|
|
• FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Dünən, 12:47 |
|
|
|
• Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Dünən, 12:31 |
|
|
|
• Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Dünən, 12:27 |
|
|
|
• Azərbaycanla sülh əsas məqsədimizdir - Mirzoyan
Dünən, 12:16 |
|
|
|
• Ermənistan ordudan imtina edir? - “Nezavisimaya qazeta”
Dünən, 12:15 |
|
|
|
• “GL Group”da yeni təyinat - FOTO
Dünən, 12:14 |
|
|
|
• “Azəristiliktəchizat” bu şirkətlə 4,3 milyon manatlıq - MÜQAVİLƏ BAĞLADI
Dünən, 12:12 |
|
|
|
• Rusiya Azərbaycanın “qonşuluq dərsini” mənimsəyə biləcəkmi? - AKTUAL
Dünən, 12:11 |
|
|
|
• Üçtərəfli əməkdaşlıq regional təhlükəsizliyə də töhfə verəcək - MƏQALƏ
Dünən, 12:05 |
|
|
|
• Tarixə düşən üçtərəfli əməkdaşlıq formatı - İsrafil Kərimovun yazısı
Dünən, 12:03 |
|
|
|
• Əfqanları Avropaya qanunsuz daşıyan azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Dünən, 12:02 |
|
|
|
• ABŞ Ukraynaya verdiyi uzaqmənzilli raketlərin təsirini şişirdib - "Telegraph"
Dünən, 11:57 |
|
|
|
• Bu il Cənubi Qafqaz ölkələrinə nə qədər turist səfər edib? - SİYAHI
Dünən, 11:51 |
|
|
|
• Ukrayna və Litva uzaqmənzilli pilotsuz uçuş aparatları yaratmaq niyyətindədirlər
Dünən, 11:44 |
|
|
|
• Hansı tikintilər əsassız və ya özbaşına tikili sayıla bilər? – Ali Məhkəmədən yeni qərar
Dünən, 11:33 |
|
|
|
• “Azəriqaz”ın 1 milyon manata yaxın vergi borcu var
Dünən, 11:28 |
|
|
|
• “Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır
Dünən, 11:20 |
|
|
|
• “Direktor Mehriban Abasquliyevaya şikayət edəndə bizə qapını göstərirdi” - Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
Dünən, 11:14 |
|
|
|
• İnsanların sağlamlığı ilə oynayırlar... - GİLEY
Dünən, 11:12 |
|
|
|
• Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək - TƏFƏRRÜAT
Dünən, 11:00 |
|
|
|
|