Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu .....                     Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub .....                     Xalq artisti Firəngiz Mütəllimova: .....                     ABŞ-dən İrana ŞOK TƏLƏB: .....                     Bazarı bağlanan BƏSTƏKARLAR .....                     “Azər Türk Bank”da yeni təyinat .....                     AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu .....                     "Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" .....                     Türkiyə hərbi xərclərini kəskin artırıb .....                     Sevgilisinin evinə girib ərinin boğazını kəsdi .....                     Erməni nazirdən SENSASİON ETİRAF .....                     Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib .....                     Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş .....                     Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı .....                     “Azeronline”a yeni Baş müdir təyin edilir .....                     Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi .....                     Rusiyanın 1700 km dərinliyinə zərbə: .....                     Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub .....                     “Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib .....                     Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb .....                     Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq .....                     Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU .....                     Ermənistanın “yeraltı savaşı” bitmir .....                     Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı .....                     Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu .....                     “İrşad BOKT”yə yeni rəhbər təyin edilib .....                     İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar .....                     “Bir aya 6 min qazanmışam...” .....                     Böyrək transplantasiyası xəstələri dərmansız qalıb .....                     Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM .....                     Mayda əfv olmayacaq, ilin sonunda mümkündür .....                     “Gala Olives” MMC fəaliyyətinə xitam verir: .....                     Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? .....                     Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu .....                     “Yelo Bank”da yeni təyinat olub .....                     Şahin... Şagen... və BİZ! .....                     Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı .....                     Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı .....                     Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq .....                     Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar .....                 

“Rusiya nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir”
Tarix: 29-10-2018, 08:48 | Çap et
“Rusiya nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir”
Müşahidələr onu göstərir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Rusiya və Cənubi Qafqaz ölkələrinə səfəri barədə hələ çox danışılacaq. “Amerikalı qırğı”nın postsovet məkanına gəlişində məqsədinin tanışlıq xarakteri daşımadığı elə onun açıqlamalarından da bəlli oldu. Üstəlik, Rusiya və İran ətrafında baş verənlər təhlükəli proseslər astanasında olduğumuz qənaətini yaradır. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər “Yeni Müsavat”a səfəri və durumu şərh edərkən maraqlı mülahizələrini açıqladı.

- Sülhəddin bəy, Boltonun səfərilə əlaqədar sizin müşahidə və məlumatlarınız necədir?

- Birincisi, onu nəzərə almaq lazımdır ki, nəhayət, Tramp administrasiyası öz xarici siyasətində müəyyən istiqamətlər üzrlə strategiyalar işləyib hazırlamağa nail olub, bəzi sahələrdə də nail olmaq üzrədir. Con Boltonun bu səfəri də həmin istiqamətlərdən biri ilə bağlıdır. Yəni Rusiya başda olmaqla, postsovet məkanına yönəlik Tramp administrasiyasının yeni strategiyasının işlənib hazırlanması ilə bağlı idi. Ona görə də o, regiona özü səfər etməklə birbaşa, üzbəüz rəsmilərlə, dövlət və hökumət başçıları ilə, həm milli təhlükəsizlik, həm xarici siyasət sahəsindəki rəhbərlərlə görüşməklə bir daha ABŞ-ın mövqeyini dəqiqləşdirmək istəyirdi. Həm Rusiyanın və Cənubi Qafqaz ölkələrinin siyasi rəhbərliyinin mövqeyini, həm də bunun əsasında öz mövqelərini dəqiqləşdirmək niyyətindəydi. Con Boltonun regiondakı səfər zamanı verdiyi açıqlamalara da diqqət etsəniz, onun əsas məqsədi regionla, yeni rəhbərlərlə birbaşa tanışlıq və region ölkələrinin mövqeyinin bir daha müəyyən olunması idi. Çünki ABŞ bu yaxınlarda həm Rusiyaya, həm də İrana yönəlik çox ciddi strateji addımlar atmaq niyyətindədir. Ona görə də həm Rusiya ilə bağlı, həm də İran ətrafındakı Cənubi Qafqaz ölkələri ilə bağlı öz mövqelərini dəqiqləşdirmək istəyirlər. Yəni Bolton Rusiya və İran strategiyasında son retuşları vurmaq ərəfəsində postsovet məkanına səfər etmişdi. ABŞ-ın regiona yönəlik strategiyasının detallarını dəqiqləşdirmək istəyirdi.

- Noyabr ayında ABŞ-ın Rusiya və İrana qarşı növbəti sanksiyaları işə salınacaq. Bu səfər sanksiyalardan da irəli hansısa bir planın mövcudluğundan xəbər vermirmi?

- Birinci nəzərə almaq lazımdır ki, ABŞ öz milli təhlükəsizlik strategiyasına dəyişikliklər edib. Onun iki başlıca strateji hədəfi var: biri Rusiya, digər Çin. İki də operativ-taktiki hədəfi var: biri İran, digəri də Şimali Koreya. Con Boltonun səfəri bir strateji, bir də operativ-taktiki-İran hədəfinə yönəlik strategiyanın dəqiqləşdirilməsi üçün edilmişdi. Bilirsiniz ki, ABŞ Rusiya ilə imzalanmış Qısa və Orta Mənzilli Raketlərin Ləğvi haqqında Müqavilədən çıxacağını bildirib. Birbaşa bu səfər ərəfəsində prezident Tramp açıqladı ki, ABŞ bu müqavilədən çıxmaq istəyir.

- Bundan qabaq İranla da nüvə razılaşmasından çıxmışdı...

- Bəli, elə onu demək istəyirdim. Ondan öncə də may ayında 5+1 ölkələrinin İranla imzaladığı nüvə sazişindən birtərəfli qaydada çıxdığını bəyan etmişdi. Tramp noyabrın 4-də, birbaşa seçki ərəfəsində İrana qarşı sanksiyaların bərpa olunması haqqında qərar verməyə hazırlaşır. Hər iki addım, yəni həm Rusiya ilə sazişdən çıxmaqla bağlı qərar və İrana qarşı daha sərt sanksiyaların tətbiq olunması postsovet məkanında, həm də İran ətrafında çox ciddi, yeni bir vəziyyət yaradacaq. Cənubi Qafqaz ölkələri də hər iki məkana düşür. Onlar həm postsovet məkanına daxildir, digər tərəfdən də İran ətrafında yerləşən ölkələrdir. O baxımdan Con Bolton bu regiona xüsusi önəm verirdi. Bilirsiniz ki, Trampın Rusiya ilə son danışıqları olacaq - noyabrın 11-də, Parisdə Putinlə görüşü gözlənilir, bu görüşə hazırlıq gedir. Burada da əsas məsələlərdən biri strateji hücum silahları ilə bərabər, İran məsələsi olacaq. Ona görə də hər iki məsələ ilə bağlı Bolton həm Rusiyanın mövqeyini öyrənmək istəyirdi, həm də Cənubi Qafqaz ölkələrinin.

- Con Bolton Putini Vaşinqtona dəvət etdiklərini də açıqladı. Belə çıxmırmı ki, ABŞ Rusiyanı İrandan ayırmaq və anti-İran koalisiyası təşkil etmək istəyir?

- Təbii. ABŞ bunu heç gizlətmir də. Amma bu, çox çətin görünür. Çünki Rusiya ilə ABŞ arasında, ikitərəfli münasibətlərdə gərginlik getdikcə artır. ABŞ Avropa Birliyi ilə birgə həm Rusiyaya qarşı sanksiyalar tətbiq edib, həm də bu sanksiyalara yeniləri əlavə olunur. Bir sıra sanksiyalar da Konqresin gündəliyindədir. ABŞ-Rusiya münasibətlərində Konqresin çox ciddi rolu var. Xüsusən də bu seçkilərdən sonra əgər Demokratların çəkisi Konqresdə artarsa, bu təsir daha da çoxalacaq. O baxımdan İran məsələsi olmadan belə, ABŞ-la ikitərəfli münasibətlərdə gərginlik artır. Burada həll edilməmiş Ukrayna, Suriya böhranı var. Eyni zamanda, strateji təhlükəsizlik sahəsində ciddi məsələlər mövcuddur. ABŞ 1972-ci ildə Rusiya ilə Raket Hücumundan Müdafiə Sistemlərinin məhdudlaşdırılması haqqında saziş imzalamışdı. Amma 2001-ci ildə, Buş dövründə bu sazişdən çıxdı. Bunu niyə deyirəm? Çünki qlobal miqyasda strateji sabitlik sahəsində ABŞ-la Rusiya həlledici rol oynayır və onlar arasında üç saziş var. Yəni bu günə qədər sabitliyi pis-yaxşı qoruyub-saxlayan üç saziş. Onlardan biri 1972-ci ildə imzalanan həmin sazişdir. İkincisi, 1987-ci ildə imzalanmış Orta və Qısa Mənzilli Raketlərin ləğvi haqqında müqavilədir, Reyqanla Qorbaçov imzalayıb. Biri də 1991-ci ildə imzalanmış Strateji Hücum Silahlarının ixtisarı haqqında müqavilədir. Bu müqavilələr artıq iki dəfə yenilənib. Sonuncu dəfə 2010-cu ildə Obama ilə Medvedev arasında imzalanan saziş əsasında yenilənib. Strateji hücum Silahlarının İxtisarı haqqında müqavilə deyirlər. Gördüyünüz kimi, artıq ABŞ bu müqavilələrin birindən çıxıb. İkincidən də çıxacağını bəyan edib. Qalır sonuncu müqavilə, onun da vaxtı 2021-ci ildə bitir. Hətta 2021-ci ilə kimi ABŞ o müqavilədən çıxmasa, böyük ehtimalla o müqavilənin vaxtını uzatmayacaq.

- Rusiya XİN-in silahlar üzərində nəzarət və nüvə silahlarının yayılmaması məsələləri üzrə Departamentinin rəhbərinin müavini Andrey Belousov deyib ki, ölkəsi ABŞ-la müharibəyə hazırlaşır. Doğrudanmı dünyanın nizamının pozulması 3-cü Dünya müharibəsinə qədər aparıb çıxara bilər?

- Mən strateji sabitlik və təhlükəsizlik sahəsində olan əsas müqavilələri əsassız yerə sadalamıram. Çünki ABŞ-la Rusiya arasında müharibənin çıxmamasının başlıca səbəbi hər iki tərəfin kütləvi qırğın silahlarına sahib olmasıdır. Nüvə silahının işlədilməsi daxil olmaqla, bu günə qədər Üçüncü Dünya müharibəsinin baş verməməsinin başlıca səbəbi də budur. Bu gün artıq bu müqavilələr bir-bir ləğv olunur. Bu, onu göstərir ki, hətta İran məsələsində ABŞ və Rusiya ilə razılaşsa belə, yenə də bu gərginlik sadaladığım səbəblərdən davam edəcək. Çünki hərə iki tərəf çox ciddi şəkildə artıq yeni silahlanmaya başlayıblar.

Vaxtilə SSRİ-ni dağıtmaq üçün ABŞ-ın bir neçə əsas silahı oldu. Birincisi, neftin dünya bazarında qiymətini endirməklə SSRİ-nin gəlirlərini kəskin azaltmaq, digər tərəfdən də silahlanmaya və Əfqanıstan müharibəsinə cəlb etməklə xərclərini artırmaq. İndi biz bənzər strategiyanın yeni motifikasiyasının tətbiq olunmağa başladığını görürük.

- Elə söhbəti bu məsələnin üzərinə gətirmək istəyirdim. Belə demək olarmı ki, Rusiyanın də SSRİ kimi parçalanması planı üzərində iş aparılır, yoxsa yekunda savaş qaçılmaz olacaq?

- İndidən hər hansı konkret fikir söyləmək çox çətindir. Çünki köhnə dünya nizamı pozulub, yenisinin qurulması da görünür hələ zaman tələb edəcək. Dünyada strateji durum çox dinamik dəyişilir. Ona görə də ABŞ-dakı seçkilərdən də çox şey asılıdır. Bu seçkilərin nəticəsi olaraq proseslər sürətlənə də, bir müddət yavaşlaya da bilər. Amma mən əsas tendensiyadan danışıram. İndi ABŞ-ın əsas məqsədi zəif idarə olunan, demokratikləşən Rusiyamı olacaq, yoxsa ABŞ bu dəfə Rusiyanın dağılmasına qədər gedib çıxacaq, bunu gələcək göstərəcək. Çünki ABŞ-ın özündə belə, bu sahədə çox ciddi diskussiyalar gedir. Yəni hər iki tezisi müdafiə edən tərəflər, qruplar var.

- Sizcə, ABŞ Boltonun simasında rəsmi Bakıdan nə istədi və bu mərhələdə Azərbaycanın maraqları - Qarabağla bağlı - nəzərə alınacaqmı?

- Con Bolton özü də bir daha vurğuladı ki, Cənubu Qafqaz strateji baxımdan əhəmiyyətli bir bölgədir. O, hər zaman buranın strateji baxımdan çox mühüm region olduğunu vurğuladı və Azərbaycanın yerini də xüsusilə qeyd etdi. Xüsusilə qeyd etməyinin səbəbi də Azərbaycanın eyni zamanda həm Rusiya, həm də İranla həmsərhəd olmasıdır. Əgər siz Con Boltonun bütün açıqlamalarını alt-alta qoysanız və diqqətlə oxusunanız, şəxsən mən bu qənaətə gəldim ki, ABŞ-ı indi əsas narahat edən məsələ budur: İran məsələsinin aktuallaşdığı bir dövrdə İranın şimalında Rusiyamı aktiv, güclü mövqeyə sahib olacaq, yoxsa ABŞ başda olmaqla müttəfiqləri? ABŞ üçün əsas sual budur. Mən Azərbaycan, Rusiya, erməni mətbuatını izlədim, heç kim onun bir ifadəsinə diqqət etmədi. Bolton dedi ki, ABŞ Ermənistanla Rusiya arasında daha yaxşı müqavilə imzalanmasını istəyir. Bu, o deməkdir ki, ortada müzakirə olunan müqavilə layihəsi var. Çünki Rusiya İran məsələsi aktaullaşdığı bir dövrdə nəyin bahasına olursa-olsun legitim şəkildə öz silahlı qüvvələrini Azərbaycana soxmaq istəyir. Bunun da əsas yolu Qarabağ münaqişəsinin həlli istiqamətində aralıq bir sazişin imzalanmasına nail olmaq və “sülhməramlı qüvvələr” adı altında öz silahlı qüvvələrini işğal zonasına yeritməkdir.

- Amma razılaşmaya görə, həmsədr ölkələr bu missiya ilə çıxış edə bilməzlər...

- Əgər tərəflər razı olacaqsa, həmsədrlər buna necə etiraz edə bilərlər? Burada ATƏT-in Minsk Qrupunun mandatına əsasən, iki tərəf var: Ermənistan və Azərbaycan.

- Amma Rusiya sülhməramlılarının yerləşdirilməsi Azərbaycan üçün ciddi təhlükədir...

- Bəli. Amma əgər Ermənistan və Azərbaycan razı olacaqsa, üçüncü tərəflər buna necə etiraz edə bilər? Bunu da ABŞ bilir. Baxmayaraq ki, sizin qeyd etdiyiniz kimi, Budapeştdə belə bir anlaşma əldə olunub ki, əgər gələcəkdə yekun sülh müqaviləsi əldə olunarsa, regional sülhməramlı qüvvələr yeridilsin, amma həmsədr ölkələrin silahlı qüvvələri onlar arasında yer almasın.

- Amma rus ordusunun Qarabağa gəlməsinə ABŞ razı olmaz, elə deyilmi?

- ABŞ razı olmaz. Amma bir daha qeyd edirəm, əgər Bakı və İrəvan buna razılıq verəcəksə, artıq Rusiyanı heç kim dayandıra bilməyəcək. Bu, məsələnin beynəlxalq hüquqi tərəfi. Digər tərəfdən, de-fakto yanaşaq. Deyək ki, Rusiya Ukraynaya təcavüz etdi, Krımı, Donbasın bir hissəsini işğal etdi. Bilirsiniz ki, Budapeşt deklorasiyası var idi. Bunu da ABŞ, Böyük Britaniya və Rusiya imzalamışdı. Ukraynanın nüvə silahını ləğv etməsi müqabilində hər iki ölkə Ukraynanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təminat vermişdi. Amma tərəflərdən biri - Rusiya özü birbaşa Ukraynanın bir hissəsini işğal edib. ABŞ, Böyük Britaniya başda olmaqla beynəlxalq birlik bunun qarşısını almaq üçün nə edə bildi ki? Yaxud ondan öncə, 2008-ci ildə Rusiya Gürcüstanın böyük bir hissəsini işğal etdi. ABŞ, beynəlxalq birlik nə edə bildi ki? İndi əgər Ermənistanla Azərbaycan - münaqişə tərəfləri razı olacaqsa, o zaman bunun qarşısını ala biləcəklərini düşünmürəm. Ona görə də məncə, Con Bolton daha yaxşı müqavilə imzalanmasını istəyirik, deməklə ABŞ-ın hər iki tərəfə pərdə arxasında “daha yaxşı müqavilə” təklif edib, yaxud təklif etmək niyyətindədir. Bununla da ABŞ istəyir ki, Rusiyanın bu istəyi baş tutmasın.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vüqar Hüseynov bu qurumda mətbuat katibi oldu - ƏMR
Dünən, 22:46
Naxçıvanda Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinə yeni sədr təyin olunub - BUNDAN SONRA...
Dünən, 22:39
Xalq artisti Firəngiz Mütəllimova: - Şuşaya köçməyi planlaşdırıram
Dünən, 18:07
ABŞ-dən İrana ŞOK TƏLƏB: - Yeni şərtlər məlum oldu
Dünən, 18:04
Bazarı bağlanan BƏSTƏKARLAR - Duyğularımızı donduran SÜNİ MAHNILAR
Dünən, 17:46
“Azər Türk Bank”da yeni təyinat - BUNDAN SONRA...
Dünən, 17:41
AYNA-nın Sumqayıt Regional İdarəsinə yeni müdir təyin olundu - ƏMR
Dünən, 17:37
"Gömrük və mülkiyyət mübahisələri məhkəməsiz həll edilə bilməz" - Natiq Cəfərli
Dünən, 17:36
Türkiyə hərbi xərclərini kəskin artırıb – Qlobal “yarışda” 18-ci yerdədir
Dünən, 17:33
Sevgilisinin evinə girib ərinin boğazını kəsdi - Bakıda yasaq eşq CİNAYƏTİ
Dünən, 17:29
Erməni nazirdən SENSASİON ETİRAF - "Azərbaycan benzini olmasaydı..."
Dünən, 17:26
Anar Əsədlinin məhkəməsində zərərçəkən ifadə verib
Dünən, 17:20
Xəlil Göyüşovun oğluna 123 min manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:17
Atəşkəs dövründə İranda anti-Azərbaycan təbliğatı - VİDEO
Dünən, 17:14
“Azeronline”a yeni Baş müdir təyin edilir - BUNDAN SONRA...
Dünən, 17:11
Məsciddə iftar süfrəsi təşkil etdi, keçmiş qayınatasını öldürməyə cəhd göstərdi – CİNAYƏTİN TƏFƏRRÜATI
Dünən, 17:03
Rusiyanın 1700 km dərinliyinə zərbə: - Qırıcılar məhv edildi
Dünən, 16:56
Mərkəzi Bankın rəhbərliyinə yeni təyinat olub - FOTO
Dünən, 16:53
“Aqrar İnnovasiya və Təchizat Şirkəti”nə yeni direktor müavini təyin edilib - ƏMR
Dünən, 16:51
Naxçıvanda yolların təmirinə 13,5 milyon manatın sərf olunacağı proqnozlaşdırılıb
Dünən, 16:49
Ərdoğan İrəvana getməzsə, bu Bakı ilə tam həmrəylik mesajı olacaq - Hasan Oktaydan ŞƏRH
Dünən, 16:42
Tofiq Əsgərov yüksək vəzifəyə TƏYİN OLUNDU - ƏMR
Dünən, 16:40
Ermənistanın “yeraltı savaşı” bitmir - sülhə mina basılıb...
Dünən, 16:35
Vahid Ələkbərov 4 ayda 887 milyon dollar qazandı - SİYAHI
Dünən, 16:18
Aqibət Məmmədovun şirkəti bu dəfə 24,9 milyonluq tenderin qalibi oldu - TƏFƏRRÜAT
Dünən, 16:16
“İrşad BOKT”yə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 16:01
İsrail vətəndaşları kütləvi şəkildə Tiflisdən ev alırlar – Statistika
Dünən, 15:58
“Bir aya 6 min qazanmışam...” - “Lotos”dakı qalmaqalın İÇ ÜZÜ
Dünən, 15:48
Böyrək transplantasiyası xəstələri dərmansız qalıb - 1 aydır ala bilmirlər
Dünən, 15:39
Bəsti Bəkirovadan aparıcılara SƏRT İTTİHAM - “Səviyyəsizlər daha çoxdur…”
Dünən, 15:28
Mayda əfv olmayacaq, ilin sonunda mümkündür - Komitə sədri
Dünən, 15:25
“Gala Olives” MMC fəaliyyətinə xitam verir: - “Grand-Agro”ya qoşulur
Dünən, 15:23
Azərbaycanda ər və arvadı izlətmək üçün detektiv tutmaq olar? - AÇIQLAMA
Dünən, 15:22
Daha dörd nəfər Ermənistan baş nazirliyinə namizəd oldu - KİV
Dünən, 15:20
“Yelo Bank”da yeni təyinat olub - ƏMR
Dünən, 15:17
Şahin... Şagen... və BİZ! - AKTUAL
Dünən, 15:15
Müharibə vaxtı əyləncə üçün Azərbaycana gələn iranlıların sayı açıqlandı
Dünən, 15:11
Rusiyanın səbri tükəndi, Kreml “düymə”yə basdı - Ermənistana qarşı "iqtisadi müharibə" başlayır
Dünən, 15:04
Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq - BELƏ HARA GEDİRİK?
Dünən, 14:26
Saleh Məmmədov pul ayırmır: Aylardır maaşsız qalıblar - NARAZILIQ VAR...
Dünən, 14:19
Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu - TƏFƏRRÜAT
Dünən, 14:16
İnterpolun Türkiyədən gətirdiyi müəllim, ekspertin 400 minlik “eksperimenti” – ŞOK dələduzluq dosyeləri
Dünən, 14:07
Erməni nazir Rusiyada “Cermuk” mineral suyu ilə bağlı yaranmış məsələnin həllinə şübhə etmir
Dünən, 14:04
Taliban Əfqanıstana NƏ VERDİ... - NƏ VERİR?
Dünən, 14:01
Avropa Beynəlxalq Hospitalı qanunvericiliyi pozdu, onkoloq şikayətçi oldu - QƏRAR
Dünən, 13:05
BSU-da təmir işləri aparılacaq – 1,4 milyon manat ayrıldı
Dünən, 13:02
Yay turpaketləri niyə bahalaşdı? – 65 dollarlıq artımın səbəbləri
Dünən, 12:59
İrəvandan faşist AÇIQLAMA – Şahin Mustafayev Ermənistanı TƏRK edən kimi...
Dünən, 12:51
“Güllü Muradovaya yazdım ki, gül kimi səsin var, bu mahnını oxuyanda niyə qışqırırsan?”
Dünən, 12:48
"SEPAH Pezeşkiana imkan vermir" – İranda böyük hakimiyyət böhranı: Xaos qaçılmazdır?
Dünən, 12:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru